“Tədris
prosesində müasir
metodlara üstünlük
veririk”
Nəzakət Əliyeva:
“Təhsilin inkişafı Azərbaycanda
dövlət siyasətinin
başlıca istiqamətlərindən
birini təşkil edir”
Müsahibimiz Nizami rayonu, Ə.Mahmudov adına
220 saylı məktəb-liseyin
tarix müəlliməsi
Nəzakət Əliyevadır.
1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirəndən sonra təyinatla Tərtər rayonuna göndərilən
Nəzakət Əliyeva
Kolanı kənd məktəbində tarix müəlliməsi kimi fəaliyyətə başlayıb.
Daha sonralar ailə vəziyyəti ilə əlaqədar paytaxt Bakıya gələn Nəzakət müəllimə
əvvəlcə 29 saylı
texniki-peşə məktəbində
çalışıb. 1989-cu ildən bu
günə kimi isə yorulmadan 220 saylı məktəb-liseydə
sevə-sevə öz
doğma Tarix fənnini tədris edir, şagirdlərinə
tariximiz haqqında dolğun bilikləri yorulmadan öyrədir.
Xatırladaq ki, bu təhsil ocağı
1967-ci ildən fəaliyyətə
başlayıb. 1999-cu ildən məktəb-lisey
kimi fəaliyyət göstərir. Məktəb-lisey bu vaxta kimi
bir sıra uğurlar əldə edib. Sevindirici haldır ki,
bu uğurlarda Nəzakət Əliyevanın
da əməyi var.
-Təhsilin güclənməsində müəllimlərin
nə kimi rolu var?
-Bəşəriyyətin min illər
boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir
tarixi mərhələdə
cəmiyyətin tərəqqisi
bilavasitə təhsilin
inkişafından, onun
əhəmiyyətinin düzgün
qiymətləndirilməsindən asılı olub. Təhsil isə müəllim əqlinin gücü ilə cəmiyyətin inkişaf amilinə çevrilir, biliklərin,
mədəniyyətlərin, milli adət-ənənələrin
daşıyıcısı olan gənc nəsil məhz müəllim zəkasının
nurundan, müəllim
qəlbinin hərarətindən
pay alaraq formalaşır.
Bu baxımdan müəllim təhsildə
əsas sima, aparıcı qüvvədir.
Buna görə də müəllimlik bütün dövrlərdə
və ölkələrdə
ən şərəfli
peşə hesab olunub. Azərbaycan cəmiyyətində müəllim xüsusi mövqeyə və nüfuza malikdir. Xalqımızın ümummilli lideri
Heydər Əliyev həmişə müəllim
əməyini yüksək
qiymətləndirib, ona
dərin hörmət
və ehtiramla yanaşıb, onun cəmiyyətdəki statusunun
yüksəldilməsi, maddi
rifah halının yaxşılaşdırılması qayğısına qalıb.
-Azərbaycanda təhsilin inkişaf səviyyəsini necə qitmətləndirirsiz?
-Tarix boyu cəmiyyətin
tərəqqisi təhsilin
inkişafı, onun əhəmiyyətinin düzgün
qiymətləndirilməsi ilə
şərtlənib. Məhz
bilikli cəmiyyətlər
daha böyük sosial-iqtisadi yüksəlişə
nail olublar. Böyük tarixi şəxsiyyət
Heydər Əliyevin
elm və təhsil sahəsində apardığı
nəhəng islahatlar
bu sektorda gələcək uğurlar
üçün geniş
zəmin yaradıb.
Elm və təhsili
Azərbaycanın davamlı
inkişaf və tərəqqi strategiyasının
prioritet istiqamətləri
olaraq, cəmiyyətdə
yüksək mövqeyə
qaldıran ulu öndərin bu siyasi xətti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Bu gün təhsilin
inkişafı Azərbaycanda
dövlət siyasətinin
başlıca istiqamətlərindən
birini təşkil edir.
Son dövrlər maarif
sistemində aparılan
islahatlar, tətbiq edilən yeniliklər Azərbaycanda təhsilin səviyyəsinin yüksəlməsinə
gətirib çıxarıb,
ölkəmizdə dünya
səviyyəli mütəxəssislərin
hazırlanması üçün
münbit şərait
yaranıb. Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə
gənclərin müasir
biliklərə yiyələnməsi,
yaradıcı fəaliyyətə
həvəsləndirilməsi, onların istedad və bacarıqlarını
hərtərəfli inkişaf
etdirmələri üçün
hər il
yeni-yeni layihə və proqramlar həyata keçirilir.
-Sizin fəaliyyət göstərdiyiniz
məktəb-liseyin nə
kimi nailiyyətləri
var?
-220 saylı məktəb-lisey
2000-ci ildən YUNESKO-nun Assosiativ
məktəblər şəbəkəsinə
daxil edilib, ABŞ-ın “Proyekt Harmoniya” təşkilatının
müsabiqəsi nəticəsində
qrant olaraq aldığı İnternet
mərkəzin fəaliyyəti
məktəbin inkişafında
və beynəlxalq əlaqələrin genişlənməsində
böyük rol oynayıb. 2002/2003-cü illərdə
220 saylı məktəb-lisey
Azərbaycandan yeganə
təmsilçi olaraq
Nyu-York şəhərinin
10 ölkənin - Fransa,
Meksika, Qana, Cənubi Afrika Respublikası, Argentina və
İsrail məktəbliləri
ilə birlikdə “Sülh gündəlikləri”
adlı layihədə
iştirak edərək
eyniadlı kitabın müəllifi olub. 2006-cı ildən məktəb-lisey Azərbaycan
Müəllimlər İnstitutunun
Təcrübə bazası
kimi, 2015-ci ildə isə Təhsil Nazirliyinin əmri ilə inklüziv təhsilin tətbiqi ilə bağlı pilot məktəb kimi seçilib. 2010-2012-ci illər İEARN (Beynəlxalq
Təhsil və Resurs Şəbəkəsinin)
Qitələrarası Beynəlxalq
“Mural” (IIME) layihəsində Azərbaycan və Yaponiya şagirdləri eyni kətan üzərində tarix və mədəniyyətləri,
o cümlədən adət
və ənənələri
əks etdiriblər.
2013-cü ilin yanvar
ayından məktəbdə
Təhsil üzrə Avropa Həmkarlar İttifaqları Komitəsinin
(ETUCE) “Təhsildə İKT-nin tətbiqi yolu ilə məktəbi
erkən tərketmənin
qarşısının alınması
işində müəllim
birlikləri” adlı layihəsinin tətbiqinə
başlanılıb.
2008 və 2013-cü illərdə
məktəb-lisey Azərbaycan
Respublikası Prezidentinin
Fərmanı ilə “Ən yaxşı ümumtəhsil məktəbi”
adına layiq görülüb. Məktəbin şagirdləri həm
şəhər, həm
də respublika təhsil yarışlarında
hər zaman fəallıqları ilə
seçilib, dəfələrlə
yüksək nəticələr
əldə ediblər.
Məktəbin nailiyyətləri sadaladıqlarımdan qat-qat
artıqdır. Qeyd edim
ki, bu nailiyyətlər
məktəb-liseyin rəhbərliyi
və kollektivinin əməyi sayəsində
qazanılıb.
-Siz uzun illərdir ki, müəllimə kimi çalışırsız.
Təhsil sistemində tətbiq
olunan yenilikləri şagirdlər tam şəkildə
qavraya bilirlərmi?
-Ölkəmizdə təhsilin
yeni məzmunu və müasir texnologiyalar zəminində
qurulduğu hazırkı
dövrdə məktəbimizdə
məqsədyönlü iş
aparılır, yaradıcı
müəllimlərin sayı
artır, təhsilin inkişafına önəm
verilir, şagirdlərimiz
müsabiqələrdə qaliblər
sırasına çıxırlar.
Bir şeyi yaddan çıxarmaq olmaz ki, müasir dərs müəllimdən
yaradıcılıq axtarışları
tələb edir.
Çünki məhz yaradıcı
axtarışlar nəticəsində
müəllim hər bir dərsini maraqlı və səmərəli qura bilər. Hər bir dərsin
yaradıcı olması,
şagirdləri maraqlandırması
üçün müəllim
daim axtarışda olmalı, yenilikləri izləməli, fəal-interaktiv
təlim metodlarını
yaxşı bilməli,
onlardan mövzunun tələblərinə və
sinfin, şagirdlərin
səviyyəsinə uyğun
istifadə etməlidir.
Buna görə də biz müəllimlər
tədris prosesində
müasir metodlara üstünlük verir, gözlərimizin nurunu və qəlblərimizin hərarətini gənc nəslin təlim-tərbiyəsinə
sərf edirik.
-Müəllimlər hansı
keyfiyyətləri ilə
şagirdlərə nümunə
olmalıdır?
-Müəllim, ilk növbədə
savadlı, dünyagörüşlü,
mədəni, müasir
tələblərə uyğunlaşmağı
bacaran, obyektiv, eləcə də şagirdləri ilə yaxşı həmsöhbət
olmalıdır. Bununla yanaşı,
müəllim, dünyada
və ölkədə
baş verən hadisələrlə bağlı
uşaqlarla dərsdən
əlavə saatlarda fikirlərini bölüşməlidir.
Fuad Hüseynzadə
Palitra.-2016.-25 oktyabr.-S.13.