“Tələbələrimiz lazımi anlarda birgə olub,
bir-birinə sahib çıxmağı
bacarırlar”
Tural Qəribov: “Ötən illərlə
müqayisədə indi Osmanqazi
Universitetində daha çox
azərbaycanlı tələbə var”
Müsahibimiz Tural Qəribov 1993-cü ildə Bakıda anadan olub. İlk təhsilinə
1999-cu ildə Xətai
rayonunda 55 saylı orta məktəbdə başlayıb. 2010-cu ildə
Xətai rayonu Heydər Əliyev adına liseydən
məzun olub. Elə həmin il Türkiyənin
Eskişehir şəhərində
Osmanqazi Universitetinin İqtisad bölümünə
qəbul olub. Hazırda bu universitetin sonuncu kurs tələbəsidir.
Eyni zamanda Eskişehir Anadolu Universitetinin Açıköğrətim fakültəsinin
(distant təhsil) Beynəlxalq
əlaqələr bölümündən
2015-ci ildə məzun
olub.
-Xaricdə təhsilin hansı üstünlükləri var?
- Təbii ki, təhsil daha çox tətbiqə yönəlik oduğundan öyrəndiklərimizi daha
da təkmilləşdirməkdə
üstünlüyümüz olur.Bundan əlavə, xaricdəki universitetlər
tələbələrə daha çox sosial fəaliyyət imkanı yaratmaqdadır.Yəni
dərslərin daha da maraqlı bir hala gəlməsi
üçün müəllimlərin
əllərindən gələni
etdiklərini çox
rahat deyə bilərəm.Dərsə hazırlıq
mövzusunda əlinin
altında xeyli mənbələr olur və əslində, araşdırma etdiyiniz hər hansısa mövzu haqqında məlumatlar əldə etmək elə də çətin olmur.Hansı xarici ölkə olursa olsun, fərqi yoxdur, amma o ölkənin dilini daha dərindən öyrənmək fürsətimiz
olur.Yəni, sadəcə,
Türkiyə üçün
bu, bir az
asan bir iş kimi gələ
bilər, amma bu dəqiqə dünyanın bir çox ölkəsində
təhsil alan azərbaycanlılar var ki, bir neçə
dildə rahat şəkildə danışa
bilirlər.Dərslərdən əlavə olaraq belə bir şeyi
də deyə bilərəm ki, təhsili bir kənara qoysaq, dünyagörüşünün dəyişməsi və öz-özünü idarəetməni
insan daha yaxşı öyrənir.Çətinliklərlə
qarşı-qarşıya gələndə
ən doğru qərarı verə bilmək, ya da hər hansısa
səhv qərarın
acı nəticələri
insanı həyatla bağlı daha da təcrübələndirə
bilir.
-Universitetinizdə
azərbaycanlı tələbələr
hansı keyfiyyəti ilə seçilirlər?
-Əvvəlcə bunu qeyd edim ki,
ötən illərlə
müqayisədə indi
Osmanqazi Universitetində
daha çox azərbaycanlı tələbə
var. Təəssüf ki,
kəmiyyət çoxaldıqca
keyfiyyətdə bir irəliləmə olmayıb,
hətta mən deyərdim ki, keyfiyyət səviyyəsi
düşüb.Çünki insanların sayı çoxaldıqca ortaya atılan fikir sayı da istər-istəməz
artır və heç də arzulamadığınız mühit
yaranır. Amma ümumi bir
dəyərləndirmə lazım
olsa, sadəcə, lazımi anlarda birgə olub, bir-birinə sahib çıxmağı
bacarırlar. Əslində,
hədəfləri təhsildən
başqa hər şey olan gənclərimiz
də, təəssüf
ki, az
deyil.Amma ən azından bizim universitetdə düşüncəli,
ölkəmizlə bağlı
hər hansısa bir tədbirdə dediyim kimi əllərindən
gələni etməyə
hər zaman hazırdılar.
-Universitetdaxili tədbirlərdə
aktivlik göstərə
bilirsizmi?
-Qeyd etdiyim kimi,
xaricdə təhsilin ən üstün cəhətlərindən biri
də sosial fəaliyyətlə bağlıdır.Bizim
də universitetimizdə
bir çox tələbə təşkilatları,
klubları var. Hər
fakültədə bir
neçə birliyin olduğunu deyə bilərəm.Mən də
əlimdən gəldiyi
qədər universitetdə
fəal bir tələbə olmağa
çalışıram.Hətta arxada qalan 2 il ərzində universitetdaxili klub olan Karyera və
İnkişaf Klubunda idarə heyətində fəaliyyət göstərmişəm.Bu
dövr ərzində
bir sıra tədbirlər təşkil
etmişik ki, idarə heyəti olaraq da hər
zaman öndə yer almışam.Bundan əlavə, universitetimizdə
artıq ənənənə
halına gələn
və hər il mart ayında keçirilən Karyera günləri proqramı da var ki,
bizim universitetdən məzun olan və hazırda yüksək vəzifələrdə
çalışan, eləcə
də Türkiyənin
öndə gedən önəmli şirkətlərinin
nümayəndələri həm
seminarlar hazırlayır,
həm də bizim gələcəkdə
necə bacarıqlı
ola biləcəyimiz mövzusunda əllərindən
gələn yardımı
edirlər.Bu tip tədbirlərdə
də hər zaman aktiv olmuşam.Amma
indi məzuniyyət səbəbi və magistr hazırlıqlarına
görə, təbii ki, bu fəaliyyətlərdən
bir az geri
çəkilmişəm.
-Ümumiyyətlə,
azərbaycanlı tələbələrin
ictimai fəallığı
hansı səviyyədədir?
- Ümumi dəyərləndirəndə
“hamı fəaldır”
deyə bilməsək
də, çoxunda ən azından nəsə bir fəaliyyətdə olmaq istəkləri var. Eskişehirdə
missiyası Azərbaycanı
daha da yaxından
tanıtmaq olan Eskişehir Azərbaycanlılar
Dərnəyi fəaliyyət
göstərir və müntəzəm olaraq
biz bu dərnəyin toplantılarında iştirak
edirik. Burada əlamətdar günlərlə
bağlı nələr
edə biləcəyimizə
dair fikir mübadiləsi aparırıq.Bu
toplantılarda tələbələr
yenilikçi fikirlər
irəli sürürlər
və istər-istəməz
hiss olunur ki, əllərində fürsət
olsa, daha yaxşı işlər görə bilərlər.Mənə
görə ən böyük problem özünəinamın
yetərli səviyyədə
olmamasıdır. Əslində,
bizim tələbələrimiz
var ki, Eskişehirdəki
bir çox qeyri-hökumət təşkilatları
ilə bağlantı
içindədir və
əllərindən gəldiyi
qədər bu birliklərin yardımı
ilə də Azərbaycan adına
daha çox işlər görməyə
çalışırlar. 20
yanvar, 26 fevral, 28 may kimi günlərdə həmin birliklərin də bizə dəstək olmasına kömək olurlar.
-Orada oxuyan, digər xalqlardan olan tələbələrin Azərbaycanla
bağlı məlumatları
varmı?
-Şəxsən mən öz adımdan deyə bilərəm ki, bunu qarşıma
bir hədəf qoymuşam və orada tanış olub söhbət etdiyimiz xarici tələbələr olsun
və ya elə türk tələbələr olsun,
Azərbaycan haqqında
məlumatlar verirəm.Bundan
əlavə, hər il may ayında Eskişehirdəki bütün
xarici ölkələrin
tanıtımı olur
ki, bu günlərdə
də ölkəmizi lazımınca tanıtdığımıza
inanıram.Məsələn, belə bir şey
deyə bilərəm
ki, 2014-cü ilin yay aylarında Azərbaycan-Ermənistan sərhədi
boyunca atəşkəsin
pozulması və bir neçə əsgərimizin şəhid
olmasından sonra Eskişehirdə yaşayan
bir azərbaycanlı tələbə dostumuz öz evindən “Çarşı” dediyimiz
şəhər mərkəzinə
qədər əlində
plakat və şüarlarla tək yürüşə başladı.Təbii
ki, insanların diqqətini çəkən
bu hadisə, əslində, həm orada ona yaxınlaşıb
məqsədinin nə
olduğunu soruşanlara,
həm də qıraqdan onu izləyənlərə əlindən
gəldiyi qədəri
ilə öz fikrini çatdırdı
və bu yolla Ermənistanın keçmişdən bu günə qədər davam edən təcavüzünü həm
qınamış oldu,
həm də insanları məlumatlandırdı.
-Ölkəmizin təbliği istiqamətində
hansı işlər görürsüz?
-Yuxarıda da qeyd etdiyim kimi,
bu fəaliyyətləri
çox vaxt Eskişehir Azərbaycanlılar
Dərnəyi olaraq etməyi daha uyğun görürük.Çünki
istər 20 yanvar və ya 26 fevral
tarixlərində yürüşlər
olsun, istərsə də hər hansısa bayramlarda olsun, insanları bəlli bir məqsəd uğrunda birləşdirməkdə, bəlli
bir qurumun rolu böyükdür.Bundan
əlavə, yürüşlər
üçün icazələrin
alınması, yaxud məlumatların Eskişehir
mediasında yer almasında dərnəyin
rolu çox böyükdür.Azərbaycanla bağlı hər önəmli gündə ən azından müəyyən toplantılar
və seminarlar hazırlanır. Sadəcə,
keçdiyimiz bir il ərzində
öncəliklə Xocalıda
şəhid olan 613 həmvətənimiz üçün
613 ağac əkərək
Xocalı şəhidlər
adına Xatirə Meşəsi yaratdıq. Bundan əlavə, 28 May-Respublika
Günü çox böyük təntənə
ilə qeyd olundu. Bu tədbirdə
həm də məzun olacaq tələbələr də
unudulmadı.Həmçinin Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günündə
Türkiyədə yaşayan
bütün soydaşlarımız
və buradakı tələbələr toplanaraq
bu bayramı qeyd etdik. Ən son olaraq dərnəklə bağlı fəaliyyətlərimizdən
20 Yanvar günü Eskişehirdə Vahid Mustafayevin “Qanlı Yanvar” filmini nümayiş etdirdik və o gecə yaşanan hadisələrlə
bağlı insanlara məlumatlar verildi.
-Siz, eyni zamanda distant təhsil alıbsız. Bu təhsilin hansı
özəlliyi var?
-Əslində, Beynəlxalq
əlaqələr fakültəsini
oxumaq hədəflərimdən
biri idi.Amma mən bunu iqtisad
bölümünü bitirdikdən
sonra oxumağı düşünürdüm. Lakin ora
gedəndə Eskişehirdə
belə bir fürsətin olduğunu öyrəndim və başvurdum. Öncə
4 ildə 2 diplomun olması özü, məncə, ən böyük üstünlükdür.İki
diplomun olması insana gələcəkdə
hansı sektorda özünü daha rahat hiss edirsə, o sektorda var olmağa
imkan verir.Bunun bir üstünlüyü
də budur ki, insanın ikinci bir şansı
olur, ya da cıxdığı yolu dəstəkləyəcək
bir bölümdə ikinci diploma sahib olaraq da yolunda daha
inamla irəliləyə
bilir.
Fuad Hüseynzadə
Palitra.-2016.-30 yanvar.-S.11.