“Rusiyadakı soydaşlarımız ictimai-siyasi həyatda çox aktiv olmalıdırlar”

 

Ramin Qasımov:

Rusiyada diasporumuzun fəaliyyətinin istənilən səviyyədə olmamasının nəticəsidir ki, Dumada azərbaycanlı deputat yoxdur

 

Gənclərimizin xaricdə rəsmi vəzifələrdə çalışması diasporumuzun inkişafı üçün perspektiv imkanlar açır. Elə müsahibimiz Ramin Qasımov da 10 ildən çoxdur ki, Rusiya Federasiyasının Dövlət Dumasında çalışır. Onun əsas istəyi Rusiyadakı azərbaycanlı gənclərin dövlət orqanlarında təmsil olunmalarıdır. Qeyd edək ki, R.Qasımov ali təhsilli hüquqşünasdır. Rusiyanın Prezident yanında İdarəçilik Akademiyasında Politologiya ixtisası üzrə təhsil alıb. Daha sonra MBA-da (Master of BusinessAdministration) biznes təhsilinə yiyələnib.

 

-Vətənə gəlişinizin səbəbi nədir?

-Azərbaycana tez-tez gəlirəm. İndi yay aylarıdır. Gəlmişəm Vətəndə istirahət edirəm. Eyni zamanda qohumlar, dostlarla görüşlərim olur.

-Azərbaycan-Rusiya əlaqələrinin inkişaf perspektivləri necə görünür?

- Ruslar azərbaycanlılar 300 il bir yerdə yaşayıblar. Azərbaycan həmişə Rusiya üçün yaxın dost olub. Baxın, Çar dövründə Azərbaycanın elitası Rusiyada təhsil alıb. Hətta Çarın yanında çalışanlar da olub. Onlar Rusiya İmperiyasına sadiq olublar.Sovet dövründə isə Azərbaycan neft qaz ixrac edib. Bizim azərbaycanlılar Sibirdə neft qaz tapıblar. Azərbaycan nefti sayəsində Sovet İttifaqı Böyük Vətən Müharibəsində qalib olub. Çörçil deyirdi ki, əgər neft kraliçadırsa, Bakı onun taxtıdır. Çoxlu azərbaycanlılar Rusiyada dövlət üçün çalışıblar. Bu gün belədir. Rusiyada müxtəlif sahələrdə çalışan həmyerlilərimiz var.

Azərbaycan çoxşaxəli, ağıllı xarici siyasət yürüdür. Ən əsası da xarici siyasətdə öz yerini qoruyur. Azərbaycan rəhbərliyi vaxtından tez qərar vermir. Bu siyasətin nəticəsini biz görürük. Şükür ki, Azərbaycanda sabitlikdir.

-Bəs siz bu əlaqələrin inkişafı üçün edirsiz?

-Son dörd ildə Rusiya-Azərbaycan əlaqələri daha da sıxlaşıb. Bir neçə il bundan qabaq Rusiya-Azərbaycan Dostluq Qrupunu yaratdıq.Bu qrupa tanınmış siyasətçilər, jurnalistlər s. üzvdür. Bir çox rus ictimai xadimlərinin Azərbaycana gəlməsində bu Qrupun böyük rolu var. Biz bu qrupu yaradanda çoxları inanmırdı ki, belə böyük işlər görə biləcəyik. Lakin gördüyü işlərlə Qrup özünü təsdiqləyib.

-Siz Rusiya-Türkiyə münasibətləri mövzusunda da açıqlamalar verirsiz. İki ölkə arasında münasibətlərin bərpa olunmasında Azərbaycanın kimi rolu oldu?

- Öncə deyim ki, bu münasibətlərin korlanması iki ölkə üçün mənfi nəticələrə gətirib çıxarmışdı. Rusiyada 3 min Türkiyə şirkəti fəaliyyəti göstərirdi. Bu böyük bir ordu kimidir. İldə 4 milyon rus turist Türkiyəyə gedirdi... Artıq bildiyiniz kimi, Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdülər. Bizim üçün bu yaxşıdır.Rusiya-Türkiyə münasibətlərinin yenidən bərpa olunmasında Prezident İlham Əliyev Prezident Nursultan Nazarbayevin çox böyük rolu oldu. Bunun da nəticəsini biz artıq gördük.

Bilirsiniz ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolu böyükdür. Türkiyə həmişəki kimi, bəyan edir ki, bu münaqişənin həllinə dəstək edə bilər. Ermənistan isə Türkiyənin bu məsələdə roluna qarşı çıxır. Lakin Rusiya ekspertləri Türkiyənin bu işdə pozitiv rolu ola biləcəyini deyirlər.

- Bakıda Azərbaycan-İran-Rusiya arasında üçtərəfli görüşlərin keçirilməsi regionda geopolitik vəziyyətə kimi təsir edə bilər?

-Son illər Azərbaycan regional liderdir. Azərbaycan regionda çox böyük investisiya layihələri həyata keçirir. Bakıda Azərbaycan-İran-Rusiya arasında üçtərəfli görüşlərin keçirilməsi çox böyük proqresdir.Xüsusən bu görüşlərdəŞimal-Cənubnəqliyyat dəhlizinin qurulması ilə bağlı razılığın alınması regionda iqtisadi, siyasi sabitliyin, eləcə mehriban qonşuluq siyasətinin yaranmasına xidmət edir. Bu, unikal layihədir. Çünki bu layihə həm Qərb, həm Şərq ölkələrinə uyğundur.Şimal-Cənubdəhlizinin açılması xüsusən İran üçün çox perspektivlidir.

- Rusiyadakı gənclərimizin ictimai-siyasi fəaliyyətini necə qiymətləndirirsiz?

- Rusiyadakı azərbaycanlı gənclər siyasi həyatda çox aktiv olmalıdırlar. Mən həmişə gənclərə deyirəm ki, onlar daha güclü olmalıdırlar. Ümumiyyətlə, gənclərlə işləmək lazımdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sədri olduğu Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) fəaliyyətə başlayandan sonra gənclərdə böyük ruh yüksəkliyi yaranıb. RAGT-da işləyən, yetişən gənclərə Rusiyanın bir sıra rəsmi orqanlarında vəzifə verilib. Amma buna baxmayaraq, gənclər karyera uğurunda mübarizə aparmalıdırlar. Ümumiyyətlə, soydaşlarımız Rusiyanın ictimai-siyasi həyatında çox aktiv olmalıdırlar. Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyev dedi ki, soydaşlarımız xaricdə yerli rəsmi orqanlarda çalışmalı, ictimai həyatda fəallıq göstərməlidirlər.

-Bu vaxta kimi niyə Dumada azərbaycanlı deputat yoxdur?

- Rusiyada Azərbaycan diasporunun fəaliyyəti istənilən səviyyədə deyil. Bunun da nəticəsidir ki, Dumada azərbaycanlı deputat yoxdur. Düzdür, bizim tanınmış professor, biznesmen, həkim s. var. Bəs niyə biz Rusiyada güclü deyilik? Rusiyada hər hansı sahədə ekspertlərimiz belə, yoxdur.

-Bildiyimizə görə Rusiya Dövlət Dumasına namizədliyinizi veribsiz.

-Mən praymerizi keçəndən sonra hakim “Vahid Rusiya” (“YedinayaRossiya”) partiyasından, Dağıstan Respublikasında yerləşən 11 saylı seçki dairəsindən Rusiya Dövlət Dumasına deputatlığa namizədliyimi verdim. Bütün dünyadan mənə seçki ilə bağlı dəstək verənlər oldu. Mən fürsətdən istifadə edib hamıya öz təşəkkürümü bildirirəm.

-Rusiyada azərbaycanlı media mənsublarının da sayı çox azdır. Bunun səbəbi nədir?

- Bunun üçün sistemli şəkildə professional aparılmalıdır. Rusiyada yaşayan gəncləri bu istiqamətdə hazırlamaq lazımdır.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-10 sentyabr.-S.7.