Ekoloji təhsilə yanaşmalaronun mahiyyəti

 

Yaşadığımız XXI-ci əsri bəzən “kompüter”, bəzən “informatika”, bəzən isə “kosmos” əsri adlandırırlar. Bunlar hamısı özlüyündə düzgün fikirlərdir. Belə ki, hazırda həyatımızı kompütersiz, internetsiz təsəvvür edə bilmərik. Burada isə möhtərəm Prezidentimiz İlham Əliyevin söylədiyi aşağıdakı fikir yada düşür: “Hazırda dünyada hər şeyi bilik, savad, təhsil həll edir”.

Lakin təəssüf ki, elm və texnikanın inkişafı ilə müşayiət olunan bu proseslərlə paralel surətdə digər - ekologiya sahəsində müxtəlif problemlər yaranmaqdadır. Həm də bu problemlər getdikcə daha da böyüməkdədir. Belə ki, artıq dünyanın ən müxtəlif ölkələrində torpaq sürüşmələri, su daşqınları, quraqlıq, dünya miqyasında iqlimin sabit saxlanmasında müstəsna rol oynayan Arktikadakı buz “dağ”larının tədricən əriməsi, nəticədə dünya okeanında suyun səviyyəsinin tədricən qalxması, əkinəyararlı torpaq sahələrinin su altında qalması, az qala, adi hala çevrilib. Buna görə də ətraf mühitin ekoloji vəziyyəti cəmiyyətdə haqlı narahatlıq doğurur. Dünyanın əksər ekoloqları hesab edirlər ki, əhalinin ekoloji təhlükəsizliyinin təmin olunması üzrə hiss olunacaq pozitiv nəticələrə yalnız təhsil, dövlət və ictimai təşkilatların, texnoloqların və başqa mütəxəssislərin birgə səyi ilə nail olmaq olar. Lakin burada ən mühüm amil insan-təbiət qarşıdurmasının olmadığı ekoloji məqsədyönlülüyə istiqamətlənmiş, şəxsiyyətin ekoloji şüurunun formalaşdırılmasına yönəldilmiş pedaqoji fəaliyyətdir. İstər ali, istərsə də pedaqoji təhsilin inkişafının əsas tendensiyalarına humanistləşdirmə, demokratikləşdirmə, informasiyalaşdırma və Avropa təhsilinə inteqrasiya ilə yanaşı, ekologiyalaşdırma da aiddir. Gələcək mütəxəssis kimi bu qənaətdəyəm ki,cəmiyyətin ekoloji təhsilinin əsas məqsədi ekoloji mədəni şəxsiyyətin, yəni ekomərkəzi düşüncə prinsiplərinə tam inanan (antropomərkəzin əksinə olaraq), təbiət hadisələrinin qarşılıqlı əlaqəsini dərindən başa düşən, öz ekoloji davranışına görə indiki və gələcək nəsillər qarşısında məsuliyyət hissinə malik olanetdiyi bütün hərəkətlərin nəticəsini aydın dərk edən şəxsiyyətin təşəkkül tapmasından ibarətdir. İndi insanların qarşısında təbiətlə qarşılıqlı münasibətin yeni mədəniyyətini-cəmiyyətin ekoloji mədəniyyətini yaratmaq kimi bir vəzifə durur. Qloballaşma prosesində dünya ictimaiyyətini birləşdirən ekoloji təsəvvürlər ictimai həyata və elmin bütün sahələrinə nüfuz edən amildir. Ekologiya dünyanın elmi mənzərəsinin lideri kimi təşəkkül tapmaqda, ekoloji təhsil isə bütövlükdə təhsilə münasibətdə önəmli və sistem yaradıcı rol oynmaqdadır.

Dünyanın elmi mənzərəsinin dəyişməsi bütün səviyyələrdə təhsilin metodologiyasını prinsipial olaraq dəyişir. Belə ki, dünyanın əvvəlki elmi mənzərəsində əsas yeri fiziki nəzəriyyələr: dünyanın mexaniki mənzərəsində klassik mexanika, kvant-sahə mənzərəsində - kvant mexanikası tuturdu. Hazırda isə dünyanın bir çox məşhur alimləri, o cümlədən fiziklər son dövrlərdə dünyanın elmi mənzərəsinin tam təsvirini vermək üzrə öz üstünlüklərini itirmişlər. Ona görə də yaxın gələcəkdə müstəqil fəaliyyət göstərməyə hazırlaşan bir magistr kimi qeyd etməliyəm ki, Azərbaycanın ekoloji konsepsiyasına görə təbiət-cəmiyyət münasibətləri ekoloji problemlərin xarakterinə və onların həlli yollarına uyğun olaraq çox vaxt üç qrupa ayrılır.

I qrup: - meşələrin mühafizəsi və bərpası problemləri;

-torpaqların eroziyası və ona qarşı mübarizə tədbirlərinin təşkili;

-təbii yem sahələrinin deqredasiyası və onların düzgün istifadəsi üçün

normal şərait;

-texnogen pozulmuş torpaqlar və onların rekultivasiyası problemləri;

II qrup: -hövzədaxili bölgələrdə torpaq üzərində ekoloji monitorinqin təşkilinin həlli problemləri;

-ekoloji qiymətləndirmə xəritələrinin tərtibi; -torpaqların ekoloji münbitlik

pasportlarının tərtibi.

III qrup: - cəmiyyətdə ekoloji mədəniyyətin formalaşdırılması;

-ətraf mühitin qorunması üzrə qanunvericiliyin təkmilləşdirilməsi.

Hazırda əhali arasında ekoloji mədəniyyətin formalaşdırılması məqsədi ilə təbliğatın gücləndirilməsi, orta ümumtəhsil məktəblərində və ali təhsil müə- sisələrində ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı tədris saatlarının artırılması da ekoloji siyasətin tərkib hissəsidir. Lakin ölkəmizin ortaali məktəblərinə xas olan ənənəvi fundamental təhsilin yüksək səviyyəsini saxlamaq üçün dünyanın yeni elmi mənzərəsinin, dünyanın ekoloji mənzərəsinin və onun əsasında yeni elmi dünyagörüşün-ekoloji dünyagörüşün formalaşdırılmasında yeni yanaşmalar tapmaq lazımdır.

Bir magistr kimi hesab edirəm ki, yeni reallığın çağırışına ən layiqli cavab dünyanın yeni elmi mənzərəsinin təşəkkülü kontekstində ekoloji təhsilin inkişafıdır. Dünyanın müasir elmi mənzərəsinin dünyagörüşü və aspektləri ekoloji fəlsəfəyə söykənir, ekoloji təhsilin metodologiyası isə ekoloji pedaqogika ilə təyin olunmalıdır. Dünya elmi mənzərəsinin dəyişməsi ilə tədrisin metodikası və təlimin mahiyyəti də dəyişir, təhsilin ekologiyalaşdırılması prosesi isə bütün təhsil proseslərində onların fundamentallaşdırılması və humanistləşdirilməsinin əsas istiqaməti kimi çıxış edir. Ekoloji təhsilin vacibliyinin dərk olunması ölkəmizdə keçən əsrin 80-cı illərində formalaşmışdır. Azərbaycan Milli Elmlər Akademiyası bu prosesə böyük töhfə vermişdir.

Ekoloji təhsilin müasir mərhələdə aşağıdakı xarakterik xüsusiyyətlərini qeyd etmək istərdim:

1.O qlobal ekoloji böhran şəraitində keçir.

2. Ekoloji təhsilə təbiət və humanitar elmlərin müasir nailiyyətlərini əks etdirən ətraf mühit haqqında elmlərin və ekologiyanın inkişafının yüksək səviyyəsi uyğun gəlir; ekologiyanın elmipedaqoji aspektlərinin inkişafı qarşılıqlı şəkildə bir-birini tamamlayaraq eyni zamanda baş verir.

3. Dünya ictimaiyyəti daha aktiv və informasiyalaşdırılmış oldu ki, bu da ekoloji təhsildə beynəlxalq əməkdaşlığın rolunun güclənməsinə gətirib çıxarır.

«Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nda ölkəmizdə, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqedə duran, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik olan təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirlər nəzərdə tutmuşdur:

Birinci strateji istiqamət səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlmişdir və təhsilin məktəbəqədər, ümumi ilk peşə-ixtisas, orta ixtisasali olmaqla bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir.

İkinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləş- dirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsil verənin formalaşdırılmasına xidmət edir və özündə təhsil verənlərin peşəkarlığının yüksəldilməsi, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsil alanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir.

Üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəfləri əhatə edir.

Dördüncü strateji istiqamət müasir tələblərə uyğunömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı və xususi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların yaradılması kimi tədbirləri ehtiva edir.

Beşinci strateji istqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır. Bu istiqamət, o cümlədən müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsini, təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsinə keçidi, ödənişli təhsil xidmətlərinin dəstəklənməsini, Təhsilin İnkişafı Fondunun yaradılmasını nəzərdə tutur.

Bəli, yaşadığımız XXI əsrin əvvəllərində, 2016 - cı ildə ekoloji problemlər getdikcə özünü daha qabarıq şəkildə göstərməsi adi gözlə də görünür. Gələcəyimizin, gələcək nəsillərin daha təmiz havalı, saf, ekoloji cəhətdən təmiz olan təbiətdə, cəmiyyətdə yaşaması üçün bu günkü nəslin ekoloji tərbiyəsi çox mühümvacib rol oynayan amillərdəndir. Dərslərdə şagirdlərin yuxarıda göstəriləın problemlərlə kifayət qədər yaxından tanış olmaları, gələcək həyat yollarında ekoloji problemlərin həll olunmasında onların da yaxından iştirak etmələrinin təmin olunması üçün bugünkü təhsilin əvəzsiz rolu vardır. Belə ki, bu gün müəllimlər öz dərslərində şagirdlərinə ekoloji problemlərin həllinin çox mühümvacib rol oynadığını daim onlara aşılamalıdırlar. Bu işdə isə müəllimlərin yaradıcılığından çox şey asılıdır.

Fidanə İbrahimova

Odlar yurduUniversiteti, Biologiyanın tədrisi

metodikası və metodologiya fakültəsinin magistrantı

palitra.-2016.-19 oktyabr.-S.13.