“Mənim ağ göyərçinim”
Gənc
Tamaşaçılar Teatrında 20 Yanvar
faciəsinə həsr edilən tamaşa
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında 20 yanvar
faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Anım mərasimində teatrın direktoru,
Əməkdar artist Mübariz
Həmidov, teatrın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova
çıxış edərək 20 Yanvarın hüzn günü kimi hər il qeyd edildiyini və
xalqımızın yaddaşında əbədi iz qoyduğunu diqqətə
çatdırıblar. Çıxışlardan sonra yazıçı-dramaturq Tamara
Vəliyevanın 20 Yanvar faciəsi
qurbanlarının xatirəsinə həsr olunmuş
“Mənim ağ göyərçinim” tamaşası nümayiş
etdirilib. İki gəncin
- Aqillə Turanın saf və nakam məhəbbətini tərənnüm
etdirən iki hissəli lirik
dramın quruluşçu rejissoru
Xalq Artisti Cənnət
Səlimova, tərtibatçı rəssamı
Gürcüstanın Tumanaşvili
adına Teatrının baş rəssamı Şota
Qlurjidze, musiqi tərtibatçısı
Vladimir Neverovdur. Səhnə
əsərində əsas obrazları Əməkdar artistlər
Nəsibə Eldarova, Rahib
Əliyev, aktyorlar İlqarə Tosova, Asya Atakişiyeva,
Mirzəağa Mirzəyev, Nigar Məmmədova,
Anar Seyfullayev və
başqaları canlandırıblar. Tamaşanı “Kaspi” Təhsil Mərkəzinin şagird
və müəllim kollektivi izləyib.
Palitra.-2016.-20 yanvar.-S.16.