“İELTS imtahanlarına hazırlıq üçün lazım olan şəraiti orta məktəblərdən başlamaq lazımdır”

 

Əli Fərhadov:“Hazırlıq olmadan və şərait yetişmədən doktorantlardan xarici dildə yüksək nailiyyətlər tələb etmək ziddiyyətli nəticələr yaradarelmin inkişafında faydalı olmaz

 

Əli Fərhadov 1975-ci ildə anadan olub. Türkiyə Respublikası Mərmərə Universitetində dinşünaslıq üzrə bakalavr, sosiologiya mədəni antropologiya üzrə magistr, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində multikulturalizm təhsili alıb. Hazırda Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi dissertantıdır. 40-a yaxın elmi məqaləsi, 3 tərcümə kitabı ölkə daxilində xaricdə nəşr olunub. Gənc alimlərlə bağlı olaraq, o, fikirlərini bizimlə bölüşdü.

-Hazırda gənc alimlərin hansı problemləri var? Bu problemləri necə təsvir edərdiniz?

- İlk növbədə, “Alim kimdir cəmiyyətdə kimi bir funksiya icra etməlidir?” - sualına cavab verməliyik. O, bir kompüter ya bir kitab əzbərçisidirmi, cibində hansısa alimlik dərəcəsi yazılan diplomu olan şəxsdirmi, yoxsa öz xalqının bəşəriyyətin ictimai-siyasi, mədəni, mənəvi problemlərinə elmi yollarla həll yolu axtaran ziyalıdırmı? Burada biz - elm elm üçündür, elm şəxsi mənfəət üçündür ya elm insanlıq üçündür kimi cavablarla qarşılaşırıq. Əlbəttə, bizim nəzərimizdə elm - alimə maddi fayda verməklə yanaşı, millətin bəşəriyyətin ictimai-siyasi, mədəni, mənəvi inkişafına da xidmət etməlidir, deyə düşünürük. Əks təqdirdə, o elm millətin bəşəriyyətin məhvinə səbəb olar. Kütləvi qırğın silahları, kimyəvi-bioloji silahlar bəşəriyyətin ən böyük kabuslarıdır. Bu yolda olan ya təkcə öz mənfəətini düşünən alimlərə insanlığın ehtiyacı yoxdur. Alim, ilk növbədə ziyalı elmini milli, bəşəri, ictimai, mədəni, mənəvi inkişaf yolunda sərf edən şəxs olmalıdır. Mütəfəkkir Əli Şəriəti - “Bizim dərdimiz xalqımızın cəhaləti savadsızlığı deyil, ziyalılarımızın yarımçılığı, yarım təhsilliliyi, yarım savadlılığıdırdeyərkən məhz bunu nəzərdə tutmuşdu. yaalim öncə öz xalqının ehtiyaclarına həll yolu axtaran adam olmalıdır” - deyən böyük Azərbaycan şairi mütəfəkkiri Seyid Əzim Şirvanini nümunə göstərə bilərik. XX əsrin əvvəllərindəQuran”ın azərbaycanca ilk təfsirini yazan Bakı qazısı Mir Məhəmməd Kərim əl-Bakuvi kimi alimlər öz elmlərini məhz yaşadıqları cəmiyyətin milli istiqamətdə maariflənməsi üçün sərf etmişdilər. Məsələn, əl-Bakuvi elmin faydasını izah edərkən “Elm nicat həyata səbəbdir, gəda fəqiri sultan edərdeyir. Yenə əl-Bakuvi deyir ki, “insanlar iki qismə bölünür: birisi alim, o birisi elm öyrənən, onlardan başqası isə həşərat qismindədir”. Müasir dövrümüzdə ölkəmizdə alimlər bu kimi ziyalıları nümunə götürməli, təkcə elmi ad mənfəət dalınca qaçmamalı, öz elmlərini ictimai tərəqqi yolunda sərf etməlidirlər. Lakin onların qarşılaşdığı bir sıra problemlər var ki, bunlar əsasən üç istiqamətlidir: Bunlardan birincisi - maliyyə problemləri: az maaş, mənzil təminatının olmaması s.; ikincisi - cəmiyyətimizdə kök salmış stereotiplərdir: “nəyi demək olar, nəyi demək olmaz; xalq bunu anlamaz ya hazırkı ictimai-siyasi situasiya buna uyğun deyilkimi stereotiplər; üçüncüsü isə bəzi alimlərimizdə görülən milli ideologiya yoxluğu, xalqı anlamamaq, onun dərdi ilə dərdlənməmək ziyalılıq əksikliyidir ki, bu da milli inkişafımızın irəliləməsində başlıca amillərdən biridir.

- Gənc alimlərin elmi tədqiqatlarla kifayət qədər məşğul olmaları üçün hansı şərtlər mövcuddur?

- Zahirən bütün şərtlər var kimi görünür. AMEA universitetlər fəaliyyət göstərir s. Hər il diplom alanlar ya elmi dərəcə alanlarımız var. Amma layiq olmayanların alim adı yolunda sürətlə irəliləyə bilməsi, maaş problemi, həqiqi elm adamlarına olan maneələr - bunlar bir sıra hallarda həqiqi elm adamlarına maneə yaradır.

- Gənc alimlərin yetərincə elmi tədqiqatlarla məşğul olmaları daha effektiv fəaliyyət göstərmələri üçün nələri təklif edərdiniz?

-İlk növbədə elmi tədqiqatçıların, özəlliklə AMEA elmi işçilərinin maaşları bazar iqtisadiyyatı reallığı standartlarına yaxınlaşdırılmalı, xaricdə elmi araşdırma aparmaq istəyənlərə maddi imkanlar yaradılmalı, layiq olmayanların müxtəlif yollarla elmi ad yolunda irəliləməsinin qarşısı qətiyyən alınmalıdır ki, digərlərində ruh düşkünlüyü yaratmasın.

- Gənc tədqiqatçıların əsas məsələlərindən biri elmi dərəcə almaq üçün bürokratik əngəllərlə qarşılaşmaları ilə bağlıdır. Bu barədə hansı fikirləriniz təklifləriniz var?

- İlk növbədə, elmi adı müdafiə məsələləri sürətləndirilməli, uzun-uzadı sürən müzakirə seminarların vaxtı qısaldılmalıdır. İkinci olaraq elmi işlə məşğul olmağa səhhəti imkan verməyən yaşlı alimlərin öz yerlərini gənclərə verməsi üçün elmi, idari, inzibati islahatlar vacibdir. Üçüncü olaraq isə elmlə məşğul olanların maddi olaraq stimullaşdırılmasıdır ki, bunsuz insanları elmə cəlb etmək imkanları məhduddur. Məişət dərdi çəkən birindən, 3-4 dalınca qaçan şəxsdən yüksək elmi nailiyyətlər gözləmək bir qədər sadəlövhlükdür.

- Bu yuxarıda qeyd edilən məsələ ilə bağlı dünya standartlarına uyğun hansı islahatlara ehtiyac var?

- Mən Türkiyə nümunəsini vermək istərdim. Şəxsən mənim orda təhsil aldığım 90-cı illərdə illərlə sürünən doktorantlarla ya pensiya yaşı çatıb, işə zorla gəlib-gedən elm adamları ilə nədənsə heç rastlaşmadım. Həm dövlətin elm adamlarına maddi mənəvi qayğısı öz bəhrəsini orda verirdi gəncləri elmlə məşğul olmağa sövq edirdi. Onlar elmlə məşğul olmağın maddi faydasına inanırdılar. İnanıram ki, indi belədir. ya Qərb ölkələri, onlar məhz maddi təkliflərlə az inkişaf etmiş ölkələrin alimlərini özlərinə cəlb edərək öz ölkələrinin inkişafına nail olurlar. Əvəzində isə elm adamlarının kütləvi şəkildə tərk etdiyi ölkələr Qərbin assimilyasiyasına daha çox məruz qalırlar. Bütün bunlarsa elmin inkişafına yol açmayan millətlərin ümumi inkişafdan geri qalmasına səbəb olur.

-Fəlsəfə doktoru(PHD) dərəcəsi almaq üçün indi əsas şərtlərdən biri İELTS imtahanından minumum 7 bal toplamaqdır. Halbuki daha aşağı balla xarici universitetlərin təqaüd proqramlarını qazanmaq üçün imkan yaradılır. Bizdə bununla bağlı bu ziddiyyəti necə ifadə edərdiniz?

- Xarici dil bizim elm təhsil sistemində ən acı problemlərdən biridir. Orta məktəblərdən başlayan dil tədrisi sistemi, nədənsə, öz bəhrəsini vermir. Məncə, burada Qərb standartlarına müraciət etmək onlardan bəhrələnmək lazımdır. Bu standartlara çatmaq üçün lazım olan şəraiti hazırlamadan doktorantlardan bunu tələb etmək elm üçün süni bir əngəl yarada bilər.

-Bu yuxarıda qeyd edilən məqamla bağlı daha hansı təklifləriniz var?

- Məncə, İELTS imtahanlarına hazırlıq üçün lazım olan şəraiti orta məktəblərdən başlamaq lazımdır. Hazırlıq olmadan şərait yetişmədən doktorantlardan xarici dildə yüksək nailiyyətlər tələb etmək ziddiyyətli nəticələr yaradar elmin inkişafında faydalı olmaz.

-Gənc alim tədqiqatçıların maddi-sosial baxımdan stimullaşdırılması ilə bağlı hansı təklifər irəli sürərdiniz?

- Maaşlar real bazar iqtisadiyyatı reallığına çatdırılmalıdır, elmi işçilərin maaşlarının dəfələrlə artırılması, evsizlərin evlə təmini, xaricdə elmi tədqiqat aparmaq istəyənlərə maddi imkanın təmin edilməsi şərtləri yerinə yetirilmədən daha real effektiv elmi nəticələr gözləmək çətindir. Doğrudur, dövlət bunun üçün müəyyən tədbirləri artıq reeallaşdırmağa başlayıb. Bununla belə, AMEA sistemi nümunəsində bu şərtlər yerinə yetirilmədiyi müddətdə, kişi elmi işçilərin normal maaş məqsədilə elmdən uzaqlaşması ya elmi işlə bərabər, müxtəlif işlərə yönəlməsi reallığı güclənə bilər ki, bu da yaxşı hal olmazdı. Elmi potensialı olanların elmdən uzaqlaşması təsadüfi şəxslərin burada yolunu açır ki, bunun da acı nəticələri yaxın gələcəkdə öz təsirini göstərəcək. Ulu öndər Heydər ƏliyevTəhsil millətin gələcəyidirdeyib. Həqiqətən , millətimizin gələcəyini düşünürüksə, elm adamlarına dövlətin maddi qayğısı daha da artırılmalıdır. Əks təqdirdə, elm adamlarımızın, gənc alimlərin xaricə axını ya məişət problemləri səbəbilə elmdən uzaqlaşması nəticəsində elmi potensialımız zəifləyə bilər.

 

İlkin AĞAYEV

Palitra.-2016.-29 yanvar.-S.11.