“Dərs dediyim məktəbdə
İKT-dən istifadə bacarıqlarına malik
müəllimlər çoxdur”
Gülbəniz Seyidova: “İKT-dən istifadə şagirdlərdə
kommunikasiya vərdişlərini zəiflətmir,
əksinə, şagirdlərin sosial mədəniyyət
vərdişləri formalaşır”
Layihə çərçivəsində
müsahibimiz Qax şəhərindəki
2¹-li məktəb-liseyin Azərbaycan dili və
ədəbiyyat müəllimi Gülbəniz Seyidovadır. O,
müsahibəyə təhsildə İKT-nin
tətbiqi ilə bağlı məqamlara toxunmaqla
başladı:
-Hər bir yenilik maraqla qarşılanır, ona cəmiyyətin müxtəlif təbəqələrinin də münasibəti fərqli olur. Təhsil sistemində də belədir. İslahat proqramının özü ilə birlikdə gətirdiyi yeni ideyalar, anlayışlar, üsullar da pedaqoji ictimaiyyətdə də bu cür qarşılandı. Bu fikir müxtəlifliyinin eyni bir məcraya yönəlməsi üçün isə təbii ki, illər lazımdır. Nəhayət, hər kəs anlamalıdır ki, demokratik dövlət quruculuğu yolunda olan Azərbaycanın siyasi, mədəni, iqtisadi həyatında olan bütün dəyişikliklərin sağlam əsası məhz onun yeniləşmiş təhsil quruculuğundan başlanmalıdır. Ölkəmizi belə bir təhsil sisteminin yetişdirdiyi novator, yaradıcı düşünə bilən, həyatda müstəqil mövqe tutmağı bacaran insanlar irəli apara bilərlər. İKT təhsil sisteminə islahat proqramının vacib və zəruri tələbi kimi daxil olub. Ölkəmizdə elə bir məktəb yoxdur ki, orada kompüter olmasın, hətta tamamilə kompüterləşdirilmiş məktəblər də vardır, lakin bütün bunlar o demək deyildir ki, İKT-dən kamil bir şəkildə istifadə vərdişlərini bütün müəllimlər ordusuna aid etmək olar. Hər bir yeniliklə qarşılaşan insanın beynində yaranan ilk sual onun mahiyyəti ilə bağlı olur. İkinci sual isə bu yeniliyin onun həyatında əhəmiyyəti ilə bağlı olacaqdır. Daha ağıllı düşünənlər isə bu yenilikdən daha yaradıcı şəkildə faydalanmağı bacaranlardır. İKT-dən istifadə cavan nəsil üçün heç də çətin olmayacaq, çünki onlar müxtəlif sosial şəbəkələrin imkanlarından çoxdan istifadə edirlər, yaxud “Youtube”da müxtəlif videogörüntülərə baxırlar. Bu səbəbdən də müəllim həmkarları ilə daha sıx, faydalı əməkdaşlıq edə, təcrübə mübadiləsi apara bilərlər. Yaşlı nəslin nümayəndələri də öz şagirdlərindən faydalana bilərlər. Elə mən də bu sahədəki bacarıqlarıma görə öz övladlarıma borcluyam.
Bəzən müşahidə etdiyimiz dərslərdə kompüterdən istifadənin yalnız görüntü xatirinə olduğunun şahidi oluruq. Bu da şagirdləri öyrənməyə, yeni biliklər qazanmağa motivasiya etmir, buna görə də, ilk növbədə, kompüterdən istifadənin dərsdə hansı faydaları olacağı barədə düşünmək lazımdır.
-Bunun
üçün əsas nəyə diqqət
etmək lazımdır?
-İKT-dən istifadə zamanı bir sıra məsələləri nəzərdə tuturam:
1.Müxtəlif informasiyaları şagirdlərin diqqətinə çatdırmaq və bu informasiyalarla işləmək bacarığı formalaşdırmaq;
2.Şagirdləri tədqiqatçılığa, yaradıcılığa sövq edən iş vərəqləri hazırlamaq;
3.Şagirdləri müstəqil şəkildə öyrənməyə motivasiya etmək.
Bəzən ev tapşırığı olaraq şagirdlərə müəyyən mövzu ilə bağlı internetdən məlumat əldə etməyi tapşırırıq. Şagirdlərin bir çoxu bir heçə səhifəlik hazır materialla növbəti dərsə gəlirlər. Müəllimin vəzifəsi budur ki, bu materialla şagirdlərin necə işlədiyini, oradakı informasiyaların içindən ən vacib olanları seçdiyini, bu materiala tənqidi yanaşaraq öz dünyagörüşünü artıra bildiyini yoxlasın. Onlara başa salsın ki, əsas olan informasiyanı hazır şəkildə əldə etmək deyildir, bu informasiyadan faydalanmaqdır. Məsələn, Möminə xatun türbəsi ilə bağlı mətnin tədrisi zamanı şagirdlərə bu haqda əlavə məlumat toplamaq, onu dərslikdəki materialla müqayisə etmək, yeni biliklərin hansı sahə ilə bağlı olduğunu müəyyənləşdirmək tapşırıla bilər. Bir çox hallarda belə bir fikir ortaya atılır ki, İKT-dən istifadə şagirdlərdə kommunikasiya vərdişlərini zəiflədir.
-Sizə görə
belə deyilmi?
-Mən belə fikirləşmirəm, əksinə, şagirdlərin sosial mədəniyyət vərdişləri formalaşır. N.Gəncəvi yaradıcılığı ilə tanışlıqdan sonra “N.Gəncəvi yaradıcılığı incəsənətdə” adlı təqdimat hazırlamağı qərara aldıq. Qruplar arasında iş bölgüsü apardıq, mövzu ilə bağlı kino, heykəltəraşlıq, musiqi, rəssamlıq sahəsində araşdırma aparmaq tələb olunurdu. Sonda hər qrup öz sahəsi ilə bağlı əldə etdiyi materialı həm nümayiş etdirdi, həm də şərh etdi, bu da onlarda şifahi nitq vərdişlərinin formalaşmasına kömək etmiş oldu. 10-cu sinifdə nitq mədəniyyəti ilə bağlı mövzularımız üçün maraqlı resurslar hazırlamışıq.
“Bölgə müəllimi kimi onu da deyə bilərəm ki, bizim beynəlxalq layihələrə qoşulmaq üçün kifayət qədər imkanlarımız mövcud deyil. Bunun üçün İKT-nin bütün imkanlarından bacarıqla istifadə etməklə yanaşı, həm də ingilis dilini bilmək də tələb olunur. Eyni zamanda tədris prosesi üçün internetdə mövcud olan onlayn alətlərdən istifadə imkanlarımız
yoxdur”
Məşhur aktyorların, müğənnilərin ifasında çıxışların dinlənilməsi onlarda başqalarının nitqinə diqqət formalaşdırmaqla yanaşı, nitq mədəniyyətinin tələblərinə əməl etməyin nə qədər vacib olduğunu da anladır. Bəzən “Dahilərin divanı” adlı oyun da təşkil edir, nitqdə yol verilmiş səhvi taparaq onu müzakirə edirik. 9- cu sinifdə R.Rza yaradıcılığını tədris edərkən sinifdənxaric oxu üçün şairin “Rənglər” silsiləsini seçdik. Hər qrup bir şeir üzərində işlədi. “PoverPoint” proqramı ilə işlənmiş bu təqdimatlarda şagird təxəyyülünün nə qədər maraqlı və rəngarəng olduğunun şahidi oldum. “Sarı rəng” adlanan təqdimatda şairin ideyaları İKT imkanlarından istifadə yolu ilə nə qədər maraqlı yozuma sahib olmuşdu.
Dolu sünbül
dənizi.
Şikəst övlad anasının bənizi.
Payını
güclülər yemiş aclar.
Məhəbbətə ləkə
salan cingiltili metal.
Həyatdan
ayrılmış xəyal.
Simlərin fəryadı.
Əgər müəllim elektron
dərs resursları, interaktiv iş vərəqləri hazırlaya bilirsə,
bunu sosial şəbəkələr
vasitəsilə öz həmkarları ilə
bölüşə bilər. Beləliklə, sosial
şəbəkələr həm də yaradıcılıq,
təcrübə mübadiləsi üçün
şərait yarada bilər. Biz də həmkarlarımızla birlikdə
hazırladığımız resurslardan
ibarət bank hazırlamışıq, onu hər il həm zənginləşdirir,
həm də təkmilləşdiririk. Bu gün
“1 şagird-1 kompüter” layihəsindən
danışırlar, ancaq mənə elə
gəlir ki, ilk
növbədə, hər müəllimin qarşısına
kompüterdən istifadə bacarığına yiyələnmək
tələbini qoymaq lazımdır.
Şagirdlərimiz kompüterdən bizdən daha
ustalıqla istifadə edirlər, onlar
yeniliklərə daha tez
adaptasiya olunurlar. Lakin biz də XXI əsrin
tələbləri ilə ayaqlaşmalıyıq. Dərs dediyim məktəbdə İKT-dən istifadə
bacarıqlarına malik müəllimlər
çoxdur. Fənn kabinetlərində
kompüterlər və elektron lövhələr
var. Amma həmişə
qorxmuşam ki, bu elektron lövhədən
istifadə etmədən yeniləri, daha modern olanları ortaya
çıxsın. Bəli, zaman sürətlə
axır, texnologiyalar tez-tez
dəyişilir və bu dəyişən
həyatda çevik olmaq,
hər bir problemin həllinə
hazır olmaq vacib
keyfiyyətdir. Bir bölgə müəllimi
kimi onu da deyə bilərəm ki,
bizim beynəlxalq layihələrə qoşulmaq üçün
kifayət qədər imkanlarımız mövcud
deyil. Bunun üçün İKT-nin
bütün imkanlarından bacarıqla
istifadə etməklə yanaşı, həm də ingilis dilini bilmək də
tələb olunur. Eyni
zamanda tədris prosesi
üçün internetdə mövcud olan onlayn alətlərdən istifadə
imkanlarımız yoxdur. Keçdiyimiz
qısamüddətli treninqlər buna imkan vermir. Ancaq
belə hesab edirəm ki,
bizim aramızda da
kifayət qədər kreativ
düşüncə tərzinə malik
müəllimlər vardır. Müəllim inkişaf
etməsə, şagirdi də inkişaf etməyəcək, müəllim
yaradıcı düşünərsə, şagirdi
də yaradıcı olacaq. O, öz sevgisi, daim irəli baxmaq şövqü ilə şagirdinə
nümunə olmalıdır. Bu vacib keyfiyyətlərə sahib
olmaqda isə ən gözəl dostumuz İKT olacaq.
A.Miriyev
Palitra.-2016.-2 sentyabr.-S.11.