Sona Vəliyevanın Həsən bəy Zərdabiyə həsr olunmuş kitabının imza günü keçirilib

 

Mirzə Fətəli Axundov adına Milli Kitabxanada yazıçı-publisist  Sona Vəliyevanın milli mətbuatımızın banisi Həsən bəy Zərdabiyə həsr etdiyi “İşığa gedən yolromanının imza günü və təqdimat mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə ədəbiyyat, mədəniyyət, media nümayəndələri, Milli Məclisin deputatları iştirak edib.

 

Kitabxananın direktoru, professor Kərim Tahirov tədbir iştirakçılarına əsər haqqında məlumat verib, qeyd edib ki, müəllif iri həcmli romanla Həsən bəy Zərdabiyə heykəl qoyub.

 

Mədəniyyət turizm nazirinin müavini Vaqif Əliyev tarixi şəxsiyyətlər haqqında əsər yazmağın vacibliyinə toxunub. Nazir müavini qeyd edib ki, Həsən bəy Zərdabi haqqında məqalələrə, publisistik materiallara rast gəlinsə , onun haqqında ətraflı, ömrünü tam əks etdirən əsər olmayıb. V. Əliyev Sona Vəliyevanın milli mətbuatımızın banisinin ömür yolunu bu cür geniş şəkildə təsvir etməsini son illərin hadisəsi uğuru kimi dəyərləndirib: “Kitab həm geniş oxucular üçün nəzərdə tutulub, həm Zərdabişünaslar, mütəxəssislər üçün dəyərli nəşrdir. Kitabın dili rəvandır, oxunaqlıdır, oxucular hadisələri çox rahatlıqla başa düşür. Hesab edirəm ki, tarixi şəxsiyyətlərimiz haqqında belə böyük romanların yazılması təşəbbüsü bundan sonra da davam etməlidir”.

 

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Həsən bəy Zərdabi haqqında ilk dəfədir ki, belə böyük roman yazılıb: “Sona xanım öz zəhməti ilə belə bir yükü öz üzərinə götürdü böyük zəhmət nəticəsində tarixi roman ərsəyə gəldi. Bu kitab xüsusilə mətbuat işçiləri üçün vacib əhəmiyyət kəsb edir. Roman nəinki jurnalistlərin, hər kəsin stolüstü kitabına çevrilməlidir”.

 

Milli Məclisin deputatı Nizami Cəfərov kitabın böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək bildirib ki, Həsən bəy Zərdabi haqqında yeni əsərin yaradılması sevindirici haldır.

 

Milli Məclisin deputatı Elmira Axundova kitabın rus ingilis dillərinə tərcümə edilməsi təklifi ilə çıxış edib.

 

Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, xalq şairi Sabir Rüstəmxanlı, yazıçı Yunus Oğuz, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı Akif Əli, tənqidçi Əsəd Cahangir başqalarıİşığa gedən yolkitabının tarixi bədii əhəmiyyətindən danışıb,  əsərin Azərbaycanın böyük şəxsiyyətlərinin tarixinin öyrənilməsində dəyərli mənbə olduğunu diqqətə çatdırıblar. Çıxışçılar kitab əsasında bədii filmin çəkilməsi təklifini səsləndiriblər.

  

Təqdimat mərasiminin sonunda çıxış edən müəllif bildirib ki, onun Həsən bəy Zərdabiyə müraciət etməsinin xüsusi səbəbi var: “Mən tarixi şəxsiyyətlərin həyatını, fəaliyyətini araşdıranda elə bilirdim ki, onların birinin övladıyam borcum var. Həsən bəyin həyatı, yaradıcılığı mənim hər zaman diqqətimi çəkib. Düşünürəm ki, o dövrdə yaşayanların hər birinə mənəvi borcumuz, övladlıq borcumuz, azad yaşamağımızda vətəndaş, soydaş borcumuz var. Mən Həsən bəyin həyatını araşdıranda zərrə qədər yorulmadım. Çünki o ilahi missiyası olan adam idi”.

 

Nigar

Palitra.-2016.-24 sentyabr.-S.7.