Rektor: “Pedaqoji Universitetdə struktur islahatları aparılacaq”
ADPU yataqxanalarından
qaçqın və məcburi köçkünlərin
köçürülməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət ediləcək
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin yeni rektoru Cəfər Cəfərovun APA-ya müsahibəsini təqdim
edirik:
- Cəfər müəllim,
Azərbaycan Dövlət
Pedaqoji Universiteti yeni tədris ilinə necə hazırlaşır? Universitetin Bakıxanov prospektində yerləşən filialı
hansı əraziyə
köçürülüb və Azərbaycan Müəllimlər İnstitutunun
bu ali
məktəbə birləşdirilməsindən
sonra nə kimi işlər görüləcək?
- Yeni tədris ilindən Azərbaycan Dövlət Pedaqoji Universiteti dərslər Bakıda yerləşən 4 binada keçiləcək. I korpus
4 binadan ibarət olan mərkəzi bina, II korpus keçmiş Azərbaycan
Müəllimlər İnstitutunun
binası, III korpus keçmiş 152 nömrəli
məktəbin binası,
IV korpus isə Keçmiş Balıqçılıq
Texnikumun binasında yerləşir.
Bundan başqa, universitetin nəzdində Azərbaycan
Dövlət Pedaqoji Kolleci var. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə yeni tədris
ilindən 7 nömrəli
məktəb universitetin
baza məktəbi olaraq fəaliyyət göstərəcək. Nazirin
əmrində ADPU-nun və
7 nömrəli tam orta
məktəbin rəhbərliyinin
birlikdə həyata keçirilməsi nəzərdə
tutulan pedaqoji eksperimentləri və qarşılıqlı əməkdaşlığın
perspektiv istiqamətlərini
əhatə edən fəaliyyət planını
hazırlayıb yerinə
yetirilməsini təmin
etmələri, əmrlə
əlaqədar müəssisələrin
nizamnamələrində müvafiq
dəyişikliklər aparmaları,
görülmüş işlər
barədə hesabatlar
hazırlayıb nazirliyin
rəhbərliyinə təqdim
etmələri və digər məqamlar əksini tapıb.
- Yeni rektor təyinatınızdan
sonra ali
məktəbdə hansı
kadr və struktur islahatları aparılıb?
- İki ali məktəbin
birləşməsindən sonra ixtisarların olması təbiidir. Müəllim pedaqoji heyətində
bir o qədər
problem yoxdur, amma inzibati heyətlə bağlı təkrarlanan strukturlar var ki, onların yerləşdirilməsi çətinlikləri
var. Bununla bağlı
problemin həll olunmasına çalışırıq.
İnsanlar narahatdır və
onlara izah olunur ki, yavaş-yavaş
hər şey həll olunacaq. Çünki qısa vaxtda
birləşmə nəticəsində
hamını yerləşdirmək
çətinliyi var. Amma
gücümüz çatan
dərəcədə həll
etməyə çalışırıq.
Hətta
inzibati işçilərə
ixtisaslarına uyğun
olaraq dərslər təklif olunur. ADPU-nun rəhbər şəxsləri də artıq öz dərs yüklərindən
imtina edərək inzibati heyətə təklif edir ki, onlar işsiz
qalmasın. Ancaq paralel
olaraq struktur islahatları getməlidir və bu da
aparılacaq. Hələ ciddi
şəkildə bu işə başlamamışıq.
Bu gün üçün
ən əsas məsələ birləşmə
prosesini tam başa çatdırmaq və mühüm məsələləri
həll etməkdir. Sözsüz ki, sonradan qiymətləndirmə
aparılacaq, açıq
dərslərlə müəllimlərin
keyfiyyəti, intizamının
yüksəlməsi istiqamətində
işlər olacaq, tədrisin keyfiyyətinin artırılması üçün
keyfiyyətli müəllimlərin
cəlb olunmasına çalışacağıq.
Hazırda ali məktəbdə təmir
işlər aparılır.
Təmir
işlərinin bir hissəsi artıq yekunlaşıb, digərləri
isə növbəti tədris ilinə qalacaq.
- Bu il
ali məktəbə tələbələrin qəbulolma
faizi necə olub? İki universitetin birləşdirilməsindən
sonra ixtisaslara qəbulda hansısa yeniliklər edilibmi?
- ADPU-ya ali təhsilin
bakalavriat səviyyəsində
qəbulolma faizi 97,18 faiz olub.
Cari tədris ilində ADPU-ya ali təhsilin magistratura səviyyəsində
qəbulolma faizi 92,42 faiz təşkil
edib. Bu göstəriciyə
görə ADPU universitetlər
arasında III yeri tutub. 2016-2017-ci il tədris ilində ali təhsilin bakalavriat səviyyəsində
universitetin Azərbaycan
bölməsinə 2090, rus
bölməsinə isə
230 tələbə olmaqla
bütövlükdə 2320 nəfərin qəbul edilməsi nəzərdə
tutulub. Dövlət sifarişi əsasında
1258, ödənişli əsaslarla
isə 896 nəfər
qəbul olunub. ADPU-nun 5 filialına müxtəlif ixtisaslar üzrə ümumilikdə
675 tələbə qəbul
edilib. Ali təhsilin magistratura səviyyəsində ADPU-ya
18 ixtisas və 19 ixtisaslaşma üzrə
403 tələbə qəbul
olunub. Onlardan 164-ü dövlət sifarişi əsasında,
239-u isə ödənişli
əsaslarla təhsil alacaq.
Yeniliklərə əsasən, bu
il ADPU-ya “Fizika müəllimliyi”, “İnformatika müəllimliyi”,
“Coğrafiya müəllimliyi”,
“Korreksiyaedici təlim”,
“Məktəbəqədər təlim və tərbiyə”, “Təhsildə
sosial-psixoloji xidmət”,
“Kimya və biologiya müəllimliyi”,
“Təsviri incəsənət
müəllimliyi”, “Fiziki
tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi”
(qızlar üçün
fiziki tərbiyə) ixtisasları üzrə
ilk dəfə rus bölməsinə tələbə
qəbulu aparılıb.
Əvvəlki illərdə
rus bölməsinə
yalnız “Tarix müəllimliyi”, “Riyaziyyat
müəllimliyi”, “İbtidai
sinif müəllimliyi”
və “Biologiya müəllimliyi” ixtisasları
üzrə tələbə
qəbulu keçirilirdi.
Bu il isə
rus bölməsinə
13 ixtisas üzrə tələbə qəbulu
aparılıb və
140 nəfər daxil olub. Bu da əvvəlki illərlə
müqayisədə faiz
göstəricisinə görə
müsbət göstəricidir.
Cari ildə 500 və 500-dən yuxarı bal toplayıb müəllimlik ixtisasını
seçənlərin sayı
117 nəfərdir.
Daha bir yenilik, bu
il ADPU-ya
qəbul olunmuş I kurs tələbələrinin
kollokvium və semestr imtahanları yazılı qaydada aparılması olacaq. Kollokvium və imtahanların yazılı formada keçirilməsində məqsəd
tədrisin keyfiyyətini
yaxşılaşdırmaq, şəffaflığı və
obyektivliyi təmin etməkdir.
- Ali məktəb
tələbələrini yataqxana
ilə təmin etmək mümkün olacaqmı?
- Hazırda ADPU-nun 6 yataqxanası
var ki, onlardan
5-də məcburi köçkünlər
məskunlaşıb. Orada təxminən
3 minə yaxın insan yaşayır. Bu məsələ ilə bağlı Nazirlər Kabinetinə məktub hazırlanıb.
Bu yataqxanalarda yaşayan insanlar müvafiq olaraq digər ərazilərə
köçürülərsə, orada 3 min tələbənin
yerləşdirilməsi həllini
tapa bilər. Hazırda ali
məktəbdə filiallarla,
kolleclə birlikdə
20 min tələbənin təhsil
aldığını nəzərə
alsaq, onların müəyyən hissəsinin
problemi həll olunar.
Qalan 1 yataqxanada isə yerlərin sayı az olduğundan
onların ədalətli
bölünməsi böyük
problemdir. Hazırda onun meyarları
üzərində işləyirik.
Hər halda fakültələrə
kvotalar verilərək
və onların çərçivəsində fakültənin tələbə
təşkilatları, ictimai
təşkilatlarının iştirakı ilə uyğun namizədlər təyin olunaraq orada yerləşdiriləcək.
Amma bu məsələ
çıxış yolu
deyil və çox az
tələbəni əhatə
edəcək.
- Bu gün Azərbaycan təhsilində
tədris kurikuluma əsasən aparılır.
Pedaqoji Universitetdə müəllim
hazırlayan pedaqoji heyət kurikulum barədə məlumatlıdırmı?
- Bu gün müəllimlərlə
bağlı (dərs keçmək və tədris prosesi) problemlərimiz var. Bunu inkar etmirik. Şübhəsiz ki, məktəb və ali məktəb
proqramlarının yaxınlaşdırılması
əsas məsələlərdən
biridir. Orta məktəbin baza
məktəbi kimi müəyyənləşdirilməsinin bir səbəbi də nəzəriyyə,
praktika keçilən
dərslərin sınaqdan
keçirilməsidir. Gələcəyin müəllimi
bu gün məktəblərdə dərslərin
həyata keçirildiyi
formada və mövcud proqram əsasında hazırlanmalıdır.
Təhsilin məzmunu ilə bağlı görüləsi xeyli iş var.
- Son illər Azərbaycanda müəllimlərin
işə qəbulu üzrə keçirilən
müsabiqədə namizədlərin
yaxşı nəticə
göstərməməsi onların
ali məktəbdə
aldıqları təhsilin
zəif olması ilə əlaqələndirilir.
Sizin bu məsələ ilə bağlı fikirləriniz
necədir?
- Bəli, bu məsələ
var. Azərbaycanda müəllim
peşəsinə hörmətin
qaytarılması, hazırlığın
yüksəldilməsi üçün
Təhsil Nazirliyi və ölkə Prezidenti tərəfindən
tədbirlər həyata
keçirilir. Hazırda görülən
işlər həmin tədbirlər çərçivəsindədir.
Lakin bu məsələ çox qısa vaxtda nəticə verən məsələ deyil.
Palitra.-2016.-10 sentyabr.-S.5.