“İKT- dən istifadə şagirdlərin təfəkkürünü daha da dərinləşdirir, təsəvvürlərini zənginləşdirir”

 

Vəfa Fərmanlı:

“T əcrübəli müəllim kimi deməliyəm ki, dil - ədəbiyyat dərslərini də İKT - dən istifadəsiz təsəvvür edə bilmirəm”

 

“Motivasiyada Qarabağın təbiəti, gözəllikləri haqqında məlumat verməyim, onların şəkillərini İKT vasitəsi ilə göstərməyim, təbiidir ki, şagirdlərdə dərs haqqında ilkin təsəvvür yaradır və nəticə etibarı ilə əqli hücum rolunu oynayır. Təbiidir ki, motivasiyada İKT- dən belə geniş istifadə etməyim həm şagirdlərdə mövzuya maraq, həm də onlarda artıq ilkin təsəvvür yaradır ki, bu da dərsin daha asanlıqla mənimsənilməsinə səbəb olur

 

Layihə çərçivəsində müsahibimiz Bakı şəhəri, Nərimanov rayonu, Məktəb Lisey Kompleksinin dil - ədəbiyyat müəllimi Vəfa Fərmanlıdır. O, müsahibəsində təhsilin inkişafı ilə bağlı məlumatlar verdi:

-Ulu öndərimiz təhsil haqqında deyib: “Təhsil millətin gələcəyidir”. Bəli, doğrudan da, təhsildən mərhum olan hər hansı bir xalqın işıqlı gələcəyindən söhbət belə gedə bilməz. Bu baxımdan ölkəmizdə də son vaxtlar təhsil sahəsində görülən işlər, aparılan islahatlar, tikilən yeni - yeni məktəblər, bir çox köhnə məktəb binalarında aparılan təmir işləri xüsusilə diqqəti cəlb edir. Təbiidir ki, bütün bunlar hamısı ölkəmizdə təhsilin inkişafına kömək edən amillərdir. Qeyd etmək yerinə düşərdi ki, Prezidentimiz də təhsilə çox böyük diqqət yetirir. Təsadüfi deyildir ki, o, öz çıxışlarında dəfələrlə bildirib ki, “müasir dünyada hər şeyi elm, bilik, savad həll edir”. Eləcə də bizneft kapitalını insan kapitalı ilə əvəz etməliyik” fikriona məxsusdur. Bunun üçün isə, təbiidir ki, hər şey, ilk növbədə təhsildən başlamalıdır. Təsadüfi deyildir ki, hazırkı dövrün ən yüksək səviyyədə inkişaf etmiş, qabaqcıl ölkələrinin tarixinə nəzər saldıqda onların ilk əvvəllər təhsili hədəf götürmələrinin şahidi olarıq.Yaşadığımız dövrü isə çoxları haqlı olaraqkompüter”, “informasiya”, “texnologiya” və s. əsri adlandırır. Bu da təbiidir. Belə ki, hazırda məişətimizə, həyatımıza müxtəlif, ən yüksək səviyyəli texnologiyaya əsaslanan ayrı - ayrı cihazlar, məişət avadanlıqları elə daxil olmuşdur ki, onlarsız, sadəcə olaraq, müasir dövrü təsəvvür etmək mümkün deyil. Bu baxımdan təcrübəli müəllim kimi deməliyəm ki, dil - ədəbiyyat dərslərini də İKT - dən istifadəsiz təsəvvür edə bilmirəm. Belə ki, praktika göstərir ki, İKT- dən istifadə şagirdlərin təfəkkürünü daha da dərinləşdirir, təsəvvürlərini zənginləşdirir.

-Ədəbiyyat dərslərində İKT- dən istifadəni neyə dəyərləndirisiniz?

-Məlumdur ki, hazırkı dövrdə ədəbiyyat dərslərində biz müəllimlər üçün ən vacib tələblərdən biri də şagirdlərə vətənpərvərlik hissləri aşılamaq və onları gücləndirməkdir. Bu baxımdan VI siniflərdə Hikmət Ziyanın “Qarabağdaşeri xüsusilə xarakterikdir. Haqqında danışdığımız mövzunu keçərkən motivasiya yaratmaq üçün kompüterin proyektoru vasitəsi ilə lövhəyə həm Azərbaycanın, həm də Qarabağın ayrıca xəritələrini gətirirəm. Sonra isə xəritədə şeirdə adları ayrıca hallanan Şuşanı, Bərdəni, Ağdamı, Füzulini şagirdlərə göstərib, onlar haqqında nə bildiklərini, onlardan hansının ermənilərin əlində olduğunu soruşuram. Şagirdlərdən Qarabağın əsrarəngiz təbiəti haqqında məlumat aldıqdan, ermənilərin bu əzəli Azərbaycan torpaqlarını nə vaxt tutmaları haqqında soruşduqdan sonra Hikmət Ziyanın haqqında danışılan şerini ayrı - ayrı qruplara hissə - hissə oxumaları haqqında tapşırıq verirəm. Motivasiyada Qarabağın təbiəti, gözəllikləri haqqında məlumat verməyim, onların şəkillərini İKT vasitəsi ilə göstərməyim təbiidir ki, şagirdlərdə dərs haqqında ilkin təsəvvür yaradır və nəticə etibarı ilə əqli hücum rolunu oynayır. Təbiidir ki, motivasiyada İKT- dən belə geniş istifadə etməyim həm şagirdlərdə mövzuya maraq, həm də onlarda artıq ilkin təsəvvür yaradır ki, bu da dərsin daha asanlıqla mənimsənilməsinə səbəb olur. Yaxud VII siniflərdə Zahid Xəlilin Xocalı faciəsinə həsr olunmuşSonuncu güllə” əsərini keçən zaman əvvəlcə şagirdlərə erməni faşistlərinin xalqımızın başına gətirdikləri müsibətlər, faciələr haqqında nə bildiklərini soruşuram. Xocalı faciəsi haqqında danışarkən isə əvvəlcə Xocalını, Azərbaycanın xəritəsində bu qəsəbənin tutduğu yeri, onun mühüm strateji mövqeyini, internetdən bilavasitə bu faciə ilə əlaqədar olan videoçarxı “ağıllı lövhə”də göstərirəm. Bu zaman şagirdlərə yaxın keçmişdə, az qala bütün Avropada böyük müvəffəqiyyətlə nümayiş etdirilən “Xoca” filmindən də bir neçə dəqiqə göstərirəm. Elə buradaca lövhədə Xocalı uğrundakı döyüşlərdə igidlikləri ilə fərqlənən, həyatlarını qurban verməklə dinc əhalinin mümkün qədər az itki ilə mühasirədən çıxmasında böyük rol oynamış, Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş Əlif Hacıyev və Tofiq Hüseynovun şəkillərini gətirirəm. Şagirdlərə onların şəkillərini göstərdikdən sonra bilavasitə ayrı - ayrı qruplara dərsdən müəyyən parçaları nişanlayaraq oxuyub tanış olmaları haqqında tapşırıq verirəm. Təbiidir ki, bütün bunlar dərslərdə motivasiya yaranmasına səbəb olur. Əlbəttə, burada da İKT-dən istifadə etməyim öz müsbət təsirini göstərir.

-Başqa hansı misalı qeyd edə bilərsiniz?

-Yenə VI sinifdə tədris olunanZeynalabdinmövzusunun tədrisi zamanı əvvəlcə şagirdlərdə idrak fəallığı yaratmaq, onlarda yeni mövzunu öyrənmək üçün həvəs yaratmaq məqsədilə lövhəyə Hacı Zeynalabdin Tağıyevin, eləcə də onun tikdirmiş olduğu qız məktəbinin, müasir Bakıya yaraşıq verən digər tikililərin şəkillərini gətirirəm. Şagirdlərdən ayrıca olaraq Hacı Zeynalabdin Tağıyevin, ayrı - ayrı tikililərin, Bakıya Şollar suyu çəkdirməsi haqqındakı şəkillərə baxıb, onlar haqqında nə bildiklərini və nə düşündüklərini soruşuram. Təbiidir ki, şagirdlərlə İKT vasitəsi ilə qurduğum bu dialoq həm də motivasiya rolunu oynayır. Belə ki, artıq şagirdlərlə qurduğum bu dialoq nəticəsində onlarda həm dərsə həvəs, həm də keçiləcək mövzu haqqında ilkin təsəvvür yaranır. Bu isə şagirdlərə keçiləcək yeni mövzunu daha yaxşı başa düşməyə və mənimsəməyə imkan verir. VIII siniflərdə “Kitabi - Dədə QorquddanQazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boymövzusunu keçərkən yenə də motivasiyada İKT - dən geniş şəkildə istifadə edirəm ki, bu da mənə dərs haqqında şagirdlərdə ilkin təsəvvür yaratmaq işində çox kömək olur. Belə ki, burada kompüterproyektorun vasitəsi ilə lövhədə “Dədə Qorqud” filmindən müvafiq fraqment, eləcə də “ağıllı lövhə”də dastana çəkilmiş illüstrasiyanı gətirməklə şagirdlərdə keçiləcək mövzu haqqında şagirdlərdə ilkin təsəvvür yaradılır ki, bu da sonradan dərsin bütövlükdə daha yaxşı mənimsənilməsinə səbəb olur. Bəli, açıq şəkildə göstərməliyəm ki, ədəbiyyat dərslərində də İKT-dən - kompüterdən, proyektordan, xüsusilə “ağıllı lövhə”dən istifadə etmək digər dərslərdə olduğu kimi, çox böyük səmərə verir və nəticə etibarı ilə dərslərin səmərəliliyini daha da artırır. Ona görə həmkarlarıma da İKT -dən, onun zəngin imkanlarından daha geniş şəkildə istifadə etməyi tövsiyə edirəm.

 

A.Miriyev

Palitra.-2016.-3 sentyabr.-S.11.