Prezident təqaüdçüsü: “Mən öz seçimimdən çox razıyam”

 

Yusifov Elgün Eldar oğlu 1998-ci ildə Rusiya Federasiyasının Nijniy Novqorod şəhərində anadan olub. Orada orta məktəbin 9-cu sinfini fərqlənmə ilə bitirib. Məktəb illərində Elgün Yusifovun bir çox olimpiadalarda iştirak etməsi onun üçün bir neçə nailiyyətlərlə yadda qalıb. O, rus dili üzrə fənn olimpiadasında 1-ci yerə, iqtisadiyyat, riyaziyyatingilis dili fənləri üzrə şəhər olimpiadalarında 2-ci yerə çıxıb. 9-cu sinifdən sonra öz təhsilini Bakıda davam etdirib və 10-cu sinifdən Bakı şəhəri N.Axundov adına 1 saylı orta məktəbdə oxumağa başlayıb. 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Bakının orta məktəb şagirdləri arasında keçirilən seçimdə Elgün Yusifov Belarusda keçirilən Beynəlxalq Gənclər Forumunda ölkəsini təmsil edəcək üç şagirddən biri seçilib. 2015-ci ildə qəbul imtahanında 695 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olub, Prezident təqaüdçüsüdür.

 

- Elgün, qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaqimtahandan sonra sənin üçün hansı təəssüratlarla yadda qalıb?

- İmtahan mənim üçün çox sakit şəraitdə keçdi, qəlbimin dərinliyində öz biliklərimə əmin idim. İmtahanı verdikdən sonra özümdə rahatlıq hiss etdim, çünki üzərimə düşən missiyanı artıq yerinə yetirmişdimbununla da mənə inanan valideynlərimin, müəllimlərimin gözləntilərini doğrultmuşdum.

- Sınaq imtahanlarında nəticələrin necə olub? Qəbul imtahanında yüksək bal toplayacağına özün və yaxın ətrafın inanırdımı?

- 10-11-ci siniflər ərzində məktəblə yanaşı, ali məktəbə qəbul olmaq üçün hazırlıq kurslarına gedirdim. 10-cu sinfi bitirdikdə hazırlıq kursumun təşkil etdiyi imtahanı uğurla verdiyimə görə məni 11-ci sinifdə oxuduğum müddət ərzində kursda pulsuz hazırlaşmaqla mükafatlandırdılar. TQDK-nın keçirdiyi sınaq imtahanında ən yüksək nəticəm 669 bal olsa da, hazırlıq kursumun sınaq imtahanında qəbul imtahanına 13 gün qalmış nəticəm 700 bal olmuşdu. Bu nəticə mənə daha çox inam verirdi. Qəbul imtahanında yaxınlarım məndən minimal 680 ballıq nəticə gözləyirdilər.

- İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir və ixtisas seçimini necə etməlidir?

-Qəbul imtahanında 600 baldan yüksək bal toplamaq üçün ilk növbədə abituriyent qarşısına qəti məqsəd qoymalı və ona çatmaqda israrlı olmalıdır. İkincisi, abituriyent öz dəyərli vaxtını düzgün bölməlidir ki, hər şeyi çatdırmağı bacarsın. Bunun üçün isə özünə rejim qurmalı və ona riayət etməlidir. Üçüncüsü, hər fənn üzrə bir mövzunu 100% mənimsəməlidir. Eyni zamanda, dərsdən yayındıracaq bütün əlavə məşğuliyyətlərdən, həmçinin sosial şəbəkələrdən imtina etmək lazımdır. Mən hesab edirəm ki, abituriyent öz gələcək ixtisasını seçərkən öz istəklərini prioritet götürərək müasir dünyanın tələblərinə uyğunlaşdırmalı və valideyn fikrinə önəm verməlidir. Gələcək abituriyentlərə məsləhətim odur ki, imtahana var gücləri ilə hazırlaşsınlar, özlərini həmişə elə insanlarla əhatə etsinlər ki, onlardan öyrənə biləcəkləri çox şey olsun. Özümdən misal gətirə bilərəm ki, insanın əməyi heç vaxt boşa getmir. Necə ki, dahi Leonardo Da Vinçi deyib: “Xoşbəxtlik çox zəhmət çəkən insana nəsib olur”.

- Niyə məhz bu ixtisası və BANM-i seçdinbu seçimi etdikdə qarşına hansı məqsədləri qoydun?

- Mən Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasını mühəndis peşəsinin Azərbaycanda ən tələbatlı peşə olduğu üçün seçmişəm. Mənim seçimimə həmçinin hal-hazırda BANM-inKimya mühəndisliyi” ixtisası üzrə 4-cü kursda təhsil alan yaxın dostum Səlimova Pərnazın fikri müəyyən mənada təsir edib. Bununla yanaşı, 3 il müddətində mən BANM-dəki təhsil prosesi ilə hərtərəfli maraqlanmışam və nəticədə əmin olmuşam ki, BANM Azərbaycanda ən yaxşı ali təhsil ocağıdır və məhz burada öz istədiyim ixtisası yüksək səviyyədə öyrənə bilərəm. Bundan başqa, onu qeyd etmək istəyirəm ki, babamın uzun illər ali təhsil ocaqlarından birində müəllim olması, nənəmin isə SSRİ-nin “Əməkdar müəllim”i adını qazanması və ailəmin hər bir üzvünün elmə qarşı həmişə xüsusi maraq göstərməsi məni yaxşı oxumağa və ən çətin ixtisaslardan birini ölkənin ən yaxşı ali məktəbində öyrənməyə sövq edib.

- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin? Buradakı təhsili necə dəyərləndirirsən?

- BANM-ə daxil olmaq istəyən abituriyentlərə məsləhətim odur ki, hərtərəfli inkişafda olsunlar, çünki geniş dünyagörüşünə sahib intellektual tələbələr burada yüksək qiymətləndirilir. Mən öz seçimimdən çox razıyam və əminəm ki, heç vaxt peşman olmayacam.

- Özünü gələcəkdə harada görürsən və gələcək üçün planların?

- Gələcək planlarım öz ixtisasım üzrə xaricdə magistr təhsili almaq, neft sahəsinin ən yaxşı mütəxəssislərindən biri kimi özümü təsdiqləmək və Vətənimin xeyri naminə xidmət etməkdir.

- Boş vaxtlarında nə ilə məşğul olursan? Hansı əlavə məşğuliyyətlərin və hobbin var?

- Mən 10-cu sinifdən astronomiya və “Nə?Harada?Nəz zaman?” kimi intellektual oyunlarla maraqlanıram. Asudə vaxtımı yaxın dostlarımla, idmanla məşğul olmaqla, filmə baxmaqla, kitab oxumaqla keçirməyi sevirəm.

Nigar

Palitra.-2016.-15 yanvar.-S.15.