ADPU üçün
50 hektarlıq ərazidə kampus
yaradılacaq
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov dünən universitetin 2 nömrəli tədris binasında Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib. ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən “Palitra”ya bildiriblər ki, görüşdə qarşıda duran vəzifələr, idarəetmə və tədris prosesi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, kredit sistemi, təhsil haqları və digər məsələlər müzakirə edilib. Görüşdə ADPU-nun İnzibati idarəetmə və tələbələrlə iş üzrə prorektoru, professor Fikrət Rzayev, Təhsilin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin müdiri, dosent Sənan Əliyev də iştirak ediblər. Qeyd edək ki, universitetin digər fakültələrində də belə görüşlərin keçirilməsi nəzərdə tutulur. ADPU-nun rektoru, professor Cəfər Cəfərov əvvəlcə tələbələri Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan 25 il ərzində böyük və zəngin inkişaf yolu keçib. Bu müddət ərzində həm də yeni nəsil formalaşıb. Müstəqillik böyük və müqəddəs anlayışdır. Son illər Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edib. Son 10 ildə iqtisadiyyatımız 3 dəfə artıb. Azərbaycan dünya birliyində layiqincə təmsil olunur. Paytaxtımız Bakı şəhəri dünyanın ən gözəl şəhərləri ilə müqayisə edilir. Eyni zamanda bölgələrimiz inkişaf edib, müasirləşib. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir”.
Rektor qeyd
edib ki, XXI əsr rəqabət
əsridir. Dəyişikliklər, islahatlar
dövrün, zamanın tələbidir.
Ölkəmizdə və dünyada gedən
ictimai-siyasi proseslər bizdən bunu tələb edir. Eyni zamanda ölkə rəhbərliyi
bunu vacib bir vəzifə kimi bizim qarşımızda qoyub.
İdarəetmənin optimallaşdırılması, strukturun rasionallaşdırılması çox vacibdir. Azərbaycan
yeni inkişaf mərhələsinə
qədəm qoyub. Biz bu yeni inkişaf
mərhələsinə uyğun pedaqoji kadrlar
hazırlamalıyıq. Hazırda ADPU-da təxminən
20 minə yaxın tələbə təhsil alır. Pedaqoji təhsil sahəsində islahatların
aparılması olduqca vacibdir.
Pedaqoji fəaliyyət sahəsi strateji fəaliyyət sahəsidir. Müəllim
mənəviyyat örnəyi olmalıdır. Müəllim cəmiyyətdə
şəxsi nümunəsi ilə seçilməlidir. Bu gün ölkəmizdə
4500 orta məktəb fəaliyyət
göstərir. Ölkəmizdə dərin biliyə, savada, geniş
dünyagörüşə malik nümunəvi
müəllimlər kifayət qədərdir. Müasir
yanaşmada təhsil sahəsi də xidmət
sahəsidir. Bizim əsas istəyimiz, başlıca məqsədimiz sizin yaxşı müəllim kimi
yetişməyinizdir. İstəyirik ki, siz yüksək bilik səviyyəsinə
malik, ləyaqətli, vətənpərvər
müəllim kimi formalaşasınız.
Çağdaş dünyamızda biliklərin
nümayiş etdirilməsindən daha çox tətbiqinə
üstünlük verilir.
ADPU-da təhsilin keyfiyyət göstəriciləri
yüksəlməlidir. ADPU-nun ölkədəki
ictimai nüfuzu, imici gücləndirilməlidir. Biz xarici əlaqələrimizi
genişləndirməli, beynəlxalq proqram
və layihələrdə fəal iştirak
etməli, innovativ təşəbbüslərlə
çıxış etməliyik. ADPU-nun
fəaliyyətini müasir tələblərə
uyğun qurmalı, universitetimizi
ölkəmizin, eləcə də regionun
qabaqcıl universitetinə çevirməliyik. Hazırda ADPU-nun inkişaf
strategiyası hazırlanır. ADPU üçün
50 hektarlıq ərazidə kampusun
yaradılması nəzərdə tutulur.
Rektor Cəfər Cəfərov
çıxışının sonunda tələbələrə
yaxşı oxumağı, ictimai həyatda
fəal olmağı, həyata keçirilən islahatlarda universitetin rəhbərliyinə
dəstək verməyi tövsiyə edib.
ADPU-nun İnzibati idarəetmə və tələbələrlə
iş üzrə prorektoru,
professor Fikrət Rzayev,
Təhsilin İdarə Olunması və Tədris
Texnologiyaları Mərkəzinin müdiri,
dosent Sənan Əliyev görüşdə
çıxış edərək universitetdə həyata
keçirilən islahatlar, təhsilin
keyfiyyətinin yüksəldilməsi, tədris planları, tədris
prosesi, bilik və
bacarıqların qiymətləndirilməsi barədə öz fikir və
mülahizələrini bölüşüblər. Görüşün sonunda
tələbə-gənclərin müxtəlif sualları
cavablandırılıb.
Anar
Palitra.-2016.-20 oktyabr.-S.7.