Azərbaycan regionda stabilləşdirici faktora çevriləcək

 

Adıgözəl Məmmədov: “Biz istəyirik ki, bütün bəşəriyyətdə Azərbaycandakı multikulturalizm ənənələri bərqərar olsun

Bu gün Azərbaycan müharibə şəraitindədir Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə görə Dağlıq Qarabağ münaqişəsi, hələ ki, öz həllini tapmayıb. Azərbaycan isə hər zaman sülhün tərəfdarı olub. Məhz buna görə Azərbaycan nəinki regionda, ümumiyyətlə, beynəlxalq aləmdə istənilən baş verən konfliktlərin həllində sabitləşdirici mövqedə olub. Bu, Azərbaycanın xarici siyasətində prioritetdir.

Bu baxımdan ötən il ölkəmiz üçün uğurlu olub. 2015-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb. Azərbaycan Prezidenti xarici ölkələrə 20 rəsmi işgüzar səfər edib. Xarici ölkələrin 15 dövlət hökumət başçısı Azərbaycanda olub.

Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da regionda sabitləşdirici rol oynayacağını deyib: “Çalışacağıq ki, risklər azalsın, əməkdaşlıq daha da dərinləşsin. İran Səudiyyə Ərəbistanı Azərbaycan üçün yaxın dost ölkələrdir. İran-Səudiyyə Ərəbistanı münasibətlərində yaranmış gərginlik istər-istəməz müsəlman aləmində baş verən hadisələrə təsir göstərir bizi narahat edir”.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan həmişə çalışıb ki, müsəlman aləmi daha da sıx birləşsin: “Bu gün çalışırıq Azərbaycanda keçirilən müxtəlif tədbirlər, o cümlədən gələn il keçiriləcək İslam Həmrəylik Oyunları bu məqsədi güdür ki, müsəlman aləmində əlaqələr daha da yaxın olsun, münaqişələrə son qoyulsun, əməkdaşlıq üçün daha yaxşı zəmin yaradılsın”.

Slavyan-Türk birliyi hərəkatının lideri, politoloq Adıgözəl MəmmədovPalitra”ya açıqlamasında Azərbaycanın regionda sabitləşdirici rolunu belə dəyərləndirib: “Cənab Prezidentin söylədiyi kimi, Azərbaycan regionda sabitləşdirici rol oynamağı davam etdirir. Azərbaycanın Qafqaz regionunda, ümumiyyətlə, Asiyada çox mühüm coğrafi geostrateji mövqeyi var. Eyni zamanda ölkəmiz bir körpü rolunu oynayır. Bu mövqe xüsusən Azərbaycanın son zamanlar apardığı siyasət nəticəsində özünü büruzə verib. Bu gün Azərbaycanın İpək Yolu istiqamətində bir koridor rolunu oynaması Çindən üzü bəri Avropaya aparıcı çıxış qapısıdır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı bu əlaqələrin inkişafını daha da artıracaq. Azərbaycan regionda iqtisadi cəhətdən nəinki tranzit bir ölkə, həmçinin Orta Asiya Kiçik Asiyanın stabilləşdirici faktoruna çevriləcək. Bu faktor da Azərbaycanın son illər apardığı xarici siyasətin bariz nümunəsidir”.

Adıgözəl Məmmədov dedi ki, Azərbaycandakı multikulturalizm ənənəsini nümunə kimi bütün dünyaya ürək genişliyi ilə göstəririk: “Azərbaycan multikulturalizmin beşiyi olduğuna görə təriqətlərarası dinlərarası konfessiyaların tam vəhdət təşkil etdiyi fəaliyyət göstərdiyi bir dövlətdir. Lakin son zamanlar dünyada, xüsusən Yaxın Şərqdə baş verən qarşıdurmalar bizim həm formalaşmış ənənələrimizə, həm apardığımız siyasətə ziddir. Biz istəyirik ki, bütün bəşəriyyətdə Azərbaycandakı multikulturalizm ənənələri bərqərar olsun. Dinlərarası ümumi bir dialoq formasında dünyanın tərəqqi inkişafı davam etsin”.

Onun sözlərinə görə, bu gün Azərbaycandan bəzi qüvvələr dolayı yollarla istifadə etməyə cəhd edirlər: “Əlbəttə ki, burda siyasi məqam məqsədlər var. Bu məsələ müəyyən strateji məqsədlər güdən qüvvələrin qlobal siyasi ssenarilərinə uyğun baş verməsini istəmələridir. Amma Azərbaycan dövləti bu kimi qüvvələrə qarşı mübarizə aparacaq siyasi iradə gücə malikdir”.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-16 yanvar.-S.7.