Azərbaycan məhsullarının elektron satışını təşkil edəcək
saytlara ehtiyac var
Belə saytlar istehlakçıların bazarları gəzmədən
təzə və təbii məhsulu birbaşa
istehsalçıdan almasını təmin edir
Ölkəmiz meyvə və tərəvəz istehsalında çox əhəmiyyətli bir potensiala malikdir. İqlim xüsusiyyətlərinə görə, bir çox Qərb ölkəsində yetişməyən meyvə və tərəvəz növləri, yurdumuzda ən təbii şəkildə, bol miqdarda yetişir.
Bu gün dünya meyvə istehsalı təxminən 500 milyon ton, tərəvəz istehsalı təxminən 700 milyon tondur. Qonşu Türkiyə isə meyvə istehsalında dünyada doqquzuncu, tərəvəz istehsalında isə dördüncü yerdədir. İstehsalçılarımız əsrlərdir nəsildən - nəslə keçməklə bu meyvə və tərəvəz istehsalında böyük təcrübə əldə ediblər. Bununla yanaşı, az xərclə keyfiyyətli məhsul əldə etmək və istehsal miqdarını artırmaq üçün davamlı işlər aparılır. Daxili və xarici bazardakı rəqabət, keyfiyyəti daha da artırmağı, ən yaxşını, ən gözəl şəkildə və uyğun qiymətlə bazara təqdim etməyi tələb edir. Qablaşdırma zamanı bağlarda və tarlalarda toplanan məhsullar təmizlənir, qablaşdırılır, uyğun şəkildə saxlanılaraq istehlakçıya təqdim edilir.
Bununla yanaşı, bu gün dünyada internetdə təzə, təbii meyvə və tərəvəz məhsullarının satışı ilə məşğul olan e-ticarət saytlarının sayı gündən-günə artır. Təbii şərtlərdə yetişdirilən məhsulları şəhərlərdəki istehlakçıya praktik bir şəkildə çatdıran bu platformalar təxmin ediləndən daha çox maraq görməkdədir. Bu saytlar, istehlakçıların yorucu bir iş gününün ardından bazarları gəzməyə gərək qalmadan ən təzə və təbii məhsulu birbaşa istehsalçıdan almasını təmin edir. Təbii və mövsümündə yetişdirilən meyvə-tərəvəzi tarladan yığdıqdan və ya istehsalçıdan aldıqdan yalnız bir gün sonra istehlakçının qapısına qədər gətirir. İstehsalçılar, mövsümünə görə fərqli bölgələrdən seçilir. Bu gün ABŞ və Avropada başda “Amazon” olmaq üzrə bir çox sayt, internet üzərindən meyvə-tərəvəz satışı aparır. Dünyada bu kateqoriyadakı ilk nümunə “Webvan.com” olub. Bundan başqa, “Hellofresh.com”, “Dinnr.co.uk”, “Blueapron.com”, “Farmingo.com” dünyada bu seqmentdə satış aparan saytlar arasında yer alır. Türkiyədə də bu sahədə mövcud bir sıra saytlarla yanaşı, istehlakçıya birbaşa xidmət edən bir başqa sahə olaraq B2B, yəni müəssisələrə istiqamətli qida tədarükü xidməti verən internet şirkətləri də var.
Bu istiqamətdə fəaliyyəti
daha da artırmaq məqsədilə
Türkiyədə yaş meyvə və
tərəvəz sektoru, "virtual marketinq" hücumu başladıb. Ege
Yaş Meyvə Tərəvəz
İxracatçıları Birliyi, 300 üzvünün məlumatını, virtual bazar olan
“aegeanfreshness.com” ünvanında
yayımlayacaq. Birlik sədri Rza Səyyar, 170 ölkənin
süfrələrini Ege bölgəsindən
gedən meyvə, tərəvəz məhsullarının bəzədiyini,
bu internet saytı ilə
ölkə sayını və ixrac rəqəmini
artırmağı hədəflədiklərini qeyd edib. Qeyd edək ki, bu gün ölkəmizdə
də meyvə və tərəvəz satışı ilə
bağlı yeniliklərin tətbiqinə
çalışırıq. Bu istiqamətdə
atılan addımlardan biri kimi
məhsul sahibindən istehlakçıya təqdimat ilk addımdır. Digər tərəfdən soyuducu anbarların yaradılması da məhsulların qorunub
saxlanılaraq istehlakçıya çatdırmağa imkan verir. Eyni
zamanda bu məhsulların
ixracını daha da
artırmağa imkan verir.
Bu gün bir faktdır ki, biz öz məhsullarımızın
xarici bazarlara
çıxarılmasına, brendə çevrilməsinə
çalışırıq. Hazırda bu
sahədə dünyada tətbiq olunan üsullardan biri də məhz internet
saytlarıdır. Bununla məhsullarımızı
nəinki ölkə daxilində, eləcə də xaricdəki
alıcıya tanıda bilərik. Bunun üçün isə bu
sahədə saytların fəaliyyətinə ehtiyac
var.
Nigar Abdullayeva
Palitra.-2016.-18 oktyabr.-S.5.