QHT-lər və media təmsilçiləri imtahan sessiyalarını izləyir

 

Azərbaycan Dövlət İqtisad Universitetində yeni tədris ilində tələbələrin dərsə davamiyyəti barmaq izi ilə yoxlanılacaq və bununla da tələbələrin dərsə gəlib-gəlməməsini yoxlamağa həsr edilən vaxt dərsə ayrılacaq

 

Məlum olduğu kimi, təhsil nazirinin müvafiq əmri ilə aliorta ixtisas təhsili müəssisələrində semestr imtahan sessiyalarının qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu əmrlə bağlı görülən işlərə toxunacağıq.

 

Qeyd edək ki, əmrdə ali təhsil müəssisələrinin rəhbərlərinə imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını, rəhbərlik etdikləri ali təhsil müəssisələrində imtahan qərargahı yaratmaq və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbir görmək tapşırılıb və diqqətə çatdırılıb ki, rəhbərlik etdikləri ali təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar. Elmali təhsil və Daxili nəzarət şöbələrinə tapşırılıb ki, ali təhsil müəssisələrində imtahan sessiyasının monitorinqini, imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində ali təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini, ali təhsil müəssisələrində payız semestrinin imtahan sessiyalarının nəticələrini təhlil edib müvafiq arayışları müzakirəyə təqdim etsin.

 

UNEC-də imtahanlar jurnalistlərin nəzarəti altında keçirilib

Bu əmrin icrası ilə bağlı ali təhsil müəssisələrində geniş ictimaiyyət nümayəndələri imtahan prosesini izləməyə cəlb olunurlar. Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) KİV nümayəndələri qış imtahan sessiyasının gedişinə nəzarət ediblər. “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında keçirilən tədbirdə nüfuzlu mətbuat orqanlarından iyirmidən çox jurnalist iştirak edib. Keçirilən görüşdə Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarə Edilməsi Mərkəzinin direktoru Raqif Qasımov “ictimai nəzarətçi”ləri imtahan prosesinin gedişi, nəzarət təlimatları ilə tanış edib. Bildirib ki, sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi, şəffaflığın qorunması məqsədilə imtahan prosesi ictimaiyyət nümayəndələrinə açıq keçirilir. İmtahan sessiyası dövründə hər həftənin şənbə günü rektorun “Açıq qapı” günləri təşkil edilir. Bundan başqa, bütün tədris binalarında imtahan sessiyası müddətində yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək məqsədilə qərargahlar yaradılıb. Həmçinin universitetinQaynar xətt” (146-1-3) xidməti də müraciətləri operativ şəkildə araşdırır. Sonraictimai nəzarətçi”lər UNEC-in bütün tədris binalarında keçirilən imtahanlara nəzarət ediblər. İmtahanlardan sonra jurnalistlər UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər. Rektor UNEC- aparılan islahatlar, universitetin hədəfləri prosesində qarşıya çıxan problemlərdən danışıb. Tələbələrin dərsə davamiyyətinə toxunan rektor bildirib ki, yeni tədris ilində tələbələrin dərsə davamiyyəti barmaq izi ilə yoxlanılacaq. Bununla da tələbələrin dərsə gəlib-gəlməməsini yoxlamağa həsr edilən vaxt dərsə ayrılacaq. Rektor, həmçinin universitetdə eyni ixtisas üzrə fəaliyyət göstərən 10 kafedranın birləşdirilərək 4 kafedra ilə əvəz olunduğunu qeyd edib. Ə.Muradov universitetin “UNECəmtəə nişanının Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyatdan keçdiyini universitetin patenti olaraq təsdiqləndiyini vurğulayıb. Bildirib ki, UNEC dünyanın bütün dillərində Azərbaycan Dövlət İqtisad Universitetinin əmtəə nişanı kimi tanınacaq. Ədalət Muradov deyib ki, Azərbaycan Dövlət İqtisad Universitetində təhsil haqları artırılmayacaq. O bildirib ki, ADİU-da yalnız əcnəbi tələbələrin təhsil haqları artırılıb: “Əcnəbi tələbələr üçün təhsil haqqı 4000 dollar müəyyən olunub”. Universitetdə 917 nəfər müəllimin çalışdığını nəzərə çatdıran rektor qeyd edib ki, bu rəqəm çoxdur: “Yaşı 70-dən yuxarı, elmi dərəcəsi olmayan, habelə yaşı 75-dən yuxarı dosentlərin işdən çıxarılması nəzərdə tutulur. Yalnız professorlar istədikləri qədər universitetdə çalışa biləcəklər”. Rektor əlavə edib ki, rəsmi rəqəmlərə görə, universitetin məzunlarının 38 faizi 1 ay müddətində işlə təmin olunub. İqtisad Universitetində imtahan sessiyasını təhsil mütəxəssisləri QHT nümayəndələri izləyib. Nümayəndə heyəti İqtisad universitetinin bütün tədris binalarında olub, imtahan prosesini yaxından izləyib tələbələrlə söhbət ediblər. İzləyicilər universitetin innovativ metodlarla idarə olunduğunu bunun dövrün tələblərinə cavab verən mütəxəssis hazırlığı üçün mühüm şərtlərdən biri olduğunu bildiriblər. Universitetdə tələbə biliyinin qiymətləndirilməsində yeni mərhələyə qədəm qoyulduğunu müşahidə etdiklərini bildirərək, bu təcrübənin digər ali məktəblərdə tətbiq olunmasını məqsədəuyğun hesab ediblər.

 

Azərbaycan Dillər Universitetində operativ qərargah yaradılıb

 

Azərbaycan Dillər Universitetində (ADU) təhsil nazirinin müvafiq əmrinə əsasən imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub. İmtahanlar Regionşünaslıq beynəlxalq münasibətlər, Pedaqoji (ingilis, alman dili) fakültələrində aparılıb. Qeyri-hökumət təşkilatlarının KİV-lərin nümayəndələri, valideynlər auditoriyalarda imtahanların gedişini izləyib, ADU-da qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər. ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov bildirib ki, 2015-ci il dekabrın 29-da universitetdə qış imtahan sessiyası başlanıb. İmtahanlar yeddi fakültənin əyani şöbələrində aparılır. İmtahan sessiyası müddətində yarana biləcək neqativ halları dərhal araşdırmaq müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə operativ qərargah yaradılıb. Bildirilib ki, tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub. Fakültə dekanlarına kafedra müdirlərinə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkilini təmin etmək, otaqları müvafiq materiallarla təchiz etmək tapşırılıb. Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.

Azərbaycan Texnologiya Universitetində imtahanların gedişini hər bir valideyn şəxsiyyət vəsiqəsini təqdim etməklə izləyə bilər

Azərbaycan Texnologiya Universitetində (ATU) imtahan sessiyasının gedişini izləmək üçün mediatur keçirilib. ATU-nun rektoru Akif Süleymanov jurnalistlərə imtahanları müşahidə edən valideynlərə məlumat verib ki, universitetdə 2015-2016-cı tədris ilində payız semestri imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmini məqsədilə lazımi tədbirlər görülüb. Kompüter vasitəsilə aparılan imtahanların gedişini hər bir valideyn şəxsiyyət vəsiqəsini təqdim etməklə izləyə bilər. Universitetdə imtahan sessiyası yanvarın 29-dək davam edəcək. Kredit sistemi əsasında qiymətləndirmə aparılan imtahanların gedişinə xüsusi təlim keçmiş əməkdaşlar nəzarət edirlər. Cavabların qiymətləndirilməsi isə xüsusi proqram vasitəsilə həyata keçirilir nəticələr həmin gün açıqlanır. Media nümayəndələri valideynlər auditoriyalarda imtahanların gedişini izləyiblər.

 

Media nümayəndələri ADNSU-da imtahanın gedişini izləyib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) imtahan sessiyasının gedişi ilə tanış olmaq üçün mediatur keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı jurnalistlərə imtahan sessiyası ilə bağlı məlumat verib. Bildirilib ki, universitetdə 2015-2016-cı tədris ilinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi məqsədilə müvafiq işlər görülüb. Valideynlər imtahanlarda şəffaflığın təmini üçün yaradılan şəraitlə tanış olurlar. Universitetdə imtahanlara hazırlıq işlərinə ötən il dekabrın əvvəllərindən başlanılıb. Qiyabi şöbə üzrə imtahanlar dekabrın 22-dən, əyani şöbə üzrə isə dekabrın 29-dan aparılır. Media nümayəndələri auditoriyalarda imtahanların gedişini izləyib, cavabların yoxlanılması prosesi ilə tanış olublar.

 

Anar Miriyev

Palitra.-2016.-14 yanvar.-S.11.