Sənaye parkları iqtisadiyyatın yeni müstəvisində...

 

Azərbaycan neftdən asılılığını azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, daxili təlabatı yerli malların hesabına ödəmək, idxalatdan asılılığı azaltmaq, ixaracatı artırmaq və iqtisadiyyatda canlanma əldə etmək məqsədilə dünya təcrübəsinə əsaslanan Sənaye parklarının yaradılmasını həyata keçirir.

Qeyd edək ki, Azərbaycanda Sənaye parklarının yaradılmasına başlanılmasının ciddi əsasları var. Xarici ölkələrin təcrübəsinə istinad edərək deyə bilərik ki, Sənaye parkları sahibkarlığın dəstəklənməsinə, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin yaradılmasına, kənd təsərrüfatımızın, sənaye potensialımızın və şəhərlərimizin inkişafına çox böyük xeyir verəcək.

Buna görə də müxtəlif sənaye sahələrini inkişaf etdirmək istəyən, ölkə iqtisadiyyatının tarazlı inkişafında maraqlı olan dövlətlər iqtisadi siyasətlərində Sənaye parklarının yaradılmasına, inkişafına yer verirlər. Türkiyə, Almaniya, Polşa, Latviya, Rusiya, Çin və Cənubi Koreya təcrübələri göstərir ki, Sənaye parklarının yaradılması əhalinin təlabatlarının yerində ödənilməsində, milli tekstil brendlərin yaradılmasında, ixtisaslı kadrların hazırlanmasında və yeni yerlərinin açılmasında mühüm əhəmiyyət kəsb edir. Böyük investisiya cəlb edən Sənaye parklarında görüləcək tədbirlər iqtisadi potensialı, kənd təsərrüfatını, sənaye müəssisələrini, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılmasını, sahibkarlar arasında kooperasiya əlaqələrini gücləndirəcək və burada yaradılacaq müəssisələr ixracyönümlü olaraq idxalatdan asılılığı azaldacaq.

Ölkəmizdə Sənaye Parkının yaradılması ilk dəfə 2002-ci ilin sentyabrında imzalanan “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanda müəyyən edilib. Sənaye parklarının yaradılması bununla yanaşı, bir sıra dövlət proqramlarında, o cümlədən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nda, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqram”ında nəzərdə tutulub. Bununla yanaşı, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək tədbirlər planında Sənaye Parkının yaradılması planlaşdırılıb. Məhz adı qeyd edilən sonuncu dövlət proqramına uyğun olaraq Balaxanı Sənaye Parkı yaradılıb.

Yuxarıda qeyd edilən mühüm sənədlərdə verilmiş tapşırıqların icrası ilə bağlı xarici ölkələrin bu sahədəki müsbət təcrübəsinin ölkəmizdə tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Həmçinin BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO), Türkiyənin Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) ekspertlərinin tövsiyələri nəzərə alınmaqla bu sahədə müvafiq təkliflər hazırlanıb və 2013-cü ildə "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə" təsdiq edilib.İndi isə ölkə ərazisində yaradılan Sənaye parkları ilə tanış olaq.

Sumqayıt Kimya Sənaye Parkı Prezidentin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılır. Cənubi Qafqazın ilk kimya Sənaye Parkı olan Sumqayıt Kimya Sənaye Parkının əsas hədəfləri QafqazOrta Şərq regionunu kimya-sənaye mərkəzinə çevirmək, investorlar üçün geniş imkanlar məkanı olmaq, ölkədə innovativ və yüksək texnoloji məhsullar istehsal etməkdir. Burada aqrotibb kimyası, məişət kimyası, tikinti sənayesi kimyası, elektronikaavtomobil sənayesi kimyası, polimerlər və sənaye avadanlıqlarının istehsalı üçün nəzərdə tutulmuş müəssisələr yerləşir. 2011-ci ildə isə Bakı şəhərində Balaxanı Sənaye Parkı yaradılıb. Sənaye Parkının idarəedici təşkilatı "Təmiz Şəhər" ASC-dir. Parkın əsas hədəf sənayeləri bunlardır: plastikin emalı, şin/rezinin istehsalı, elektrikelektron cihaz tullantılarının emalı, akkumulyatorların emalı, əlvan metal və kabellərin emalı, təhlükəli məişət tullantılarının emalı (batareya, lampalar, civə tərkibli əşyalar və s.), yaşıl (təkrar emal olunmuş) məhsulların təkrar istehsalını həyata keçirmək.

Qaradağ Sənaye Parkı 2015-ci ildə yaradılıb. Parkın idarəedici təşkilatı “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir. Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli gəmiqayırma və digər sənaye istehsalı sahələrinin təşkili, xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına əlverişli şərait yaradan ərazidir. Qaradağ Sənaye Parkının hazırda 1 rezidenti var: “Bakı Gəmiqayırma Zavodu” MMC. “Bakı Gəmiqayırma Zavodu” MMC 2010-cu ildə SOCAR, Azərbaycan İnvestisiya Şirkəti və SinqapurunKeppel Offshore & Marine” şirkəti tərəfindən yaradılıb. Müəssisə ən müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz və mühəndislik işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir. Xəzər dənizi hövzəsində analoqu olmayan bu müəssisədə ildə 15 min ton yükgötürmə qabiliyyəti olan dördya 70 min ton yükgötürmə qabiliyyəti olan iki tankerdörd özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkündür.

2015-ci ildə Mingəçevir Sənaye Parkı yaradılıb. Parkın fəaliyyətinin təşkili və idarə olunması İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə həvalə olunub. Parkın tikinti sahəsi 120 min kvadratmetr təşkil edirinşaat işlərinə 60 milyon manatdan artıq, avadanlıq və dəzgahların alınmasına 150 milyon dollardan çox investisiya qoyulub. Parkda ilkin olaraq 2 min, sonra 5500-dən artıq yeni yerinin açılması nəzərdə tutulub. Sənaye parkında 9 müəssisə-pambıq iplik, akril iplik, yun ipliyi, corab məhsulları, ayaqqabı istehsalı, toxuma, parça boyama, tikiştibbi kosmetika fabrikləri inşa edilib istifadəyə veriləcək. Müəssisədə pambıq mahlıcının və ipliyin tullantılarının təkrar emalı da nəzərdə tutulub. Tullantılardan sterilləşdirilmiş pambıq, tibbi sarğı bezləri və bandajları, qulaqtəmizləyən çöplər və makiyaj bezləri istehsal olunacaq. Pambıq ipliyi istehsalı ilkin mərhələdə ildə 10 min ton, növbəti mərhələdə isə 20 min ton, akril ipliyi istehsalı ilkin mərhələdə il ərzində 3 min ton, yun ipliyi istehsalı ildə 3 min ton istehsalı nəzərdə tutulur. Corab istehsalı ilkin mərhələdə tələbatın 50 faiz ödəməklə illik 35 milyon, növbəti mərhələdə isə 70 milyon cüt corab, ayaqqabı istehsalı illik 1,5 milyon cüt dəri ayaqqabı istehsal ediləcək. Ölkədə hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan asılılığı azaltmaq məqsədilə Azərbaycanın və bütövlükdə Qafqazın ən nəhəng tikiş müəssisəsi də Mingəçevir Sənaye Parkında inşa ediləcək.

Prezident Mingeçevir ictimaiyyətçiləri ilə görüşündə vurğulayıb: “Bu Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələr ixracyönümlü müəssisələrdir. Bizim qarşımızda duran əsas vəzifələrdən biribundan ibarətdir. Son illərdə gördüyümüz işlər bu məqsədi güdür ki, Azərbaycanın qeyri-neft potensialını artıraq və ixracyönümlü məhsullar istehsal edək. Bu müəssisələrdə istehsal olunacaq pambıq ipliyi, yun ipliyi, dəri məmulatları, akril ipliyi ixracyönümlü məhsullardır. Xüsusilə pambıq və yun ipliyi müəssisələrində istehsal olunacaq məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur. Çünki bu məhsullar dünya birjalarında satılır. Bu Sənaye Parkının üstünlüyü ondan ibarətdir ki, ölkəmizə böyük həcmdə xarici valyuta gətirəcək. Bu Sənaye Parkının digər üstünlüyü ondan ibarətdir ki, burada fəaliyyət göstərəcək müəssisələrin əksəriyyətində yerli xammaldan istifadə olunacaq”.

2015-ci ildə Neftçala Sənaye Məhəlləsi yaradılıb. Artıq Neftçala Sənaye Məhəlləsində dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yardılıb. Sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün Azərbaycan İnvestisiya Şirkətinə 8 layihə təqdim olunub. Bunlardan 4 layihə üzrə sahibkarlıq subyektləri rezident kimi qeydə alınıb. Ümumi sahəsi 7800 kvadrat metr olan 8 istehsal təyinatlı modullaşdırılmış blok, 1200 kvadrat metr olan inzibati bina, texniki binalar, bütün zəruri infrastruktur sahibkarların istifadəsi üçün hazır vəziyyətə gətirilib. 2016-cı ildə yaradılmış Masallı Sənaye Məhəlləsinin təşkili ilə bağlı işlər intensiv olaraq davam etdirilir. Sənaye Məhəlləsinin idarə olunmasını, inkişafını, fəaliyyətinin təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” ASC həyata keçirir.

Pirallahı Sənaye Parkı isə 2016-cı ildə yaradılıb. Yaxın zamanlarda da, ölkə ərazisində bir neçə yeni Sənaye Parkının tikintisi gözlənilir ki, bunlardan biri də Gəncə Sənaye Parkıdır. Burada, əsasən, metallurgiya sahəsində fəaliyyət göstərən müəssisələr konsentrasiya olacaqlar.

Parklar, adətən, dəmir yolu şəbəkəsinə, hava limanına, dəniz və ya çay limanına, yaxud şose şəbəkəsinə yaxın ərazilərdə tikilir. Biznes mühitinin yaxşılaşdırılmasında parklar mühüm əhəmiyyətə malikdirsahibkarlar burada torpaq əldə etmək üçün müraciət etmək, müvafiq ödəniş həyata keçirmək, kommunal xidmətlərə giriş imkanı əldə etmək, tullantıların emalı sistemlərini tikdirmək, yerli hakimiyyət orqanlarıyla bürokratiya halları kimi problemlərlə üzləşmirlər.

Sənaye parklarının ölkə iqtisadiyyatına verəcəyi müsbət keyfiyyətlərdən biri də inflyasiyanın bir rəqəmdə qorunub saxlanılmasına kömək etməsidir. İkirəqəmli inflyasiyaya malik iqtisadiyyatda Parkların fəaliyyəti çətinləşir və bir çox hallarda zərərlə iqtisadi fəaliyyət göstərirlər. Göründüyü kimi, inflyasiya ilə Parkların fəaliyyəti zəncirvari əlaqədardır və dövlət inflyasiyanın birrəqəmli olaraq qorunmasına çalışmalıdır. Parklar da daxili bazar üçün ucuz və keyfiyyətli məhsullar istehsal edərək inflyasiyanın birrəqəmli olmasına kömək edəcək.

Parklar ümumi iqtisadiyyatın dirçəldilməsi ilə yanaşı, daxili bazarların qorunub saxlanılmasında əvəzsiz rola malikdirlər. Parklarda istehsal olunan məhsullar yerli məhsullar kimi daxili bazarlara yönəldilərək xarici məhsulların bazarlardan sıxışdırılmasına səbəb olacaq.

Ölkəmiz istər sənayedə, istərsə də kənd təsərrüfatında bir neçə məhsullarla özünü tam təmin edə bilmir. Bu baxımdan, Sənaye parkları özünütəminetmə səviyyəsini təmin edərək, gələcəkdə bunun artmasına səbəb olacaq. Bu isə ölkədən valyutanın xaricə axınını dayandıraraq, yerli istehsala yönəldəcək və büdcəyə əlavə vəsaitlər gətirəcək. Özünütəminetmə səviyyəsinin yüksəldilməsində Parklar yerli istehsalçıları daha da həvəsləndirəcək və onların istehsal gücünü artıracaq. Beləliklə, iqtisadiyyat xarici iqtisadi güclərdən asılı olmayaraq, özünütəminetmə ilə dünya bazarına çıxış əldə edəcək, ölkəmiz bir iqtisadi gücə çevriləcək.

Regionlarda torpaqlardan səmərəsiz istifadə və bir çox torpaqların becərilməməsi bu gün ciddi problem olaraq qalır. Torpaqdan səmərəsiz istifadə, becərilməyən torpaqların mövcudluğu büdcəni gəlirlərdən məhrum edir. Yeni yaradılan Parklar bu problemlərin aradan qalxmasına səbəb olacaq. Torpaqların səmərəli istifadəsinin artmasında, istifadəsiz torpaqların becərilməsində, torpaqlardan bol məhsulların əldə edilməsində, yerli fermerlərin həvəsləndirilməsində Parkların rolu böyük olacaq. Regionlarda yaradılan Parklar fermerlərə məhsullarının birbaşa Parklara təhvil verilməsində və gəlirlərinin əldə edilməsində əvəzsiz rol oynayacaq. Bu öz növbəsində iqtisadiyyatın böyük bir qolu olançoxlu işçi qüvvəsi tələb edən kənd təsərrüfatı kimi bir sahənin inkişafına təkan verəcək. Pambıq, üzüm, kartofs. kimi ənənəvi kənd təsərrüfatının dinamik inkişafına nail olunacaq.

Hazırda ölkə bazarlarında ərzaq məhsulları sahəsində yerli firmalar xarici firmalarla rəqabətə tab gətirə bilmir və ərzaq təhlükəsizliyinin təminində mövcud problemlər meydana gəlir. Parkların yaradılması ilə ölkədə ərzaq təhlükəsizliyi təmin olunacaq, gələcəkdə xarici bazarlara çıxış əldə ediləcək. Burada Sənaye parkları ilə Aqroparklar arasında sıx əlaqəni xüsusilə vurğulamaq lazımdır. Bu əlaqə tək ərzaq təhlükəsizliyinin təmininə yox, bütövlükdə kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək.

Parkların üstün cəhətlərindən biri də “Made in Azerbaijanbrendinin təbliği və xarici bazarlarda məhsullarımızın rəqabət qabiliyyətinin artırılmasında oynadığı roldur. Parklarda istehsal olunacaq məhsulların üzərində “Made in Azerbaijanbrendi vurularaq xarici bazarlarda Azərbaycan məhsulu kimi satılacaq. Müxtəlif çeşidli məhsullar üzərində “Made in Azerbaijanbrendi ilə öz istehlakçısına çatacaqbrend geniş bazarlara çıxış əldə edəcək.

Parkların fəaliyyəti ilə yerli məhsulların istehsalının, fermerlərin gəlirlərinin artması bu sahəyə marağı artıracaq, daxili tələbat və bazarların yerli məhsullarla təmini dövlətin yerli istehsalçıları müdafiə etməsini gücləndirəcək. Nəticədə yerli istehsalçı ilə dövlət arasında əlaqələr güclənərək hüquqi baza müstəvisində möhkəmlənəcək və bu da istehsalın artmasına müsbət təsir edəcək. Dövlət istehsalçıya hüquqimaddi dəstək verməklə yerli istehsalçını həvəsləndirəcək və Parklar üçün daxili xammal mənbələrini daha da zənginləşdirəcək. Dövlət və yerli istehsalçı arasında olan sıx əlaqə Sənaye Parklarının xarici xammal mənbələrindən asıllığını ləğv edəcək və daxili xammalın istehsala cəlb edilməsində maraqlı olacaqlar.

 

Mahmud Sadıqov

ADIU-nun magistrantı

Palitra.-2016.-19 oktyabr.-S.7.