İ. Həbibbəyli: “Multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan multikulturalizmi: dindil siyasətinin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Tədbir AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılır. Konfransı açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli hazırda ölkədə olduqca aktual xarakter daşıyan multikulturalizm dəyərlərinin Azərbaycan modeli barədə danışıb. Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ilielan edilməsi haqqında imzaladığı Sərəncamın əhəmiyyətindən bəhs edən İ.Həbibbəyli bildirib ki, dövlətimizin başçısının təşəbbüsü ilə multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycan modeli üç prinsipə əsaslanır: tarixi milli dəyərlər, tolerantlıq və azərbaycançılıq. O deyib: “Burada azərbaycançılıq prinsipi xüsusi önəm daşıyır”.

Akademik AMEA-da ötən ildən multikulturalizm ilə bağlı elmi araşdırmaların aparıldığını, fəlsəfə doktoru və elmlər doktoru proqramları çərçivəsində elmi fəaliyyətlə məşğul olanlar üçün multikulturalizm üzrə elmi-tədqiqat mövzularının daha çox diqqət mərkəzində saxlanıldığını, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatının keçirildiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev ölkəmizdə multikulturalizmin həyat tərzi olduğunu, respublikamızda multikultural dəyərlərin, tolerantlıq ənənələrinin əsrlərə söykəndiyini qeyd edib. O deyib: “Azərbaycanda normal tolerant mühit var, burada müxtəlif xalqların nümayəndələri, fərqli dinlərə mənsub insanlar eyni hüquqa malikdir və əsrlərdir qardaşlıq, dostluq şəraitində yanaşı yaşayırlar”.

Azərbaycan multikulturalizminin dünyanın müxtəlif ölkələrində təbliğ və tədris edildiyini diqqətə çatdıran K.Abdullayev ölkəmizin ali təhsil müəssisələrində bu fənnin tədrisinin əhəmiyyətini xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan multikulturalizminə olan maraq respublikamızın dünyada tarixi örnək dəyərlərə malik ölkə kimi tanıdılmasının nəticəsidir. “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının nəşri, “Azərbaycan multikulturalizmi” dərsliyinin yazılması, “Multikulturalizm” jurnalının çap edilməsi, eyniadlı fənnin proqramının tərtib olunaraq dünya universitetlərinə təqdim edilməsi, dünyanın 15 ali təhsil ocağında tədris olunan “Azərbaycan multikulturalizmi” fənninin faydası və lazımlılıq dərəcəsi bizim işimizin həm mürəkkəbliyini, həm çoxşaxəliliyini, həm də cəmiyyətimiz, gələcəyimiz üçün vacibliyini bir daha göstərir.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, bu gün dünyada multikulturalizmin alternativi yoxdur. Tarixən tolerantmultikultural dəyərləri üstün tutan, əhalisinin 96 faizini müsəlmanlar təşkil edən Azərbaycanda bütün dinlərin nümayəndələri – müsəlman, xristian, yəhudilər əsrlərdir sülh və qardaşlıq şəraitində yaşayırlar.

Komitə sədri dünyadakı bütün problemlərin həllinin dinlər, sivilizasiyalararası dialoqlardan, digər dinlərin, dillərin, müxtəlif mədəniyyətlərin, eləcə də ayrı-ayrı irqlərin nümayəndələrinə bərabər münasibətin, hörmətin göstərilməsindən – multikulturalizmdən asılı olduğunu söyləyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov tədbirin mövzusunun aktuallığını diqqətə çatdırıb, bu cür tədbirlərin keçirilməsinin ənənə halını almasının vacibliyini bildirib. O, Prezident İlham Əliyevin ölkəmizdə Azərbaycan dilinin inkişafına, təbliğinə, tədrisinə, tədqiqinə və dil siyasətinin həyata keçirilməsinə göstərdiyi diqqət və qayğıdan söz açıb.

Qeyd edilib ki, fəaliyyətə başladığı gündən Bilik Fondu tərəfindən multikultural dəyərlər, tolerantlıq, xalqımızın milli mənəvi dəyərlərinin qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 2016-cı ildə Bilik Fondu müxtəlif dövlət və elmi qurumlarla birgə 19 konfrans təşkil edib ki, bunlardan doqquzu multikulturalizm mövzusunda problemlərə həsr olunub.

Tədbirdə akademiyanın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı, rusiyalı professor Marianna Dvoreçkaya, türkiyəli alim Selçuk Seçkin və ölkəmizdə fəaliyyət göstərən müxtəlif konfessiyaların və dini icmaların nümayəndələri mövzunun aktuallığını vurğulayaraq, multikulturalizm dəyərlərini birgə səylərlə təşviq etməyin vacibliyini vurğulayıblar.

Konfransın plenar iclasında “Vicdan azadlığının və ana dilində danışmaq hüququnun konstitusion hüquqi təminatı” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev qeyd edib ki, insanın əsas hüquq və azadlıqlarından sayılan vicdan azadlığı və ana dilində danışmaq hüququnun təmin olunması demokratik cəmiyyətlərin, dövlətlərin ümumi inkişafının təməl prinsiplərindən sayılır. Vicdan azadlığı hər kəsin dinə münasibəti ilə bağlıdır. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyasında din və dövlət münasibətləri beynəlxalq standartlara uyğun şəkildə tənzimlənib və ölkəmiz dünyəvi dövlət elan edilib. Azərbaycanda vicdan azadlığı hüququnun təminatı sırasında ən mühüm yerlərdən birini bərabərlik hüququ prinsipi tutur.

Konfransın bölmə iclaslarında “Müasir Azərbaycanda dövlət-din münasibətləri”, “Azərbaycan tatlarının dilinin etnoqrafik leksikasına dair Azərbaycan dilinin nitq mədəniyyəti problemləri”, “Qafqaz xalqlarının dilində işlənən “kotantermini qədim mədəni əlaqələrin yadigarı kimi”, “Azərbaycan Respublikasında milli azlıqların mədəni irsinin qorunması və inkişafı”, “Heydər Əliyev Azərbaycanda multikulturalizmin siyasi banisi kimi” və digər mövzularda məruzələr dinlənilib.

Konfrans işini sentyabrın 9-da başa çatdıracaq.

 

Nigar

Palitra.-2016.-9 sentyabr.-S.5.