Elmi işçilər dövlət proqramlarının hazırlanmasına cəlb olunacaq (Yenilənib)

 

Milli Məclisinin Elm və təhsil komitəsinin 2016-cı ildə ilk iclası keçirilibiclasda yeni hazırlanan “Elm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Komitə sədri İsa Həbibbəyli bildirib ki, ötən ilin fevralında “Elm haqqında” qanun layihəsinin parlamentdə birinci oxunuşda müzakirəsindən sonra sənədə əlaqədar qurumlarla birgə baxılıb. Ötən müddətdə ölkədə və beynəlxalq aləmdə baş verən proseslər, elm sahəsindəki yeniliklər nəzərə alınmaqla layihə xeyli təkmilləşdirilib, müasir dövrün tələblərinə uyğunlaşdırılıb. Qanun prosesləri öz arxasınca aparmalı, stimullaşdırmalı, genişləndirməlidir”, - deyən komitə sədri qeyd edib ki, sənədə bir sıra yeni müddəalar, o cümlədən innovasiya və sahibkarlıq fəaliyyəti, multikulturalizm, tolerantlıqla bağlı yeni maddələr salınıb.

Komitə sədri bildirib ki, Azərbaycanda elmi tədqiqatçılara rəsmi ekspert statusu veriləcək və onlar dövlət proqramlarının hazırlanmasına cəlb olunacaq. O deyib ki, yeni qanunda 14.7-ci bənd kimi təsbit olunan bu təklifin müəllifi deputat, hüquqşünas Elşad Həsənovdur. Bildirilib ki, elmi işçilərin dövlət proqramlarına cəlb olunması ilə həm onlar əlavə gəlir əldə edəcəklər, həm də dövlət müxtəlif proqramların hazırlanmasında digər mütəxəssislərlə yanaşı, elmi işçilərin də fikirlərindən faydalanacaq. İ. Həbibbəylinin fikrincə, bu, elmi işçilərin elmi fəaliyyətini də stimullaşdıracaq.

 

AMEA-nın müxbir və həqiqi üzvlüyü elmi rütbələr hesab olunacaq

İ.Həbibbəyli onu da bildirib ki, Azərbaycan qanunvericiliyinə yeni - elmi rütbələr anlayışı daxil edilir. Onun sözlərinə görə, qanunvericilikdə elmi adlar, elmi dərəcələr olsa da, elmi rütbələr anlayışı yoxdur: “Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri var. Bu, onların elmi rütbələri hesab edilir. Buna görə də “Elm haqqında” qanun layihəsinə elmi rütbələr anlayışı da daxil edilib”. İ.Həbibbəyli qeyd edib ki, “Elm haqqında” qanun layihəsinin yeni variantında dövlətin təhlükəsizliyini təmin edən sahələr üzrə məhdudiyyət saxlanılmaqla, elmi fəaliyyətlə məşğul olmağa görə qoyulan məhdudiyyətlər aradan götürülüb. Komitə sədri hesab edib ki, bu gün elmi fəaliyyətin məhdudlaşdırılmasına ehtiyac yoxdur. İ.Həbibbəyli qeyd edib ki, layihədə tədqiqat universitetlərinin yaradılması ideyası da dəstəklənib. Onun sözlərinə görə, büdcə imkan verdiyi zaman belə universitetlərin yaradılması həyata keçiriləcək.

Komitə sədri hesab edir ki, ehtiyac olduğu təqdirdə Təhsil Nazirliyi özüelmi tədqiqat müəssisələri açmaq hüququna malik olmalıdır. O əlavə edib ki, layihəyə elmi fəaliyyət üçün olduqca zəruri olan sahənin- elmi eksedisiyaların təşkilinin tənzimlənməsi ilə bağlı maddənin əlavə edilməsi zəruri sayılıb.

İ.Həbibbəylinin fikrincə, AMEA və elmi müəssisələr üçün elmi məqsədlərlə əlaqədar gətirilən və Azərbaycanda istehsal olunmayan zəruri avadanlıqlara görə vergi güzəştləri olmalı və ya bu vergilər tamamilə ləğv edilməlidir. İ.Həbibbəyli bunu həmin avadanlıqların gətirilməsinin elmi məqsədlərlə bağlı olması, onlardan birbaşa mənfəətin əldə edilməməsi ilə izah edib.

İ.Həbibbəyli qeyd edib ki, layihəyə görə, dövlət elmelmi-texniki fəaliyyət sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılmasını təmin edirbu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyən olunmuş qaydada güzəştlər verir.

Müzakirələrdən sonra layihənin 2-ci oxunuşda Milli Məclisin yaz sessiyasının gündəliyinə daxil edilməsi tövsiyə edilib.

 

Magistraturanı bitirənlərin 30 faizi doktoranturaya sənəd verir

Komitə sədri bildirib ki, indiki halda magistraturadan elmə gələnlərin sayı dövlət qulluğunda işləmək üçün imtahan verənlərin sayından ən azı 3 dəfə azdır. Hazırda magistraturanı bitirən məzunların 20-25, maksimum halda 30 faizinin doktoranturada təhsil almaq üçün sənəd verdiyini deyən İ.Həbibbəyli qeyd edib ki, məzunların təxminən 70 faizi elmi fəaliyyətlərini davam etdirmək üçün doktoranturaya gəlmirlər: “Magistraturanın əsas məqsədi elmi fəaliyyəti elmi-pedaqoji fəaliyyəti davam etdirməklə bağlıdır. Amma cəmiyyətdə buna fikir müxtəlifdir. Magistrlərin əksəriyyəti dövlət qulluğunda işlə təmin olunurlar. Biz magistrantların dövlət qulluğunda işlə təmin olunmasının əleyhinə deyilik. Amma indiki halda magistraturadan elmə gələnlərin sayı dövlət qulluğunda işləmək üçün imtahan verənlərin sayından ən azı 3 dəfə azdır”. İ.Həbibbəyli deyib ki, magistraturanı bitirən məzunların dövlət qulluğuna işə daxil olması AMEA, Təhsil Nazirliyi ali məktəblərin gənc kadrları işə cəlb etməsinə müəyyən qədər maneə yaradır. Ona görə layihədə gələcəkdə magistratura üzrə təhsilin iki istiqamət - ixtisas tədqiqat magistraturası üzrə təşkil edilməsi təklif edilir. İ.Həbibbəyli qeyd edib ki, ixtisas magistraturasında oxuyanlar bakalavr səviyyəsində ixtisasları üzrə aldıqları biliklərini magistratura səviyyəsində daha da artıracaqlar bakalavrdan daha üstün mütəxəssis olacaqlar. Tədqiqat magistraturasıni bitirənlər isə elmi tədqiqat işi elmi pedaqoji fəaliyyətlə məşğul ola, doktoranturaya sənəd verə bilərlər.

Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Eynullayev isə bildirib ki, ixtisas magistraturasını bitirənlər elmi fəaliyyətlə məşğul ola bilməzlər. Bu isə onların sonradan elmi fəaliyyətlə məşğul olma istəklərini reallaşdırmağa imkan verməyəcək. Aparat rəhbəri bu baxımdan həmin halı düzgün hesab etməyib.

 

Nigar Abdullayeva

Palitra.-2016.-28 yanvar.-S.6.