Tələbələrimiz
Macarıstanın ən qədim universitetində təhsil ala biləcəklər
Dövlət proqramı çərçivəsində
təhsillərini yüksək akademik göstəricilərlə
tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə
dövlət sektorunda fəaliyyət göstərir.
“2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı” çərçivəsində
müvafiq məzun qeydiyyatından 1147 nəfər
keçib. Təhsil Nazirliyindən
bildiriblər ki, məzunların 60 faizi özəl, 40 faizi isə
dövlət sektorunda fəaliyyət
göstərir. Layihə çərçivəsində təqdim
etdiyimiz yazıda bu proqramla bağlı məsələlərə
toxunacağıq.
3558 nəfər
xaricdə təhsil almaq hüququ
qazanıb
Dövlət Proqramı çərçivəsində son qəbul ili olan 2015-2016-cı tədris ili üzrə, bununla da ümumilikdə, Dövlət Proqramı üzrə tələbələrin seçimi başa çatıb. Dövlət Proqramının müvəffəqiyyətlə başa çatmış sonuncu qəbul ilində 373 nəfər tələbənin adı təqaüdçülər siyahısına daxil edilib. Belə ki, builki müsabiqədə də üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib və 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfəri isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb. Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə hazırlanan və16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunan "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın əsas məqsədləri ölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından respublikamızın müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarətdir. Sözügedən məqsədlərin icrasının həyata keçirilməsi üçün Dövlət Proqramının icrasının ötən illəri ərzində müvafiq hüquqi baza formalaşdırılıb və icra müddətində meydana çıxan məsələlər əsasında daha da təkmilləşdirilib, namizədlərə elektron şəkildə sənədləri təqdim etmə imkanı yaradılıb, onlarla fərdi qaydada keçirilən müsahibələr təşkil olunub və tələbələrin təhsil şəraitinin yaxşılaşdırılması üçün islahatlar aparılıb. Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması üçün Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb. Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Niderland Krallığı tələbələrin təhsil almaq üçün ən çox seçdikləri ilk 5 ölkə olub. Seçimlər nəticəsində magistratura təhsil səviyyəsində daha çox tələbə təhsil almaq hüququ qazanıb.
Dövlət
Proqramı çərçivəsində müvafiq
məzun qeydiyyatından 1147 nəfər keçib
Dövlət Proqramı çərçivəsində azərbaycanlı tələbələr Harvard Universiteti, Kembric Universiteti, Oksford Universiteti, London İmperial Kolleci, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Orta Doğu Texniki Universiteti, Toronto Universiteti, Nanyanq Texnologiya Universiteti, Kyoto Universiteti kimi yüksək nüfuzlu ali təhsil müəssisələrində təhsil alırlar. İndiyədək Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1147 nəfər keçib. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir. Dövlət Proqramı çərçivəsində təhsil almış tələbələrin dövlət qulluğuna qəbul imtahanlarının birbaşa müsahibə mərhələsinə buraxılması isə əldə olunan bilik və səriştənin dövlət idarəetməsi üçün istifadə olunmasına geniş şərait yaradır. Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində sonuncu təhsilalanın (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənilir. Dövlət Proqramının icrası müddətində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr əsas prioritetlərdən biri hesab olunan "Qara qızılın insan kapitalına çevrilməsi” istiqamətində görülən işlərə təkan verir. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ildə qəbul olunmuş və dövlət başçısının xüsusi qayğısı ilə gerçəkləşdirilən Dövlət Proqramı dünyada çox az təsadüf olunan unikal layihədir. Müvafiq ekspertlər ölkənin prioritet ixtisaslar üzrə kadr potensialına olan ehtiyacının ödənilməsi baxımından bu layihənin əhəmiyyətini yüksək dəyərləndirirlər.
Macarıstanın
ən qədim ali təhsil müəssisəsi
Azərbaycanda qəbul prosesi aparır
Azərbaycanlı tələbələrin
Macarıstanın ən qədim ali təhsil
müəssisəsi olan Peç
Universitetində təhsil almaq imkanı
yaranıb. Belə ki, Macarıstanda təhsillə
məşğul olan “Study
in Hungary” layihəsi Peç Universitetinin Azərbaycandakı
rəsmi nümayəndəsi olaraq bu universitetə tələbə qəbulu prosesini aparır. Peç
Universiteti Macarıstanın Peç şəhərində yerləşir
və ölkənin ən qədim ali təhsil
ocağıdır. Bu universitetin təxminən
26 min tələbəsi, 2 min professor və müəllim heyəti var. Universitetdə
fəaliyyət göstərən
10 fakültədə geniş
təhsil proqramları,
demək olar, bütün elmi sahələri əhatə
edir. 2010-cu ildə
Peç şəhəri
Avropanın mədəniyyət
paytaxtı seçilmişdi.
Ali məktəbin kampusu da bu
ada layiqdir və tələbələrin
mədəni inkişafına
xidmət edir. Əcnəbi
tələbələr Peç
Universitetində bakalavr,
magistratura və ya doktorantura pilləsində ingilis dilində təhsil ala bilərlər. Universitetin tarixi
1367-ci ildən başlayır.
Böyük Lui yepiskop şəhəri hesab edilən Peçdə universitetin əsasının
qoyulması ilə bağlı sərəncam
verib. Bir neçə mərhələdən
sonra bu universitet regionda təhsil sahəsində ən məşhur və aparıcı universitetlərdən biri oldu. Tarixi orta əsrlərə gedib çatan universitet öz adət-ənənələrini qorumaqla bərabər, eyni zamanda, müasir
Avropa ali
təhsil institutu adını fəxrlə daşıyır, tələbələr
üçün keyfiyyətli
təhsil və istirahət imkanları yaradır. Bolonya təhsil sisteminin uğurlu implementasiyası
nəticəsində tələbələr
dinamik Avropa ali təhsil
sistemində təhsil
alırlar. Tələbələrə ilk olaraq bakalavr,
sonra magistratura pillələrində təhsil
verilir. Əgər tələbənin birbaşa bakalavr və magistratura pilləsində oxumaq üçün ingilis dili bilikləri kifayət etməzsə, onda həmin tələbəyə universitetin
özündə intensiv
ingilis dili proqramında oxumaq təklif olunur. İngilis dili biliklərini artırdıqdan sonra tələbə bakalavr və magistratura pilləsində oxumağa
başlaya bilər.
Elmdə
uğur qazanmaq istəyən tələbələr,
həmçinin doktorantura
(PhD) pilləsində oxuya
bilərlər. Peç Universiteti
beynəlxalq miqyasda da mühüm yer tutur. Beynəlxalq reytinqlərdə həm universitet, həm də onun ayrı-ayrı
fakültələri aparıcı
mövqelərdə qərarlaşıb.
Belə ki, məşhur QS dünya universitetləri reytinqinə əsasən,
Peç Universiteti dünya universitetlərinin
201-250-ci pillələrində qərarlaşıb. Bundan başqa,
ingilis dili və ədəbiyyatı
kursu top 200 arasında
53-cü yeri tutur.
URAP-a görə Peç
Universiteti 2013-cü ildə
28 min ali təhsil institutu arasında 815-ci yeri tutub. Bu reytinq
məşhur beynəlxalq
tədqiqatlar institutu tərəfindən aparılıb.
Webometrics Peç Universitetini
2015-ci ildə dünyanın
1000 ən yaxşı
təhsil institutu arasında 880-ci yerdə qərarlaşdırıb. Webometrics ali
təhsil institutlarının
ən geniş internet
bazalı akademik reytinqini elan edən qurumdur. U-Multirank-a görə
isə Peç Universitetinin biznes və iqtisadiyyat fakültəsi 412 biznes məktəbi arasında
56-cı yeri tutur.
Milli reytinqə gəlincə, ölkə daxilindəki universitetlərin reytinqini tərtib edən HVG
Diploma-ya görə, Peç Universiteti Macarıstanda dördüncü
yeri tutur, professor və müəllim heyətinin keyfiyyətinə
görə isə ikinci yerdə qərarlaşıb. Erasmus və digər mübadilə proqramları
ilə təhsil almağa gələn əcnəbilərin həyatını
daha maraqlı etmək üçün ali məktəbdə
müxtəlif tədbirlər
(ölkələrin təqdimatı,
görməli yerlərə
gəzinti və s.) keçirilir. Əcnəbi tələbələrə intensiv ingilis dili kursu, bakalavr,
magistratura və PhD pillələrində müxtəlif
ixtisaslar təklif olunur. Macarıstanın ən qədim
universitetində təhsil
almaq istəyənlər
“Study in Hungary” layihəsinə müraciət edə bilərlər.
Anar Miriyev
Palitra.-2016.-19 yanvar.-S.11.