İstanbulda XX Avrasiya İqtisadi Zirvə toplantısı keçirilir

 

“Avrasiya məkanında sosial rifahı, əməkdaşlığı və sabitliyi təhdid edən amillərdən biri həll olunmamış münaqişələrdir”

 

İstanbulda Mərmərə Qrupu StratejiSosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XX Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb. AZƏRTAC-ın da informasiya dəstəyi verdiyi Zirvə toplantısında Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur. Toplantıda dövlət və hökumət rəsmiləri, diplomatlar, beynəlxalq təşkilatların təmsilçiləri, KİV və QHT nümayəndələri iştirak edirlər.

Mərmərə Qrupu StratejiSosial Araşdırmalar Vəqfinin fəaliyyətini əks etdirən film göstərilib. Filmdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətlərinə dair kadrlar da yer alıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan Prezidentinin toplantı iştirakçılarına təbrik məktubunu oxuyub. Təbrik məktubunda bildirilir ki, artıq Mərmərə Qrupu StratejiSosial Araşdırmalar Vəqfinin təşkil etdiyi toplantılar regional əməkdaşlığın mühüm platformalarından birinə çevrilib. Qeyd edilir ki, Azərbaycan uzun illərdən bəri region dövlətləri arasında münasibətlərin inkişafı, ölkələrin iqtisadi potensialının, təbii ehtiyatlarının nəqliyyat və logistika imkanlarının əməkdaşlıq və tərəqqi məqsədlərinə yönəlməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Hazırda təşəbbüskarı və əsas icraçılarından olduğumuz “Cənub Qaz Dəhlizi” layihəsi üzrə işlər uğurla davam etdirilir, Asiya ilə Avropanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun inşası artıq yekunlaşmaq üzrədir. Vurğulanır ki, Avrasiya məkanında sosial rifahı, əməkdaşlığı və sabitliyi təhdid edən amillərdən biri həll olunmamış münaqişələrdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi indiyədək ölkəmizin inkişafı yolunda əsas əngəl olaraq qalır. Ermənistan xarici havadarlarının köməyi ilə Azərbaycanın iyirmi faizdən artıq ərazisini işğal edib, etnik təmizləmələr və soyqırımları törədib. Energetika naziri Natiq Əliyevin sədrliyi ilə açılışı olan Zirvə toplantısında Mərmərə Qrupu StratejiSosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin məruzəsi dinlənilib. O, Zirvə toplantısının önəmindən, iştirakçıların inkişaf və tərəqqiyə, separatizmə və terrorçuluğa qarşı mübarizəyə böyük önəm verməsindən danışıb. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İlielan olunmasının əhəmiyyətindən bəhs edən məruzəçi vurğulayıb ki, Zirvənin bir panelinin İslam həmrəyliyi mövzusuna həsr edilməsi Azərbaycan Prezidentinin bu təşəbbüsünə dəstəkdir. Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi təcavüzkar siyasətini beynəlxalq hüquqa və insanlığa qarşı dözülməz bir cinayət kimi dəyərləndirən Akkan Suver işğalçı qoşunların Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı sülhsevər dünya ictimaiyyətinə çağırışlar edib. Rəsmi hissədə Makedoniya Respublikasının Prezidenti Georgi İvanov, Albaniya Respublikasının Prezidenti Buyar Nişani, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç, Türkiyə Respublikası Baş nazirinin müavini Mehmet Şimşək, BMT Sivilizasiyalar Alyansının rəhbəri Nassir Əbdüləziz Əl-Nasser, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, İstanbul Ticarət Palatasının sədri İbrahim Çağlarİstanbul Hazır Geyim İxracatçıları Birliyinin sədri Mustafa Gültəpə çıxış ediblər. Sonra bir qrup şəxsə, o cümlədən QDİƏT Parlament Assambleyasının baş katibi Asəf Hacıyevə Mərmərə Qrupu StratejiSosial Araşdırmalar Vəqfi ilə on illik səmərəli əməkdaşlığa görə Vəqfin “Şərəf” medalı təqdim olunub. Rəsmi hissədən sonra Akkan Suverin sədrliyi ilə “Davam edən enerji, telekommunikasiya, nəqliyyat, iqtisadiyyatın inkişafında istehsal və tələbat” və “Avropa İttifaqının qarşılaşdığı hədə-qorxular və gələcək qayğılar” mövzularında panel iclaslar keçirilib. Birinci paneldə çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev Xəzər dənizinin Azərbaycan hissəsindəki karbohidrogen ehtiyatlarının tədarükü və nəqli ilə bağlı həyata keçirilən layihələrin əhəmiyyəti barədə geniş məlumat verib. Panellərdə Rumıniyanın keçmiş Baş naziri Viktor Ponta, Moldova Respublikası İcraçı Komitəsinin və Qaqauz Yerinin (Qaqauziyanın) başqanı İrina Vlax, Makedoniya Ticarət Palatasının sədri Danela Arsovska, Mərmərə Qrupu StratejiSosial Araşdırmalar Vəqfi İnsan Haqları Şurasının sədri Mujgan Suver, o cümlədən nazirlər, iqtisadiyyatsosial elmlər üzrə tanınmış alimlər çıxış ediblər. Çıxışlarda ölkələr arasında əməkdaşlıq imkanları və tərəqqiyə yol açan layihələrdən, o cümlədən inkişaf amilini əngəlləyən məqamlardan bəhs olunub. Zirvə toplantısı bu gün işini davam etdirəcək.

 

Cavidan

Palitra.-2017.-6 aprel.-S.4.