Dünya Təhsil Forumu başa çatdı

 

Təhsilin inkişafı istiqamətində həyata keçirilən forumlar çərçivəsində bu gün ölkəmiz bir sıra beynəlxalq tədbirlərdə təmsil olunur. Belə forumlardan biri də bugünlərdə Londonda təşkil olunan Dünya Təhsil Forumu oldu.

Azərbaycan forumda təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə uğurla təmsil olunub. Bu forumda dünya əhalisinin 80 faizinin yaşadığı ölkələr nazirya nazir müavini səviyyəsində təmsil olunub. Hökumət nümayəndələri ilə yanaşı, təhsil sahəsində nüfuzlu beynəlxalq şirkətlərin və ali təhsil müəssisələrinin nümayəndələri də tədbirdə iştirak edirdilər. Forum Britaniyanın Xarici İşlər Nazirliyi, hökumətin təhsil, biznesinnovasiyalar, beynəlxalq inkişaf departamentləri, həmçinin “British Council” və bir çox sənaye tərəfdaşlarının dəstəyi ilə həyata keçirilib.

Açılış mərasimində İngiltərənin təhsil naziri xanım Nikki Morqan və digər çıxış edənlər forumun əhəmiyyətindən bəhs ediblər. Həmçinin N.Morqan iştirakçılara uğurlar arzulayaraq, tədbirin dünya təhsil sistemindəki ümumi məsələlər, problemlər və ayrı-ayrı ölkələrdəki tədris siyasəti baxımından faydalı olacağına əminliyini ifadə edib. Daha sonra forum sessiyalarla işini davam etdirib.

Təhsil naziri Mikayıl Cabbarov forum çərçivəsində bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanda təhsilin prioritet inkişaf istiqamətləri və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb. Təhsil naziri Mikayıl Cabbarov forumun ikinci günündə “Müəllimlərin işə qəbulu, peşə fəaliyyətlərinin təkmilləşdirilməsi, təlim və tədris keyfiyyətinin yaxşılaşdırılması siyasəti” adlı sessiyada çıxış edib. Nazir qeyd edib ki, 2015-ci il bütün ölkələr üçün təhsildə inkişaf hədəflərini müəyyən etmək, tədris sistemində 2030-cu ilədək davamlı inkişafı təmin etmək baxımından model il olubdur. Təhsil sistemində daxili islahatların, ikitərəfli və çoxtərəfli mübadilələrin təmin edilməsi başlıca məqsədlərdəndir. Bu çərçivədə kurikulum və təkmilləşdirilmiş tədris metodologiyalarının mübadiləsini nümunə göstərmək olar.

Nazir Azərbaycanda təhsil sahəsində aparılan islahatlardan bəhs edərək, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamını misal göstərib. Qeyd edilib ki, müəllim peşəsinin nüfuzunun artırılması sözügedən strategiyanın əsas hədəflərindəndir.

Qeyd edək ki, ölkə başçısının “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamına uyğun olaraq, müəllimlərin əməkhaqqı və dərs yükü artırılıb. Bundan başqa, Prezidentin sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universiteti yaradılıb. Ölkə başçısının fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edilib, eyni zamanda digər sərəncamla Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti yaradılıb. Sərəncamla Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb. Həmçinin Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulub.

Prezidentin sərəncamına əsasən “Doktorantlara, ali təhsil, orta ixtisasilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında dəyişikliklər edilib. Sərəncama müvafiq olaraq, aliorta ixtisas təhsil müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək. Ölkə başçısının müvafiq sərəncamlarına əsasən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazanmış 50 ümumtəhsil məktəbinin hər biri 10 000 (on min), “Ən yaxşı müəllim” müsabiqəsində qalib gəlmiş 100 müəllimin hər biri isə 5 000 (beş min) manat birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb. Nazirlər Kabinetinin qərarı ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu adlandırılıb. “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunun tətbiqi barədə” ölkə Prezidentinin Fərmanından irəli gələn məsələlərlə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb, yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan təhsil müəssisələrinin xərclərinin mərkəzləşdirilmiş maliyyələşdirilməsi barədə mühüm qərar qəbul edilib. 2015-ci ildə ölkə başçısının sərəncamlarına əsasən təhsilin inkişafında xüsusi xidmətlərinə görə 129 nəfər dövlət təltifləri ilə mükafatlandırılıb, o cümlədən 1 nəfərə “Şöhrət” ordeni, 62 nəfərə “Tərəqqi”, 2 nəfərə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı verilib, 4 nəfər “Əməkdar elm xadimi”, 60 nəfər “Əməkdar müəllim” fəxri adı alıb. Eyni zamanda, 2015-ci il ərzində 105 nəfər təhsil işçisi Təhsil Nazirliyinin ”Qabaqcıl təhsil işçisidöş nişanı və 304 nəfər Fəxri Fərmanla təltif edilib.

 

“İstedadlı məzunların işə cəlb edilməsi prioritet məsələ

olmalıdır”

Nazir çıxışında bildirib ki, ali məktəblərə qəbul imtahanında yüksək nəticə qazanan məzunları müəllimlik ixtisasına təşviq edən təqaüd proqramı, modul üzrə ixtisasartırmanın təşkili, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi bu sahədə keyfiyyətcə yeni mərhələnin başladığından xəbər verir. M.Cabbarov diqqətə çatdırıb ki, təhsil sistemi tədris və öyrənmənin ümumi keyfiyyəti üzərində cəmləşməli, istedadlı məzunların işə cəlb edilməsi prioritet məsələ olmalıdır. Bu sahədə Azərbaycan təcrübəsini bölüşən nazir bildirib ki, 2013-cü ildən Azərbaycan Təhsil Nazirliyi mərkəzləşdirilmiş şəffaf imtahan sistemi ilə müəllimlərin işə qəbulu prosesinə başlayıb.

Qeyd edək ki, 2015-ci ildə mərkəzləşmiş qaydada ümumi təhsil müəssisələrinə və peşə liseylərinə tam şəffaf və elektronlaşdırılmış qaydada keçirilən işə qəbulu müsabiqəsində 3068 nəfər işlə təmin olunub, vakant yerlərin tutulma səviyyəsi 38 faiz artıb. Əgər iki il əvvəl müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət edənlərin sayı 17 min olduğu halda, cari ildə onların sayı 41 faiz artaraq 24 min nəfərə yüksəlib. Kənd məktəblərində işə qəbul olunmuş 1800 nəfər gənc mütəxəssisə Nazirlər Kabinetinin qərarına əsasən həvəsləndirmə tədbirləri tətbiq edilib ki, bu da kənd məktəblərini seçənlərin ötən dərs ilinə nisbətən 30 faiz artması deməkdir. Eyni zamanda kənd məktəblərində işləyən gənc müəllimlərə güzəştli şərtlərlə torpaq sahəsinin ayrılması və ipoteka kreditlərinin verilməsi ilə bağlı təkliflər hazırlanaraq müvafiq qurumlara təqdim edilib.

Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan və müxtəlif səbəblərdən əvvəlki diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Həmçinin bir sıra bölgələrdə (Gəncə, Sumqayıt, Şirvan şəhərləri, Abşeron, Cəlilabad, Hacıqabul, Xaçmaz, İmişli, Qubadlı, Masallı, Saatlı və Sabirabad rayonları) dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də diaqnostik qiymətləndirməyə cəlb olunub.

 

“Təhsillərini tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir”

 

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanın Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Birləşmiş Krallıqda təhsil alan bir qrup azərbaycanlı tələbə ilə görüşüb. Nazir Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat verərək tələbələrin təhsili ilə maraqlanıb və onlara uğurlar arzulayıb.

Qeyd edək ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2015-2016-cı tədris ilində gənclərə dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətləri üzrə təhsil almaq imkanı yaradılıb. 2015-2016-cı tədris ili üzrə seçimlərdə uğur qazanmış 373 nəfər Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün xaricə göndərilib. Onlardan 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfər isə baza ali tibbbakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması üçün Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1147 nəfər keçib. Təhsillərini tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir. Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində sonuncu təhsilalanın (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənilir.

Səfər çərçivəsində təhsil naziri, həmçinin bir sıra işgüzar görüşlər keçirib. 2015-ci ildə beynəlxalq QS reytinqində təhsil məktəbləri arasında 1-ci yeri tutmuş London Universitet Kollecinin (UCL) Təhsil İnstitutunun direktoru Endryu Broun ilə görüşdə ölkəmizdə müəllim hazırlığı və onun təkmilləşdirilməsi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

"Microsoft" Şirkətinin təhsil üzrə vitse-prezidenti Entoni Salçito ilə görüşdə isə təhsildə informasiyakompüter texnologiyalarının tətbiq olunması ilə bağlı yeni trendlər, gələcək planlar və ölkəmizdə bu sahədə layihələr ilə bağlı fikir mübadiləsi aparılıb.

Daha sonra təhsil naziri Mikayıl Cabbarov Rusiyanın təhsil və elm naziri Dmitri Livanovla görüşüb. Görüş zamanı Mikayıl Cabbarov rusiyalı həmkarının ötən ilin 19-21 noyabr tarixlərində ölkəmizə rəsmi səfərinin hər iki tərəf üçün məhsuldar və faydalı keçdiyini bildirib. Görüşdə təhsil müəssisələrinə nəzarət və təhsilin müxtəlif səviyyələrində təhsilalanların biliklərinin qiymətləndirilməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsi, eləcə də digər maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.

 

Nigar Abdullayeva

Palitra.-2016.-22 yanvar.-S.13.