“String Art”la
Azərbaycanda ilk məşğul
olan mən olmuşam”
Həbibə Hüseynova: “Kipr
Yakın Doğu
Universitetinin heyətinə işim
maraqlı və qeyri-adi gəldiyindən mənə pulsuz təhsil və universitetdə işləməyi
təklif etdilər”
Müsahibimiz istedadlı və bacarıqlı gənclərimizdən
olan Həbibə Hüseynovadır. Həbibə ölkəmizdə incəsənətin nadir növlərindən
olan “String Art”la ilk məşğul olan gəncdir. Bu maraqlı
və istedadlı gənclə olan müsahibəni oxuculara təqdim edirik:
-Özünüz haqda məlumat verərdiniz.
-Mən, Hüseynova Həbibə 1994-cü ildə
Bakı şəhərində
anadan olmuşam. İbtidadi təhsilimə 2001-ci ildə
başlamışam, 2012-ci ildə isə məzun olmuşam. Elə həmin ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə Memarlıq
ixtisası üzrə
daxil olub, 2016-cı ildə isə bu universitetin məzunu olmuşam. 2004-2009-cu illərdə da 32-saylı musiqi məktəbində piano üzrə
təhsil almışam.
2002-2005-ci illərdə isə Azərbaycan milli rəqsi üzrə dərs almışam.
- Bildiyim qədərilə incəsənətin qeyri-adi
növü ilə məşğul olursunuz. Bu barədə də
ətraflı məlumat
verərdiniz.
-10-11 yaşlarımdan saplarla toxumağı öyrənmişəm. İplərin bir-birinə nizamlı şəkildə bağlanması-
toxunması mənə
maraqlı gəlmişdi.
Lakin sonralar dərslərin çoxluğu səbəbi
ilə toxuma işini dayandırdım.
2013-cü ildə ixtisasımla - interyer dizaynla bağlı nümunələr axtararkən
şəkillərdə “String Art” əsərlərini gördüm.
Sənətin adını
tapmaq çətin oldu, bir neçə
dildə ip və mismar yazıb sonda sənətin adını
öyrəndim. O zamanlar
“ String Art” ilə bağlı məlumatlar indiki kimi bol
deyildi. Bu sənəti
“YouTube”də axtarış
edərək Mahmoud Al
Qammarinin videolarını
tapıb izləməklə
öyrəndim. “String
Art” 19-cu əsrdə İngiltərədə
toxucular tərəfindən
yaranıb. İndi də
Ukrayna, Qahirə, Rusiya, Polşada geniş yayılıb.
Qammari də Londonda yaşadığından bu
sənəti əla bilirdi. İlk vaxtlarda, düzü,
işləri kopyalayırdım,
baxdığım işlərdə
cüzi dəyişikliklər
edərək -rəngini
dəyişərək və
ya nələrsə qataraq ortaya nəsə qoyurdum. 5-6 işdən sonra
artıq öz fantaziyamla əsərlər
yaratmağa başladım.
Artıq 50-dən çox
əsərlərim var. İlk
vaxtlarda yalnız adi sapdan istifadə
etsəm də, indi müxtəlif rezinlərdən, jılkalardan,
dəri iplərdən,
mis məftillərdən
və s. istifadə edirəm. Abstrak, həndəsi formalarda
işləmək mənə
daha xoş olur. Çünki sonda necə bir iş alınacağını
bilmirəm. Bu da məni həyəcanlandırır
və daha da həvəslə işləməyimə səbəb
olur.
- Şairlərdə ilham
pərisi olur. Bəs sizdə
necə, ən gözəl əsərlərinizi
nə vaxt yaradırsınız? Bir də
ən çətin əl işləriniz hansılar olub?
-Adətən, əsəbi,
kədərli, gərgin
və ya çox xoşbəxt vaxtlarımda yeni əsərlər yarada bilirəm. Əsəbi və kədərliykən
yaratdığım əsərlər,
demək olar ki, ən gözəlləridir.
Bir qədər bədii dildə desəm, hər əsər beynimdəki fırtınaların
məhsuludur. Əksər hallarda
gecədən səhərə
kimi işləyirəm.
Çünki gecələr hər
kəs yatmış olur, işimə də müdaxilə edən olmur. İşimə müdaxilə olunmasını
heç sevmirəm.
Yeni əsərə başladıqda
onu bitirmədən gözümə yuxu getmir. Bir neçə gün
yemədən, içmədən
hər şeydən tamamilə təcrid olaraq hər hansı bir əsər üzərində
işləyib bitirirəm.
Bəzən elə əsərlər
olur ki, onları işləmək
çox çətin
olur. Bunun da səbəbi
o əsərlərin öz
fantaziyamın məhsulu
olmasıdır. Amma bu çətinlik mənə
zövq verir. Dəqiq formalar sıxıcı gəlir, bəzən isə çətin olsa da, sonda
gözəl nəticə
əldə edilir.
Məsələn, Eyfel qülləsi
kimi. İpək sapla hazırlandığından
hər hissənin üzərində 10 dəfə
təkrarlayaraq işləmək
məcburiyyətində qalmışam.
İndiyədək ən çətin
işlərim Eyfel ilə üz əzələləri olub.
-Azərbaycanda sizdən başqa bu işlə
məşğul olan varmı?
-Azərbaycanda bu sənətlə məşğul
olan bir çox insan var. Amma bu sənətlə
ölkəmizdə ilk məşğul
olan mən olmuşam. Mənim əsərlərimi digərlərindən fərqləndirən,
həcm-fəza, rənglər
haqqında məlumatımın
olmağıdır. İxtisasım memar olduğundan həcm-fəza, rənglər
haqqında bir çox dərslər keçmişəm və
bunun da “String Art” işlərimdə mənə
çox faydası
var.
-Bəs sərginiz təşkil olunubmu?
-İndiyədək bir
çox dövlət
muzeylərində və
digər məkanlarda sərgilərim keçirilib. İlk sərgim
təhsil aldığım
universitetin sərgi salonunda keçirilib.
Bu sərgi ilk və fərdi sərgim idi. Burada mənim 23 işim nümayiş olunurdu.
Bu sərgidə həndəsi formalı əsərlər daha çox yer alırdı. Sərgidəki ən gözəl, möhtəşəm işim
isə Azərbaycan dövlətinin atributu olan gerbimiz idi.
Elə bu sərgidən sonra müəllimlərim
və digər sərgiyə gələn
şəxslər tərəfindən
mənə bir çox yerlərdə sərgilər təklif olundu.
Qəzənfər Xalıqov adına 1 saylı Qobu orta məktəbində
keçirilmiş sərgimdə
isə ilk dəfə
portret işləmişəm.
Sərgi
Nizami Gəncəviyə
həsr olunduğundan
dahi şairimizin portretini işləmişdim.
Bundan başqa, maraq üçün bildirim ki, mən “Bakı-2015”-də könüllü qismində iştirak edirdim. Qərara almışdım ki, “Bakı-2015”-in loqosunu işləyim. Düzü, onu
da işləmək çətin oldu. Konkret formada gözəl iş yaratmaq bir az çətindir. Mən müxtəlif növlü
saplardan, iplərdən
istifadə edərək
loqonun içini işləyə bildim.
“Atletlər kəndi”ndə
könüllü kimi
fəaliyyət göstərdiyimdən,
öncədən demişdim
ki, qızıl medal qazandıqdan sonra kəndə ilk gələn
idmançıya əl
işim olan loqonu hədiyyə edəcəyəm. Ayxan Mamayev
qızıl medal aldıqdan
sonra kəndə gəldi və mən də öz işimi ona hədiyyə etdim. İlk sərgim təhsil
aldığım universitetin
sərgi salonunda keçirildiyindən, mənə
dərs deyən müəllimlərimin də
mənim bu istedadımdan xəbərləri
var idi. Diplom işimdə diplom rəhbərim olan Maya xanım Cəfərova mənə maketimi “String Art’la işləməyi məsləhət gördü.
Mən razı olmaqda tərəddüd edirdim.
Çünki indiyədək
3 ölçülü iş
işləməmişdim. Hər zaman
2 ölçülü işlər
işləmişdim, buna
görə də bir qədər bu işdən çəkinirdim. Lakin o mənə
dəstək oldu, motivasiya verərək bu işə razı saldı. Beləliklə, mən indiyədək
olan ən çətin, ən maraqlı işimi yaratdım. 39 mərtəbəli biznes mərkəzinin maketini
“String Art”la işlədim.
Biznes mərkəzini həll etmək üçün Bibiheybətdə dəniz
kənarında ərazi
seçmişdim. Dəniz kənarı
olduğundan, biznes mərkəzinin ilk 3 mərtəbəsində
rezin iplərlə dalğa obrazını yaratdım, maketin 4-35 mərtəbə hissəsində
bənövşəyi iplərlə
balıq obrazını
yaratmışdım. Balığın quyruğunu isə
ticarət mərkəzinin
üzərində piramida
şəklində işləmişdim.
Bu da balığa
həcm vermək məqsədilə yaradılmışdı.
Maketi 1
ay içində çox
çətinliklə ərsəyə
gətirdim. Çünki bəzən beynimə heç bir fantaziya gəlmirdi. Yuxu yatmadığımdan bu
normal hal sayılmalı
idi. Elə bu diplom işim ilə Kiprdə Avrasiya ölkələri arasında
keçirilən konkursa
qatıldım. 125 tələbə içində
2-ci dərəcəli diplomla
təltif olundum.
Bundan əlavə, Kipr Yakın Doğu
Universitetinin heyətinə işim çox maraqlı və qeyri-adi
gəldiyindən mənə onların universitetində pulsuz magistratura təhsili
almağı və universitetdə işləməyi təklif
etdilər. İrəlidəki hədəflərim isə daha da iri
həcmdə, daha da
qarışıq “String Art”
əsərləri yaratmaq və bunu memarlığa tətbiq etməkdir.
Tural TAĞIYEV
Palitra.-2016.-21 oktyabr.-S.6.