Turizm sərgisində 22 ölkədən
272 şirkət iştirak edir
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Bakı Ekspo Mərkəzində “AITF-2017” XVI Azərbaycan Beynəlxalq
turizm və səyahətlər və “HOREX Caucasus-2017” XI
Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər
üçün avadanlıq və ləvazimatlar sərgiləri
ilə tanış olublar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib. Bildirilib ki, builki sərgidə 22 ölkəni təmsil edən 272 şirkət iştirak edir. Ziyarətçilər 90-dan artıq xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Sərgidə 17 milli və regional stend təmsil olunur. Prezident İlham Əliyev əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış olub. Nazirlikdən başqa, burada 7 qurum təmsil olunur. Bu şirkətlər sərgidə turizmin müxtəlif istiqamətləri üzrə xidmətlər təklif edir. Ümumilikdə, stenddə Azərbaycanın turizm marşrutları, turizm məkanları, paytaxtla yanaşı, bölgələrimizdə mövcud turizm infrastrukturu və rayonlarımızın turizm potensialı barədə məlumat verilir. Dövlət başçısı sonra Azərbaycan Turizm Assosiasiyasının stendinə baxıb. Burada 15 şirkət təmsil olunur. Şirkətlər otel və turizm üzrə ixtisaslaşmış qurumlardır. Stenddə Bakı və regionlarda mövcud otel kompleksləri, istirahət məkanları, əyləncə mərkəzləri barədə məlumat almaq mümkündür. Kuba sərgidə birinci dəfə iştirak edir. Bu ölkənin Azərbaycandakı səfirliyinin stendində Kubanın turizm imkanları barədə məlumat verilir. Kubanın belə mötəbər sərgidə iştirak etməsində əsas məqsədlərdən biri turizm potensialını təbliğ etmək və daha çox turist cəlb etməkdir. Azərbaycanın qədim diyarı olan Naxçıvan da sərgidə geniş təmsil olunur. Stenddə muxtar respublikadakı otellər və istirahət mərkəzləri barədə ətraflı məlumat verilir. Naxçıvan özünün qədim tarixi və müasir siması ilə turistlərin diqqətini cəlb edir. İlbəil artan turist sayı da bunu təsdiqləyir. Əsasən qonşu dövlətlərdən - İran və Türkiyədən gələn turistlər çoxluq təşkil edir. Sərgidə ölkəmizin digər bölgələrinin turizm imkanları da nümayiş etdirilir. Prezident İlham Əliyev ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi hər zaman diqqətdə saxlayır. Bunun nəticəsidir ki, indi paytaxtla yanaşı, bölgələrimizdə də müasir turizm infrastrukturu yaradılıb. Azərbaycanın qədim və zəngin mədəniyyəti, milli mətbəximizin müxtəlifliyi, xalqımızın qonaqpərvərliyi də turistləri ölkəmizə cəlb edir. Azərbaycanda turizmin kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, idman və digər növləri inkişaf etməkdədir. Ölkəmizin zəngin flora və faunası, gölləri, çayları, dağları respublikamıza bir dəfə səfər edən turistləri yenidən Azərbaycana gəlməyə sövq edir.
“ASAN Visa”
işə başlayandan
bu günədək
40 min 63 nəfərə elektron
viza verilib
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ stendi ilə də tanış
olublar. Bu stend
də sərgidə böyük maraqla qarşılanır. Burada Azərbaycanın
ayrılmaz hissəsi olan Qarabağ barədə ətraflı
məlumat verilir.
Sərgiyə Ukrayna da böyük maraq göstərir. Bu ölkənin turizm imkanlarını nümayiş
etdirmək baxımından
sərgi mühüm platformadır. Son 6 ildə Ukrayna mütəmadi olaraq bu sərgidə iştirak edir. Ukrayna stendində bu ölkənin otel-kurort kompleksləri, həmçinin
səhiyyə turizm obyektləri də xidmətlərini təklif
edir. Dövlət
başçısına “ASAN Visa”nın stendi
barədə məlumat
verilib. Bildirilib ki, sistem işə başlayandan bu günədək 40 min
63 nəfərə elektron
viza verilib. Elektron viza üçün müraciət edənlər
arasında İran İslam Respublikasının
vətəndaşları çoxluq
təşkil edir.
Almaniya, Böyük Britaniya, ABŞ, Pakistan, Hindistan,
İsrail, Türkmənistan,
İtaliya və Fransa vətəndaşları
da bu xidmətdən
istifadə edənlər
arasındadır. Elektron viza
alanların əksəriyyətinin
ölkəmizə səfərində
məqsəd turizmdir.
Sərgidə Türkiyənin İzmir
valiliyi də ayrıca stendlə təmsil olunur. Stenddə İzmirin səfalı məkanları, otel xidmətləri nümayiş
etdirilir. Burada 6 şirkətin
xidmətləri təklif
olunur. Qardaş Türkiyə Respublikasının
bu diyarı turistlərin diqqətini yay turizmi, o cümlədən sörfinq
kimi əyləncəvi
istirahətlə də
cəlb edir. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Baku Shopping Festivalı”nın stendində olublar. Aprelin 10-dan mayın 10-dək Azərbaycanın paytaxtında
ilk dəfə Ticarət
Festivalı keçiriləcək.
İldə iki dəfə
təşkil olunması
planlaşdırılan festivalın
keçirilməsində məqsəd
turizm baxımından
ölkəmizin cəlbediciliyinin
yüksəldilməsi, sahibkarlıq
fəaliyyətinin təşviq
edilməsi ilə ticarət dövriyyəsinin
artırılmasının stimullaşdırılmasıdır. Prezident İlham Əliyevə
festival zamanı alınacaq
məhsula görə
ödənilmiş əlavə
dəyər vergisinin qaytarılması prosesi nümayiş olunub.
Mərakeş azərbaycanlı turistlərin
bu ölkəyə səfər etməsi, həmçinin Mərakeş
vətəndaşlarının Azərbaycana gəlməsində
maraqlıdır
Rusiyanın Stavropol vilayəti
də sərgidə geniş təmsil olunur. Vilayətin qubernatoru
Vladimir Vladimirov
dövlət başçısına stend
haqqında məlumat verib. Burada
50-yə yaxın şirkət, 30-dək sanatoriya
öz xidmətlərini təklif edir. Şirkətlər turizm,
idman turizmi,
sağlamlıq, müalicə istiqamətləri üzrə turlar təşkil edirlər. Bu
il Azərbaycandan Rusiyanın bu bölgəsinə gedən turistlərin
sayında 20 faizə yaxın artım olub.
Bakı ilə Mineralnıye Vodı arasında həftədə
3 dəfə hava əlaqəsinin
olması qarşılıqlı turizm
mübadiləsinin artmasına şərait yaradır. Stavropol şirkətləri sərgiyə böyük maraq göstərir.
Sərgidə iştirak edən şirkətlər
arasında Sankt-Peterburqun Ermitaj
Media şirkəti də var.
Bu,
Dövlət Ermitaj Muzeyini
və onun qəzetini, həmçinin rəsmi
dövlət Ermitaj otelini
birləşdirən media holdinqdir.
İlk dəfədir sərgidə təmsil
olunan şirkət burada
öz otel və muzey xidmətlərini təklif edir. Əsas məqsədi Rusiyanın mədəni
dəyərlərini qorumaq və təbliğ
etməkdir. Tatarıstan da bu
sərgiyə yeni qoşulanlar
arasındadır. Kazan stendində 4
şirkət təmsil olunur. Onlar turizm, otel
və yeməkxana komplekslərini təmsil edirlər.
Tatarıstan növbəti illərdə də sərgiyə
qatılmaq niyyətindədir. Macarıstan artıq 7-ci dəfədir
ki, sərgidə iştirak
edir. Üç
şirkətlə təmsil olunan bu ölkə geniş turizm imkanlarına malikdir.
Burada Macarıstanın böyük
otellər şəbəkəsi, kurortlar
və turizm şirkətləri təmsil olunur. Turizm
mövsümündə bu ölkəyə
gedən azərbaycanlıların sayı ilbəil artır. Gürcüstan sərgiyə Milli
Turizm Administrasiyasının stendi ilə qatılıb. Administrasiyanın
stendində 6 şirkət xidmətlərini təklif edir. Onlardan 3-ü otel, 3-ü isə region turizm müəssisəsidir. Şirkətlər
əsasən bu ölkənin bölgələrində
yaradılmış turizm potensialı,
müxtəlif turizm istiqamətləri
üzrə xidmətlər göstərir. Gürcüstan
hər il bu sərgiyə
qatılır və gələn şirkətlərin sayı da ilbəil artır. Dövlət
başçısı İlham Əliyev
“Natural Halı” şirkətinin stendinə
də baxıb. Şirkət Azərbaycanın müxtəlif
bölgələrində xalçalar toxutdurur. Onların hamısı əllə
toxumadır. Burada əsasən Təbriz
şəhərinin, eləcə də Türkmənistanın
və digər ölkələrin əllə toxunan
xalçaları da var.
Bolqarıstan stendində bu ölkənin turizm potensialı nümayiş
olunur. Stenddə Varna
meriyası və 3 şirkət Bolqarıstanın mədəni,
dəniz, sağlamlıq və qış kurort
turizmi istiqamətlərini təqdim edirlər.
Qardaş Türkiyə həmişə olduğu kimi, bu il də sərgidə geniş təmsil olunur. Bu ölkənin müxtəlif bölgələrinin
turizm marşrutları, turizm
xəritələri böyük maraqla qarşılanır. Sərgidə
Türkiyəni təmsil edən 15 şirkət turizm, sağlamlıq və müalicəvi
xidmətlərini də təklif edirlər. Üç
şirkətlə təmsil olunan Mərakeş
də sərgiyə böyük maraq göstərir. Mərakeş azərbaycanlı
turistlərin bu ölkəyə səfər
etməsi, həmçinin Mərakeş vətəndaşlarının
Azərbaycana gəlməsində maraqlıdır. Dominikan da 3-cü dəfədir
sərgiyə qatılır. Bu ölkənin
turizm şirkətləri sərgidə öz xidmətlərinin geniş
çeşidini təklif edirlər. Dominikan turizm üçün cəlbedici ölkə
sayılır. Rusiya Federasiyasının
Dağıstan Respublikasının stendində turizm
marşrutları, turizm xəritəsi barədə
geniş məlumat verilir.
Respublika sərgidə 4 şirkətlə
təmsil olunur. Sərgidə iştirak edən ölkələr arasında
Kolumbiya da var. Bu ölkə ilk dəfədir Bakı sərgisinə
qatılıb. Kolumbiya sərgiyə
növbəti ildə daha böyük
nümayəndə heyəti ilə qatılmaq niyyətindədir.
Belarus ötən il bu sərgidə 6 şirkətlə təmsil olunmuşdusa, bu il şirkətlərin sayı 10-a
çatıb. İkinci dəfə sərgidə
iştirak edən Belarusun
bu beynəlxalq tədbirə marağı
ilbəil artır. Belarus stendində əsasən,
sanatoriya, kurort,
müalicə, tibbi və idman
turizmi növləri üzrə xidmətlər
təqdim olunur.
Palitra.-2017.-7 aprel.-S.3.