“BANM beynəlxalq səviyyəli ali təhsil müəssisəsi olaraq inkişaf etmək hədəfini
seçib”
BANM-in
Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı
Rövşən Budaqov: “Burada çalışmaqla mənim də
bu istiqamətdə kifayət qədər töhfəm
olacağına əminəm”
Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyət və mövcud kadr potensialı ilə də ölçülür. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən və onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Məhz buna görə də dünyanın qabaqcıl dövlətləri özlərinin inkişaf səviyyələrini qoruyub saxlamaq və yeni hədəflərə doğru irəliləmək məqsədilə bu sahəyə birinci dərəcəli əhəmiyyət verirlər.
Ölkəmizdə də bu istiqamət
hər zaman prioritet olub. Respublikanın
inkişaf perspektivləri
ictimai-iqtisadi və elmi-mədəni sahələrdə
fəaliyyət göstərəcək
kadrlar qarşısında
müxtəlif dövlət
qurumlarında, beynəlxalq
təşkilatlarda, eləcə
də özəl sektorda çalışaraq
Azərbaycanda idarəetmənin,
sənayenin, mədəniyyətin,
elmin, təhsilin və səhiyyənin müasir standartlara cavab verən yeni bir mərhələyə
keçidini təmin etmək vəzifəsini qoyur. Bütün bunlar təhsil
ocaqlarında ölkəmiz
üçün mütəxəssis
hazırlanması zərurətini
meydana gətirib.
Gənclərin mənəvi inkişafında
təhsil mühüm
amillərdən biridir.
Ölkəmizdə gənclərimizin öz bilik və
bacarıqlarını üzə
çıxarmalarına, potensiallarını
effektli reallaşdırmalarına,
cəmiyyətdə layiqli
yer tutmalarına münbit şərait yaradılıb. Təbii ki,
gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və
yaradılmış şəraitdən
səmərəli istifadə
etməlidirlər. Bu gün gənclərimiz ölkə daxilində təhsil almaqla kifayətlənməyib, eyni
zamanda təhsillərini
xarici ölkələrdə
davam etdirirlər.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsil almasına dair Dövlət Proqramı" üzrə
2015-ci ildə 373 nəfər,
ümumilikdə isə
Proqramın qüvvədə
olduğu 8 il ərzində 3558 nəfər
Azərbaycan vətəndaşı
dünyanın aparıcı
təhsil müəssisələrində
təhsil almaq hüququ qazanıb. Bu günədək 1000-ə yaxın tələbə artıq məzun olub. Sonuncu Dövlət Proqramı təqaüdçülərinin 2021-ci ildə məzun olması gözlənilir,
onlar da tibb təhsili alan gənclərdir.
Hazırda məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir.
Məzunların işlə təminatı
sahəsində təcrübə
və karyera layihəsi icra olunur. Layihə çərçivəsində
məzunlar bir neçə dövlət
və özəl qurumlarda təcrübə
keçməyə başlayıblar.
Bütün bunlar bir daha onu göstərir
ki, gənclərimizin
öz bilik və bacarıqlarını
üzə çıxarmalarına,
potensiallarını effektli
reallaşdırmalarına, cəmiyyətdə layiqli
yer tutmalarına münbit şərait yaradılıb. Təbii ki,
gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və
yaradılmış şəraitdən
səmərəli istifadə
etməlidirlər. Bu gün
xaricdə təhsil alan bir
çox azərbaycanlı
gənclər var ki, onların yüksəkixtisaslı gənc
kadr kimi Vətənə dönməsi
və burada müvafiq qurumlarda çalışması ölkəmizin
həm təhsil, həm də iqtisadi gücünün artmasına təkan verir. Müsahibimiz Rövşən Budaqov hazırda Bakı Ali Neft Məktəbinin Beynəlxalq
əlaqələr şöbəsində
çalışır.
Rövşən Tahir oğlu Budaqov 1992-ci ildə Naxçıvan şəhərində
anadan olub. 2009-cu ildə Bakı şəhəri 43 saylı
orta məktəbi bitirdikdən sonra Azərbaycan Respublikası
Təhsil Nazirliyinin xətti ilə Çexiyanın Çarlz
Universitetinin hazırlıq
kursunda təhsilini davam etdirib. 2010-cu ildə həmin kursu müvəffəqiyyətlə
başa vuraraq ali məktəbə
daxil olub və 2014-cü ildə Praqa Anglo-Amerikan Universitetində “Biznesin təşkili” ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib.
O, Azərbaycan Dövlət
İqtisad Universitetində
də təhsil alıb və həmin universiteti fərqlənmə diplomu ilə bitirərək “İqtisadiyyat” ixtisası üzrə bakalavr ali peşə-ixtisas
dərəcəsini alıb.
Ali təhsilini bitirdikdən
sonra həqiqi hərbi xidmətə çağırılan Rövşən
Budaqov 1 oktyabr 2015-ci il tarixdə
xidmətini başa vuraraq tərxis edilib. 2015-ci ilin
noyabr ayından etibarən o, Bakı Ali Neft Məktəbinin Beynəlxalq əlaqələr
şöbəsində çalışır.
- Sizin iqtisadiyyata marağınız
necə yaranıb?
- Mənim iqtisadiyyata həmişə marağım
olub və Azərbaycan iqtisadiyyatının
inkişafı mənim
bu ixtisasa marağımın bir növ səbəbi olub. Çexiyadakı təhsilimin ilk ili
hazırlıq kursu olduğundan, müvafiq ixtisası seçmək imkanımız var idi. Yəni, mən müxtəlif sahələrə aid fənləri
öyrənirdim və
bir il
sonra öz seçdiyim ixtisas üzrə imtahan verib təhsilimi davam etdirdim. Çexiyanın iqtisadiyyat
üzrə fənlərini
öyrəndikdə anladım
ki, bu ölkənin
iqtisadiyyat sisteminin bəzi prinsipləri Azərbaycanda tətbiq olunarsa, ölkəmiz üçün faydalı
ola bilər.
Bu səbəbdən də, mən bu sahəyə üstünlük verdim.
- Sizin fikrinizcə, xaricdəki təhsilin Azərbaycandakı
təhsildən hansı
üstün və mənfi cəhətləri
və ya fərqləri var?
- Ən əsas fərqlərdən biri odur ki, xaricdə
təhsil alarkən təcrübəyə böyük
diqqət yetirilir. Əldə etdiyimiz
nəzəri biliklərlə
yanaşı, biz praktiki
biliklərə də
malik oluruq. Ən əsası, təhsil kompüterləşdirilmiş sistem
üzərindən qurulmuşdur.
Bu tələbələrin işini daha da asanlaşdırır.
Misal üçün, həmin
ölkədə olmadan
belə universitetin bütün onlayn resurslarından istifadə
edə bilirik. Kitabxana sistemi yüksək şəkildə təşkil
olunmuşdur. Tələbələrə
universitet tərəfindən
böyük və tanınmış məlumat
bazalarına və digər onlayn resurslara geniş çıxış təqdim
olunur. Beləliklə, kitablardan öyrəndiklərimizlə
yanaşı, digər
fərqli resurslardan əldə etdiyimiz biliklərə də malik oluruq. Orada oxuyarkən müxtəlif ölkələrin
fərqli mədəniyyətləri
ilə tanış
olub, dünyagörüşümüzü
daha da zənginləşdirə
bilirik. Fərqli mədəniyyətlər haqqında
biliklər xüsusilə
xarici iş əlaqələri qurularkən
gələcək iş
karyeramıza da müsbət təsirini göstərir. Bundan əlavə, uzun
müddət digər
bir ölkədə yaşayaraq özümüzü
tamamilə fərqli və yeni həyat
tərzində sınamış
oluruq, çətinliklərlə
üzləşirik və
sərbəst şəkildə
onların öhdəsindən
gəlirik, beləliklə,
təkmilləşirik və
əvəzolunmaz həyat
təcrübəsi qazanırıq.
Fərqli mədəniyyətləri öyrənməklə yanaşı,
bizim də Azərbaycan mədəniyyətini
xaricdə təmsiletmə
imkanımız yaranır.
- Çexiyada təhsil aldığınız vaxt
tələbə təşkilatındakı
fəaliyyətiniz də
olub...
-
2009-2014-cü illərdə Çexiyada olduğum müddətdə Azərbaycan
gənclər təşkilatının
üzvü olaraq bir çox tədbirlərin təşkilində
fəal iştirak etmişəm. Novruz bayramı ilə bağlı, həmçinin
20 Yanvar faciəsi və Xocalı soyqırımına həsr
olunmuş tədbirlərin
təşkili, Azərbaycan
həqiqətlərinin çatdırılması,
eyni zamanda, Azərbaycanın milli-mənəvi,
mədəni dəyərlərini
və ənənələrini
tanıtmaq, tariximizi başqa xalqların nümayəndələrinə çatdırmaq üçün
yaranmış imkandan
bir gənc olaraq ölkəmizin təbliğatı üçün
çalışmışam.
- Bir gənc olaraq ali təhsil
ocağında işləməyin
məsuliyyəti nədən
ibarətdir?
- Mən Bakı
Ali Neft Məktəbinin
Beynəlxalq əlaqələr
şöbəsində çalışıram. Bu şöbənin əsas fəaliyyət istiqamətlərindən
biri də ölkəmizdə neft-qaz,
kimya və avtomatika sahəsində çalışan bir çox yerli və beynəlxalq şirkətlərlə tərəfdaşlıqların
yaradılmasıdır. Bu tərəfdaşlıq öz növbəsində
geniş əməkdaşlıq
sahələri ilə
yanaşı, tələbələrimiz
üçün potensial
təcrübə imkanlarını
da əhatə edir. Daha dəqiq desək,
bizim qurduğumuz əlaqələr sayəsində
tələbələrimiz bu
şirkətlərin təklif
etdiyi təcrübə
proqramlarına cəlb
olunur və bu da onlara
yuxarıda qeyd etdiyim zəngin praktik səriştə qazanmaq şansları yaradır. Bakı
Ali Neft Məktəbi beynəlxalq səviyyəli
ali təhsil
müəssisəsi olaraq
inkişaf etmək hədəfini seçib. Burada çalışmaqla mənim
də bu istiqamətdə kifayət
qədər töhfəm
olacağına əminəm.
Ümummilli liderimiz Heydər Əliyev hər zaman elmə, təhsilə yüksək qiymət verərək deyib: “Təhsil millətin gələcəyidir”. Fikrimcə, biz də onun gənc
davamçıları kimi
bu işə tam məsuliyyətlə yanaşmalıyıq.
Nigar Abdullayeva
Palitra.-2016.-12 yanvar.-S.11.