Avropada Beynəlxalq usta
dərəcəsi alan ilk
azərbaycanlı şahmatçı
Mirağa Ağayev: 52
yaşlı ermənin 22 yaşlı azərbaycanlıya
uduzması onu özündən
çıxarmışdı
miraga
Onu İtaliya mediası Şahmatın dahisi, Şahmatın şahı, Azərbaycan işıq saçır və s. başlıqlarla tədim edir. Azərbaycan mediasında hələ tanınmayan Mirağa Ağayev yaşının az olmasına baxmayaraq, İtaliyada şahmat sahəsində bir sıra ilklər imza ataraq tarixə düşüb.
Qeyd edək
ki, M.Ağayev
1993-cü ildə Ucar
rayonunda anadan olub. 10 yaşından İtaliyada yaşayır.
Hazırda Romada Sapienza
Universitetinin Beynəlxalq
əlaqələr fakültəsinin
3-cü kurs tələbəsidir.
Eyni zamanda şahmat üzrə dərslər keçir. İtaliyada və digər
ölkələrdə keçirilən
beynəlxalq şahmat
yarışlarının iştirakçısı
və qalibi olub. 50-dən çox
seans verib.
Gununsesi.info Mirağa Ağayevlə
müsahibəni təqdim
edir.
-Sizdə şahmata maraq nə vaxtdan yaranıb?
Uşaq vaxtı çox sakit olmuşam. Atam da fikirləşdi ki, sakitəm deyə, çox yaxşı şahmatçı
ola bilərəm.
Ucarda Fuad adlı şahmat müəllimi var, atamın dostudur. O dedi ki, gələcəkdə
güclü şahmatçı
ola bilərəm.
Ona görə də atam məni hələ bağça yaşlarımda Ucarda şahmat məktəbinə
yazdırdı. Bizdə də
şahmat məktəbi
ilə uşaq bağçası bir-birinə
çox yaxın idi. Şahmat məktəbinin pəncərəsi
bağçanın həyətinə
açılırdı. Günortalar bağçada yatmaqdan xoşum gəlmirdi. Uşaqlar yatanda bağça müəllimələri məni
pəncərədən verirdilər
şahmat məktəbinin
müəllimlərinə. Bağçada uşaqlar oyananda isə şahmat məktəbinin müəllimləri məni
geri qaytarırdılar.
Bir sözlə, uşaq vaxtı oyuncaqlarım şahmat fiqurları olub.
Orta məktəbdə oxuyanda da şahmat üzrə zona və respublika yarışlarında iştirak edirdim. 2003-cü ildə ailəmiz İtaliyaya köçdü. Öncə Milanda yaşadıq. Orada da şahmat məktəbinə gedirdim. Artıq 10 yaşım vardı, birinci dərəcə oynayırdım. Məktəbdə qrossmeyster dedi ki, dünyada mənim kimi uşaqlar çox azdır.
Sonra İtaliyanın Kaneli şəhərinə köçdük. Orada da yarışlarımı davam etdirdim. Kaneli kiçik şəhər olduğuna görə şahmat az oynadım. Çünki orada şahmat məktəbi yox idi, ancaq klublarda oynanılırdı. Sonradan oyunlarımı intensivləşdirdim və İtaliya çempionatında 14 yaşlılar arasında oynayaraq ikinci yerə sahib oldum. Daha sonra Avropa çempionatına qatılıb gözəl nəticə əldə etdim.
-İtaliyada keçirilən bütün şahmat yarışlarında iştirak edirsizmi?
-İtaliyada keçirilən çox yarışlarda iştirak etmişəm. Şimaldan cənuba İtaliyanın bütün şəhərlərindəki yarışlarda olmuşam. Ümumiyyətlə, təkcə İtaliyada deyil, bir çox ölkələrdə keçirilən beynəlxalq yarışlarda iştirak etmişəm.
-Hansı nailiyyətlər
əldə edibsiz?
-2013-cü ildə Fidemaster adına layiq görüldüm. Şahmatda Beynəlxalq usta olmaq üçün norma yığmalısan. Mən də normanı yığıb, nəhayət, Beynəlxalq usta dərəcəsini aldım. Bu da şahmatda ikinci ən böyük dərəcədir. Bundan sonra hədəfim qrossmeyster adını qazanmaqdır.
-Siz
İtaliyaya gedəndə Azərbaycanı
tanıyırdılarmı?
-Biz İtaliyaya gedəndə Azərbaycanı heç kim tanımırdı. Yarışlarda oynayanda azərbaycanlı olduğumu deyəndə, bizdən xəritədə bu ölkəni göstərməyimzi istəyirdilər. Qalib olandan sonra İtaliya qəzetlərinin birində Bakıdan gələn oğlan başlıqlı məqalə dərc olundu. Getdikcə orada Azərbaycanı tanımağa başladılar. Bu, əlbəttə ki, tək mənə görə deyildi. Son zamanlar Azərbaycan-İtaliya münasibətləri daha da möhkəmlənib. Səfirliyimiz də mütəmadi olaraq Azərbaycanla bağlı tədbirlər keçirir. Bütün bunların da Azərbaycanın İtaliyada tanınmasında mühüm rolu var. Bu da bizdə böyük qürür hissi yaradır.
-Azərbaycanlı
şahmatçı kimi italyanların sizə
münasibəti necədir?
Çox gözəl. Orada öncə insanın özünə qiymət verirlər. Məsələn, İtaliyada bir neçə yaxın dostlarım var. Onlar mənə orada çox dəstək göstərirlər. Əksər yarışlarımın xərcini onlar ödəyiblər.
Xüsusən, İtaliya mediası hər zaman mənim uğurlarımı işıqlandırır. Bir çox hallarda bizim xəbərimiz olmadan onlar mənim haqqımda yazı verirlər. Hətta bir dəfə atam səhər kafedə qəzetləri vərəqləyərkən təsadüfən qəzetdə haqqımda yazını görmüşdü. Elə bir həftə bundan əvvəl İtaliyanın məşhur jurnalistlərindən biri olan Gaia Ferraris mənimlə əlaqə saxlayıb La Stampa qəzeti üçün haqqımda yazı yazmaq istədiyini bildirdi.
-İtaliyanın
məşhur şahmatçılarından kimlərlə əlaqəniz
var?
-İtaliyanın məşhur
şahmatçılarından hamsı ilə əlaqəm var. Olardan Mikela Qodina, Sabinu Brunellu, Daniel Vokaturonun adını çəkə bilərəm.
-Bəs Azərbaycan şahmatçıları
ilə hər hansı əlaqəniz varmı?
Azərbaycan şahmatçılarından çoxunu tanıyıram. Burada şahmatçı dostlarım da var. Rəhmətlik Vüqar Həşimovla çox yaxın münsibətimiz var idi. Onunla virtual olaraq çox yazışıb, danışırdıq. Bakıda da görüşmüşdük. Çox gözəl insan idi.
Ümumdünya
Şahmat Olimpiadası ilə bağlı
təəssüratlarınız necədir?
-Məni bu Olimpiadaya İtaliya Şahmat Fderasiyası göndərib. İtaliya vətəndaşı olmadığım üçün oyunçu kimi iştirak etmirəm. Burada həm İtaliya komandasında qızların məşqçisi və köməkçisi, həm də İtaliya Şahmat Fderasiyasının prezidentinin tərcüməçisiyəm.
-Siz
erməni rəqiblə qarşılaşıbsızmı?
Keçən il İtaliyanın Bratto şəhərində keçirilən yarışda mən Beynəlxalq usta norması üçün oynayırdım. Axırıncı turda rəqibim 52 yaşlı erməni Karen Movsesyan idi. O, Ermənistanın baş məşqçisi və qrossmeyster idi. Yarışda birinci dərəcə üçün oynayırdı. Əgər heç-heçə etsəydi, birinci yerə çıxırdı. Məni isə heç-heçə məni qane etmirdi. Oyun 4-5 saat davam etdi. Sonda onu uddum. O, üzümə baxmadan, əl vermədən saatı saxlayıb əsəbli şəkildə fiquru aşıraraq getdi. Hansı ki, etiket qaydlarına görə, uduzan əl verməldir, fiqurları yerinə qoymaldır və s. Ona çox təsir etdi ki, 52 yaşında 22 yaşlı azərbaycanlı gəncə uduzub. Onun reytinqi cədvəldə birinci yerdən 6-cı yerə düşdü. Mən isə Beynəlxalq usta normasını yığıb 2-ci yerə çıxdım.
-Sizin
təhsil aldığınız sahə ilə
maraqlarınız üst-üstə düşümür.
Bu fərqliliyin öhdəsindən necə
gəlirsiz?
Hə, bu çox çətindir. Bizim çox çətin imtahanlar olur. Bəzən 3 min səhifəlik kitablar oxumaq məcburiyyətində qalırıq. Belə zamanlarda da şahmatla məşğul ola bilmirəm.
-Şahmatın sizin biliyinizin
artmasında, təhsilə yiyələnməyinizdə nə
kimi köməyi var?
Azərbaycanda orta məktəbdə oxuyanda riyaziyyatı, eləcə də humanitar fənləri əla bilirdim. İtaliyada orta məktəbdə təhsil alarkən riyaziyyat fənnində hesablamaları özüm beynimdə edirdim. İtalyan şagirdlər isə kalikulyatordan istifadə edirdilər. Bu, müəllimlərin diqqətini çəkmişdi. Həmçinin, coğrafiya dərsində bütün paytaxt adlarını, ölkələri və s. əzbərdən deyəndə, müəllimim məəttəl qalmışdı. Müəllimlər deyirdilər ki, gərək uşaqları göndərək Azərbaycanda təhsil alsınlar. Yəni onlar bizim təhsilə heyran qalmışdılar.
Əlbəttə, şahmatçı olmağım da təhsilimə kömək edib. Çünki şahmat oynayanda yaddaş güclənir, fikirləşmək, düşünmək qabiliyyəti artır. Şahmat həm də insana udmağı, uduzmağı, mübarizə aparmağı öyrədir. Sadəcə, hər şey insanın özündən asıldır.
-Ümumiyyətlə,
İtaliyada şahmatnə dərəcədə
inkişafedib?
-İtaliyada şahmatamaraqAzərbaycandakı kimideyil. Azərbaycanda şahmat çox inkişaf edib. Məsələn, Olimpiadanın açılışında cənab Prezident də iştirak etdi. Amma İtaliyada belə bir şey mümkün deyil. Çünki İtaliyada şahmata o qədər də üstünlük vermirlər. Ona görədir ki, mən ora gedəndə 10 yaşında şahmat oynayan yeganə uşaq idim. Azyaşlı olsam da, həmişə böyüklərlə oynayırdım. Çox vaxt da seanslarım olurdu. Hətta mən ora gedəndən sonra orada uşaqlar arasında şahmata böyük həvəs yarandı.
İtaliyada 20 region var. Yaşadığımız Pemonte regionunda heç vaxt məşhur şahmatçı olmayıb. Mən o regionda Beynəlxalq usta adını alan ilk şahmatçı kimi tarixə düşmüşəm.
Gülnaz Qənbərli
Gununsesi.info
Palitra.-2016.-8 sentyabr.-S.7.