İKT sahəsinin inkişafında xarici və yerli investisiyalar artırılacaq
Əhalinin
təhlükəsiz, ucuz və keyfiyyətli
İKT xidmətlərinə artan tələbatı
təmin olunacaq, vətəndaşların,
xüsusilə aztəminatlı və sosial
cəhətdən həssas əhali qruplarının informasiya cəmiyyətinin imkanlarından bəhrələnməsinə
əlverişli şərait yaradılacaq
Dövlət başçısının sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda proqramla bağlı əsas məqamlara toxunacağıq. Qeyd edək ki, Prezidentin 2014-cü il 2 aprel tarixli 359 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib. Milli Strategiyanın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” hazırlanıb.
Dövlət Proqramında Milli Strategiya ilə müəyyən edilmiş 8 istiqamətdən 7-si üzrə konkret tədbirlər nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin maliyyələşdirilməsi müəssisə və təşkilatların vəsaitləri, kreditlər və qrantlar, qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçiriləcək. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən bir sıra nəticələr əldə edilməsi nəzərdə tutulur.
Kosmik, nano və nüvə texnologiyaları, biotexnologiya, elektronika və yeni informasiya texnologiyaları üzrə elmi tədqiqatlar və onların nəticələrinin tətbiqi genişləndiriləcək
Hesab edilir ki, proqramın reallaşması nəticəsində ölkədə İKT, o cümlədən genişzolaqlı şəbəkə infrastrukturu inkişaf etdiriləcək, əhalinin təhlükəsiz, ucuz və keyfiyyətli İKT xidmətlərinə artan tələbatı təmin olunacaq, sosial-iqtisadi sahələrdə və bütövlükdə cəmiyyətdə İKT-dən istifadə genişləndiriləcək, vətəndaşların, xüsusilə aztəminatlı və sosial cəhətdən həssas əhali qruplarının informasiya cəmiyyətinin imkanlarından bəhrələnməsinə əlverişli şərait yaradılacaq, əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış məntəqələri arasında “rəqəmli fərqlilik” azaldılacaq, informasiya cəmiyyəti şəraitində vətəndaşların informasiya əldə etmək hüquqlarının təmin olunmasına hərtərəfli şərait yaradılacaq. Eyni zamanda ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq, tranzit informasiya xidmətləri genişləndiriləcək, ümumi daxili məhsulda İKT-nin, poçt və informasiya sektorunun payı artırılacaq, İKT sahəsinin sürətli inkişafında xarici və yerli investisiyaların, o cümlədən vençur maliyyələşmənin payı artırılacaq. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin reallaşdırılması nəticəsində yüksək texnologiyalar sektoru ilə elmi tədqiqatlar arasında əlaqə möhkəmləndiriləcək, kosmik, nano və nüvə texnologiyaları, biotexnologiya, elektronika və yeni informasiya texnologiyaları üzrə elmi tədqiqatlar və onların nəticələrinin tətbiqi genişləndiriləcək, yüksək texnologiyalar, o cümlədən İKT sektorunda rəqabətqabiliyyətli, ixracyönlü və innovativ iqtisadi potensial gücləndiriləcək, elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması və dünya bazarına çıxış imkanları genişləndiriləcək, yüksək texnologiyalar sahəsinin ixtisaslı mütəxəssislərə və elmi kadrlara olan ehtiyacının ödənilməsinə şərait yaradılacaq. Eyni zamanda təhsilin bütün pillələrində İKT-nin tətbiqi və ondan istifadə genişləndiriləcək, vətəndaşların elektron sağlamlıq kartı ilə təmin olunması səviyyəsi artırılacaq, distant təhsil, elektron elm, elektron ticarət, telesəhiyyə və digər müasir fəaliyyət formalarının tətbiqi genişləndiriləcək. Ölkənin informasiya məkanının təhlükəsizliyi qorunacaq, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində hazırlıq və məlumatlılıq səviyyəsi artırılacaq, milli-mədəni irsin qorunması üzrə elektron resursların sayı artırılacaq və Azərbaycan dilində internet resursları inkişaf etdiriləcək, ölkəmizdə informasiya cəmiyyətinin inkişafı üzrə əldə olunan nailiyyətlərin beynəlxalq aləmdə təbliği gücləndiriləcək.
Rəqəmli televiziya yayımına keçidin başa çatdırılması və analoq yayımın dayandırılması təmin ediləcək
Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planı da təsdiqlənib. Burada tədbirin adı, icraçı təşkilatlar və icra müddəti müəyyənləşib. İKT infrastrukturu və xidmətləri üzrə telekommunikasiya və informasiya infrastrukturunun əhalinin artan tələbatına uyğun yeni texnologiyalar əsasında inkişaf etdirilməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılıb. Nazirlik bu işləri 2016- 2020 illər ərzində həyata keçirməlidir. Nazirlik həmin müddət ərzində ölkə ərazisini əhatə edən yüksəksürətli optik şəbəkəyə əsaslanan genişzolaqlı internet infrastrukturunun qurulması və onun normativ hüquqi əsaslarının yaradılmasına dair tədbirlər görəcək, müxtəlif müasir texnologiyaların tətbiqi ilə son mil probleminin həllinə dair tədbirlərin davam etdirəcək, beynəlxalq internet magistrallarına alternativ və yüksəksürətli birləşmələrin təmin edilməsi və internet tutumlarının həcminin artırılması üzrə tədbirlər görəcək. Nazirlik 2016- 2020-ci illər ərzində respublikanın efir məkanının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yeni texnologiyaların tətbiqini, peyk infrastrukturunun və xidmətlərinin inkişaf etdirilməsi, bu xidmətlərə keyfiyyətli çıxışın təmin edilməsini, İKT sahəsində xidmətlər bazarının monitorinqinin aparılması, sağlam rəqabət mühitinin inkişaf etdirilməsinə dair təkliflər hazırlanması və həyata keçirilməsini, genişzolaqlı internet xidmətlərinin universal xidmətlər siyahısına daxil edilməsi ilə bağlı müvafiq təkliflərin hazırlanması və həyata keçirilməsi üçün tədbirlərin görülməsini təmin edəcək. Eləcə də, Xarici İşlər Nazirliyi ilə birlikdə “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin reallaşdırılmasına dair zəruri tədbirlərin davam etdirilməsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə data mərkəz xidmətlərinin inkişaf etdirilməsi nəzərdə tutulub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Televiziya və Radio Şurası ilə birlikdə rəqəmli televiziya yayımına keçidin başa çatdırılması və analoq yayımın dayandırılmasını təmin edəcək.
Yüksək texnologiyalar
sektorunun inkişafı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və
Azərbaycan Milli Elmlər Akademiyası
2016- 2020-ci illər ərzində yüksəkixtisaslı beynəlxalq
ekspertlərin cəlb olunması ilə yüksək texnologiyalar sahəsində innovativ
və elmi-texniki fəaliyyətin normativ hüquqi
bazasının təkmilləşdirilməsini,
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi, Müəllif Hüquqları Agentliyi və Azərbaycan Milli
Elmlər Akademiyası 2016- 2019-cu illər ərzində
yüksək texnologiyalar sahəsində patent alınması və elmi
tədqiqatların nəticələrinin
kommersiyalaşdırılması mexanizmlərinin təkmilləşdirilməsinə
dair təkliflərin
hazırlanması və həyata keçirilməsi üçün tədbirlər görəcəklər.
Eləcə də Müəllif Hüquqları
Agentliyi qlobal rəqəmli
şəbəkədə əqli mülkiyyət
hüquqları ilə qorunan obyektlərdən
istifadə edilməsinə “one-stop-shop”
formatında və onlayn qaydada
icazə verilməsinə əsaslanan rəqəmli
hüquqları idarəetmə sisteminin
yaradılmasını həyata keçirəcək. Elmtutumlu və
yüksək texnoloji məhsulların yeni milli təsnifatının
hazırlanması və tətbiqi üçün
tədbirlərin görülməsi, İKT sahəsində innovativ sahibkarlığın inkişaf
etdirilməsi, elmtutumlu və yüksək
texnoloji məhsulların yaradılması
və tətbiqi layihələrinə dəstək göstərilməsi, yüksək texnologiyalar
sahəsində fəaliyyət göstərən şirkətlərin
məhsul və xidmətlərinin tanıdılması məqsədi
ilə həmin şirkətlərin Azərbaycan
Respublikasında və xaricdə təşkil olunan
biznes-forum və sərgilərə cəlb
olunması, həmin şirkətlərin ixrac
fəaliyyətinin dəstəklənməsi
üçün bu
sahədə bilik və bacarıqların
artırılması üzrə təlim kurslarının təşkil
edilməsi, yüksək texnologiya məhsulları
bazarının inkişaf etdirilməsinə
dair təkliflərin hazırlanması və
həyata keçirilməsi üçün
tədbirlər görülməsi, internet şəbəkəsi vasitəsilə
həyata keçirilən biznes münasibətləri
üzrə qanunvericiliyin təkmilləşdirilməsi
və internet biznes fəaliyyətinin
təşviqinə dair tədbirlərin
görülməsi, yüksək texnologiyalar
sahəsində innovativ təşəbbüslərə
(“startup”lara) dəstək
verilməsi, müsabiqələrin, təbliğat tədbirlərinin,
seminar və təlimlərin keçirilməsi
nəzərdə tutulur.
A.Miriyev
Palitra.-2016.-23 sentyabr.-S.11.