İKT-nin inkişafı insanların həyatını asanlaşdırıb

 

Biz istəsək də, istəməsək də yeni dövrün tələblərinə uyğunlaşmalıyıq. Bu, bir növ təbii prosesdir. Yəni təkamül etmək istəyirsənsə, fərdi və ictimai həyatda gedən proseslərin nəbzini tutmalısan. İndiki zamanda həyatın hər bir sahəsi özünü, əsasən, İKT ilə inkişafa aparır.

Maraqlıdır ki, heç bir sahədə İKT-siz önə çıxmaq olmur. Belə desək, həyatımız İKT ilə əhatələnib. Və ildən-ilə bu əhatələnmə daha da artır. Belə “ildırım sürətilə” inkişaf gedərsə, gələcəkdə insanlardan tutmuş dövlətlərə kimi bir-birlərinə münasibətləri tamam fərqli şəkildə qurulacaq. Çünki yeni yaranan İKT vasitələri bir-birlərini elə tez əvəzləyir ki, əvvəlkilərindən insanlar tam istifadə edib incəliklərini öyrənə bilmirlər. Hər hal da burada bir İKT yaradıcılığı var. Əsas məqam odur ki, əvvəllər yeni İKT vasitələrini Yaponiya, Çin meydana gətirirdi. Bu gün isə istənilən inkişaf etməkdə olan ölkələr özünün yeni texnologiyalarını bazara çıxarır.

 

İKT-nin inkişafı sahəsində indi bütün elmi qurğular tam avtomatik işləyir”

 

Qeyd etdiyimiz kimi, artıq İKT insanların bütün həyatına sirayət edib. Ümumiyyətlə, İKT-nin inkişafı insanların bütün hallarda həyatını asanlaşdırıb. Həmsöhbət olduğumuz insanlar da bu haqda maraqlı fikirlər söylədilər. Almaniyanın Rostok Universitetinin Texniki termodinamika kafedrasının daimi elmi işçisi Cavid Səfərov dedi ki, İKT hər bir sahədə olduğu kimi, elm sahəsində də çox böyük çevrilişlərə gətirib çıxarıb: “Sadəcə, məşğul olduğum mayelərin istilik-fiziki xassələrinin ölçülməsi və alınmış nəticələrin analizini misal gətirə bilərəm. Belə ki, əvvəllər bütün təcrübələr mexaniki yığılmış qurğular vasitəsilə aparılırdı, təzyiq, temperatur kimi vacib termodinamik xassələr mexaniki vasitələrlə ölçülürdü. Bu da, əlbəttə, ölçmə xətasını daha da kobudlaşdırırdı. İKT-nin inkişafı sahəsində indi bütün elmi qurğular tam avtomatik işləyir, təzyiq və temperatur elektronik cihazlarla ölçülürİKT-nin köməyi ilə kompüterdə emal edilir. Temperaturun ölçmə zamanı sabit saxlanması ən vacib məsələdir. Əvvəllər bu proses elektrik naqilini saatlarla dayanmadan əl ilə açıb-bağlamaqla yaradılırdı. Əlbəttə, bunun üçün əlavə bir nəfər də lazım olurdu. İndi termostat bu prosesi avtomatik yerinə yetirir, İTK-nin köməyi ilə kompüterdə rəqəmsal qeyd olunurvizual görünür. Alınmış nəticələr əsasında qrafiklərin qurulması və nəticələrin emalı keçmiş illərdə millimetr kağızında əl ilə aparılırdı. Bunun üçün də çoxsaylı kağız lazım olurdu və əlbəttə, bu diaqramlar dəqiq olmurdu. İndi bütün bu proseslər, eyni zamanda hal tənliklərinin yaradılması, ədəbiyyat nəticələrinin müqayisəsi və s. proseslər tam İKT-nin köməyi ilə aparılır və heç bir əlavə materiala ehtiyac qalmır. Sadəcə, yaşadığım dövrdə İKT həyatımızın ayrılmaz bir hissəsinə çevrilibelmin inkişafına birbaşa təsir edir”.

C.Səfərov İKT deyəndə, əsasən, onun sahəsində kompüter proqramlarının, texniki qurğuların avtomatikləşməsinin daha önə çəkilməsini görür.

 

“Həyatımızı İKT olmadan düşünmək çətindir”

Gənc ictimai fəal, Bakı şəhər Suraxanı rayon Qaraçuxur Bələdiyyəsi Yerli Büdcə Məsələləri Daimi Komissiyanın sədr müavini Eldar Mirzəliyevin fikrincə isə bu gün həyatımızı informasiya kommunikasiya texnologiyaları olmadan düşünmək çətindir:Burada söz hər hansı bir psixoloji asılılıqdan getmir, çünki informasiya kommunikasiya texnologiyaları vasitəsilə insanlar doğmaları və dostları ilə, öz biznes partnyorları ilə rahatlıqla əlaqə saxlaya bilir. Həmçinin insanlar bir çox işlərini yerlərindən qalxmadan informasiya texnologiyaları vasitəsilə həll edərək, vaxtlarına və enerjilərinə qənaət edirlər. Bir sözlə, informasiya kommunikasiya texnologiyaları bu gün insan həyatının bütün fəaliyyət sahələrində tətbiq olunur. Buna misal olaraq, Azərbaycanda "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilən "Elektron Hökumət" layihəsini göstərmək olar. Elektron Hökumət” istifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq virtualda ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən keyfiyyətcə yeni formada təqdim edilməsinə, istifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması xidmət edir. Zaman keçdikcə insanların dünyaya baxışları dəyişir. Bir vaxtlar informasiya texnologiyaları istifadəçiləri yalnız gənclər idisə, indi yaşlılar və uşaqlar, qadınlar və kişilər, bir sözlə, hər kəs istifadəçiyə çevrilib. Bir zamanlar informasiya yalnız tvradiodan alınırdısa, artıq informasiya texnologiyaları vasitəsilə internet üzərindən daha rahat formada informasiya əldə etmək mümkündür. Orta statistik göstəricilərə əsasən informasiya kommunikasiya texnologiyaları hər 30-60 dəqiqədən bir yenilənir. İT sahəsində nəzərdə tutulmuş hər bir yenilik insanların həyatını daha da asanlaşdırır”.

 

İnsanlar İKT-nin onlara verdiyi imkanlardan istifadə edərək özlərini inkişaf etdirməli, cəmiyyətə faydalı olmağa çalışmalıdırlar”

 

“Gənc Sahibkarlar Klubuİctimai Birliyinin sədri Salman Umudov insanların inkişafında, dünyaya inteqrasiyasında İKT-nin rolunu yüksək qiymətləndirdi: “İnformasiya kommunikasiya texnologiyalarının insanların həyatında böyük rolu var. Müasir dövrümüzdə informasiya kommunikasiya texnologiyalarının təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadisosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edir. Elə buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı cəmiyyətlər dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır. Belə cəmiyyətlərin əsas üstün cəhətləri İKT-nin kütləvi istifadəsi, qlobal informasiya mühitinin yaradılması və digər bu kimi amillərdir. Artıq dünyanı İKT-nin bəxş etdiyi yeniliklərsiz, o cümlədən internetsiz təsəvvür etmək qeyri-mümkündür”.

S.Umudov orta məktəbdən başlayaraq insanın bütün həyatı boyu inkişafında İKT-nin rolunu dəyərləndirdi: “Müasir texnologiyalar insanların həyatının, fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. İnsanlar İKT-nin onlara verdiyi imkanlardan istifadə edərək özlərini inkişaf etdirməli, ölkəyə, cəmiyyətə və ailələrinə faydalı olmağa çalışmalıdırlar. Bu sahədə təhsil, ictimai maarifləndirmə və xarici dilləri mənimsəmə önəmlidir”.

 

“İKT insanları yorucu əməkdən azad edir

“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polada görə isə İKT insanları yorucu əməkdən azad edir: “İKT müasir dəzgahların, yəni texnoloji qurğuların idarə edilməsində böyük əhəmiyyətə malikdir. Həmçinin İKT iqtisadiyyatın, kənd təsərrüfatının və s. sahələrin inkişafına güclü təkan verir. Təqdiralayiq haldır ki, İKT-nin tətbiqinə Azərbaycanda da böyük diqqət yetirilir. Ölkəmizdə son illərdə İKT sahəsində ciddi addımlar atılıb, Azərbaycan hakimiyyəti bu istiqaməti dövlət siyasətinin əsas prioritetlərindən biri elan edib. Elə buna görə də hazırda İKT sektoru ölkəmizdə ən dinamik inkişaf edən sahələrdən biridir”.

 

“İKT artıq ölkələr üçün inkişaf göstəricisidir”

Qars Universitetinin məzunu Rauf Binnətov da İKT-nin həyatımızın ayrılmaz bir hissəsi olduğunu qeyd etdi: “Əsasən, dövlət orqanlarında sənədləşmə, bank sektorunda, maliyyə əməliyyatlarında İKT bu işləri asanlaşdırır. Yaxın qohum-əqrəba, dostlarınla İKT-nin inkisafı sayəsində “Skype”, “Messenger”, “Facebook”, “Instagramkimi vasitələrlə əlaqə saxlaya bilərsən. İKT artıq ölkələr üçün inkişaf göstəricisidir. Artıq biznes əməliyyatları fəaliyyəti, elmi nailiyyətlər və araşdırmalar İKT-nin sayəsində daha da inkişaf edib”.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-18 oktyabr.-S.11.