Azərbaycan dilini sevən alman gənc

 

Matiyas Wolf:

“Azərbaycan mənim ücünikinci məmləkət” olub

 

Azərbaycan dilində danışa bilən, Azərbaycan eşqi ilə yaşayan əcnəbilərə rəğbət bəsləməmək olmur. Onların Azərbaycana verdiyi dəyər, qiymət bizim üçün böyük fəxarətdir. Müsahibimiz alman əsilli Matiyas Wolf da belə azərbaycanpərəst əcnəbilərdəndir. O, qəzetimizə müsahibəsində çox səmimi şəkildə Azərbaycan və azərbaycanlılarla bağlı hislərini ifadə edib.

-Azərbaycan haqqında ilk dəfə nə zamanharada məlumatınız oldu?

-Potsdam Universitetində ilk dəfə Azərbaycan haqqında məlumat almışam. Əslində, mən orada müəllimlik ixtisası üzrə oxuyub fransızca ispanca müəllim olmaq istəyirdim. Gələcək haqqında düşünəndə, fikirləşirdim ki, məsələn, Berlində işimi görərkən daha çox türklərlə əlaqəm olacaqdı. Bu səbəbdən ilk öncə türkcə öyrənməyə başladım. Təbii ki, bu dili öyrənəndə bir az sonra çoxlu sayda türklərlə dost oldum. Onlara təsəkkür edirəm ki, mənə türk mədəniyyəti haqqında ətraflı məlumat veriblər. Bir neçə şəxslərlə çox yaxın münasibətlər qurdum. Amma Azərbaycan barəsində bunu deyim: dostlarımın arasında bir neçə azərbaycanlı var idi. Onlarla çox maraqlı adamlarla tanış oldum, çünki mədəniyyəthamısıdan bir azkimidir: bir az rus, bir az türk, bir az fars. O zaman deyə bilirəm ki, azərbaycanlılar heç bir prototipə aid deyil. Çox özəl bir xalqdır.

-Necə oldu ki, Azərbaycana dilimizə sizdə belə sevgi yarandı?

Eh... bu sualı gözləyirdim. Məncə, iki səbəb var. Birincisi, iki dilin arasındakı fərqləri tapmaq istəyirdim. Demək ki, türkcə bir az öncə öyrənməyə başlamışdım. İndi özümü yenə fərqli bir dilin qabağında görmüşəm. Qeyd edim ki, çox sözləri bilirdim. Bəzilərini başqa dillərdən öyrənmişdim (rusca, almanca s.). Amma bəzi sözləri bilmirdim. İkincisi, münasibətlərdən irəli gəlir. Dediyim kimi, bəzi adamlar ilə çox yaxın bir münasibət qura bilmişəm. Amma dostluqdan başqa, hələ daha dərin münasibətlər yaranıb. Məsələn, universitetdə çox gözəl qızlar var idi. Birisinə aşiq olmuşam. Təbii ki, onun adını deməyəcəm. Amma o, Azərbaycana dönüb getdi. Çox təəsüf ki... Amma həmişə deyirəm, ən azından mənə dilini yaxşı xatirələrini buraxdı. Məni tanıyanlar bilsinlər ki, Azərbaycanla münasibətlərimi heç vaxt bitirməyəcəm.

-Azərbaycanda olubsuzmu? Olmayıbsızsa bura səfər etmək istərdizmi?

-Təəssüf ki, indiyədək Azərbaycana getməyə imkan tapmamışam. Hər kəs məndən bunu soruşur, yaxud məni ora dəvət edir. Təbii ki, çox şad olardım, əgər oraya gedə bilsəydim. Amma hələlik vaxtım, imkanım yoxdur. Bakını yalnız şəkillərdən tanıyıram. Bakıda olan dostlar həmişə xahiş edirlər:“Matiyas, Bakıya gəl, zaman da olsa olsun, həmişə bizim qonağımız ola bilərsən”. Bir səyahətdən söz açsaq, ayrıca, mən hər zaman atamı düşünürəm. O, Sovetlər Birliyində işləyib, çox yerləri görüb. Bakıya gedib-getmədiyini bilmirəm. Amma xatırlayıram ki, mən ona bu haqda sual verəndə, mənə belə cavabı verib: “İnşalah, biz birlikdə oraya gedəcəyik”.

-Azərbaycanlı gənclərin hansı cəhətini daha çox bəyənirsiz?

-Özəlliklə onların dünyagörüşlülüyünü ən çox bəyənirəm. Bu vaxtlarda hamımız çox tolerant bir atmosferdə oluruq, bunu hər ölkədə, hər xalqda görə bilirik. Nədən elədir? Hər yerdə müharibələr var, konfliktlər var, siyasi maraqlar var. Bu inkişafla insanların görüşü dəyişir, təbii. Məsələn, Almaniyada bəzi adamlar qorxurlar ki, İslam bizim mədəniyyətimizə təhlükəli ola bilsin. Əgər, buqorxanlarbir azərbaycanlı ilə tanış olsaydılar, görə bilərdi ki, belə deyil. Azərbaycan Səudiyyə Ərəbistanı deyil, Allaha sükür. Odur ki, Azərbaycan gəncləri mənimlə hər zaman qonaqpərvər, hər zaman dünyagörüşlü hər söhbətə açıqdırlar. Onların Avropaya marağı var. Ümumiyyətlə, burada yaşayan adamlara marağı var. Burada oxuyan gənclər dilimizi öyrənməyə hazırdır həmişə calışqandırlar. Bu mənada bəzi alman gənclər Azərbaycan gənclərinin arasında çox gözəl modelləri tapa bilirlər.

-Azərbaycanda azərbaycanlılarda hansı cəhət sizə Almaniyanı xatırlardır?

-Perfeksionizm. Mən çox durumlarda bunu görə bilirdim. Dostlarımın arasında çox mükəmməl olmaq istəyənlər var. Universitetdə hər zaman yüksək qiymətlər almaq istəyirlər. Mənimlə almanca danışanda birdən səhvlərini görüb (eşidib) başqa bir sözü seçirlər. Məsələn, mən onlarasəhv etməmisəndeyərsəm, onlar “ax, amma gözəl söyləməmişəm,- deyə cavablayırlar. Alman dilindəGründliçkeitdeyirik. Demək ki, bir kəs başdan sona hər şey mükəmməl etmək istəyir. Mən bəzən eləyəm. Başqa bir şey budur ki, Azərbaycan gəncləri hər zaman bir alternativ axtarırlar.

Aksionizmdeyək. Bunu da çox sevirəm Azərbaycan gənclərindən: “Ağlamaq faydasızdır, bir çarə tapmaq daha faydalı olacaq”.

-Azərbaycanla bağlı gələcək üçün hansı planlarınız var?

-Təbii ki, planlarım var. Azərbaycan mənim ücün birikinci məmləkətolub. Heç bir zaman o ölkəyə getməməyimə baxmayaraq, ölkəni adamları ilə sevirəm. Hər zaman onu sevəcəyəm. Bunu demək istəyirəm: əgər Azərbaycana gedə bilmirsəm, Almaniyadakı azərbaycanlılar ilə işləmək istəyirəm. Kömək etmək istəyirəm ki, Azərbaycan Avorpada Almaniyada daha da tanınsın. Bunu müxtəlif planlarda edə bilirəm, təbii: siyasi yolda mən nümayişlərə gedib bir neçə dəfə danışmışam. Bunu da davam edəcəyəm. Berlindəki Azərbaycan Evində gələcəkdə bəlkə işləyə bilərəm. Möhtəşəm olardı, əgər mənim elə bir imkanım olsaydı. Ən gözəli, təbii, oraya doğrudan getmək olardı, cünki yalnız orada bir az vaxt keçirərək ölkə ilə tanış ola bilirəm. Amma dediyim kimi, kim bilər, zaman olacaq... Qismətim olarsa gedəcəyəm. Əminəm ki, Azərbaycanda özümü çox yaxşı hiss edib, dostlarım sayəsində yalnız olmayacağam.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-2 sentyabr.-S.7.