İnnovativ təhsilin əsas funksiyalarından biri də tərbiyədir”

 

Nubar Qayıblı: “Təhsillə yanaşı tərbiyədə də innovasiyalar olmalıdır”

 

“Azərbaycan təhsilində aparılan islahatlar prosesində artıq yeni konsepsiyalar, məzmun standartları, inteqrativ fənlər, təhsil texnologiyaları, qiymətləndirmə mexanizmləri, təlim vasitələri, o cümlədən yeni dərslik və dərs vəsaitləri yaranıb ki, bunlar, sözün əsl mənasında, nailiyyətlərin əldə olunmasına istiqamətlənmiş innovasiyalardır”.

Layihə çərçivəsində müsahibimiz Bakı şəhəri T.Məmmədov adına 239 saylı tam orta məktəbin müəllimi Nubar Qayıblıdır. O, təhsildə innovasiyalarla bağlı məsələlərə toxundu:

 

-Ümummilli lider Heydər Əliyev deyib ki, “Bu gün dünyada belə bir tendensiya var: Qloballaşmış cəmiyyət formalaşdırmaq. Buna isə elmin, təhsilin gələcək uğurları və insanların təfəkkürünün yeniləşməsi hesabına nail olmaq olar.” Bu gün təhsilimizin uğurla inkişaf etdiyini əminliklə deyə bilərik. Heydər Əliyevin uzun illər əvvəl tövsiyə və arzu etdiyi innovativ təhsil isə öz rolunu oynamaqda davam edir.

Bəs, təhsildə innovasiya dedikdə nə başa düşürük? Təhsildə innovasiyaların rolu nədən ibarətdir? Pedaqoji innovasiyaya sadəcə yenilik demək olarmı?

Öncə onu deyim ki, təhsildə innovasiyalar müasir təhsilin təkamülündə özünü göstərən, həyati zərurətə çevrilmiş, geniş və çoxcəhətli təşəbbüs və yenilikləri özündə əks etdirən, sosialpedaqoji cəhətdən aktuallıq kəsb edən təlimin bütün forma və vasitələrinin inkişafına pozitiv təsir göstərən yeniləşmə tendensiyasıdır. Məlumdur ki, təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesionun nəticəsi, innovativ fəaliyyət müasir təhsil sisteminin reallığı və tələbatıdır. O, təhsilin məzmununun yenidən qurulmasına yönəlmiş, təhsilləndirici prosesin texnoloji əsasları vasitəsilə təhsil xidmətlərinin keyfiyyətinə, təhsil müəssisələrinin və məzunların rəqabətqabiliyyətliliyinə etibarlı təminat yaradır.

Onu da qeyd edim ki, “innovasiyatermini latın dilində “innovato” sözündən olub, “yeniləşmə” və “yaxınlaşma” deməkdir. Elmin, texnikanın sürətli inkişafı yeniliklərin tətbiqi ilə bütün sahələrdə özünü büruzə verir.

-Pedaqoji innovasiyanı necə başa düşmək lazımdır?

- Pedaqoji innovasiya dedikdə, təlim, tərbiyə, təhsil prosesinin gedişini və nəticələrini yaxşılaşdırmaq məqsədilə pedaqoji sistemdə həyata keçirilən yenilik başa düşülür. İnnovasiya pedaqoji sistemin daxili ehtiyatları hesabına baş verir. İnnovasiya sözünün əvvəlindəki “in” hissəsinin mənası da daxili deməkdir. Mahiyyət etibarilə innovasiya dedikdə təhsil sistemində baş vermiş pedaqoji yeniliklər başa düşülür. Ümumiyyətlə, bəşər tarixində cəmiyyətin inkişafı həmişə innovasiyalar əsasında baş verib. Dünya təcrübəsinin öyrənilməsi təhsildə innovasiyaların uğurlu tətbiqində başlıca amil kimi dəyərləndirilməlidir. Yeni ideya olub, o ideya kiminsə beynində formalaşıb, onu risk edərək tətbiq edib. Tarixi inkişaf mərhələlərində müxtəlif sahələrdə yeniliklər həmişə tətbiq olunub. Son 20-25 ildə dünyada gedən sürətli inkişaf bu innovasiyaların sürətlə yaranması və tətbiqidir. Bəzi alimlərin fikrincə, innovasiyalar o qədər sürətlə inkişaf edir və tətbiq olunur ki, artıq bu innovasiyalar inkişafa ləngidici təsir göstərir. Çünki insanlar bu innovasiyaları mənimsəyə bilmir. Məsələn, gündəlik həyatımızda istifadə etdiyimiz elektrik avadanlıqları, kompüter , avtomobiltelefon markaları o qədər sürətlə inkişaf edir ki, insanlar bu yenilikləri mənimsəyə bilmir.

Sadə bir misal-bu gün işlətdiyimiz adi telefon modelləri o qədər təkmilləşib ki, bu ay istifadə edilən model tez bir anda yeni bir model ilə əvəz olunur. Əlimizdə olan modelin qiyməti yeni çıxan modelə nisbətən 30 -40 % ucuzlaşmış olur. Bu proses avtomobillərdə, kompüter proqram təminatı, texnologiyalarda da inkişaf edir dəyişir. Tədris prosesində, universitetdə təhsil alan bir tələbə öyrəndiyi texnologiya sahəsində aldığı bilgi, işə qəbul olub işləyənə kimi dəyişir və tələbənin aldığı bu biliklər onun üçün yararsız olur. Bu onun üçün bir yükə çevrilir. Tələbə universiteti bitirib işlə təmin olunarkən məcbur olur ki, yeni biliklər əldə etsin.

Bu gün innovasiyalar sürətlə inkişaf edir. Bütün sahələrdə olduğu kimi, təbii ki, təhsil sahəsində innovasiyalar var. Təhsil tarixində bütün islahatlar məhz bu innovasiyaların reallaşmasına xidmət edir. Təhsilin məzmununda, təşkilində idarə edilməsində təhsil sistemi üçün iqtisadiyyatın müxtəlif sahələri üçün kadrların hazırlanmasıdır. Təhsildə innovasiyalar yeni texnologiyalar metodların tətbiqi ilə qurulan təhsil sistemində olan yeniliklərdir. Hər hansı dəyişikliyi innovasiya adlandırmaq düzgün deyil.

-Bəs, əsas nələrə diqqət edilməlidir?

- İnnovasiyalar elə pedaqoji yeniliklərdir ki, onların tətbiqi nəticəsində səmərəlilik artır, yüksək keyfiyyət əldə olunur. Eyni zamanda hər bir pedaqoji innovasiya aid olduğu sahəyə mənsubluğu ilə seçilir, bütöv struktura malik məzmunu ilə fərqlənir. Pedaqoji sistemin yeniləşməsi çox vacib aktual ideyadır. Çünki təhsil cəmiyyətin simasıdır. Cəmiyyətin inkişafı təhsildə öz əksini tapıb. Azərbaycan təhsilində aparılan islahatlar prosesində artıq yeni konsepsiyalar, məzmun standartları, inteqrativ fənlər, təhsil texnologiyaları, qiymətləndirmə mexanizmləri, təlim vasitələri, o cümlədən yeni dərslik dərs vəsaitləri yaranıb ki, bunlar, sözün əsl mənasında, nailiyyətlərin əldə olunmasına istiqamətlənmiş innovasiyalardır. İnnovasiyaları işləyib hazırlayan, səmərəli pedaqoji sistem kimi meydana qoyan təhsil işçiləri innovatorlar adlanırlar. Belə müəllimlərin pedaqoji yenilikləri onların adları ilə adlandırılır pedaqoji ictimaiyyət arasında yayılır.

İnnovatorlar belə hesab edirlər ki, klassik pedaqoji nəzəriyyə köhnəlib, indiki şəraitdə yeni nəsillərə həmin nəzəriyyə əsasında təlim-tərbiyə vermək çətindir. Hazırda ölkəmizdə innovasiyalı təhsil müəssisələri fəaliyyət göstərir. Onu da qeyd edim ki, təlim-tərbiyə prosesinin optimallaşdırılması pedaqoji sistemə aid edilən ümumi innovasiyadır.

Təhsildə innovasiyalardan danışarkən müəllimlərin bu işdə rolunu qeyd etməmək olmur. Ümumiyyətlə, müəllimlik peşəsi insan fəaliyyətinin çox mürəkkəb növünə aiddir. Həmçinin pedaqoji funksiya müəllimə peşə bilikləri bacarıqlarını tətbiq etmək istiqamətini göstərməkdir. Pedaqoji fəaliyyətin başlıca istiqamətlərini şagirdlərin təlimi, təhsili, tərbiyəsi, inkişafı formalaşması təşkil edir. Bu işlərin hər birində müəllim çox konkret işlər görür. O, özü bu başlıca funksiyanı qədər dərindən başa düşsə, öz şagirdlərinə bir o qədər müstəqillik, təşəbbüskarlıq, sərbəstlik verər.

Təhsillə yanaşı, tərbiyədə innovasiyalar olmalıdır. Haqqında söz açdığımız innovativ təhsilin əsas funksiyalarından biri tərbiyədir. Tədris, təlim tərbiyə prosesi daim vəhdətdədir. Təlimin məqsədi tərbiyənin funksiyasını yerinə yetirməkdir. Təlim yeni biliyin öyrədilməsi prosesidir. Təlim vasitədir, təhsilləndirmə, tərbiyəetmə məqsəddir. Təhsil tərbiyə nəticədir. Tərbiyə ancaq təhsillə vəhdətdədir. Yeni biliyin ancaq tərbiyəyə təsiri var. Yəni təhsil həm tərbiyə verməlidir. Burda təhsil ilə tərbiyəni ayırmaq mümkün deyil. Çünki gənc nəslin böyük hissəsinin həyatının çoxu məktəbdə keçir. Bu mənada tərbiyədə innovasiyalar var. Tərbiyə prosesi təhsildən asan deyil. Çörçil deyir ki, “4 uşağı tərbiyə etmək bir dövləti idarə etməkdən çətindir”. Yəni tərbiyə də mühüm bir amildir. Onun üçüninnovasiyalar lazımdır. Cəmiyyətdə innovasiyalar çoxalıb, amma tərbiyənin metodları köhnə metodlar kimi qalıb. Qədim Roma filosofu və dövlət xadimi Senekanın "Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq" fikri bu gün üçün də aktuallığını itirməyib və bu barədə bir daha düşünməyimizə dəyər . Bu gün artıq balaca uşağın da, gəncin də, yaşlının da əlində telefon var. Belə uşaqlar yaşına uyğun oldu-olmadı müxtəlif saytlardan istifadə edə bilirlər. Onlar müxtəlif zərərli insanların təsiri altına düşə bilərlər. Texnologiya yaranıb, amma tərbiyə bu texnologiyaların qarşısında acizdir. Ancaq ümumən dünyanın inkişafı innovasiyaların əsasında qurulub. Son illər bu ona görə sürətlənib ki, tarixin ən böyük innovasiyası- informasiya texnologiyaları və internet yaranıb. Bu isə innovasiyaların yaranmasına və qlobal yayılmasına böyük imkanlar yaradıb.

 

Anar Miriyev

Palitra.-2016.-22 yanvar.-S.11.