“Əsas məqsədim gənclərimizin bir olmasıdır”
Araz Dövlətov:
“Çalışıram ki, Moskvadakı
gənclərimiz ictimai işlərə qoşulsunlar”
Gənclərimizin ictimai fəaliyyətinin onların bir araya gəlməsində də əhəmiyyətli rolu var. Bu gün Rusiyada da təhsil alan gənclərimiz bu baxımdan aktivlik göstərirlər. Elə müsahibimiz Araz Dövlətov da Moskvadakı belə azərbaycanlı gənclərimizdəndir. Qeyd edək ki, A.Dövlətov Moskva Dövlət Pedaqoji Universitetinin tələbəsidir. O eyni zamanda Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibah Fondunun (AMİİF) gənclər şöbəsinin koordinatorudur.
-Moskva
Dövlət Pedaqoji Universitetində istədiyiniz
təhsilə yiyələnə bilibsizmi?
- Moskva Dövlət
Pedaqoji Universitetinin
5-ci kursundayam. Bu 5 ildə
aldığım təhsil
dünyagörüşümün artmasında əvəzsiz
rolu oynayıb. Lakin, elm və təhsil elə bir füsunkar
dəryadır ki, onu öyrəndikcə daha da dərininə
getmək istəyirsən.
Ona görə, mən də təkcə bununla kifayətlənmək
fikrim yoxdur. Bundan sonra da həm
təhsilimdə, həm
də ictimai fəaliyyətimdə irəli
getməyi qarşıma
məqsəd qoymuşam.
-Moskvada gənc olaraq ictimai aktivlik göstərə bilirsizmi?
- Moskvada gənclərin ictimai aktivliyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sədri olduğu Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatının
(RAGT) xüsusi rolu
var. Bu baxımdan Azərbaycan
Mədəniyyətinin İnkişafı
və İntibahı Fondu (AMİİF), Azərbaycan
Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya
nümayəndəliyi də
təqdirəlayiq addımlar
atırlar. Mən də bu kimi təşkilatların
layihələrində iştirak
edərək bir gənc kimi aktivlik nümayiş etdirirəm. Çalışıram Moskvadakı digər gənclər də ictimai işlərə qoşulsunlar.
-Gənclərimiz
diaspor tədbirlərində
bir araya gələ bilirmi?
-Ümumiyyətlə, xaricdəki
gənclər yerli cəmiyyətə inteqrasiya
olunmalıdırlar. Ən əsası
da istərdim ki, gənclərimiz Rusiya Federasiyasında Azərbaycan bayrağı
altında birləşsinlər.
Mənim
əsas məqsədim
gənclərimizin bir
olmasıdır. Mən dayanmadan
bu yolda çalışıram. Məhz
bunun üçün
bu il
AMİİF tərəfindən
"Diaspora yaxın ol"
adlı layihə həyata keçirilir. Mən bu layihənin koordinatoruyam. Layihənin məqsədi
azərbaycanlı gəncləri
bir araya gətirməkdir. Onlara RF-da
fəaliyyət göstərən
Azərbaycan diasporu haqqında danışılır.
Gənclərin layihələrini reallaşdırmağa kömək
edilir, eləcə də onların hər hansı suallarına cavab verilir.
-Əsas
hansı diaspor təşkilatları ilə
əməkdaşlıq edirsiz?
- Biz həm Azərbaycan, həm də Rusiyanın gənclər təşkilatları ilə
əməkdaşlıq edirik.
Bu gün Moskvadakı
diaspor təşkilatlarımızın
əməkdaşlığı məsələsində AMİİF-lə ASGA Rusiya nümayəndəliyini nümunə
kimi göstərmək
olar. Ümumrusiya Azərbaycan Konqresinin
Moskva şöbəsinin
icraçı direktoru,
AMİİF sədri Şamil
Tağıyev və ASGA
Rusiya nümayəndəliyinin
rəhbəri Toğrul
Allahverdilinin birgə ideyaları əsasında
saysız tədbir və layihələr keçirilib. Hətta onların
birgə layihələrinə
bəzən dövlət
qurumları da partnyorluq edir. Buna misal olaraq ASGA Rusiya nümayəndəliyi,
Diasporla iş üzrə Dövlət Komitəsi, Ümumrusiya Azərbaycan Konqresi və Azərbaycan Mədəniyyətinin İnkişafı
və İntibahı Fondunun 18 oktyabr - Azərbaycanın Dövlət
Müstəqilliyi Günü
münasibətilə Moskvada
“Müasir Azərbaycanın
memarı -Heydər Əliyev” mövzusunda esse müsabiqəsini göstərmək olar.
-Gələcək
planlarınız nədir?
-Gənclərimizin birləşməsi
ilə bağlı böyük planlarımız
var. Onların birləşməsi
üçün bir neçə layihə icra edəcəyik. Biz gənclərimizin bir bayraq altında
birləşməsi üçün
hər şey edəcəyik.
Fuad Hüseynzadə
Palitra.-2016.-6 sentyabr.-S.6.