Diaspor İKT-nin imkanlarından daha çoxdaha səmərəli istifadə etməlidir”

 

Rahim Sadiqbəyli:“İKT-dən istifadə edib xaricdə öz lokal TV-lərimizi və onların vebsaytlarını hazırlaya bilərik”

 

Hazırda diaspor jurnalistlərimiz yaşadıqları ölkələrin televiziya, radio, qəzet və saytlarında bacardıqları qədər ölkəmizin təbliğatını aparırlar. Onlar, eyni zamanda sosial şəbəkələrdə də öz aktivlikləri ilə seçilirlər. Müsahibimiz Rahim Sadiqbəyli bu baxımdan öndə gedən həmkarlarımızdandır. Qeyd edək ki, R.Sadiqbəyli televiziya prodüsserikino rejissorudur. Lənkəranda qulluqçu ailəsində doğulub. Azərbaycan İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) və Moskvada ali rejissorluqssenari kurslarını bitirib. Ailəlidir, üç övladı var. 2004-cü ildən İsveçdə yaşayır. İsveçin İctimai TV-sində və müstəqil telekanallarda işləyib. Hazırda İsveç Beynəlxalq Jurnalistlər Birliyinin İdarə Heyətinin üzvüdürazad jurnalistdokumentalist kimi fəaliyyət göstərir. Bir neçə beynəlxalq kino və TV festivallarının laureatıdır.

-Diasporumuz lazımi qədər İKT-nin imkanlarından yararlanırmı?

-Mən belə deyərdim ki, diaspor İKT-nin imkanlarından daha çox, daha səmərəli istifadə etməlidir. Təəssüflər olsun ki, hər qurultayda bu vurğulansa da, sonra elə bil bu məsələ, bu fikirlər olmamış kimi tam yaddan çıxır. Əlbəttə, bunun obyektivsubyektiv səbəbləri də ola bilər. Amma fakt odur ki, diaspor təşkilatları informasiya kommunikasiya texnologiyalarının imkanlarından heç 1%-də faydalana bilmir. Əlbəttə, söhbət Azərbaycan diasporundan gedir. Başqa millətlər bu sahədə bizdən çox irəlidədir.

-Bir vaxtlar sizinswedenaz.se” saytı fəaliyyət göstərirdi. Hazırda bu sayt hansı səbəbə görə işləmir?

- Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyev diasporun inkişafından danışarkən bir məsələni vurğuladı ki, yaşadığınız ölkələrdə media fəaliyyətləri ilə daha çox məşğul olun. Bu, bizim də ürəyimizdən olan bir mesaj idi. Belə ki, 2011-ci ildə mən şəxsi təşəbbüsümlə burdaswedenaz.se” adlı bir sayt açmışdım. O sayta hər gün 100-150 adam girib baxırdı. Bu sayt Azərbaycan və İsveç dillərində idi. Saytın “az”. variantında İsveçin həyatı, dövlət orqanları, səhiyyə, , əmək birjası, sığortadan düzgün fəaliyyət edilməsi ilə bağlı gündəlik xəbərlər verilirdi. Vəkil, həkim məsləhətlərindən tutmuş kral ailəsinə qədər hər şey var idi. İsveç dilində olan bölümdə isə müasir Azərbaycandan, Qarabağ hadisələrindən, Xocalı soyqırımından, Azərbaycanın , turizm həyatından məqalələr yer alırdı. Təəssüf ki, bu sayt iki il fəaliyyət göstərdi. Tək əldən səs çıxmaz deyiblər. Ona görə mən də tək bunu çox saxlaya bilmədim. İndi o saytı daha da təkmilləşmiş şəkildə bərpa etmək olar. Özüdaha sanballı, daha müasir formada. İmkanlar indi daha genişdir.

-Elə İsveçdə yaşayan diasporumuzun həmrəyliyi və maddi imkanları ilə bu saytı bərpa etmək olmazmı?

-İsveçdə diaspor fəaliyyəti yox dərəcəsindədir. Xaricdəki soydaşlarımızın diaspor fəaliyyətini genişləndirməyə, yəni tək-tək deyil, toplum halında fəaliyyət göstərməsinə ehtiyac var. Bizim İsveç mediası, eləcə də burda fəaliyyət göstərən Xarici Jurnalistlər Assosiasiyası ilə çox geniş əlaqələrimiz var. Mən həm XİN-də, həm də İsveç Parlamentində qeydiyyatdan keçmişəm. Hətta XİN-də pressroomda mənim öz otağım var.

-Xaricdə hansı formada media dayaqlarımızı gücləndirə bilərik?

-Malmödə Cavad Derəxti “Euroaz” adlı televiziya açmışdı. Stokholmdabaşqa Avropa ölkələrində o televiziyanın bürolarını, studiyalarını açmaq olardı. Bilirsiniz, əslində, İsveç dövlətindən də yardım almaq mümkündür. Amma gərək ən azı iki il fəaliyyət göstərəsən, onlar da sənin işini görüb yazdığın müraciətə müsbət cavab versinlər. Mən bu barədə dəfələrlə burdakı diaspor nümayəndələrinə müraciət etmişəm. Amma təəssüf ki, məhəl qoyan olmayıb.

-Biz sizi daha çox Araz TV-nin rəhbəri kimi tanıyırdıq. Niyə bunu yaşada bilmədiz? Yenidən bu televiziyanı bərpa etmək olarmı?

-Bilirsiniz, TV çox bahalı, həm insan resursları tələb edən, həm də çoxlu maddi vəsait istəyən layihədir. Texniki vəsaitə, studiyalara, qeydiyyatdan keçməyə internet TV kimi fəaliyyətə başlamağımıza pulumuz çatsa da, daha davam etdirə bilmədik. Bilirsiniz, məncə, heç indi belə layihələr aktual da deyil

-Diaspora həsr edilən, ümumiyyətlə, diasporla bağlı filminiz varmı?

-Bəli, əslində, diaspor fəaliyyəti ilə mən 1993-cü ildən məşğulam. Elə həmin il də “Azərbaycantelefilm”də Almaniyada yaşayan rəssam İbrahim Əhrari haqqında “Əzablı qurtuluş” adlı sənədli film çəkmişdim. Filmin prodüsseri rəhmətlik Nazim Abbas idi. Operator Eldar Məmmədov, bəstəkar Eldar Mansurovla çox maraqlı film etmişdik. O film Almaniyada, İsraildə, Qazaxıstanda, Rusiyada dəfələrlə nümayiş etdirildi. Daha sonra Dağ yəhudiləri haqqında “Atikva-ümid deməkdir” adlı sənədli film çəkdim və İsrail-Azərbaycan dostluğundan bəhs etdiyim həmin filmçox böyük rezonansa səbəb oldu. Amma professional diaspor fəaliyyətinə 1998-ci ildən başladım. Alman-Azərbaycan Cəmiyyətinin sədri, Slavyan Universitetinin professoru, energetik alim Çingiz Abdullayevlə tanışlıqdan sonra bu fəaliyyət daha da inkişaf etdi. Çingiz müəllimlə dəfələrlə Almaniyanın bir çox şəhərlərində olmaqla yanaşı, həm də Azərbaycanın o vaxtlar, yəni 19-cu əsrdə almanların yaşadıqları ərazilərdə, belə ki, Göygöl, Şəmkir, Gədəbəy rayonlarında dəfələrlə almanlarla görüşlərimiz olduçox gözəl bir sənədli film çəkdik. O film Alman-Azərbaycan Cəmiyyətinin bir çox tədbirlərində nümayiş etdirildi. Çingiz müəllimlə bizim iki çox maraqlı bədii film ssenarimizvar. Və inanıram ki, bu filmlər də nə vaxtsa çəkiləcək. Bilirsiniz ki, mən həm də TV filmləri rejissoru kimi ilk dəfə çox uğurlu teleserial hesab olunan “Bəyaz həyat” serialının müəllifi və rejissoruyam.

-Xaricdə rejossor olmağın hansı çətinlikləri var?

-Buranın çox güclü kinoteatr institutları və məktəbi var. Uşaqlar orta ümumtəhsil məktəblərini bitirəndən sonra dərhal özlərinə sənət seçib o sənətə görə gimnaziyaya daxil olurlar. Gimnaziya yaşlarından artıq gənclər, demək olar ki, yarıprofessional kimi yetişirlər. Sonra TV-lərdə, kinoteatr sahələrində praktikaya başlayıb, universitetdə təhsillərini davam etdirirlər. Ona görə rəqabət çox böyükdür. Mən İsveçə gələndə artıq 40 yaşım var idi. 5-6 ilgedir inteqrasiyaya. Ona görə çox çətin idi başlamaq. Amma, şükürlər olsun, elə öz sənətimizdə, az da olsa, fəaliyyət göstərə bilirik.

-Sosial şəbəkələrdə hansı aktivlik göstərirsiz?

-“Facebook”da, “İnstagram”da aktivəm.Twitter”də Facebook”un İsveç dilində əsasən, isveçli dostlarımın olduğu profilimdə Azərbaycana aid yazıları, məqalələri, turizm filmlərini, tanıtımları paylaşıram.

-İKT-dən istifadə edib diaspor sahəsində daha hansı işlər görmək olar?

- Hər yaşadığımız ölkələrin dilində internet səhifələri açmalı, ölkəmizi tanıtmalı olan filmlərdən, verilişlərdən istifadə edib, Avropada pulsuz efir vaxtı verilənOppenkanalının imkanlarından faydalanaraq öz lokal TV-lərimizi onların vebsaytlarını hazırlaya bilərik. Bir faktı deyim, əgər diaspor bu ölkələrdə qədər aktiv olarsa, elə bu, ilk növbədə diasporun nümayəndələrinin öz xeyrinədir. Çünki içimizdən sabah millət vəkilləri, ictimai- siyasi xadimlər çıxarsa, bizim yaşadığımız ölkələrdə, ilk növbədə onların ictimai diaspor aktivliyinə nəzər yetirilir.

SondaPalitraqəzetinin kollektivinə öz təşəkkürümü bildirirəm.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-14 oktyabr.-S.11.