“Gənclərin
çağırışaqədərki
hazırlığı fənnində İKT-dən istifadə
səmərəli rol oynayır”
Vasif Piriyev:“Mövzuların İKT - dən
istifadə edilməklə izahı şagirdlərə dərsi
daha yaxşı başa
düşməyə və mənimsəməyə imkan verəcək”
Təhsildə informasiya kommunikasiya texnologiyalarının mühüm rolu var. Bu sahədə çalışanlar da İKT-nin önəmini qeyd edirlər. Bakı şəhəri, Nərimanov rayonu MLK-nın gənclərin çağırışaqədərki hazırlığı müəllimi Vasif Piriyev də təhsilin inkişafı və bu sahədə İKT-nin mühüm əhəmiyyəti olduğunu deyir: “Ulu öndərimiz təhsil haqqında danışarkən deyib: “Təhsil millətin gələcəyidir”. Əlbəttə, bu fikirdə çox böyük uzaqgörənlik var. Belə ki, hazırda dünyanın ən yüksək səviyyədə inkişaf etmiş ölkələrinin tarixinə nəzər saldıqda onların da ilk əvvəlcə təhsili hədəf götürmələrinin şahidi olarıq. Bu baxımdan qeyd etmək yerinə düşərdi ki, Prezidentimiz də öz çıxışlarında dəfələrlə deyib ki, biz öz neft kapitalımızı insan kapitalı ilə əvəz etməliyik.
Əlbəttə, deyilən fikir təhsilin nə dərəcədə vacib və mühüm rol oynamasını sübut edir. Həm də dünya bazarında neftin qiymətinin ucuzlaşmağa başladığı hazırkı şəraitdə təbiidir ki, söylənilən fikir bir daha öz təsdiqini tapır. Xalqımızın uydurma Qarabağ probleminə görə Ermənistanla qarşıdurma vəziyyətində olduğu hazırkı zamanda isə ölkəmiz üçün təhsilin, xüsusilə Gənclərin Çağırışaqədərki Hazırlığı fənninin rol və əhəmiyyəti xüsusilə artır. Belə ki, müharibə vəziyyətində olan ölkə üçün gənclərin ibtidai hərbi biliklərə malik olması çox vacibdir. Bu fənnin tədrisi zamanı isə digər fənlərin tədrisindəki kimi, İKT - dən istifadə çox səmərəli rol oynayır. Belə ki, hazırda hər bir X və XI sinif şagirdi özünü vətənin potensial müdafiəçisi kimi sayır. Müasir dövrdə ordumuzun malik olduğu silahların böyük əksəriyyətinin isə kompüter texnologiyasına əsaslanması heç kimə sirr deyil. Bu baxımdan hər bir X və XI sinif şagirdinin kompüter texnikasının sirlərinə kifayət qədər dərindən bələd olması, onunla sərbəst şəkildə işləmə qabiliyyətinə malik olması çox vacibdir”. V.Piriyevin sözlərinə görə, bu baxımdan, X siniflərdə “Vətənpərvərlik anlayışı. Orden və medallar” mövzusunun tədrisi çox xarakterikdir. Belə ki, burada orden və medallardan danışılarkən deyilir: “25 mart 1992 - ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı təsis edilib. Bu ad respublikanın ən yüksək fərqlənmə dərəcəsidir. Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı “Qızıl Ulduz” medalıdır. Onun fikrincə, dərsin bu hissəsini şagirdlərə çatdırarkən kompüterdən istifadə etmək çox məqsədəuyğun rol oynayır: “Belə ki, bu zaman kompüter və proyektor vasitəsilə lövhəyə Milli Qəhrəmana verilən “Qızıl Ulduz”un təsvirinin gətirilməsi şagirdlər üçün təsvirin əyaniliyini təmin edir. Təbiidir ki, şagirdlər lövhədə “Qızıl Ulduz”un təsvirini gördükdən sonra bu medalı daha yaxşı tanıyır və uzun müddətə yadlarında saxlayırlar. Haqqında sözügedən mövzuda digər orden və medalların - “Heydər Əliyev”, “İstiqlal”, “Şah İsmayıl”, “Azərbaycan Bayrağı” ordenlərinin, eləcə də “Hərbi xidmətə görə”, “Sərhəddə fərqlənməyə görə” medallarının təsvirlərinin də lövhəyə gətirilməsi şagirdlərdə haqqında sözügedən təltiflər haqqında daha geniş təsəvvür və anlayışın yaranmasına səbəb olur ki, bu, keçilən dərsin səmərəsini xeyli dərəcədə artırır. Yaxud, “Kalaşnikov avtomatının quruluşu (maddi hissəsi)” mövzusunun tədrisi zamanı kompüterin proyektoru, yaxud “ağıllı lövhə” vasitəsi ilə lövhədə Kalaşnikov avtomatının, onun müxtəlif növlərinin - (AKM (MKA) 7,62 mm), yaxud qatlanan qundaqlı (“AKMS MBKA) 7,62 mm”) kimi modellərinin təsvirinin gətirilməsi əyanilik üçün çox böyük rol oynayır. Belə ki, şagirdlər lövhədə haqqında sözügedən silah növlərini gördükdə onlar haqqında daha dolğun, daha ətraflı təsəvvürə malik olurlar”.
Mövcud problemlərə gəldikdə isə müəllimin
sözlərinə görə, təcrübə göstərir
ki, Gənclərin
Çağırışaqədərki
Hazırlığı fənninin tədrisi zamanı
şagirdlərin qarşılaşdığı çətinliklərdən
biri də “Hərbi qulluqçuların
rütbələri” mövzusunun tədrisi
zamanı şagirdlərin Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Hərbi Rütbələrinin
adlarının əzbər yadda
saxlamaları problemidir: “Belə
ki, bu mövzunun
tədrisi zamanı şagirdlər hərbi
qulluqçuların və hərbi vəzifələrin tərkibi,
Ümumqoşun və Hərbi - dəniz
qüvvələri zabitlərinin bütün
adlarını yadda saxlamaları üçün üst -
üstə 43 müxtəlif rütbə və vəzifə
adı yadda saxlamalıdırlar.
Əlbəttə, bu, o
qədər də asan iş
deyil. Üstəlik, nəzərə alsaq ki, bu
zaman şagird həm
də müvafiq rütbənin poqonunu da ulduzlarına
görə tanımalıdır - onda işin çətinliyi tam
çılpaqlığı ilə aydın olar.
Ona görə də şagirdlərin
işlərini asanlaşdırmaq üçün
İKT - dən istifadə etməyi vacib
sayıram. Bu məqsədlə isə müvafiq rütbənin poqonunu
kompüterin proyektoru
vasitəsi ilə lövhəyə gətirib şagirdlərə
göstərib adını deyir, sonra isə şagirdlərə təkrar etdirirəm.
Təcrübə göstərir ki, belə
metoddan istifadə daha
səmərəli olur. Belə ki, bu zaman
şagirdlər ayrı - ayrı rütbə adlarını və
müvafiq poqonları daha
yaxşı və uzun müddətə yadda saxlayırlar. Müasir hərb elmində ən
mühüm əhəmiyyət kəsb edən
amillərdən biri də Motoatıcı
manqanın yürüş və döyüş nizamıdır. Ümumiyyətlə,
bu mövzunun tədrisi
zamanı mən professional hərbçi kimi şagirdlərin, əlbəttə, ilk növbədə oğlanların özlərini
döyüşdə olduğu kimi hiss etmələrini vacib və mühüm
şərt hesab edirəm. Düşünürəm
ki, xalqımızın öz
iradəsindən asılı olmayaraq
qarşılaşmış olduğu Qarabağ problemi ilə əlaqədar
hər bir oğlan
uşağı özünü potensial döyüşçü
saymalı, istənilən an öz torpağı uğrunda
döyüşə atılmağa hazır olmalıdır.
Buna görə isə onların
manqanın yürüş və döyüş nizamını bilmələri
zəruridir. Bunun üçün isə
haqqında sözügedən mövzunun
tədrisi zamanı “ağıllı lövhə”də
motoatıcı manqanın həmlə zənciri arasında düzülüşünü şagirdlərin
daha yaxşı mənimsəmələri
üçün həmlə zamanı komandir, pulemyot, baş atıcı, atıcı, qumbaraatan, qumbaraatan köməkçisi,
tuşlayıcı operator və nəhayət,
sürücü mexanikin
əlbir fəaliyyətini özündə əks etdirən
şəkli və videoçarxı göstərirəm.
Aydındır ki, belə bir
əyanilik şagirdlərin haqqında sözügedən mövzunu daha yaxşı
başa düşmələrinə və
mənimsəmələrinə əlverişli imkan yaradır”. Müəllim, eyni
zamanda XI siniflərdə “Tanklarla
və zirehli maşınlarla mübarizə”
mövzusunun tədrisi zamanı da İKT - dən istifadəni zəruri hesab edir. Onun sözlərinə
görə, bu zaman
lövhədə T - 72A tankının, eləcə də
tankın ən zəif yerlərinin sxeminin
göstərilməsi şagirdlərin mövzunu
daha dərindən və tam
çılpaqlığı ilə başa
düşmələrinə səbəb olur.
Belə ki, bu
zaman lövhədə bir
- bir tankın 1- top
lüləsi, 2- atəşaçma və müşahidə
cihazları, 3- pulemyotun lüləsi, 4- korpusun yan tərəfi,
5-korpusun arxası və 6- hərəkət hissəsi müvafiq rəqəm və şəkillərlə
verilir ki, bu da şagirdlərə mövzunu daha dərindən qavramağa
imkan verir. Yenə XI siniflərdə “Mühəndis maneələri”
mövzusunun tədrisi zamanı həm fənlərarası
əlaqədən, həm də İKT - dən istifadəni çox faydalı olduğunu
deyən müəllimin fikrincə, bu mövzunun tədrisi zamanı əvvəlcə
şagirdlərdən Böyük Vətən
müharibəsi zamanı düşmənlərin
hansı döyüşlərdə daha çox tank itirmələri
haqqında suallarla sinfə müraciət
edir: “Şagirdlərdən düşmənlərin
Moskva və Kursk
döyüşlərində daha çox tank itirmələri
haqqında cavab aldıqdan sonra
bu işdə tank əleyhinə
minaların xüsusilə səmərəli olduğunu bildirirəm. Bundan
sonra isə tank əleyhinə
minanın tərkib hissələri göstərilən kəsimi
lövhədə canlandırıram. Kəsimdə
göstərilən tərkib hissələri və müvafiq nömrələrdən şagirdlər
öyrənirlər ki, mina
1-korpusdan, 2-partalayıcı maddə atımından, 3-mərkəzi
ara detanatorundan, 4-yan ara detanatorundan, 5-yan ara detanatoru
alışdırıcı yuvasından, 6-partlayıcı tərtibat
MV - 57(döyüş vəziyyətində), 7-lövhə və 8-qapaqdan ibarətdir.
Aydındır ki, bütün bu göstərilən
mövzuların müvafiq surətdə
İKT - dən istifadə edilməklə izahı şagirdlərə
keçilən dərsi daha yaxşı başa düşməyə və mənimsəməyə
imkan verəcəkdir ki,
bu da hazırkı dövrdə
xalqımızın qarşılaşdığı Qarabağ problemi ilə əlaqədar
işğalçı Ermənistanla müharibə vəziyyətində
olduğu bir durumda xüsusilə önəmlidir”.
Nigar Abdullayeva
Palitra.-2016.-20 sentyabr.-S.11.