Azərbaycanın turist
cəlb etmək imkanları olduqca
artıb
T urizm ölkələrindəki qeyri-stabilliklər fonunda turizm sektorumuz ölkədəki sabitlikdən, turizm potensialından düzgün yararlanmaqla, xarici turist axınını yetərincə gücləndirə və daha da rentabelli ola bilər
Türkiyənin “Dünya” media qurumunda müəllif Alattin Aktaş yazır ki, Türkiyə turizm kimi gəlirli sahədən çox şey itirməyə başlayıb. Yazıda qeyd edilir: “Partlayışlar və kütləvi qətllər bizdən uzaqlarda baş verəndə, onlara çox da önəm vermirdik. Amma terrorizm Türkiyə paytaxtına, daha sonra İstanbula, sonra da Sultanəhməd meydanına yol tapdı.
On alman turistinin həyatına son qoyan terrorun hədəfi aydındır - xarici turistlər. Əgər terrorçular daha çox adam
öldürmək istəsəydirlər,
daha izdihamlı yer seçərdilər. Həm də onların məhz almanları öldürmək istəmədiklərini
də istisna etmək olmaz. Alman turistlər Türkiyə üçün böyük
önəm kəsb edir. Türkiyəyə gələn hər
100 nəfərdən 15-16 nəfəri
almandır. Bununla yanaşı
Almaniya Niderland, Danimarka, Belçika, İsveç, Norveç və hətta, Böyük Britaniyaya da turistik baxımdan
təsir edir. Bu, onun turistlərinin
əhəmiyyətini bir
qədər də artırır. Hər
il Türkiyəyə
6 milyondan çox alman turist gəlir.
Turizm sektorunun nümayəndələri
bildirirlər ki, Rusiya üçün də bu cür
mövqe xarakterikdir.
Belə ki, Rusiya müstəqil
dövlətlər birliyinə
də təsir göstəir və onunla Türkiyə arasında yaşanan problemlər digər yaxın ölkələrdən
olan turistlərin sayına da təsir edir.
Ötən ilin 11 ayı ərzində Türkiyəyə
34,8 milyon turist gəlib. Onlardan 25,8 milyon
nəfəri - 75 faizə
yaxını hava yolu ilə gəlib.
İstanbul gələn
turistlərin sayına
görə 43 faizlə(11 milyon) birinci, Antalya 41 faizlə(10,6 milyon) ikinci, Muğla 9 faizlə (2,4 milyon ) üçüncü, İzmir
3,5 faizlə(900 min) dördüncüdür.
Ankaraya hava yolu ilə gələnlərin
sayı isə 345 min nəfər təşkil edib ki, bu
da 1,3 faiz
edir.
Bunlar Türkiyəyə
yalnız hava yolu ilə gələn
turistlərdir.
Türkiyəyə gələn turistlərin əksəriyyəti İstanbul,
Antalya və Muğlaya
gəlir”.
O da qeyd edilir
ki, Rusiya ilə ixtilafa görə Türkiyə Rusiyadan gələn ildə 4,5 milyonluq
turistdən məhrum olub. Eləcə də Rusiyanın
nüfuz etdiyi digər ölkələrin
turistlərini də burada bu və
ya digər dərəcədə nəzərə
almaq lazımdır.
Bu boşluğu alman
turistlərin hesabına
doldurmağa çalışan
Antalyanın kefinə
Sultanəhməddəki teror
soğan doğramış
oldu. Bu terror aktından sonra Türkiyəyə turizm axınının artacağını gözləmək
çətindir. Amma təkcə
Türkiyədə yox,
dünyanın br çox ölkələrində,
Avropada, Parisdə də terror baş verib. Paris terrorundan
sonra Almaniya və Belçikada sərt antiterror tədbirləri görməyə
başlayıblar. Bu il bütün dünya üçün turizm baxımından itkilər ili olacaq. Ənənəvi turizm ölkələrinin
- Yaxın Şərq
və Avropanın belə bir qalmaqal
və təhlükələrlə,
qeyri-stabilliklərlə üzləşdiyi
bir vaxtda digər ölkələr
özlərinə turizm
axınını gücləndirə
bilərlər. Bunun üçün
turizm sahəsində yaranan boşluğu doldurmağa əməlli-başlı
cəhdlər etmək
lazımdır. Məsələn, ekzotiklik baxımından Cənubi Amerika və Avstraliya kimi yerlər də turist marağını daha çox cəlb edə bilərlər.
Amma bu cür
bölgələrdə özlərinəxas
problemlər var: nəqliyyat xərcləri
yüksəkdir və
oralarda qeyri-standart yay mövsümü mövcuddur.
Qeyd edildiyi kimi, hazırda Yaxın Şərq və Avropa ölkələrində baş
verən qeyri-stabilliklər
fonunda Azərbaycanın
da turist cəlb etmək imkanları olduqca artıb. Belə ki, hazırkı situasiyada Azərbaycanın turizm sektoru ölkədəki sabitlikdən, turizm potensialından düzgün
yararlanmaqla, xarici və eləcə də qonşu ölkələrdən turist
axınını yetərincə
gücləndirə və
daha da rentabelli
ola bilər.
Bununla bağlı müvafiq qurumların situasiyanı düzgün
qiymətləndirməsi və
düzgün qurulmuş
turizm siyasəti Azərbaycanı bu sahədə ön sıralara çıxara,
turizm sektorunda yeni-yeni iş yerlərinin sayını artıra və əhalinin gəlirlərini
yüksəltməyə daha
çox töhfə verə bilər.
İlkin AĞAYEV
Palitra.-2016.-16 yanvar.-S.6.