Akademik Milli Dram Teatrında yeni təyinat
Dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında qurumun bədii rəhbəri və direktoru vəzifəsinə yeni təyinatla bağlı tədbir keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib
ki, nazirliyin
kollegiyasının qərarına əsasən nazir Əbülfəs Qarayevin
müvafiq əmrinə uyğun
olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və
baş rejissoru, Xalq artisti Azərpaşa
Nemət teatrın bədii rəhbəri və direktoru vəzifəsinə təyin olunub. Teatrın direktor müavini Natiq Güləhmədov
isə sərəncamçı direktor vəzifəsinə
təyin edilib. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yeni təyin olunan şəxsləri
teatrın kollektivinə təqdim edib. Bildirilib ki, Prezidentin bu sahəyə xüsusi diqqət və qayğısı nəticəsində
ölkəmizdə teatr binaları təmir
olunur, yeni
avadanlıqlarla təmin edilir. Qeyd edilib ki, dövlət
başçısı 2006-cı ildə “Teatr
və teatr fəaliyyəti haqqında qanun”, 2007-ci ildə “Azərbaycan teatr sənətinin inkişaf
etdirilməsi haqqında” sərəncam imzalayıb, 2009-cu ildə
isə “Azərbaycan teatrı 2009-2019-cu illər Dövlət
Proqramı”nı təsdiq edib. Vurğulanıb ki, bu sərəncamlar və Dövlət
proqramı Mədəniyyət və Turizm
Nazirliyi qarşısında Azərbaycan milli teatr sənətinin
inkişafı ilə əlaqədar həyata keçirilməsi
nəzərdə tutulan işlərə,
tədbirlərə təkan verib. Qeyd edək ki, indiyədək
teatrın direktoru olmuş
İsrafil İsrafilovun
müqaviləsinin müddəti yanvarın 5-də başa çatıb.
Palitra.-2016.-7 yanvar.-S.13.