Referendum gənclər
üçün yeni imkanlar yaradacaq
18 mart
2009 - cu ildə ölkəmizdə
baş tutan referendumdan artıq 7 il ötüb.
Geridə qoyduğumuz
illər ərzində
respublikamızın bütün
sahələrində-siyasi,iqtisadi,mədəni,idman
və s. sahələrdə
ciddi inkişaf baş verib. Bu illərdə iqtisadiyyatımızın
artımı bütövlükdə
cəmiyyətimizin yaşam
tərzinin yüksəlməsinə
gətirib çıxartdı.
İlbəil artırılan sosial
yardımların, təqaüdlərin
geniş vüsət alması sevindirici haldır. Geridə qoyduğumuz illər
ərzində ölkəmizin
beynəlxalq aləmdə
tanınması, dünyanın
aparıcı dövlətləri
sırasında xüsusi
mövqe tutması hər bir vətənpərvər
azərbaycanlını sevindirməyə
bilməz. Saymaqla bitməyən
idman sektorundakı uğurlarımız hər
birimizin uğurudur.
Beləliklə,vaxtında
və doğru atılmış addımlar
dünənin, bu günün tələblərini,
maraqlarını özündə
birləşdirməklə, dövlətimizin inkişafına
səbəb olub.
Prezident
İlham Əliyevin 26
sentyabr 2016 – cı il tarixində Azərbaycan Respublikasının
Konstitusiyasında dəyişikliklər
edilməsi məqsədi
ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi
haqqında imzaladığı
Sərəncam da, Əsas Qanunu son illərdə baş vermiş dəyişikliklərə
uyğunlaşdırmaq məqsədi
güdür. Nəzərdə
tutulan dəyişikliklər
günün tələbinə
və marağına cavab verməklə yanaşı, 7 il
öncəki prosesin davamıdır. Nəzərdə tutulmuş 29 dəyişiklikdən
biri, seçkilərdə
yaş hədlərinin
götürülməsi mütərəqqi
addımdır. Belə ki,
seçmək və seçilmək hüququ Azərbaycan vətəndaşının
təbii haqqıdır.
Bu nöqteyi-nəzərdən
seçkilərdə iştirak
etmək istəyən
hər bir gənc vətəndaş
üçün geniş
imkanlar yaranır.
Gənclərimiz həm qanunvericilik,
həm də idarəetmə sahəsində
daha erkən yaşlarda iştirak etmək fürsəti əldə edirlər.
Bu da öz
növbəsində ölkənin
kadr ehtiyatının daha zəngin olmasını özündə
ehtiva edir.
Əgər əvvəlcə, Azərbaycan
Respublikasının Milli
Məclisinə seçilmək
üçün 25 yaşın
tamam olmasını gözləmək lazım
gəlirdisə, 26 sentyabr
tarixində keçiriləcək
referendumun baş tutacağı təqdirdə
yaş senzi minimuma endiriləcək və bu zaman
artıq vətəndaşlar
üçün, xüsusən
də, biz gənclər
üçün yeni yollar açılmış
olacaq. Düşüncəsi
yüksək olan, intellektli, dünyagörüşlü,
savadlı gənclərin
Milli Məclisə seçilib, təmsil etdiyi regionda yaşayan sakinlərin problemlərini qabartması,
gündəlikdə olan
aktual məsələlərə
yeni nəslin prizmasından yanaşması,
zənnimcə, çox
böyük nəticələrə
nail olmaq deməkdir.
Hər kəsə
məlumdur ki, hazırda ölkəmizdə
olan sabitlik, vətəndaşların rahat
yaşaması bu günə kimi doğru qərarları ilə daim xalqın
lideri olan Prezidentimiz İlham Əliyevin məqsədyönlü
siyasətinin nəticəsidir. Məhz bu
uğurlu siyasətin davamı olaraq, bu gün dövlət
idarəetmə sisteminin
püxtələşdirilməsi, dövlət qurumlarının
fəaliyyətlərini daha
çevik etmək məqsədi, vətəndaşların
hüquq və azadlıqlarının daha
da genişlənməsi
baxımından baş
tutacaq referendumun böyük əhəmiyyəti
var.
Heç şübhəsizdir ki, Əsas Qanuna yeniliklər gətirən,
ölkəmizin gələcək
inkişafı baxımından
olduqca önəmli olan referendum aktı Azərbaycan vətəndaşları
tərəfindən hamılıqla
dəstəklənəcək.
YAP Sabunçu RT
İdarə Heyətinin üzvü
Murad CƏNNƏTOV
Palitra.-2016.-8 sentyabr.-S.5.