Xalqla dövlətin sarsılmaz birliyi

 

Bu birlik sayəsində ölkəmiz bütün sınaqlardan uğurla çıxacaq

 

Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi qlobal iqtisadi böhranın yaranmasına səbəb oldu. Avropa ölkələri, Rusiya, Çin başda olmaqla, əksər dünya dövlətləri iqtisadi böhrandan yayına bilmədi.

Sirr deyil ki, qlobal iqtisadi böhranın yaratdığı çətinliklər ölkəmizə də təsirsiz ötüşmədi. Çünki Azərbaycan dünya iqtisadiyyatının tərkib hissəsidir. Dövlətimiz uzun müddət milli valyutamız olan manatın kursunu sabit saxlasa da, keçən il devalvasiyaya getməli oldu. Bu müddət ərzində dünyada neftin qiymətinin azalmağa doğru getdiyi, iqtisadi böhran daha da dərinləşdiyi üçün manatın bu devalvasiyası qaçılmaz hala çevrildi. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti əvvəllər olduğu kimi, bu il də xüsusilə aztəminatlı ailələrin sosial-iqtisadi təminatının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan islahatları davam etdirir, heç bir sosial əhəmiyyətli layihədən imtina olunmayıb.

Məlum olduğu kimi, bu ilin yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bu məsələlərə xüsusi diqqət yetirildi. Ölkə rəhbərinin də qeyd etdiyi kimi, təəssüfləndirici haldır ki, bu vəziyyətdən öz cılız maraqları naminə bəhrələnməyə, müvəqqəti çətinliklərdən sui-istifadə edərək əlavə qazanc niyyəti güdənlər var. Lakin dövlət rəhbərliyinin qətiyyəti sayəsində, sözsüz ki, onların qarşısı qətiyyətlə alınacaq. Artıq bu yöndə ciddi və təsirli tədbirlər görülür. Belə bir məqamda hər kəs daha dərindən anlamalıdır ki, cəmiyyətdə tutduğu mövqe, daşıdığı vəzifədən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı dövlətçiliyimizin daha da gücləndirilməsi istiqamətində fəaliyyət göstərməlidir.

Manatın devalvasiyası fonunda, üzə çıxan problemlərdən ən başlıcası süni qiymət artımı ilə bağlıdır. Vəziyyəti davamlı nəzarətdə saxlayan dövlət başçısının ciddi tapşırıqları əsasında anti-böhran kampaniyasına start verildi, süni qiymət artımının qarşısının alınması istiqamətində konkret addımlar atılmağa başlandı. Bu günlərdə unun əlavə dəyər vergisindən azad edilməsi buna misaldır. Nəticədə, bazarlarda unun məhsullarının qiymətlərində ucuzlaşma baş verdi.

Biz, heç şübhəsiz, antiböhran kampaniyası çərçivəsində növbəti islahat xarakterli addımların atılmasının da şahidi olacağıq. İstər əməkhaqqı və pensiyaların artırılması ilə bağlı tədbirlər, istər vəziyyətdən sui-istifadə etmə hallarının səbəbkarlarının cəzalandırılması, korrupsiya və özbaşınalığa qarşı mübarizə sahəsində, istərsə də süni qiymət artımına qarşı tənzimləmə xarakterli addımların atılması istiqamətində konkret addımlar atılacaq.

Danılmaz reallıqdır ki, Azərbaycan vətəndaşları birmənalı olaraq dövlət başçısı İlham Əliyevin yürütdüyü daxilixarici siyasəti dəstəkləyirlər. Lakin bu da sirr deyil ki, prezident tərəfindən göstərilən ali etimadı boşa çıxaran, daşıdığı vəzifənin məsuliyyətini dərk etməyən, bu cür vəziyyətdən faydalanaraq yalnız öz mənafeyini düşünənlər də varonlar barəsində lazımi qərarlar qəbul edilir. Dövlətimizin rəhbəri də bu faktı qeyd edibçox keçmədən belələri ifşa olunaraq vəzifədən kənarlaşdırılıb, müvafiq qaydada məsuliyyətə cəlb olunublar. Pozuculuğa, korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə bu güninamla davam etdirilir. Bu da onu deməyə əsas verir ki, dövlət, xalq mənafeyini öz cılız maraqlarına qurban vermək niyyəti güdənlər qanun qarşısında məsuliyyətdən yayına bilməyəcəklər. Beləliklə də, ölkəmizin rifahiqtisadi inkişaf yolunda irəliləyişi uğurla davam edəcək.

Ümumilikdə isə Azərbaycan vətəndaşları ölkədə hər bir sahədə görülən işləri, həyata keçirilən islahatları müsbət qiymətləndirir, Prezidentin yürütdüyü siyasətə dəstəklərini ifadə edirlər. Tarix boyu, elə 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıdana qədər çox çətin günlər yaşamış xalqımız son 20 ildən artıq müddətdəki sabitliyin, sosial-iqtisadi tərəqqinin qədrini bilir, onu yüksək dəyərləndirir. Cəmiyyətdə tam əksəriyyət təşkil edən sağlam fikirli vətəndaşlarımız dünyadaregionda baş verən prosesləri yaxından izləyir, Yaxın Şərqdə, digər bölgələrdə gedən münaqişələrin arxasında hansı güclərin və maraqların dayandığını bilir, bundan düzgün nəticə çıxarırlar. İnkarolunmaz faktdır ki, Azərbaycanda xalqla dövlətin sarsılmaz birliyi var. Xalqın güclü dəstəyini qazanmış Azərbaycan dövlətinin bəzi qüvvələrin ölkədə qarışıqlıq, ixtişaş yaratmalarına, sabitliyin, milli təhlükəsizliyin pozulmasına imkan verməyəcəyi şübhəsizdir. Ona da əminik ki, vətəndaşlarımız, xüsusilə gənclər dövlət rəhbərliyini ürəkdən dəstəkləyərək, Azərbaycanın daha da qüdrətlənməsi, ölkənin ardıcıl inkişafı üçün əllərindən gələni edəcəklər. Vəziyyət hər nə qədər gərginlikdən, dramatiklikdən uzaq olsa da, hər halda, bu da bir sınaqdır və Azərbaycan xalqı, həmişə olduğu kimi, bu sınaqdan da alnıaçıq, üzüağ çıxacaq.

Emin HƏSƏNLİ

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri

Palitra.-2016.-19 yanvar.-S.5.