İqtisad Universitetində nümunəvi
dərslər aylığına başlanılıb
Yüksək təhsil
səviyyəsinə malik peşəkar kadrlar ölkənin intellektual
potensialının əsasıdır. Müasir
dövrdə ölkələrin uğurlu
və davamlı iqtisadi yüksəlişi
insan kapitalının məqsədyönlü
inkişafı hesabına əldə edilib.
Bütün bunlar təhsilin
dövlət xərclərində prioritetliyini
getdikcə artırmaqdadır. Dövlətin təhsil xərcləri
cəmiyyət üçün yüksək
iqtisadi gəlirliyə malikdir.
Layihə çərçivəsində bu
məqamlara toxunacağıq. Müasir
dövrdə təhsilin iqtisadi həyatda rolu əhəmiyyətli dərəcədə
artmışdır.
Hazırda
təhsil iqtisadiyyatda tələb olunan bilik və
bacarıqların aşılanması ilə bərabər, vətəndaşın
gələcək həyata və cəmiyyətə
inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri yerinə yetirməlidir.
İnsanın ömür boyu
təhsil almaq tələbatının ödənilməsi
isə təhsilin iqtisadi həyatda rolunu yüksəldən amillərdən ən
mühümüdür. Eyni
zamanda, sürətli texnoloji
tərəqqi bilik və
bacarıqların müntəzəm yenilənməsini tələb
edir. Bu isə yeni və daha münasib ixtisasa yiyələnməyə
və səriştənin inkişafına tələbatı
artırır. Orta gəlirli ölkələr
arasında rəqabətin güclənməsi, sürətli texnoloji irəliləyiş nəticəsində
ixtisas profillərinin tez-tez
dəyişməsi təhsilin keyfiyyətinə tələbi daha da
artırmışdır.
Bilik və bacarıqlar təhsil
müəssisələrinin sayı və təhsilin müddəti
ilə deyil, öyrənmə prosesinin keyfiyyəti ilə əldə olunur
Digər tərəfdən, yalnız təhsilə cəlb etmə səviyyəsinin artırılması və təhsil infrastrukturunun genişləndirilməsi insanların bilik və bacarıqlarının yüksəlməsinə tam təminat vermir. Təhsil infrastrukturu zəruri amil olsa da, bilik və bacarıqlar təhsil müəssisələrinin sayı və təhsilin müddəti ilə deyil, öyrənmə prosesinin keyfiyyəti ilə əldə olunur. Son dövrlərdə bir sıra ölkələr tərəfindən təhsilin inkişafı məqsədi ilə təhsil infrastrukturuna, həmin infrastrukturun yeni avadanlıqlarla təchizatına xeyli vəsait xərclənsə də, həmin ölkələrdə təhsilin nəticələrində müsbət irəliləyiş əldə edilməmişdir. Ümumi təhsil pilləsini bitirməsinə baxmayaraq, hesab, oxu və yazı vərdişlərinə malik olmayan çoxlu sayda insanlar vardır. Həmin səbəblərdən təhsilin keyfiyyətinin təminatı başlıca strateji prioritetə çevrilməlidir. Təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər təhsil sistemi anlayışına baxışı da yeniləmişdir. Müasir təhsil sistemi formal (dövlət təhsil sənədinin verilməsi ilə başa çatan) təhsil forması ilə yanaşı, informal (özünütəhsil yolu ilə biliklərə yiyələnmə) və qeyri-formal (müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan) təhsil formalarını da nəzərdə tutur. Təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur. Beynəlxalq təcrübədə təhsilin məzmunu ilə bağlı başlıca meyillərdən biri təhsil kurikulumlarının ölkənin sosial-iqtisadi inkişaf tələbləri və prioritetləri ilə sıx əlaqələndirilməsindən ibarətdir. Kurikulumlar iqtisadi inkişaf məqsədlərinə xidmət edən bilik və bacarıqları, səriştəni aşılayan məzmuna malik olmalıdır. İqtisadi uğurlar əldə etmiş ölkələrdə biliklərə əsaslanan iqtisadiyyatın yaradılması sosial-iqtisadi siyasətin prioriteti olduğundan, kurikulumlarda innovasiyaların əhəmiyyəti, təhsilalanların müxtəlif sosial fəaliyyətə təşviq olunması və onların tədris bacarıqlarının inkişafı xüsusi vurğulanır. Təhsil prosesində bu amilləri əsas tutan Azərbaycan Dövlət İqtisad Universiteti bir sıra yeni layihələr icra edir. Universitetdən verilən məlumata görə, bu ali təhsil ocağında yeni layihənin icrasına başlanılıb. Layihə çərçivəsində universitetin professorları və kafedra müdirləri nümunəvi dərslər keçəcəklər. ADİU-dan bildirilib ki, dərslərdə universitetin müəllimləri, doktorant, dissertant, gənc müəllim və əməkdaşları ilə yanaşı, digər ali təhsil müəssisələri, təşkilat və şirkətlərin nümayəndələri də iştirak edəcəklər. Layihənin məqsədi təhsil verənlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda, qocaman professor və təcrübəli pedaqoqların tədris və təlim texnologiyaları sahəsindəki biliklərini gənc nəslə ötürməsidir. Müasir dövrün aktual problemlərinə həsr olunan nümunəvi dərslərin dinləyiciləri innovativ təlim texnologiyalarının tətbiqi ilə yanaşı, nümunəvi dərsdə öyrənilən problemlə bağlı nəzəri bilik və praktik bacarıqlara da yiyələnəcəklər. Nümunəvi dərslər bir ay davam edəcək.
Universitet MBA səviyyəsində səhiyyə
menecerləri hazırlayacaq
Universitetin rektoru Ədalət Muradov jurnalistlərlə görüşündə deyib ki, Azərbaycan Dövlət İqtisad Universitetində yeni İqtisadi mühəndislik fakültəsinin yaradılması gündəmdədir. Onun sözlərinə görə, bu fakültənin yaradılması ilə bağlı yeni ixtisaslar açılacaq. Eyni zamanda bu ildən Azərbaycan Dövlət İqtisad Universiteti MBA səviyyəsində səhiyyə menecerləri hazırlamağa başlayacaq: “Mən İqtisad Universitetinə insan kapitalını istehsal edən müəssisə kimi yanaşıram. Bu baxımdan UNEC-də yaradılmış kapital istehsal prosesinə tətbiq edilən zaman daha çox onun sahibinə gəlir gətirməlidir. Bu hansı ixtisaslar üzrə olacaq? Onu biz müəyyən edə bilmərik. O barədə işə götürənlər bizə müraciət etməlidirlər ki, onlara hansı kadrlar lazımdır”. Daha sonra o qeyd edib ki, bunu nəzərə alaraq UNEC-in işəgötürənlərlə açıq söhbəti aparılacaq. Əmək bazarının tələblərinin nədən ibarət olduğunu bilmək üçün işəgötürənlərlə mütəmadi əlaqədə olmaq lazımdır. Yəni bizim hazırladığımız kadr işəgötürənin tələbinə uyğun olmalıdır, bunu isə bizə işəgötürən deməlidir.
Azərbaycanın
məruz qaldığı itki və tələfatların
qiymətləndirilməsi üzrə tətbiq olunan metodologiyanın müzakirəsinə həsr
olunan elmi seminar
Onu da qeyd edək
ki, Azərbaycan Dövlət İqtisad Universitetində Ermənistanın
silahlı təcavüzü nəticəsində Azərbaycanın
məruz qaldığı itki və tələfatların
qiymətləndirilməsi üzrə tətbiq olunan metodologiyanın müzakirəsinə həsr
olunan elmi seminar keçirilib. “Azərbaycan Respublikası ərazilərinin Ermənistan
silahlı qüvvələrinin işğalı nəticəsində
məruz qaldığı itki və tələfatların
qiymətləndirilməsi üzrə “İşçi
Qrupu”nun üzvləri,
millət vəkilləri, rektorlar, əlaqədar
nazirlik və komitələrin nümayəndələri,
eləcə də UNEC-in professor-müəllim
heyətinin iştirak etdiyi
seminar Azərbaycanın məruz
qaldığı itki və tələfatları
əks etdirən videoçarxın nümayişi
ilə başlayıb. UNEC-in rektoru, professor Ədalət
Muradov mövzunun
aktuallığını vurğulayaraq,
Azərbaycan-Ermənistan münaqişəsi zamanı ölkəmizin
verdiyi maddi-mənəvi itkilərdən
danışıb. Erməni təcavüzünün Azərbaycana
vurduğu mənəvi itkilərin
hesablanmasının mümkünsüzlüyünü
diqqətə çatdırıb. Avrasiya
Qiymətləndiricilər Birlikləri Assosiasiyası İdarə
Heyətinin sədri, “İşçi Qrupu”nun rəhbəri, millət
vəkili, UNEC-in professoru
Xanhüseyn Kazımlı “Faciələrimizin
təqvimi üzrə itki və tələfatlarımızın
qiymətləndirilməsi üzrə metodologiyaların şərhi”
mövzusunda məruzə ilə
çıxış edib. Bildirib ki,
beynəlxalq tədbirlərdə “Münaqişə,
müharibə və terror nəticəsində
itki və tələfatların dəyərinin
hesablanması üzrə vahid
metodologiyanın Azərbaycan tərəfindən
hazırlanması təklif olunub. Əldə
olunan razılaşmalara əsasən, qurum üzvlərinin irəli sürdükləri
“əlavə və dəyişikliklər
nəzərə alınmaqla həmin metodologiyanı əks
etdirən “standart” qəbul edilib. “İşçi Qrupu” öz fəaliyyətində
mövcud qiymətləndirmə təcrübəsinə
və standartlarına, eləcə də xarici
ölkələrdən dəvət olunan
ekspertlərin rəylərinə istinad edərək
yekun nəticəyə gəlib.
Əldə olunan nəticə Mərkəzi
Bankın rəsmi məzənnəsi əsasında ABŞ
dolları ilə ifadə olunub. Seminarda Tarixi və Mədəniyyət
abidələri üzrə İctimai Birliyin sədri Faiq
İsmayılovun və işçi qrupunun üzvü Mirzəli
Fətəliyevin çıxışları dinlənilib. Onlar qiymətləndirmənin kəmiyyət
göstəriciləri ilə yanaşı aparılması
metodologiyası barədə ətraflı məlumat veriblər.
Seminar müzakirələrlə davam edib. Məsələnin
beynəlxalq təşkilatlarda da
müzakirəsi, erməni təcavüzü nəticəsində
ölkəmizə dəyən maddi və
mənəvi zərərin dünya
ictimaiyyətinə olduğu kimi çatdırılması məqsədi
ilə işçi qrupunun
tərkibində beynəlxalq təşkilatların nümayəndələrinin
təmsil edilməsi təklif edilib. Tədbir
iştirakçıları müzakirələrin digər ali məktəblərdə
aparılmasının vacibliyini
vurğulayıblar. Qafqaz Universitetinin
rektoru Ahmet Saniç növbəti tədbirin Qafqaz Universitetində keçirilməsi təklifi
ilə çıxış edib.
Anar Miriyev
Palitra.-2016.-16 yanvar.-s.11.