Rəqabətədavamlı və ixracyönlü İKT sənayesi qurulmalıdır

 

Cəmiyyətdə İKT-nin inkişafından bəhrələnmə imkanının genişləndirilməsi üçün, ilk növbədə əhalinin İKT üzrə biliklərinin artırılması vacibdir

 

Yaxın 4 ildə qlobal informasiya texnologiyaları bazarının həcmi 12,5 faiz yüksələcək

International Data Corporation” (IDC) analitiklərinin proqnozuna əsasən, yaxın 4 ildə qlobal informasiya texnologiyaları bazarının həcmi 12,5 faiz yüksələcək. IDC-in rəsmi saytına istinadən xəbər verir ki, cari il informasiya texnologıyaları üzrə məhsul və xidmətlərinin satış həcmi təxminən 2,4 trilyon ABŞ dolları həcmində olacaq və 2020-ci ildə bu göstərici 2,7 trilyon ABŞ dolları təşkil edəcək. Beləliklə, ekspertlər bu bazarın orta illik artım sürətini 3,3 faiz həcmində qiymətləndirirlər. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda İKT sahəsində görülən işlərə toxunacağıq.

Qeyd edək ki, bu il dünya üzrə maliyyə xidmətləri və istehsal sektoru kimi böyük sahələrdə də informasiya texnologıyaları üzrə xərclərin sürətlə artımı proqnozlaşdırılır. Mütəxəssislərin qiymətləndirməsinə əsasən, telekommunikasiya sahəsində xərclərin həcmi ötən illərlə müqayisədə tədricən artacaq. Yaxın 4 ildə informasiya texnologiyaları üzrə həllərinin satış həcminin 33 faizi banktelekommunikasiya sektorunun payına düşəcək. Ötən ildə qlobal informasiya texnologıyaları üzrə xərclərin 25 faizi istehlak alış-verişinin payına düşüb. Ancaq istifadəçilər kompüter, planşetmobil telefon alışına daha az pul xərcləyirlər ki, bu da informasiya texnologiyaları sahəsinə təsir edəcək. Qlobal planşet bazarının sonrakı artımı daha çox korporativ sektordan asılı olacaq. Səhiyyə sahəsində də informasiya texnologıyaları xərcləri sürətlə artacaq. Belə ki, 2015- 2020-ci illərdə bu sahədə ildə orta hesabla 5,7 faiz artım gözlənilir.

 

Ölkəmizin BMT-ninElektron Hökumətin İnkişaf İndeksi” üzrə hesabatında mövqeyi 12 pillə yüksəlib

Azərbaycanda İKT-nin inkişafı istiqamətində xeyli görülür. Bu işlərin nəticəsidir ki, ölkəmiz Birləşmiş Millətlər Təşkilatının (BMT) ənənəvi olaraq hər iki ildən bir nəşr etdiyiE-Government Survey 2016” adlı hesabatında əvvəlki mövqeyini 12 pillə artıraraq 68-ci yerdən 56-cı yerə yüksəlib. Hesabatın builki nəşrində “Elektron Hökumətin İnkişaf İndeksi” və “Elektron-İştirak İndeksi” üzrə BMT-nin 193 üzv ölkəsinin reytinqi müəyyənləşdirilib. HesabatdaElektron Hökumətin İnkişaf İndeksi” üzrə ölkələr ümumilikdə topladığı xala görə 4 qrup üzrə təsnifləşdirilib (çox yüksək, yüksək, orta, zəif). Sevindirici haldır ki, “Elektron Hökumət İnkişaf İndeksi” (EGDI) üzrə Azərbaycan əvvəlki hesabatdakı kimi “Yüksək” EGDI ölkələr qrupuna daxil edilib. EGDI qrupunda dünya ölkələri arasında Birləşmiş Krallıq liderlik edir. Qeyd edək ki, əvvəlki hesabatda liderlik edən Koreya hazırkı hesabatda 3-cü yerdə mövqe tutub. “Elektron Hökumət İnkişaf İndeksi” üzrə 2-ci yerin sahibi Avstraliya olub. Reytinq cədvəlində xeyli irəliləyən ölkəmiz MDB regionunda əvvəlki hesabatdakı 7-ci mövqeyindən 4-cü mövqeyə yüksəlib. Məlumat üçün bildirək ki, “Elektron Hökumət İnkişaf İndeksinin hesablanması zamanı 3 komponent əsas götürülür: onlayn xidmət sub-indeksi, telekommunikasiya inrfastrukturu sub-indeksiinsan kapitalı sub-indeksi. BMT-nin hesabatında göstərilən ikinci əsas indeksiElektron-İştirak İndeksi” (E-Participation)dir. Azərbaycan bu göstəriciyə görə dünya ölkələri arasında 30 pillə irəliləyərək 77-ci yerdən 47-ci yerə yüksəlib. Ölkəmiz həm bu göstərici üzrə MDB dövlətləri arasında əvvəlki 7-ci yerindən 2-ci yerə yüksəlmiş olub. Həmçinin məcmuədəElektron-İştirak İndeksiüzrə ən yaxşı performans göstərən top 50 ölkə arasında Azərbaycanın adı qeyd edilib. Bu indeks üzrə meyarlar e-informasiya, e-məsləhət, e-qərarvermə alt göstəriciləri əsasında hesablanır. Qeyd edək ki, hesabatın müvafiq qiymətləndirməsindəElektron-İştirak İndeksiüzrə dünya ölkələri arasında Birləşmiş Krallıq liderlik edir. Digər 2-ci yer iki ölkə - Yaponiya Avstraliya arasında bölüşür. Əvvəlki hesabatda birinci olan Koreya isə bu dəfə 4-cü yerdə qərarlaşıb.

 

İnformasiya İKT-dən təhlükəsiz istifadə mədəniyyəti yüksəldilməlidir

Qeyd edək ki, əldə olunmuş bu inkişafdan irəli gələrək, yaradılmış infrastrukturların, informasiya sistemlərinin, toplanılmış məlumatların mühafizəsinin təşkili, həmçinin bu imkanlardan vətəndaşların digər istifadəçilərin sərbəst istifadəsinə şərait yaradılması baxımından informasiya təhlükəsizliyi məsələləri vacib əhəmiyyət kəsb edir daim diqqət mərkəzində saxlanılır. Görülən işlərin davamlılığının təmin edilməsi milli potensialın gücləndirilməsi üçün İKT sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı genişlənir. Elə bu amil nəzərə alınaraq Prezidentin sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda İKT sahəsində yüksəkixtisaslı kadrların hazırlanması prioritet istiqamət hesab edilmişdi. İnternetdən geniş istifadə milli kontentin inkişafını şərtləndirmiş, dövlət orqanlarının, çoxsaylı hüquqi fiziki şəxslərin, ictimai təşkilatların saytları yaradılmışdır. Sosial şəbəkələrdən, digər sosial media vasitələrindən istifadə geniş vüsət almış, ölkəmizin tarixinə, mədəniyyətinə, təhsilinə digər sosial sahələrinə aid müxtəlif informasiya ehtiyatlarının sayı xeyli artmışdır. Cəmiyyətdə İKT-nin inkişafından bəhrələnmə imkanının genişləndirilməsi üçün, ilk növbədə əhalinin İKT üzrə biliklərinin artırılması, görülən işlər mövcud imkanlar barədə vətəndaşların məlumatlandırılması, həmçinin informasiyanın əlçatanlığına şərait yaradan ictimai mərkəzlərin fəaliyyəti güzəştli şərtlərlə kompüterlərin əldə edilməsi imkanı yaradılıb. Regionlarda müntəzəm olaraq İKT üzrə müxtəlif təlim kursları, seminarlar keçirilir. Ümumiyyətlə, ölkənin davamlı inkişafının təmin edilməsi üçün İKT-nin prioritet sahə kimi inkişafı vacibdir. Cəmiyyətin İKT-nin məhsul xidmətlərinə artan tələbatı təmin olunmalı, iqtisadiyyatın real sektorlarında bütövlükdə cəmiyyətdə İKT-dən istifadə genişləndirilməli, İKT sahəsində rəqabətqabiliyyətli, ixracyönlü innovativ iqtisadi potensial gücləndirilməli, “elektron hökumət”in nüfuz dairəsi genişləndirilməli, göstərilən elektron xidmətlərin keyfiyyəti, əhatə dairəsi artırılmalı, dövlət idarəçiliyinin bütün səviyyələrində yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi genişləndirilməlidir. Eyni zamanda milli-mədəni irsin qorunması, təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə geniş istifadə üçün təyin edilmiş elektron resurslar inkişaf etdirilməli, informasiya təhlükəsizliyi üzrə ümummilli hazırlığın maarifləndirmənin səviyyəsi, əhalinin, dövlət qulluqçularının dövlət müəssisələrində çalışan işçilərin İKT üzrə ümumi bilik səviyyəsi artırılmalıdır. Ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişafı zəruridir. Bu məqsədə çatmaq üçün informasiya telekommunikasiya infrastrukturunun artan tələbatı təmin edəcək səviyyədə müasirləşdirilməsi, keyfiyyətli xidmətlərin təqdim olunması, əhalinin, biznes qurumlarının ümumilikdə cəmiyyətin informasiya texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi, əhaliyə təhsil, səhiyyə, sosial müdafiə digər sosial sahələr üzrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, ixracyönlü İKT sənayesinin qurulması, İKT-ni geniş tətbiq etməklə, ənənəvi iqtisadiyyatdan yeni tipli iqtisadiyyata - biliklər iqtisadiyyatına keçidin təmin olunması, informasiya cəmiyyəti mühitində xalqın tarixi, ədəbi mədəni irsinin qorunub saxlanılması geniş təbliği vacibdir. Bununla yanaşı, informasiya telekommunikasiya texnologiyaları sahəsində yüksək səviyyəli elmi ixtisaslı kadrların hazırlanması, hər bir vətəndaş üçün İKT üzrə təhsil təlim almaq imkanı yaratmaqla, informasiya İKT-dən təhlükəsiz istifadə mədəniyyətinin yüksəldilməsi, dünya informasiya məkanında Azərbaycan Respublikasının milli maraqlarının qorunması, cəmiyyətdə İKT-dən qanuni təhlükəsiz istifadə edilməsi, müasir texnologiyalara etimadın yüksəldilməsi məqsədi ilə informasiya təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi, regional beynəlxalq informasiya məkanına inteqrasiyanın genişləndirilməsi kimi məsələlər nəzərə alınmalıdır.

 

A.Miriyev

Palitra.-2016.-10 sentyabr.-S.11.