“Böyrək daşlarından ağrısız azad olmaq mümkündür

 

Fransa Uroloq Androloq mütəxəssisi Araz Bayramov 2005- 2010-cu illərdə Fransanın Lyon şəhərindəki Edouard Herriot adına Mərkəzi Hospitalında Urologiya ve Laparoskopik-Endoskopik Urologiya şöbəsində Uroloji Mütəxəssislik Uzmanlığını keçib. 2010 -cu ilin sentyabr ayında Avropa Uroloq Mütəxəssisi (European Board of Urology) adına layiq görülüb. Dr. Araz Bayramov Fransada təhsil alıb Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah işləyib. Fransada çalışdığı 2005-2010-cu illərdə uroloji-androloji cərrahiyyə üzrə uzmanlıq diplomu ilə yanaşı, laparoskopik cərrahiyyə, androloji cərrahiyyə, mikrocərrahiyyə, robotik cərrahiyyə üzrə praktik nəzəri sınaqlar üzrə diplomlara layiq görülüb. Bu illər ərzində (2005-2010) Fransada bir çox diplomlarla təltif olunub:

 

- 2015-ci il ölkə səhiyyəsi üçün hansı önəmli hadisələrlə yadda qaldı?

- Yola saldığımız 2015-ci il ölkə səhiyyəsi üçün bir çox vacib hadisələrlə yadda qaldı. İcbari tibbi sığortanın tətbiqi istiqamətində fəaliyyət, nəhayət, əməli mərhələyə keçdi. Prezident İlham Əliyevin sərəncamı ilə icbari tibbi sığortanın yaxın gələcəkdə tətbiqi ilə məşğul olacaq dövlət fondu yaradıldı. Ölkəyə idxal olunan dərmanların qiyməti ilə bağlı Tarif Şurası müvafiq qərarlar verdi. Dərman firmaları ilə bəzi həkimlərin istehlakçıların maraqlarının əleyhinə yönələn gizli sövdələşmələrinə, nəhayət, bu il son qoyuldu. Bütün bunlar müsbət məqamlardır. Hətta bu siyahıya yeni tibb mərkəzlərinin istifadəyə verilməsi, tibb sektorunda rəqabət meyillərinin artmasını da əlavə etmək olar. Amma bütün bunlarla yanaşı, həllini gözləyən bəzi problemlər var.

- Ötən il sizin fəaliyyətinizdə hansı əlamətdar hadisələr baş

verib?

- Bu sırada ilk növbədə Azərbaycan Avropa Tibb Assosiasiyasının yaranmasını qeyd etmək istərdim. Avropada, Rusiyada, Türkiyədə digər dövlətlərdə təhsil almış, çalışmış mütəxəssislər birləşərək, Azərbaycan Avropa Tibb Assosiasiyasını təsis etdik. Azərbaycan səhiyyəsinin Avropaya inteqrasiyası, cəmiyyət arasında maarifləndirmə işlərinin aparılması, xaricdə təhsil alan uzmanların koordinasiyalı şəkildə əməkdaşlığı bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir. Assosiasiya yeni yarandığı üçün biz növbəti ildə daha ciddi layihələr həyata keçirməyi planlaşdırırıq. Yeri gəlmişkən, ölkənin ən böyük tibbi informasiya resursu olan - Alodoctor.az portalı assosiasiyasının nəzdində fəaliyyət göstərir.

Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, müasir yenilikləri əxz etməyə çalışan, öz üzərində işləyən bir adamam. Vaxtaşırı olaraq dünyanın müxtəlif şəhərlərində keçirilən konqresseminarlara qatılır, ən müasir yeniliklərə öz fəaliyyətimdə tətbiq etməyə çalışıram. Laparoskopikendoskopik cərrahiyyədə böyrək şişlərinin, böyrək daşlarının, prostat adenoması və şişlərinin müasir üsullarla müalicəsində yenilikləri tətbiq etdik.

- Bəzi ölkələrlə müqayisədə ölkəmizdə fəaliyyət göstərən həkimlərin o qədər də peşəkar olmadığı deyilir. Sizin buna münasibətiniz necədir?

-Unutmaq lazım deyil ki, Azərbaycan heçuzaq olmayan keçmişdə müstəqillik əldə edib. Biz 70 il faktiki olaraq Rusiyanın tərkibində və sovet səhiyyə sisteminə uyğunlaşaraq yaşamışıq. Əlbəttə, 22-23 il elə də uzun zaman deyilbu müddətdə Azərbaycan səhiyyəsini Avropa, Türkiyə və digər inkişaf etmiş ölkələrin səhiyyəsi ilə bərabər tutmaq heçdüzgün yanaşma deyil. Amma etiraf etməliyik ki, bu gün Qərb səhiyyə məktəbini keçmiş, aparıcı ölkələrdə ixtisas artırmış və səhiyyəmizə qərb standartlarını gətirmiş çoxlu sayda həkimlərimiz var. Təsadüfi deyil ki, bu gün ölkəmizdə ən unikal cərrahi əməliyyatlar həyata keçirən və ən müasir standartları ölkədə tətbiq edən, ABŞ-da, Almaniyada, Fransada, Türkiyədə və digər inkişaf etmiş ölkələrdə uzmanlıq keçən gözəl mütəxəssislərimiz var. Ürək-damar, uroloji, neyrocərrahiyə və digər sahələrdə peşəkar yerli kadrlarımız elə yüksək səviyyədə əməliyyatlar aparırlar.

 

Bu gün səhiyyə sahəsində çalışan bir sıra həkimlərimiz var ki, xaricdə təhsil aldıqdan sonra kadr kimi Vətənə dönərək burada fəaliyyət göstərməyə üstünlük verirlər. Öz fəaliyyəti ilə ilə seçilən belə həkimlərimizdən biri də Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri Araz Bayramovdur.

 

Tam səmimiyyətimlə demək istəyirəm ki, bu unikal əməliyyatlar dünyanın ən inkişaf etmiş ölkələri ilə belə müqayisə oluna bilər. Ancaq bununla yanaşı, harada uğurinkişaf varsa, orada qüsurların da olması istisna deyilbuna təbii yanaşmaq lazımdır. Əlbəttə, xəstələrin etimadından sui-istifadə edən, tibbi bilikləri yetərincə olmayan həkimlərimiz də var ki, onlar bütövlükdə ölkə səhiyyəsi adına mənfi çalarlar gətirirlər. Təəssüf ki, qurunun oduna yaş da yanır. Kiminsə qeyri-peşəkar fəaliyyətinə görə, bütövlükdə həkimlərimizi ittiham etmək doğru deyil və bəziləri bu faktdan yararlanaraq, məqsədli şəkildə ajiotaj yaradırlar. Digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ciddi inkişaf varbunu danmaq olmaz. Ən sevindirici məqam odur ki, bu gün ölkə başçısı İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva səhiyyənin inkişafına, müasirləşməsinə öz yüksək töhfələrini verirbu istiqamətdə səylə çalışırlar. Dövlət xəstəxalanalarında müasir infrastrukturun yaradılması, ən müasir tibbi avadanlıqlarla təhciz edilməsi, o cümlədən özəl tibb sektorunun inkişafı ölkə vətəndaşlarının qarşısında geniş imkanlar açır. Dövlət həm vətəndaşlara, həm də tibb mütəxəssislərinə kifayət qədər imkanlar yaradıb. Biz həkimlərin də borcudur ki, xəstələrə vicdan və ləyaqətlə xidmət edək. Prezident İlham Əliyevin ölkə vətəndaşlarına müraciət edərək, onları heç olmasa ildə bir dəfə müayinədən keçməyə dəvət etməsi də bu əsnada diqqətdən yayına bilməz.

- Siz laparoskopik cərrahiyyənin tətbiqində mütəxəssis kimi tanınırsınız. Bu sahədə mövcud yeniliklər barədə nə deyərdiniz?

-Laparoskopik cərrahiyyənin əsas üstünlüyü heç bir kəsik, dəlik olmadan, ağrısız üsulla həyata keçirilməsi və xəstənin tez bir zamanda əmək fəaliyyətini bərpa etməsidir. Xüsusən böyrək şişlərində bu üsul uğurla sınaqdan keçir. Böyrək xərçəngi və kistalarında, o cümlədən prostat xərçəngi və adenomasının müalicəsində bu üsuldan istifadə edirik. Böyrək xərçəngi və kistalarında böyrəyi zədələmədən böyrək şişiya kistasını xaric edirik. Bu üsulun əsas üstünlüyü böyrəyin əməliyyat sonrası fəaliyyətini davam etdirməsi ilə bağlıdır.

 

“Böyrək daşlarından vaxtında azad olmayan xəstələr sonradan daha ağır fəsadlarla üz-üzə qala və hətta böyrəyini itirə bilərlər. Vaxtında aşkar edilərsə, böyrək daşlarından endoskopik üsulla heç bir ağrı, fəsad olmadan azad olmaq olar”.

 

Laparoskopik üsulla yanaşı, endoskopik urologiyanın ən son nailiyyəti böyrək daşlarını tam təbii yolla qalxaraq çıxarılmasıdır. El arasında “lazer üsulu” adı ilə məşhurlaşan bu üsul laporoskopik-endoskopik cərrahiyyədir. Holmium-lazerin verdiyi imkanlar hesabına biz böyrək toxumasını zədələmədən, böyrək şişlərini, kistaları və daşları rahatlıqla xaric edirik. Son zamanlar təcrübəmizdə vaxtaşırı olaraq rast gəldiyimiz mərcanvari, yəni 8-smlik daşlardan əziyyət çəkən xəstələri də perkutan üsulla, yəni heç bir kəsik olmadan bu problemdən azad edirik.

- Bu üsulla hətta hər iki böyrək daşlarını eyni vaxtda xaric edə bilirsinizmi?

- Bəli, hər iki böyrək daşlarını eyni anda bu üsulla xaric edə bilirik. Böyrək daşlarından vaxtında azad olmayan xəstələr sonradan daha ağır fəsadlarla üz-üzə qala və hətta böyrəyini itirə bilərlər. Vaxtında aşkar edilərsə, böyrək daşlarından endoskopik üsulla heç bir ağrı, fəsad olmadan azad olmaq olar. Endoskopik müalicənin daha bir üstünlüyü xəstənin əməliyyat olunan günü evə buraxılmasıdır. Üç günə isə xəstə əmək fəaliyyətini tam bərpa edə bilir”. Ambulator şəraitdə, yəni xəstənin böyrək daşlarından azad edilərək, əməliyyat olunan gün evə buraxılması müasir urologiyanın əldə etdiyi ən son uğurlardandır. Qabaqlar bu əməliyyatlar açıq üsulla, bütün bel əzələləri kəsilərək, sinirləri zədələməklə həyata keçirilirdisə, hazırda bu proses heç bir kəsik olmadan icra olunur. Təbii yolla qalxaraq holmium-lazerlə kontakt şəkildə daşı parçalayırıq və bu zaman böyrək toxumasına toxunulmur. 8 sm-lik mərcanvari böyrək daşlarını beldən dəliklə daxil olaraq tam təmizlənməsi sadə əməliyyatlar sırasındadır.

İndiyə kimi böyük seriyalı 1000-dən çox böyrək və sidik daşlarının endoskopik müalicəsini, prostat adenomasının yüksək səviyyədə endoskopik müalicəsinin tətbiqinə, laparoskopik urologiyanın böyrək şişlərində, prostat xərçəngində tətbiqinə baxmayaraq, bu sahələrdə yeniliklər və əməliyyatların tətbiqini davam etdiririk. Xüsusilə prostat vəzi xərçənginin erkən aşkar edilməsi, böyrəyin qoruyub saxlayıcı əməliyyatlarını, qadın və kişilərdə sidik saxlamazlığında, kişi sonsuzluğunun müalicəsində olan yeniliklərə xüsusi önəm veririk.

Nigar Abdullayeva

Palitra.-2016.-13 yanvar.-S.7.