Turizm xidmətlərindəki qiymət problemləri həll olunacaq

 

İqtisadi İslahatların

Təhlili və Kommunikasiya Mərkəzi:

 

“Sərəncam ölkəyə turistlərin gəliş-gedişinin asanlaşdırılması, turizmin bütün istiqamətlərində müştəri məmnunluğu sahəsində olan çatışmazlıqlar, turizmin inkişafına əngəl olan digər amillərin aradan qaldırılması istiqamətində dövlətin kompleks tədbirlərini əks etdirir

Prezident İlham Əliyev "Turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “Palitraya bidiriblər ki, sərəncama əsasən, ölkədə turizm sahəsində mövcud vəziyyəti təhlil edən, sahənin problemlərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirən və turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsi vəzifələrini icra edən Azərbaycan Respublikasının Turizm Şurası yaradılır. Şura öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər, habelə işçi qrupları yarada bilər.

 

Turizm xidmətlərinin keyfiyyəti artırılacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən şərhdə qeyd edilir ki, Dünya Səyahət və Turizm Şurasının məlumatına əsasən Azərbaycanda turizm sektoru ÜDM-in 2,8 faizini və məşğulluğun isə 2,6 faizini təmin edir. Azərbaycanın böyük turizm resurslarının olması bu sahənin inkişaf potensialını göstərir. Son illərdə neft gəlirlərindən asılılığın azaldılması məqsədilə qeyri-neft sektorunun rəqabətqabliyyətli, iqtisadi səmərəli və innovasiya əsaslı prioritet sahələrindən olan turizm sənayesində məqsədyönlü şəkildə həyata keçirilmiş tədbirlər ölkəmizdə turizmin inkişafına şərait yaradıb. Təsadüfi deyil ki, Prezidentin 2016-cı il 16 mart tarixli 1897 nömrəli sərəncamı ilə təsdiq edilmişMilli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən biri kimi ixtisaslaşmış turizm və əyləncə sahəsi müəyyən edilib. Dünya təcrübəsində turizm sahəsində islahatların ən uğurlu modelləri və onların ölkəmizdə tətbiqi imkanları beynəlxalq və yerli ekspertlər tərəfindən təhlil edilib, turizm sahəsi üzrə strateji yol xəritəsinin ilkin layihəsi hazırlanıb. Bundan sonrakı dövrdə də Azərbaycanda mövcud turizm potensialını inkişaf etdirərək beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi labüddür. Sərəncam sahə üzrə həyata keçiriləcək tədbirlərin əhatəliliyi, tədbirlərə cəlb edilmiş dövlət orqanlarının məsuliyyətinin dəqiq müəyyən edilməsi, sahənin bütün inkişaf istiqamətlərinin nəzərdə tutulması baxımından əhəmiyyətlidir.

 

Ölkəmiz üçün yenilik:

Çimərlik turizminin inkişafı ilə bağlı tədbirlər görüləcək

 

Belə ki, sərəncamda sahənin qanunvericilik bazası və dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsi, regionlar üzrə milli, tarixi-mədəni, sosial-iqtisadi və təbii xüsusiyyətlər nəzərə alınmaqla yeni turizm marşrutlarının təşviqi, yüksək iqtisadi, sosialekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması nəzərdə tutulur. Həmçinin bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, turizm xidmətlərinin keyfiyyətinin artırılması, turizmin inkişafı ilə bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahəsində tədbirlərin görülməsi planlaşdırılır. Sərəncam ölkəyə turistlərin gəliş-gedişinin asanlaşdırılması, turizmin bütün istiqamətlərində müştəri məmnunluğu sahəsində olan çatışmazlıqlar, turizm xidmətlərindəki qiymət problemləri, turizmin inkişafına əngəl olan digər amillərin aradan qaldırılması istiqamətində dövlətin kompleks tədbirlərini əks etdirir.

 

Ticarət festivallarında güzəşt və təşviqlər tətbiq edilməsi nəzərdə tutulur

Belə ki, 2017-ci il və növbəti illərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dövlət dəstəyi ilə beynəlxalq təcrübədə geniş tətbiq edilən ticarət festivallarının (“shopping festival”) keçirilməsi, həmin festivallarda pərakəndə satış zamanı müvafiq güzəştlərin və təşviqlərin, o cümlədən vergi güzəştlərinin verilməsi, Xızı-Xaçmaz, QubaQusar turizmrekreasiya zonalarının 2016-2017-ci illər üzrə fəaliyyət planının hazırlanması ölkənin turizm tarixində bir yenilikdir. Bundan başqa, ölkəyə turist axınlarının intensivləşdirilməsi məqsədilə əlverişli aviareyslərin təşkil edilməsi, Azərbaycan TurizmMenecment Universitetinin nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin (peşə məktəbləri və peşə liseyləri) yaradılması da əhəmiyyətli yeniliklərdəndir. Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadə etməklə çimərlik turizminin inkişafı ilə bağlı tədbirlər, Azərbaycan Respublikasının turizm potensialı olan ərazilərində dövlət və özəl sektorun əməkdaşlığı ilə turizmrekreasiya zonalarının yaradılması, bu zonalarda vergigömrük güzəştlərinin və imtiyazlarının verilməsi də sərəncamda öz əksini tapıb. Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində turizm nümayəndələrinin təsis edilməsi xarici turistlərin ölkəmiz haqda daha çox məlumata sahib olması, ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya bazarına çıxarılması, satışının təşkili, ölkəyə turist axınının və xarici investorların bu sahəyə marağının artırılmasına xidmət edəcək.

 

Sərhəd buraxılış məntəqələrində turistlərin sürətli keçidi təmin ediləcək

Qonşu ölkələrlə turizm əlaqələri də prioritet istiqamətlərdəndir. Azərbaycan Respublikasının Rusiya, Türkiyə, İranGürcüstan ilə sərhəd buraxılış məntəqələrində turistlərin sürətli keçidinin təmin edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi keçid məntəqələrində yaranan sıxlığı aradan qaldıracaq. Qeyd edək ki, bu ölkələrdən Azərbaycana ziyarətə gələnlərin sayı illik 2 milyon nəfəri ötür. Ölkəmizdə turizm sahəsi üzrə məlumat bazasının yaradılmasının da sərəncamda əks olunması əhəmiyyətli addımlardan biridir. Belə ki, altı ay müddətində turizm ehtiyatları, turizm nümayişi obyektləri, turizm məhsulları və turizm sənayesinin subyektləri haqqında məlumat bazasını, o cümlədən bu sahə üzrə statistik məlumatları və onların monitorinqinin nəticələrini özündə əks etdirən Turizm Reyestrinininformasiya saytının yaradılması nəzərdə tutulub.

Turizmin bütün istiqamətləri üzrə yerli sahibkarlar tərəfindən təqdim olunan investisiya layihələrinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi məsələsi də sərəncamda öz əksini tapıb. Qeyd olunan bütün istiqamətlər üzrə təkliflərin verilməsi müvafiq dövlət orqanlarına həvalə edilib, Milli Məclisə isə “Turizm haqqında” qanun layihəsinə baxılmasının sürətləndirilməsi tövsiyə edilib. Turizm işçilərinin peşə bayramının təsis edilməsini bu sahədə həyata keçiriləcək kompleks tədbirlərin bir hissəsi kimi qiymətləndirmək olar. Belə ki, Prezidentin digər bir sərəncamına əsasən hər il sentyabr ayının 27-si Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd ediləcək.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makromikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə ortauzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

 

A.Miriyev

Palitra.-2016.-3 sentyabr.-S.6.