“Yəhudilər hər zaman Azərbaycanı xaricdə yüksək səviyyədə tanıtmağa çalışırlar”

 

Larisa Reyxrudel: “Azərbaycanda yəhudilərin həyatı ölkənin tolerantlıq mədəniyyətini göstərir”

 

Azərbaycandakı yəhudilərlə azərbaycanlılar arasında heçböyük bir sədd yoxdur. Onların Azərbaycanı doğma vətən bilmələri arada olan bütün mənəvi sərhədləri götürür. Yəhudilər Azərbaycanın ictimai-siyasi həyatında da aktivlik göstərirlər. Hətta ölkəmizdə yaşayan yəhudi xanımlar belə, vətəndaş cəmiyyətində təmsil olunurlar. Azərbaycanın Yəhudi Qadınlar Humanitar Assosiasiyasının prezidenti Larisa Reyxrudelin fəaliyyəti bu baxımdan nümunədir. Qeyd edək ki, L.Reyxrudel Bakıda anadan olub. 1 saylı orta məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1994-cü ildən Yəhudi Qadın Təşkilatının Azərbaycanda həkim-volontyorudur. 1996-cı ildən Yəhudi Qadınlar Humanitar Assosiasiyasının prezidentidir. 20-dən çox sosial layihənin müəllifidir. 2007-ci ildə BMT-ninSülh səfiri” adına layiq görülüb. 2009-cu ildə Fransanın “Şərəf Legionuordeni ilə mükafatlandırılıb. 2013-cü ildə isə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

 

-Rəhbəri olduğunuz assosiasiya, əsasən, hansı istiqamətlərdə fəaliyyət göstərir?

-Yəhudi Qadınların Humanitar Assosiasiyası yaşlı insanları hər gün, evsizləri isə həftədə iki dəfə isti yeməklə təmin edir. Bu, fərqli səbəblərdən evsiz-eşiksiz qalan müxtəlif millətlərin çox yaşlı insanlarıdır. Assosiasiyanın digər fəaliyyət sahəsi uşaq evlərinə, xüsusilə Yeni Günəşli qəsəbəsindəki 2 saylı uşaq evinə yardım göstərilməsidir. Biz, həmçinin Azərbaycanda humanitar və mədəni işlər görür, insanlara tibbi, psixolojihüquqi yardım göstəririk.

-Siz uşaqların xarici ölkələrə səfərlərini də təşkil edibsiz. Bu layihələriniz haqda da danışmağınızı istərdik

-Bəli, Yəhudi Qadınların Humanitar Assosiasiyasının təşəbbüsü ilə Şərq-Avropa layihəsi çərçivəsində ilk dəfə 13 yaşlı dörd yeniyetmə azərbaycanlı 2011-ci il iyulun 24-dən avqustun 1-dək Polşanın “Priozerye-Olşteyn” sağlamlıq düşərgəsində dincəlib. UşaqlarPriozerye-Olşteyn” düşərgəsində ilk dəfə Azərbaycan Respublikasının bayrağını dalğalandırıblar. AlmaniyaPolşadan olan yaşıdları isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə respublikamız barədə çəkilmiş filmə tamaşa ediblər. Bundan əlavə, gənc avropalılar Azərbaycanın mədəniyyətinə və tarixinə həsr edilmiş müxtəlif nəşrlərlə tanış olublar. Həmin nəşrləri uşaqlara səfərqabağı Yəhudi Qadınların Humanitar Assosiasiyası təqdim edib.

2012-ci ildə isə Polşa Respublikasının Bakıdakı səfiri Mixal Labendanın təşəbbüsü ilə azərbaycanlı məcburi köçkün ailələrindən olan 10 uşaq Polşada yay düşərgəsində olub. Bu layihə Yəhudi Qadınların Humanitar Assosiasiyasının, Malopolska Maarifləndirmə Təşkilatı və STRABAG S.A. şirkətinin mühüm yardımı ilə təşkil olundu.

-Sizin rəhbəri olduğunuz assosiasiya həm də xeyriyyə təşkilatıdır. Azərbaycanda xeyriyyəçilik hansı səviyyədədir?

- Hazırda ölkədə xeyriyyə yardımları qeyri-müntəzəm göstərilir. Çünki Azərbaycanda xeyriyyəçilik haqqında qanun yoxdur. Qeyd edim ki, uzun müddət ərzində Azərbaycanda xeyriyyəçiliklə məşğul olmayıblar. İnsanlar xeyriyyəçiliklə məşğul olmaqdan qorxurdular. Heydər Əliyev Fondu yaradıldıqdan sonra insanlarda bu işlə məşğul olmağa maraq yaranıb. Birinci xanım Mehriban Əliyeva xeyriyyəçilik əməli ilə digərlərinə nümunə göstərdi. Fikrimcə, bu baxımdan Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təcrübəsindən öyrənmək olar.

-Azərbaycanda yəhudilərə olan münasibəti necə qiymətləndirirsiz?

- Azərbaycan xalqı daim dinimilli azlıqlarla dostluq və mebribanlıq şəraitində yaşayıb. Onlardan biri olan yəhudilər də dövlətin diqqət mərkəzindədir. Azərbaycanda yəhudilərin həyatı ölkənin tolerantlıq mədəniyyətini göstərir. Azərbaycan yəhudilərin 2 min 700 ildən artıq yaşadıqları yeganə ölkədir. Keçmişdə yəhudilər Azərbaycanda yerləşəndən sonra, onlar başqa ölkələrdə yaşayan soydaşlarına yazırdılar ki, burada millətlər arasında ayrı-seçkilik yoxdur. Bu da bir tolerantlıq nümunəsidir. Yəhudilər Azərbaycanda aktiv ictimai fəaliyyətə hələ Azərbaycan Xalq Cümhuriyyəti yaranan vaxtdan başlayıb. AXC dövründə Azərbaycanın səhiyyə naziri yəhudi olub. Bu, Azərbaycanla yəhudi xalqı arasında yaxınlığın göstəricisidir.

Burada 3 yəhudi icması, 2 sinaqoq fəaliyyət göstərir. Məhz bu sinaqoqlardan birinin Prezident İlham Əliyev tərəfindən tikilməsi yəhudilərə verilən yüksək qiymətdir. Onu da nəzərə çatdırım ki, Prezident İlham Əliyevin göstərişi ilə böyük Rus Provoslav Mərkəzi də tikilib. Yəni Azərbaycanda insanlara heç zaman dini mənsubiyyətinə görə fərq qoyulmayıb.

İndiyədək yəhudilər Azərbaycanda heç vaxt ayrı-seçkilik hiss etməyiblər. Ümummilli lider Heydər Əliyev Konstitusiyada bizim bütün hüquqlarımızı təsbit edib, biz həmin qanunları yaxşı bilirik. Bu qanunlar bizim Azərbaycan xalqı ilə vahid ailədə firavan həyatımıza təminat verir. Prezident İlham Əliyev də respublikamızdakı bütün milli azlıqların, eləcə də yəhudilərin özlərini cəmiyyətin bərabərhüquqlu üzvləri hiss etmələri üçün çox görüb.

-Azərbaycandakı tolerantlıq dünya ölkələri üçün nə dərəcədə nümunədir?

- Azərbaycanda milli azlıqlar heç vaxt sıxışdırılmayıblar. Burada tolerantlığın və islam, pravoslav və yəhudi dinlərin liderləri arasında mövcud olan konfessiyalararası hörmətin yüksək səviyyəsi barədə bütün dünya xəbərdardır. Bu, digər ölkələr üçün bir nümunədir. Xarici dövlətlərdən gələn qonaqlar burada fərqli dinlərin nümayəndələrinin mehribancasına yaşayışını görəndə təəccüblənirlər ki, Azərbaycanda tolerantlığın bu modeli yaradılıb. Azərbaycanda tolerantlıq dövlət siyasəti səviyyəsinə çatdırılıb.

-Xaricdəki azərbaycanlı yəhudilər Azərbaycanı lazımi səviyyədə təbliğ edirlərmi?

- Azərbaycanlı yəhudilər hər zaman Azərbaycanı xaricdə yüksək səviyyədə tanıtmağa çalışırlar. Çünki onlar Azərbaycanın xaricdəki dayaqlarından biridir. Mən özüm ABŞ, Fransa, Almaniya, Macarıstan, Yuqoslaviya, Polşas. ölkələrdə keçirilən tədbirlərdə Azərbaycanı təmsil etmişəm.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-13 oktyabr.-S.7.