“İKT tətbiq edilən dərslər uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur

 

“Riyaziyyat dərslərində şagirdin inkişafının əsasında riyazi biliklərinin tətbiqi və İKT ilə bərabər pedaqoji texnologiyalar durur”

 

Layihə çərçivəsində müsahibimiz Şirvan şəhər N.Quliyev adına 9 saylı tam orta məktəbin riyaziyyat müəllimi Sevinc Niftiyevadır:

- Artıq elə bir dövrdə yaşayırıq ki, elm, texnika sürətli inkişaf var. Respublikamızda da bütün sahələrdə mütəxəssislərin informasiya kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. İKT biliyinə mükəmməl yiyələnmək üçün ən münbit yer məktəbdir. İKT-dən istifadə etməklə keçirilən təhsil məktəbin pedaqoji heyəti qarşısında da yeni tələblər və vəzifələr qoyur. Belə ki, müəllimin tək öz seçdiyi fundamental biliklər, pedaqogikapsixologiya sahəsində deyil, həm də informasiya sahəsində yenilikləri öyrənərək tətbiq etməsi, İKT üzrə müəyyən vərdişlərə yiyələnməsi tələbi çox vacibdir. Artıq müəllimlərdən konkret olaraq öyrətdikləri fənnin struktur məzmununa və məqsədinə uyğun, uşaqların individual xüsusiyyətlərini nəzərə alan, şagirdlərin harmonik inkişafını mümkün edən texnologiyaları seçib tədrisdə tətbiq etmək tələb olunur. Öz dərslərində yeni texnologiyalardan müvəffəqiyyətlə istifadə edən müəllimlərin sözlərinə görə, İKT vasitələri öz geniş imkanları ilə təhsil prosesini xeyli sadələşdirir, onu dinamikçevik edir. “Müəllim-şagird-dərslik” üçlüyünə kompüterin də əlavə edilməsi tədris prosesini individual proqram üzrə təşkil etməyə, şagirdin dərsə marağını və istəyini stimullaşdırmağa imkan verir. İKT tətbiq edilən dərslər uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur. Multimedia vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompüter tədris proqramları, animasiya qrafikası, rəngarəng illüstrasiyalar uşaqların idrak aktivliyinə müsbət təsir göstərir və yekun etibarilə şagirdlərin olimpiadalarda, müxtəlif intellektual yarışmalarda göstərdikləri nəticələrin keyfiyyəti xeyli artır. İnteraktiv lövhədən istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir. Elektron lövhənin xüsusi imkanları nəticəsində kompüterdə mümkün olan bütün əməliyyatları interaktiv rejimdə aparmaq mümkün olduğu üçün bu da şagirdlərdə öyrənməyə fərqli yanaşma olur, əsasən şagirdlər onlara verilən problemi özü araşdıraraq “kəşf etməyə” maraqlı olurlar.

 

“Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini-uşaqların tərbiyəsini yalnız ona etibar edir”.

Heydər Əliyev

 

Müasir informasiya cəmiyyətində şagird lazımi məlumatı axtarmaq, seçmək, təhlil etmək, yeni informasiya yaratmaq, bu əsasda mövqe formalaşdırmaq, qərar qəbul etmək və qərarı həyata keçirmək kimi səriştələrə yiyələnməlidir. Müəllimin əsas funksiyalardan biri şagirdlərə öyrənməyi öyrətməkdir. Bunun üçün müəllim özü daima inkişafda olmalıdır. Müasir pedaqoji təhsilin məqsədi informasiya cəmiyyətinin, innovasiya cəmiyyətinin tələblərinə uyğun yeni formatlı müəllim kadrları hazırlamaqdır. Pedaqoji təhsilin İKT əsasında innovativ inkişaf layihələrinin hazırlanması və icrası zəruri maliyyə dəstəyi olmasa mümkünsüzdür. Bu, müasir tələblərə cavab verən müəllim kadrlarının hazırlanması üçün zəruridir.

-Texnikanın imkanlarından istifadə edərək qurduğunuz dərslərdə şagirdlərin aktivliyini, mənimsəmənin yüksək olduğunu müşahidə edirsinizmi?

-2014-cü ildən dərs dediyim sinif otağı promethan lövhə, iki kompüterproyektorla təchiz edilib. Dərslərimi müasir tələblərə uyğun keçirəm. Və zamanla fərqi daha çox müşahidə edirəm. Xüsusilə də həndəsi mövzularda texnikanın imkanlarından istifadə edərək qurduğum dərslərdə şagirdlərin aktivliyini, tələb edilən problemin həlli zamanı təfəkkürlərinin inkişafı, çevikliyi, mənimsəmənin yüksək olduğunu görürəm.

Tədris prosesində şagirdlərdə dərsə maraq yaratmaq əsas məqsədlərdən biridir. Bu maraqlar bir neçə formada rasionalemosional, faktlar və ümumiləşdirmələr, kollektiv və fərdi, informasiya verici, problemli, izahedici və axtarış xarakterli ola bilər. Dərs zamanı bu maraqların hər hansı birindən istifadə etməklə şagirdlərdə təxəyyül, təfəkkür, yaddaşnitqi inkişaf etdirmək olar. Bu prosesdə şagirdlərin müstəqil təfəkkür tərzinin inkişafına,onların dərsə yanaşma mexanizmlərinə xüsusi fikir verilməlidir. Müəllim- şagird, şagird- şagird-müəllim əməkdaşlığı şagird şəxsiyyətinin yaradıcı qabiliyyətini üzə çıxarmağa imkan yaradır. Orta məktəbdə riyaziyyat dərslərində şagirdin inkişafının əsasında riyazi biliklərinin tətbiqi və İKT ilə bərabər pedaqoji texnologiyalar durur. Dərs prosesində hər hansı bir mövzunun struktur quruluşun məntiqi quraraq, onu bugünkü reallıqlarla uzlaşdırıb müzakirəyə çıxardırlar. İnteraktiv fəaliyyətdə olan şagirdlər bilik qazanmaqla bərabər, öz düşüncələrini inkişaf etdirir, təhlil, müqayisə, proqnoz etmək kimi dərketmə üsullarına yiyələnmiş olurlar. Konkret riyazi biliklər əsasında istifadə olunan bu bacarıqlarla şagirdlər yeni bilik yaradırlar. Yaradıcı işin effektiv alınması üçün mütləq riyazi tapşırığın və ya tapşırığın mürəkkəblik səviyyəsi nəzərə alınmaqla bərabər, şagirdlərin inkişaf səviyyəsi də nəzərə alınmalıdır. Əgər şagird tədris prosesində öyrənmə vasitələrindən mükəmməl istifadə edə bilirsə, onda o verilən tapşırığın öhdəsindən də mükəmməl gələcək.

- Şagirdlərdə öyrənmə bacarıqları interaktiv təlim fəaliyyətinə əsasən inkişaf edirmi?

- Şagirdlərdə öyrənmə bacarıqları interaktiv təlim fəaliyyətinə əsasən inkişaf edərək formalaşır. Komandada müzakirə, dəyirmi masa, ziqzaq, karusel, anlayışların çıxarılması və s. strukturlarında interaktiv fəaliyyətdə olan hər bir şagird öz bilikləri ilə komanda üzvləri ilə paylaşaraq, bu paylaşmadan yeni bilik qazanaraq öz köhnə biliklərini daha da təkmilləşdirərək onu yeni formada qurur. Bu yaradılan yeni bilik interaktiv dərs prosesində ümumi sinif müzakirəsi obyekti olanda o hər bir fərddə fərdi olaraq daha da genişlənərək zənginləşir.

İKT və interaktiv təlim texnologiyası ilə 8-ci sinifdə qurulan riyaziyyat dərsində “Pifaqor teoremimövzusunda mənim əsas məqsədim şagirdlərin bu tip həyati bacarıqlar anlamını üzə çıxartmaq və onu yeni məlumatlarla genişləndirmək idi. İnteraktiv dərs promethan elektron lövhə ilə keçilir. Şagirdlərə şəkilli məsələ ilə müraciət edilir: “Verilən məsələni həll etmək üçün nə etməliyik?”

Hər bir komanda müzakirədən sonra öz fikirlərini deyironu əsaslandırmağa çalışırlar. Müəllim müzakirədən alınan bilikləri şagirdlərin əvvəlki biliklərini nəzərə alaraq qruplara bərabər tapşırıqlar verərək həm teoremin isbatına, həm də tələb edilən məsələnin asan yolla tapılması qaydası tapılır. Mövzu müzakirəsi zamanı şagirdlər kvadratın sahəsi, üçbucağın sahəsi, iki ifadənin kvadratları cəmi mövzularını da araşdıraraq mövzu ilə əlaqəli səbəblərini tapıb göstərirlər. Təbii ki, mövzunun açılmasında müəllim tərəfindən qabaqcadan elektron lövhədə (promethan) hazırlanmış tapşırıqların da böyük rolu var. Məhz bu tapşırıqların köməkliyi ilə şagirdlər məntiqi, tənqidi və inkişaf etdirici təfəkkürü inkişaf etdirərək doğru istiqamətə yönəlir. Və şagirdlər özləri nəticə çıxararaq Misir üçbucaqları haqqında məlumatlar alır, Pifaqor ədədlərini tanıya bilir. Bundan sonra nümunələrə əsasən tapşırıqlar yerinə yetirməyə çalışırlar. Verilmiş riyazi materialları komandada araşdıraraq öz fikirlərini ümumi müzakirəyə çıxardırlar. Tapşırıqlar şagirdlərdə mühakimə, təhlil, sintez proqnoz kimi intellektual bacarıqların inkişafına yönəlir. Bununla bərabər, riyaziyyatın keçmiş dərslərinin bugünkü günlə bağlamağım fənndaxili inteqrasiyaya gətirib çıxarmaqla bərabər, şagirdlərdə riyazi biliklərin real biliklərə çevrilmə, ondan gündəlik yaşam tərzində yararlanma bacarıqlarını inkişaf etdirməyə yönəlib. Müəllimin əsaslı və məntiqi qoyduğu sual və tapşırıqları sərbəst interaktiv fəaliyyətdə yerinə yetirən şagirdlər öz düşüncə tərzlərini bu istiqamətdə qururlar. Komandada görülən işin nəticəsi hər bir komandanın seçdiyi liderin təqdimatında edilir. Təqdimatın qiymətləndirilməsi komanda üzvlərinin və müəllimin iştirakı ilə aparılır. Qiymətləndirmənin bu üsulu şagirdlərin diqqətli olmasına, onların irəli çəkilən fərziyyələrin və ehtimallarını nə qədər əsalı olmasının təyin etməsinə, termin və lüğətlərdən düzgün istifadə etməsinə, qiymətləndirməyə obyektiv yanaşma bacarıqlarını daha da inkişaf etdirilməsinə yönəlib. Sinifdə olan 4-5 komandanın təqdimatı, şagirdlərin ayrı-ayrı düşüncə tərzi, riyazi hesablamalara fərqli yanaşmaları, əldə etdikləri biliklərlə keçmiş biliklərinin özünəməxsus müqayisəsi şagird təfəkkürü qarşısında geniş bir dərketmə xüsusiyyəti yaratmış olur. Bu biliklər birliyində hər bir şagird öz daxili potensialının imkanları qədər yararlanır, öz biliklərini təkmilləşdirir və ona yeni biliklər qataraq öz biliklərini özünəməxsus şəraitdə zənginləşdirir. Təlimdə interaktiv metod tədris prosesində şagirdlərin fəallığını artırmaqla yanaşı, verilmiş mövzu şagirdlər tərəfindən araşdırılandan sonra əldə olunan nəticə öyrənilir. Bu isə metodik cəhətdən əlverişli üsulla ötürülərək mənimsənilən biliklərdən xeyli fərqlidir. Və əsas fərq ondan ibarətdir ki, şagirdlər passiv olaraq bilik qəbul etmirlər, onlar özləri tələb olunan materialları araşdıraraq nəticə əldə edib onunla paylaşırlar. Paylaşma zamanı müxtəlif yanaşmalarla təmasda olan şagird təfəkkürü müxtəlif düşüncə formalarına yiyələnmə bacarıqlarını inkişaf etdirir. Bu üsulla əldə edilən bilik və bacarıqlar XXI əsrin şagird kompententliyinin əsaslarıdır.

Nigar Abdullayeva

Palitra.-2016.-24 sentyabr.-S.11.