“Referendum xalqın iradəsinin birbaşa təzahürüdür

 

Eldar Mirzəliyev: "Konstitusiyada yaş senzi ilə əlaqədar dəyişikliklərdə seçmək seçilmək hüququnun yaş həddi baxımından eyniləşdirilməsi gənclərə verilən önəmin nümunəsidir"

 

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə dəyişikliklərin edilməsi ilə bağlı sentyabrın 26-da referendumun keçirilməsi gənclər tərəfindən alqışla qarşılanıb. Elə müsahibimiz gənc ictimai fəal, Bakı şəhər Suraxanı rayon Qaraçuxur Bələdiyyəsi Yerli Büdcə Məsələləri Daimi Komissiyanın sədr müavini Eldar Mirzəliyev qəzetimizə müsahibəsində bu haqda danışıb.

-26 sentyabrda referendumun keçirilməsi hansı zərurətdən irəli gəlib?

-Hər birimizə məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2016-cı il tarixli sərəncamına əsasən 26 sentyabr 2016-cı il ümumxalq səsverməsi (referendum) günü kimi təyin edilib.

İlk olaraq qeyd edim ki, referendum xalqın iradəsinin birbaşa təzahürüdür. Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan xalqına referendum yolu ilə öz suveren hüququnu reallaşdırmaq imkanı verir, həmçinin xalq referendum yolu ilə dövlət cəmiyyət üçün çox zəruri, taleyüklü məsələləri həll edir. Bu səbəbdən bu gün hər birimiz üçün məsuliyyətli bir gündür.

Müstəqilliyimizi bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi başlandı. 1994-cü ildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Təcrübəli dövlət qurucusu, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin ərazi bütövlüyünün müdafiəsinə, qanunların aliliyinə, ədalətli iqtisadi sosial qaydalara uyğun layiqli həyat səviyyəsinə, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh əmin-amanlıq şəraitində yaşamağa, insan hüquq azadlıqlarının müdafiəsinə təminat verən konstitusiya hazırlandı. Konstitutsiyamız bütün demokratik dəyər prinsipləri özündə əks etdirir.

Müasir demokratik, hüquqi dünyəvi dövlət quruculuğu yolunda konstitusiyaya iki dəfə-24 avqust 2002-ci ildə 18 mart 2009-cu ildə əlavə dəyişikliklər edilib. Yenidən belə bir zərurətin yarandığını nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 iyun 2016-cı il tarixindəAzərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqındasərəncam imzalayıb.

Yeni təklif edilən Referendum Aktında Azərbaycan Respublikasının Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi, eyni zamanda 6 maddənin əlavə edilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin demokratik yolla inkişafına ən başlıca təminatdır. Bu səbəbdən dəyişikliklərdə, əsasən, insan hüquq azadlıqlarının qorunmasının gücləndirilməsi dövlət idarəetməsinin təkmilləşdirilməsi nəzərdə tutulub. Ümumilikdə bütün əlavə dəyişikliklər ölkədə baş vermiş əsaslı dəyişikliklərdən irəli gəlir.

-Bəziləri Konstitusiyaya ediləcək əlavə dəyişikliklərin zəruriliyini, eləcə mahiyyətini anlamadan bu haqda lüzumsuz fikirlər söyləyirlər. Bu haqda sizin fikriniz nədir?

-Yeni təklif edilən Referendum Aktı barədə siyasətçilər, millət vəkilləri, ekspertlər müxtəlif fikirlər söyləyiblər. Fikir ayrılığı olan əlavə dəyişikliklərin bəziləri barədə fikir söyləmək istərdim.

İlk olaraq, bəziləri 58-ci maddəyə olan əlavə dəyişikliklərin insan hüquqlarının məhdudlaşdırdığını söyləyir. Lakin bu dəyişiklik Avropa İnsan Hüquqları Konvensiyasına tam uyğundur konvensiyanın insanlara birləşmək hüququ verən 11-ci maddəsinin 2-ci bəndində milli təhlükəsizlik ictimai asayiş maraqları naminə, iğtişaşın cinayətin qarşısını almaq üçün, sağlamlığın mənəviyyatın qorunması üçün ya digər şəxslərin hüquq azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş demokratik cəmiyyətdə zəruri olan məhdudlaşdırmaların qoyulması barədə geniş yazılmışdı. Bu səbəbdən burada hər hansı insan hüquqlarının məhdudlaşdırılmasından söz gedə bilməz.

85-ci, 100-cü 126-cı maddələrə yaş senzi ilə əlaqədar dəyişikliklərdə seçmək seçilmək hüququnun yaş həddi baxımından eyniləşdirilməsi, yəni 18 yaş həddinə çatdırılması vətəndaşların konstitusion seçilmək hüququnun demokratik təminatının gənclərə verilən önəmin nümunəsidir. Bu da gənclər xalqımız tərəfindən müsbət qarşılanır.

98-ci maddəyə edilən yeni əlavəyə gəldikdə isə parlamentin ölkə rəhbəri tərəfindən buraxılması prosedurları bir çox Avropa ölkələri - Almaniya, Fransa, İtaliya, İrlandiya, Rumıniya, Ukrayna, Gürcüstanda, həmçinin MDB ölkələri - Rusiya, Moldova, Qazaxıstan, Qırğızıstanda da mövcuddur.

101-ci maddənin I hissəsinə edilən dəyişikliklə Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə dəyişdirilməsi isə dünya təcrübəsində rast gəlinən bir məqamdır. Misal olaraq İsrail, İrlandiya İtaliyanı göstərmək olar. Bu isə səlahiyyət müddəti zamanı dövlət başçısının inkişaf planının effektivliyini artırır.

Konstitutsiyaya yeni əlavə edilən 103-cü, 106-cı, 108-ci 110-cu maddələrlə vitse-prezidentlər institutunun təsis edilməsi məsələsi gündəmə gəlibdir. Bu təcrübəyə bir çox dünya ölkələrində rast gəlmək olar. Vitse-prezidentlər institutu 1789-cu ildən ABŞ-da, Avropa ölkələrindən İsveçrə Bolqarıstanda, daha çox Latın Amerikası Afrika ölkələrində tətbiq olunur. Dövlət idarəetməsinin təkmilləşdirilməsi üçün biz bu təcrübədən yararlana bilərik.

İnanıram ki, daima Prezident İlham Əliyevi dəstəkləyən Azərbaycan xalqı 26 sentyabr 2016-cı il tarixində keçiriləcək referendumdaAzərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktına “HƏ” deyəcək.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-15 sentyabr.-S.7.