“XXI əsrdə işləyən müəllim ənənəvi tədrisi dəyişməlidir”

 

Nubar Qayıblı: “Təhsildə innovasiyaları həyata keçirmək üçün pedaqoji kollektivin buna uyğun potensialı olmalıdır”

Layihə çərçivəsində müsahibimiz Bakı şəhəri T.Məmmədov adına 239 saylı tam orta məktəbin müəllimi Nubar Qayıblıdır. O, təhsildə innovasiyalarla bağlı məsələlərə toxundu:

-Təhsildə innovasiyaların tətbiqini necə dəyərləndirirsiniz?

-Təhsildə innovasiyalar müxtəlif məzmunda ola bilər: məsələn, proqram, təhsil standartları, tədris planları dəyişir. Bunlar dəyişəndə zamandan asılı olaraq əmək bazarına da tələb dəyişir dünya dəyişir, texnologiyalar dəyişir. Eyni zamanda təhsilin məzmununda hökmən dəyişiklik baş verir. Texnologiyaların özünün təhsilə təsiri vasitəsi ilə öyrənmə metodları da dəyişir, elektron təhsil yaranır. Elektron təhsil, distant təhsil bu gün təhsil sahəsində ən böyük innovasiyadır. Təsadüfi deyil ki, bu gün gələcəyin məktəbi haqqında proqnoz verirlər. Əksəriyyəti gələcəkdə məktəb və universitetlərin olmayacağı, öyrənmə prosesinin mobil qurğular vasitəsi ilə yəni mobil telefon və planşetlər, internet vasitəsi ilə həyata keçiriləcəyi fikrini söyləyirlər. Bu, fərdi qaydada öyrənməyə imkan verir. Eyni zamanda bu, dünyanın bir çox universitetlərinin kütləvi onlayn universitetlərə çevrilməsinə şərait yaradır. Bu isə bir professorun mühazirəsinə milyonlarla dinləyicinin qulaq asmasına şərait yaradır. Hazırda “Google” Universitetləri yaradılır. Onun isə bir milyard dinləyicisi olacaq. İstənilən yaşda istənilən ixtisasdan olan dinləyicilər öz ixtisaslarını yüksəltmək üçün iştirak edəcəklər. Bu kurslar pulsuz olacaq. Bax bu texnologiyanın gətirdiyi innovasiyadır. Məzmunda, təşkildə, texnologiyada belə bir tendensiya varsa, mövcud təhsil sistemi artıq tarixin arxivində qalacaq onlayn təhsil hər şeyi əvəz edəcək. Ona görə , ölkələr buna hazır olmalıdır. Bu gün Rusiya Çin kimi dövlətlər buna öz açıq etirazlarını bildirirlər. Onların fikrincə, bu proses bir çox universitetlərin bağlanmasına səbəb olacaq. 10 il bundan sonra əgər həmin dövlətlər universitet yaratmaq istəsələr belə, onlarda bu imkan olmayacaq. Çünki ölkələrin hamısında tələbələr onlayn universitetlərdə təhsil aldıqları üçün bu universitetləri köhnə qaydada bərpa etmək mümkün olmayacaq. Bu, qloballaşmanın xassələridir. Bu yeniliklər ölkələrə innovasiya adı ilə gəlir, amma, bəzən biz bilmirik ki, bu, inovasiyalar 5-10 ildən sonra bizə kimi təhlükə yarada bilər.

-Bu gün təhsil müəssisələrində innovasiya prosesləri necə həyata keçirilir?

-XXI əsrdə işləyən müəllim ənənəvi tədrisi dəyişməlidir. Niyə? Çünki ənənəvi təlimlə keçilən dərslər bir istiqamətlidir. Müəllim deyir, şagird təkrar edir, əzbərləyir bununla da dərs bitir. Nəticə isə müəllimi, şagirdi qane edir. Ənənəvi təhsil müəllimyönümlü olduğu halda, şagirdin bilik bacarıqlarını, yaradıcı qabiliyyətini üzə çıxarmaq mümkün olmur. Bu gün öz üzərində işləyən hər bir müəllim monoton dərsdən imtina edir artıq şagirdyönümlü dərslər qurmağa başlayır. Bəs, bu cür dərsləri necə keçmək olar? Müəllim hansı yeni üsul metodları, texnologiyaları bilməlidir ki, bu cür dərslər keçə bilsin?

İnnovasiya amili informasiya cəmiyyətinə keçidin maraqlı bir xüsusiyyətini aşkar edir: bu gün daha çox elmi informasiya istehsal edən ölkələr yox, bu informasiyadan səmərəli istifadə edən, onları praktikada operativ tətbiq edən ölkələr intensiv inkişaf edir. Çin, Yaponiya, Cənubi Koreya kimi ölkələrin innovativ inkişafında bu amil aydın sezilir. Bu gün innovasiyalar internet vasitəsilə informasiyanın, intellektual sahibkarlığın mühüm növü kimi qlobal fəaliyyət meydanına çevrilməkdədir.

Bu gün təhsil müəssisəsində hər hansı bir müəllimin pedaqoji ideyası var. Onu ənənəvi pedaqogikada olan müəyyən pedoqoji eksperimentlərlə öz təcrübəsinə tətbiq etməlidir. Bu isə müəyyən bir vaxt tələb edəcək. Əgər bu müddət ərzində bu innovasiya nəticə verərsə, bundan sonra yuxarı təşkilatlar öz innovasiyaları haqqında məlumat verə bilərlər. Yaxud da ki, öz innovasiyaları haqqında olan məlumatları internet portallarında yerləşdirə bilərlər. Yəni rəsmi şəkildə hər hansı bir lisenziyası olmasa da, maraqlı bir təcrübəsi kimi internet vasitəsi ilə yayıla bilər. Bunun yayılmasında tətbiqində internetin imkanları var. Digər universitetlərin ya məktəblərin təcrübəsini götürüb onu zənginləşdirmək olar. Hər hansı bir innovasiya proseslərinin idarə edə bilmələri üçün yaxşı olar ki , məktəb direktorunun innovasiyalar üzrə müavinləri olsun. Bu bir çox ölkələrdə var . Zamanla fasiləsiz islahatlar gedir, yeniliklər gəlir . İnnovasiyaların planlaşdırılması, layihələşdirilməsi, icrası, sınaqdan çıxarılması tətbiqinin genişləndirilməsi kimi məsələlər koalisiya edilməlidir.

Məktəblərdə universitetlərdə müxtəlif innovativ ideyalar ola bilər. Söylədiyimiz kimi, bu məsələlər ekspertizadan keçəndən sonra məktəbdaxili universitetdaxili Elmi Şura ya pedoqoji şura qərar qəbul edə bilər. Bu işi layihələşdirib müəyyən tədris ili ərzində həyata keçirə bilərlər. Bu halda innovasiyalar bankı yaradıla bilər. Yəni, hər təhsil müəssisəsində konkret ideyalar layihələr olur, onların həyata keçirilməsi üçün tədbirlər planlaşdırılır həyata keçirilir prosesin sonunda bir ilin yaxud altı ayın sonunda bu innovasiya sınaqdan keçdikdən sonra müəyyən nəticəyə gəlinir.

Ona görə innovasiyalar sistemləşdirilməli, müxtəlif istiqamətlərdə planlaşdırılmalı bunların bir bankı yaradılmalıdır. Sonra isə təhsildə innovasiyalar adlı bir milli portal yaradılmalıdır. Təhsil Nazirliyinin rəhbərliyi ilə layihələr ekspertiza olunub portalda yerləşdirilə bilər, hansısa bir məktəb daha çox yenilikdən ya bir ekspert xidmətindən istifadə edirsə, portaldan lazım olan yenilikləri götürəcək, onu öz kollektivi ilə müzakirə edərək o virtual bankdan öz ideyaları üçün tətbiq edə biləcək.

Ümumiyyətlə, bir məqamı da qeyd edək ki, hər bir innovasiya ehtimallıdır-innovasiyanın tətbiqinin əvvəlində təminat vermək olmaz ki, bu innovasiyanın tətbiqi real nəticə verəcək, ya yox. Məktəbdə daha çox təşəbbüskar, yenilikçi innovator müəllimlər daima yeniliklər axtarır. Çünki onlar ənənəvi texnologiyaların ənənəvi dərsin səmərə vermədiyini görürlər. Beynəlxalq təcrübənin ölkəmizə gətirilməsinin lokallaşdırılmasını lokal bir innovasiyaya çevrilməsi yolu ilə texnologiyaların təhsildə transfer edilməsini qəlbən istəyən peşəkar müəllimlərimiz var. Belə müəllimlərimiz fəallıq göstərir həmin yenilikləri müəyyən mərhələlərlə həyata keçirirlər. Bu mərhələlər ideyanın formalaşmasına, məqsədin müəyyənləşməsinə, innovasiyanın hazırlanmasına, təcrübə sınaq ekspertizanın aparılmasında özünü göstərir. Mövcud struktur çərçivəsində innovasiyaların reallaşması üçün imkanlar var. Xüsusən nəzərə alsaq ki, bu gün bizim ölkəmizdə təhsildə islahatlar gedir, təhsil strategiyasında xeyli yeniliklər həyata keçirilir. Kortəbii şəkildə yenilikləri tətbiq etmək olmaz. Məktəb daim öyrədir, uşaqları imtahana hazırlayır, onlar müəyyən vaxtdan sonra gedib TDQK-da imtahan verir. Bu yenilikləri gətirsək bu yeniliklər nəticəsində uşaqların biliyi ola bilər ki, mənfi istiqamətdə inkişaf etsin. Əminlik yoxdur ki, bu yeniliklər müsbət nəticə verəcək. Ona görə burada məsuliyyət var. Düşünürəm ki, təhsil innovasiyaları müəyyən çətinliklər törədir, burada ekspertiza olmalıdır. Təhsildə innovasiyaları həyata keçirmək üçün pedaqoji kollektivin buna uyğun potensialı olmalıdır. Çünki istənilən kollektivdə yeniliyi həyata keçirmək mümkün deyil. Bunun üçün innovasion potensial olmalıdır. Yəni, ekspertizanın ilk işi həmin pedaqoji kollektivin pedaqoji imkanlarını ya universitetin resurslarının ekspertiziyası olmalıdır. Kollektivlərdə yenilikçi müəllimlər çoxdur. İlin müəllimi seçilənlər, elmi dərəcəsi olanlar, olimpiada qalibi olan şagirdlər var. Belə bir məktəblərdə innovasiyanı planlaşdırmaq, həyata keçirmək mümkündür. Əgər innovativ potensial yoxdursa, onda müəssisədə isə bir yenilik etmək çətin olacaq. Bizim təhsilimizin innovasiyalara çox böyük ehtiyacı var. Son vaxtlar təhsil müəssisələrində hamı tərəfindən indiyədək qəbul edilmiş idarəetmə sistemi dövlət-ictimai idarəetmə sistemi ilə əvəz olunmağa doğru istiqamətlənib. Təhsil sistemində təhsilin məzmununun yeniləşdirilməsi, yeni təlim texnologiyalarının tətbiqi mühüm innovasiya fəaliyyətlərindəndir. Təhsil prosesinin təşkilində innovasiyalar daha çox kütləvi xarakter almaqdadır: beşgünlük həftəsinə keçilməsi, sinifdaxili diferensiallaşma, ümumtəhsilin müxtəlif təhsil sahələri üzrə təmayülləşdirilməsi digərləri. Tətbiq olunan bu innovasiyaların səmərəliliyinin qiymətləndirilməsində olan çətinliklər təhsil sistemimizdə bir çox problemlərin həllini hələlik çətinləşdirir. Ona görə təhsil müəssisəsində idarəetmə sisteminin quruluşu, təhsilin məzmunundakı yeniliklər, yeni təlim texnologiyalarının tətbiqi vəziyyəti, pedaqoji monitorinqin hazırlanması işlək mexanizminin yaradılması, pedaqoji kollektivin eksperimental-təcrübi işlərinin təşkili müntəzəm təhlil edilib qiymətləndirilməlidir.

 

Anar Miriyev

Palitra.-2016.-23 yanvar.-S.11.