“Məqsəd UNEC-də elmi
potensial, İKT imkanları və innovasiya fəaliyyətinin
dayanıqlığını təmin etməkdir”
Məlum olduğu kimi, dövlət başçısının sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət proqramında nəzərdə tutulan tədbirlərin reallaşdırılması nəticəsində yüksək texnologiyalar sektoru ilə elmi tədqiqatlar arasında əlaqə möhkəmləndiriləcək, kosmik, nano və nüvə texnologiyaları, biotexnologiya, elektronika və yeni informasiya texnologiyaları üzrə elmi tədqiqatlar və onların nəticələrinin tətbiqi genişləndiriləcək, yüksək texnologiyalar, o cümlədən İKT sektorunda rəqabətqabiliyyətli, ixracyönlü və innovativ iqtisadi potensial gücləndiriləcək, elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması və dünya bazarına çıxış imkanları genişləndiriləcək, yüksək texnologiyalar sahəsinin ixtisaslı mütəxəssislərə və elmi kadrlara olan ehtiyacının ödənilməsinə şərait yaradılacaq.
Eyni zamanda təhsilin bütün pillələrində İKT-nin tətbiqi və ondan istifadə genişləndiriləcək, vətəndaşların elektron sağlamlıq kartı ilə təmin olunması səviyyəsi artırılacaq, distant təhsil, elektron elm, elektron ticarət, telesəhiyyə və digər müasir fəaliyyət formalarının tətbiqi genişləndiriləcək. Təhsil sahəsində İKT-nin imkanlarından geniş istifadə edən ali məktəblərdən bir də Azərbaycan Dövlət İqtisad Universitetidir (UNEC).
Layihə çərçivəsində təqdim etdiyimiz yazıda UNEC-də tətbiq edilən İKT yeniliklərinə toxunacağıq.
Müəllimlərə Elektron Universitet Modeli ilə bağlı təlimlər təşkil
oluna bilər
Qeyd edək
ki, UNEC-in rektoru,
professor Ədalət Muradov
keyfiyyət elçiləri
ilə görüşüb. Rektor bildirib
ki, UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində
görülən işlər
davam etdirilir. Prosesin daha səmərəli təşkili və bu sahədəki mövcud problemlərin müəyyən edilməsində
keyfiyyət elçilərinin
rolu danılmazdır.
“Məqsədimiz tələbəyə verilən
biliyin keyfiyyətini monitorinq etməkdir”, deyən rektor bildirib ki, xüsusi
olaraq müəllimlərin
Elektron Universitet Modelindən istifadə səviyyəsi və şəxsi kabinetlərə
tədris vəsaitlərinin
yüklənilməsinə diqqət etmək lazımdır. Ehtiyac yaranacağı
təqdirdə müəllimlərə
Elektron Universitet Modeli ilə bağlı təlimlər
təşkil oluna bilər. Görüşdə auditoriyalarda telektron
tribunanın dərsdən
əvvəl işlək
vəziyyətə gətirilməsi
məsələsinə də
diqqət çəkilib.
Bu işin qrup
nümayəndələrinə həvalə edilməsi təklif edilib. Görüşdə, həmçinin müəllimlərin peşəkar
fəaliyyətlərinin təkmilləşdirilməsi
istiqamətində “Qış
Məktəbi” formatında
təlimlərin keçiriləcəyi
bildirilib. Tədrisin
keyfiyyətinin qiymətləndirilməsi
və idarə edilməsi mərkəzinin
direktoru, dosent Raqif Qasımov keyfiyyət elçilərinin
tədris vəsaitlərinin,
mühazirə mətnlərinin,
test tapşırıqlarının və s. monitorinqini də həyata keçirərək, tədris
vəsaitlərinin dünya
standartlarına uyğunlaşdırılması
istiqamətində layihə
təklifi ilə çıxış edib.
Bildirilib
ki, keyfiyyət elçiləri üçün
xüsusi fərqləndirici
nişanlar hazırlanacaq.
Onlar
UNEC-in bütün tədris
binalarında monitorinqlər
keçirəcək. UNEC-in
Zaqatala filialı və Maliyyə-İqtisad
Kollecində də monitoriqlərin keçirilməsi
nəzərdə tutulub.
Sonda
UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi
ilə bağlı keyfiyyət elçilərinin
təklifləri dinlənilib.
Qeyd edək ki, UNEC-də İKT imkanlarlından
istifadəyə daha bir nümunə keyfiyyət elçiləri
ilə bağlıdır.
UNEC-də 2015/16-cı tədris ilindən keyfiyyət elçiləri
fəaliyyət göstərir.
Keyfiyyət elçilərinin müəyyən edilməsində
İKT imkanları, elektron
universitet platformasını
aktiv istifadə edə bilməsi, müasir təhsil metodologiyasına və interaktiv tədris prosesinə yaxından bələd olması əsas meyar seçilib. Keyfiyyət elçiləri
müəyyən olunmuş
qrafik üzrə həftədə ən azı bir dəfə
(növbə) fakültə
üzrə dərslərin
monitorinqində iştirak
edir. UNEC-də dərslərdə
İKT-nin imkanlarından
geniş istifadə edilir. Ona görə də sillabuslarda və təqvim-tematik planlarda qeyd edilən mövzulara uyğunluğu,
mühazirə mətnləri,
interaktiv tədris vəsaitləri, müəllimlərin
mövzuya hakimliyi, dərs vaxtının
optimal şəkildə idarəedilməsi,
seminar dərslərində mövzu üzrə praktiki nümunələrin
izahı, kollokviumlara hazırlıq və digər göstəricilər
monitorinqlər zamanı
qiymətləndiriləcək kriteriyalara daxildir. Monitorinqlərin nəticələri təhlil edildikdən sonra müəllimlərin
daha yüksək səviyyəli tədris həyata keçirə bilməsi üçün
təlim ehtiyacları,
fənlərin sillabuslarının
beynəlxalq standartlara
uyğunlaşdırılması və təkmilləşdirilməsi
istiqamətində təkliflər
hazırlanır.
UNEC-in alim və doktorantları
Almaniya universitetlərində
təcrübə keçəcək
Onu da qeyd edək ki, UNEC rektoru, professor Ədalət Muradov Alman Akademik Mübadilə Xidmətinin
(DAAD) Bakıdakı Məlumat
Mərkəzinin rəhbəri
xanım Stefani Düfo
ilə görüşüb. Görüşdə UNEC ilə DAAD arasında əlaqələrin mövcud
vəziyyəti və
gələcək əməkdaşlıq
imkanları müzakirə
edilib. DAAD ilə
əməkdaşlıqda maraqlı
olduğunu bildirən
UNEC rektoru “Sahibkarlıq
təhsili: Azərbaycanda
iş yerlərinin yaradılması və məşğulluğun əsas
amili kimi” layihəsinin reallaşdırılmasında
Alman Akademik Mübadilə Xidmətinin
böyük rolu olduğunu qeyd edib. Xanım Stefani Düfo DAAD ilə sıx əməkdaşlıq
edən ali
məktəblər arasında
UNEC-in aparıcı yerlərdə
olduğunu qeyd edərək, bu əməkdaşlığın universitetə böyük
fayda verəcəyini vurğulayıb. Görüşdə
DAAD ilə birgə yay və qış
məktəblərinin təşkili,
təlimlərin, seminarların,
müsabiqələrin keçirilməsi,
UNEC-in alim və doktorantının Almaniya universitetlərində tədqiqat
təcrübəsinin təşkili,
birgə magistratura proqramının hazırlanması,
Azərbaycan və Almaniyanın müxtəlif
şirkətlərində təcrübələrin
təşkili və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Ə.Muradovun UNEC ilə
Almaniya universitetləri
arasında arasında
birgə elmi-tədqiqat
işlərinin həyata
keçirilməsi, bu
sahədə layihə
və ikili diplom proqramlarının hazırlanması, Almaniyanın
nüfuzlu universitetlərindən
professor-müəllim heyətinin
UNEC-ə cəlb edilməsi,
DAAD əməkdaşlarının UNEC-in doktorant, dissertant, magistr və bakalavr pilləsində təhsil alan gəncləri üçün
mütəmadi təqdimatların
keçirilməsi, universitetdə
fəaliyyət göstərən
əlilliyi olan tələbələr üçün
mərkəzlə Almaniyanın
eyniadlı mərkəzləri
və universitetləri
ilə əməkdaşlığın
qurulması ilə bağlı təklifləri
müsbət qarşılanıb.
UNEC-in bütün sahələrdə potensialının
yüksək olduğunu
bildirən Stefani Düfo
təmsil etdiyi qurumun qeyd edilən
layihələrə dəstək
olacağını qeyd
edib. Qeyd edək ki, “Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması
və məşğulluğun
əsas amili kimi” layihəsinə uyğun olaraq UNEC-in bir müəllimi və on tələbəsi
Almaniyanın Siegen universitetində
təşkil edilən
“Qış Məktəbi”ndə
iştirak edir. Layihə
2016-2019-cu illəri əhatə
edəcək.
UNEC-in müəllim və tələbələrinin layihəsi
İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət
Fondunun qrant müsabiqəsinin qalibi olub
Onu da qeyd edək
ki, UNEC-in Biznes və menecment fakültəsində “Avropa
Birliyi Horizon-2020” proqramı
çərçivəsində “Biznes və menecment layihələrinə
baxış” mövzusunda
elmi seminar keçirilib.
Elmi seminarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyaları
İnkişafı Dövlət
Fondunun layihələrlə
iş sektorunun aparıcı məsləhətçisi
Anar Cəfərov,
“Business Support Agency LLC”-nin baş
direktoru Anar Vəliyev, “Business Insight International Research
Group” şirkətinin layihə
meneceri Gulnar Həsənova, UNEC-in Texnologiya
Transfer Mərkəzinin direktoru
Aydın Hüseynov və universitetin professor-müəllim heyəti iştirak edib. Fakültə dekanı dosent Mirağa Əhmədov bildirib ki, məqsəd UNEC-də elmi potensial,
İKT imkanları və
innovasiya fəaliyyətin
uğurlu inkişafının
dayanıqlılığını, eyni zamanda, elm tutumlu texnologiyaları, müəssisələrdə istehsal
artımı və innovasiya tətbiqini təmin etməkdir. Elmin maliyyələşdirilməsində dövlət büdcəsi
resursları ilə yanaşı, digər mənbələrin cəlb
olunması da alimləri stimullaşdıracaq”.
A.Vəliyev “Horizon-2020” proqramı
haqqında ətraflı
məlumat verib: “Maliyyəsi yeddi il ərzində təxminən 80 milyard avro olan “Horizon-2020” Avropa İttifaqının
ən böyük tədqiqat və innovasiya proqramıdır.
Proqram hamı üçün açıqdır və sadə struktura malikdir. Bu da
onun üstünlüklərindən
biridir”. A.Cəfərov
bu günlərdə
UNEC-in müəllim və
tələbələrinin layihəsinın
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyaları
İnkişafı Dövlət
Fondunun qrand müsabiqəsinin qalibi olduğunu bildirib: “Bu onu göstərir ki, UNEC-in kifayət qədər elmi potensialı var. Bu potensialdan
istifadə edərək
“Avropa Birliyi
Horizon-2020” proqramı çərçivəsində
layihədə qazanmaq
olar. A.Hüseynov Texnologiya Transfer Mərkəzinin
layihə təkliflərini
qəbul etdiyini bildirib. Alimlərə koordinasiya və
dəstək fəaliyyətləri
üzrə təkliflər
verməyi tövsiyə
edib. A.Hüseynov bildirib ki, istiqamətlər üzrə
layihə çağırışları
seçiləndən sonra,
uyğun təkliflər
hazırlanmalıdır. Təkliflərin Avropa səviyyəsinə
uyğunlaşdırılmasını bildirən mərkəz direktoru UNEC-də istiqamətlər üzrə
kafedralararası yaradıcı
kollektivlərin yaradılmasının
vacibliyini vurğulayıb.
Həmçinin, təkliflərin UNEC-in yeni yaradılan Tərcümə Mərkəzində
ingilis dilinə tərcümə edilməsini
təklif edib.
A.Miriyev
Palitra.2016.-