IV Bakı Beynəlxalq
Teatr Konfransında 40-dan çox
ölkə təmsil olunacaq
Noyabrın 6-dan 10-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfrans “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası və “Multikulturalizm ili” çərçivəsində təşkil olunacaq.
Konfransın əsas mövzusu “Multikulturalizm və teatr” olacaq. Tədbir çərçivəsində
beynəlxalq ekspertlər
tərəfindən ustad
dərsləri və treninqlərin keçirilməsi
də nəzərdə
tutulur. Konfransda 40-dan çox ölkədən
150-dək teatr mütəxəssisi
iştirak edəcək.
Bu məlumatı mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev beynəlxalq konfransa hazırlıqla bağlı keçirilən
toplantıda bildirib.
Nazir müavini deyib: “Dünyanın məşhur teatr, incəsənət xadimləri
- rejissorlar, aktyorlar, dramaturqlar, kossenaristlər,
bir neçə ölkənin teatr xadimləri ittifaqlarının,
beynəlxalq teatr festivallarının, teatrla
bağlı tanınmış
qurumların, eləcə
də müxtəlif ölkələrin teatr rəhbərləri tədbirdə
iştirak üçün
təşkilat komitəsinə
müraciət ediblər.
Müzakirə olunacaq
mövzular, treninqlərdə
dinləniləcək məruzələr,
ümumilikdə konfransın
gündəliyində yer
alan məsələlər
teatr bilicilərinin canlı ünsiyyətini təmin etməklə yanaşı, uğurlu nəticəyə, qarşılıqlı
yeni əlaqələrin
qurulmasına zəmin
yaradacaq”. Ədalət Vəliyev IV Bakı
Beynəlxalq Teatr Konfransının yüksək
səviyyədə təşkil
olunması üçün
bir sıra tapşırıqlar da verib. Həmçinin
tədbirin açılış
və bağlanış
mərasimlərinin təşkili,
tərcüməçilərlə təminat, könüllülərin
iştirakı, müxtəlif
mədəni tədbirlərin
keçirilməsi və
konfransın mətbuatda
geniş işıqlandırılması
üçün görülməli
olan işləri diqqətə çatdırıb
Palitra.-2016.-8 sentyabr.-S.13.