“ABAD” mərkəzlərinin yaradılması prosesinə başlanılıb

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşı OECD-nin seminarında iştirak edib

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki, dosent Ramil Hüseyn İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dəvəti ilə 10-13 oktyabr 2016-cı il tarixlərində İtaliyanın Venesiya şəhərində keçirilən "KiçikOrta Sahibkarlığının rəqabətqabliyyətliyinin artırılması islahatlarına dəstək" mövzusunda seminarda iştirak edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “Palitraya verilən məlumatda qeyd edilir ki, seminar çərçivəsində iştirakçılar İtaliyanın Şimal Şərq Regionunda yaradılanan şərabçılıq klasterininVenesiya şəhərinin yaxınlığındakı VEGA ElmTexnologiya Parkının fəaliyyəti ilə tanış olmuşlar. Rəsmi şəxslərdən İtaliyada kiçikorta sahibkarlığın inkişafı ilə bağlı görülən işlər barədə məlumat alıblar. İİTKM-nin analitiki seminar zamanı aparılan müzakirələrə qatılıb və Azərbaycanda bu sahədə aparılan islahatlar barədə iştirakçıları məlumatlandırıb. O, OECD-nin nümayəndələri ilə görüşlərdə Azərbaycanda hazırlanan milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərindən birinin kiçikorta sahibkarlıq səviyyəsində istehlak malları istehsalı və digər istehsalat olduğunu vurğulayıb. Qeyd edib ki, bu faktın özü kiçikorta sahibkarlığın inkişafına xidmət edəcək. Eyni zamanda Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılmasıda kiçikorta sahibkarlığa yeni imkanlar yaradacaq. OECD təmsilçilərinin nəzərinə çatdırılıb ki, Azərbaycanda sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçikorta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” mərkəzlərinin yaradılması prosesinə başlanılıb.

 

Anar

Palitra.-2016.-18 oktyabr.-S.4.