KİV rəhbərləri
Naxçıvandan xoş təəssüratlarla
ayrılıblar
Oktyabrın 14-də Naxçıvan şəhərində “Dövlət orqanları və media arasında əlaqələrin genişləndirilməsi” mövzusunda konfrans keçirilib. Konfransda iştirak edən paytaxt Bakı şəhərində fəaliyyət göstərən bir sıra aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri oktyabrın 14-15-də Naxçıvan Muxtar Respublikasının gəzməli-görməli yerləri ilə, təhsil, mədəniyyət, istehsal, səhiyyə müəssisələri, tarixi abidələrlə yaxından tanış olublar. Qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib. Media qurumlarının rəhbərləri “Əlincəqala” tarixi abidəsi və muzeyi ilə tanış olublar. (AZƏRTAC)
Qeyd olunub ki, “Əlincəqala” tarixi abidəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il fevralın 11-də imzaladığı Sərəncama əsasən bərpa olunub. Bərpa işləri zamanı Əlincə dağının ətəyində müvafiq yer seçilib və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi üçün bina inşa olunub. Bina iş otaqları və ekspozisiya zalından ibarətdir. Ekspozisiya zalında Əlincəqalada məskunlaşan insanların həyat tərzini özündə əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, pul və sikkələri, kitab, jurnal və qəzet materialları nümayiş etdirilir. Əlincəqalanın bərpası zamanı qalanın tarixiliyi qorunub saxlanılıb. Qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub. Qalanın zirvəsinə doğru yol çəkilib, qala ərazisində işıqlandırma sistemləri yaradılıb, oturacaqlar qoyulub, yaşıllıqlar salınıb. Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Qalanın zirvəsinə gedən yolda daş üzərində həkk olunan “Tarixi yaşadanları tarix də yaşadacaqdır” fikri “Əlincəqala”nın bərpasının xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bir daha təsdiq edir. Bu gün xalqımızın qəhrəmanlıq simvolu olan Əlincəqalanın zirvəsində Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli sərəncamına əsasən bərpa edilən Culfa rayonu ərazisindəki dünya əhəmiyyətli Gülüstan türbəsi də qonaqların diqqətini cəlb edib. Məlumat verilib ki, Gülüstan türbəsi dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrindən biridir. Memarlıq-konstruktiv quruluşuna görə türbə tipli digər memarlıq abidələrindən fərqlənən Gülüstan türbəsi orta əsr Azərbaycan memarlıq abidələri içərisində özünəməxsus yer tutur. Gülüstan türbəsinin sərdabəsi kürsülük adlanan yerüstü hissədə yerləşir. Kürsülük xaricdən kəsik piramida, daxildən isə silindrik quruluşa malikdir. Planda kvadrat olan kəsik piramida yuxarıda düzgün onikibucaqlıya çevrilir. Onun üzərində isə onikiüzlü üst kamera yerləşir. Türbənin səthləri oyma həndəsi ornamentlərlə və dekorativ tağlarla bəzədilib. Naxçıvan memarlıq məktəbinə məxsus digər türbələrdə olduğu kimi, Gülüstan türbəsində də taxçaların içərisi incə həndəsi ornamentlərlə örtülmüşdür. Türbə öz zərifliyi, incə memarlıq üslubu və xüsusiyyətləri ilə bu gün olduğu kimi, gələcəkdə də dəyərini qoruyub saxlayacaqdır. Abidənin yerləşdiyi ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq burada “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu yaradılıb.
Kütləvi informasiya
vasitələrinin rəhbərləri
“Arıçılıq məhsulları - bal
festivalı”nın keçirildiyi
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey
Kompleksində Naxçıvan Muxtar
Respublikasının müxtəlif rayonlarında istehsal olunan bal məhsulları ilə tanış olublar. Festivala muxtar respublikanın bütün
rayonlarından olan 210 arıçı tərəfindən
10 tondan artıq bal, vərəmum,
çiçək tozcuğu, güləm,
arı südü və digər arı məhsulları
çıxarılıb. Həmçinin festivalda
bal arağı, bal
şərbəti və baldan hazırlanan
müxtəlif şirniyyatlar da nümayiş olunub. Naxçıvan şəhərinin
ən yüksək məkanında yerləşən Dövlət
Bayrağı Meydanı və Muzeyi ilə
tanışlıq zamanı bildirilib ki, dövlətçiliyimizin
simvollarını özündə əks etdirən bu məkan Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin
“Naxçıvan şəhərində Dövlət
Bayrağı Meydanı və Muzeyinin
yaradılması haqqında” 2014-cü il
22 avqust tarixli Sərəncamına
əsasən yaradılıb. Meydanın mərkəzində inşa olunmuş bayraq dirəyinin hündürlüyü
57 metrdir. Burada dalğalanan üçrəngli
bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin pyedestalının altında nadir quruluşa malik Bayraq Muzeyi
yaradılıb. Səkkizguşəli ulduz
formasında inşa olunan
muzey binası eyni quruluşa malik sütunlarla əhatə olunub.
Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
ilə 1990-cı il noyabrın 17-də
Naxçıvan Muxtar Respublikasının
ali qanunverici
orqanında qəbul olunan
“Naxçıvan Muxtar Respublikasının
dövlət rəmzləri haqqında” Qərarın surəti
və həmin tarixi günə aid fotoşəkillər nümayiş
olunur. Tarixən
Naxçıvan ərazisində mövcud
olmuş dövlətlərin, eləcə
də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan
xanlığının süvari dəstələrinə
verilən bayraqlar, döyüşçü
libasları, Naxçıvan Muxtar
Respublikasının müxtəlif illərdə qəbul
olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri
muzeyin ekspozisiyasında yerləşdirilib.
Qonaqların “Xan Sarayı”
Dövlət Tarix-Memarlıq, Möminə xatın və
Açıq Səma Altında Muzey Kompleksi ilə tanışlığı
zamanı qeyd olunub ki, Azərbaycan milli
memarlığının möhtəşəm abidəsi,
Şərq memarlığı incilərindən biri olan Möminə
xatın 1186-cı ildə tikilib.
Xalqın yaddaşında zaman-zaman “Atabəy
günbəzi” adı ilə qalan abidənin
baş tağında kufi
xətti ilə bu sözlər
yazılıb: “Biz gedirik,
ancaq qalır ruzigar. Biz ölürük, əsər
qalır yadigar”. Türbə yeraltı, yəni
sərdabə və yerüstü hissələrdən
ibarətdir. Naxçıvan şəhərindəki Əcəmi
Seyrəngahında açıq səma altında nümayiş etdirilən daş
abidələr də media rəhbərlərinin
diqqətini cəlb edib. Naxçıvan
Muxtar Respublikasının ərazisindən
tapılan müxtəlif dövrlərə aid
450 maddi-mədəniyyət nümunəsi - daşdan
düzəldilmiş qoç heykəllər,
daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü
sənduqələr onların diqqətini çəkib.
Xan sarayında məlumat verilib
ki, saray
Naxçıvan şəhərinin Xan
dikində inşa olunub.
Naxçıvan xanı I Kalbalı xan Kəngərliyə
və onun varislərinə məxsus olan bu saray
Azərbaycanın orta əsrlər
memarlığının nadir incilərindən
biridir. Xüsusi qaydada inşa edilən və
xalq tətbiqi sənətinin bir çox növlərinin
birləşdiyi Xan sarayı orijinal memarlıq üslubu
ilə seçilir. Sarayın daxili və bədii tərtibatı, xarici quruluşu və məşhur
güzgülü salon,
həmçinin üçüncü mərtəbədə
yerləşən iki yay
köşkü vardır. Bu
köşklər fasad tərəfdəki
girişdəki köşklərə paralel
olaraq tikilib. Keçmiş Naxçıvan xanlarının sarayında fəaliyyətə
başlayan muzeyin birinci mərtəbəsində iş otaqları, elmi fond və digər yardımçı sahələr,
ikinci və üçüncü
mərtəbələrində isə 10 salondan
ibarət ekspozisiya - sərgi zalları
vardır. Cəsur döyüşçülər olan xan Naxçıvanskilər
indi əzəmətli Xan
sarayını ziyarətə gələnlərə layiqincə
təbliğ olunur. Naxçıvan
Dövlət Televiziya və Radio Verilişləri Komitəsində olan qonaqlara bildirilib ki, son illər bütün
sahələrdə əldə olunan inkişaf və yüksəliş muxtar respublikanın kütləvi informasiya orqanlarını da
əhatə edib. Bu gün
17 saat efirdə olan
Naxçıvan Dövlət Teleradiosu ən
müasir rəqəmsal bazaya
malikdir. İnformasiya
texnologiyalarının tətbiqi teleradio
materiallarının keyfiyyətini xeyli
yaxşılaşdırıb, muxtar respublikada rəqəmsal yayıma keçid təmin olunub.
Media rəhbərləri “Şəq
qapısı” qəzetinin redaksiyasında da
olublar. Qeyd edilib ki, 2010-cu il iyulun 22-dən qəzet redaksiyası,
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi
yeni binada fəaliyyət
göstərir. Burada müasir
iş şəraiti yaradılıb. Mətbəədə quraşdırılan müasir çap
avadanlıqları hesabına artıq muxtar
respublikada işıq üzü
görən bütün qəzet və jurnallar, o cümlədən
“Şərq qapısı” qəzeti rəngli, yüksək poliqrafik keyfiyyətlə nəşr olunur. Kütləvi informasiya
vasitələrinin rəhbərləri Şahbuz
rayonunun Nursu kəndində
yerləşən Xalq şairi
Məmməd Arazın Ev-Muzeyi ilə də
tanış olublar. Qeyd
edilib ki, muzey binası iki mərtəbədən
ibarətdir. Xalq şairinin
zəngin irsini əks etdirən
eksponatların yerləşdiyi muzey ədibin
həyat və yaradıcılığı haqda
geniş məlumat almağa
imkan verir. Ekspozisiyada şairin müxtəlif illərdə nəşr
olunan, eləcə də görkəmli sənət
ustasının həyat və yaradıcılığından
bəhs edən kitablar, mənalı həyat
yolunun müxtəlif dövrlərini əks
etdirən fotoşəkillər sərgilənir. Bu gün Naxçıvanda Məmməd Araz yaradıcılığı ətraflı
tədqiq olunur, muzeylə muxtar
respublikanın ümumtəhsil məktəbləri arasında
virtual dərslər keçilir,
şairin irsi layiqincə
təbliğ edilir. “Əshabi-Kəhf”
Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi,
Naxçıvan Xalça Muzeyi,
Duzdağ Fizioterapiya Mərkəzi,
Naxçıvan Biznes Mərkəzi
ilə tanışlıq media nümayəndələrində
xoş təəssüratlar yaradıb.
Oktyabrın 15-də kütləvi informasiya
vasitələrinin rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
Palitra.-2016.-18 oktyabr.-S.6.