Ermənistanın növbəti
yalanları BMT-nin saytında ifşa olunub
“Ermənistan
Respublikası öz hesabatının Azərbaycan
Respublikası ilə münasibətlərə aid hissələrində
tarixi faktları saxtalaşdırıb”
Xəbər verildiyi kimi, 24 aprel - 12 may 2017-ci il tarixlərində BMT-nin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi Komitəsində Ermənistanın 2010-2015-ci illər üçün dövri hesabatı müzakirə ediləcək. Ermənistan dövləti bu hesabatında İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında BMT Konvensiyasının tələblərinin təmin edilməsi vəziyyəti – qaçqınlar, milli azlıqlara qarşı ayrı-seçkilik, dini tolerantlıq və sair barədə məlumat verib. Lakin, həmişə olduğu kimi, bu hesabatda da Ermənistan öz yalanları ilə mövcud duruma müsbət don geyindirməklə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. AVCİYA Ermənistanın adıçəkilən hesabatına alternativ hesabat hazırlayaraq 6 (ingilis, rus, ispan, italyan, ərəb, fransız) dildə BMT-yə təqdim edib. Bu haqda AVCİYA-nın mətbuat xidmətidən “Palitra”ya məlumat verilib.
AVCİYA-nın bu hesabatında Ermənistanın
növbəti yalanları, saxtakarlıqları tam ifşa
edilib. Alternativ
hesabat artıq BMT-nin rəsmi internet resursunda
(tbinternet.ohchr.org) yerləşdirilib.
Hesabatda
bildirilir: “Ermənistan Respublikası öz hesabatının Azərbaycan
Respublikası ilə münasibətlərə aid hissələrində
tarixi faktları saxtalaşdırıb. Avropa Şurası
Parlament Assambleyasının 2016-cı ilin yanvar sessiyasında
qəbul etdiyi «Azərbaycanın sərhədyanı
rayonlarının sakinləri qəsdən sudan məhrum
edilir» adlı 2085 (2016) saylı qətnamə Ermənistan
dövlətinin Azərbaycanın Dağlıq Qarabağ və
digər ərazilərini işğal etməsi faktını
təsdiq edir. Ermənistan Respublikası
işğal edilmiş ərazilərdə etnik təmizləmə,
mülki əhalinin kütləvi qətliamı, digər beynəlxalq
cinayətlərə və məsul şəxsləri
hüquqi məsuliyyətə cəlb etməməyə
görə birbaşa cavabdehlik daşıyır. Ermənistan
Respublikası 2085 saylı qətnamədə vurğulanan,
işğal altındakı Sərsəng su anbarı vasitəsilə
Azərbaycana “ekoloji təcavüz”, digər etnik qrupa - azərbaycanlılara
qarşı edilən humanitar, mənəvi, iqtisadi, ekoloji və
bioloji təhdidlər edir”.
“Ermənistan
azərbaycanlılara məxsus dini ocaqları və tarixi abidələri
dağıdır, mənşəyini saxtalaşdırır”
Sənəddə
qeyd olunur ki, Ermənistan Respublikası qonşu ölkənin ərazisində
apardığı hərbi əməliyyatlara və
insanların etnik əsaslarla öldürülməsinə, bu
qəbildən olan şəxsləri əsirlikdə saxlamaqla,
onlar barədə məlumat verməməklə, onlara
qarşı zorakılıq, qeyri-insani rəftar tətbiq edilməsinə
görə məsuliyyət daşıyır: “Azərbaycanın
Dağlıq Qarabağ və digər işğal edilmiş ərazisində
Suriya, İraq, Livan və digər yerlərdən olan
qaçqınların qanunsuz olaraq yerləşdirilməsi
siyasəti və tədbirləri BMT-nin İrqi
ayrı-seçkiliyin bütün formalarının ləğvi
Konvensiyanın tələblərinin birbaşa
pozulmasıdır. Daimi yaşayış yerlərindən
məcburi köçürülmüş (deportasiya
olmuş) azərbaycanlıların və digər etnik
qrupların Azərbaycanın Dağlıq Qarabağ və digər
işğal edilmiş ərazilərinə və Ermənistan
Respublikasının ərazisinə qayıtmasının
qarşısının alınmasına görə Ermənistanın
siyasi hakimiyəti məsuliyyət daşıyır. Ermənistan
Respublikası azərbaycanlılara məxsus dini ocaqları və
tarixi abidələri dağıdır, mənşəyini
saxtalaşdırır: “Ermənistan Respublikasının ərazisində
irqi ayrı-seçkiliyi təşviq edən siyasi təşkilat
fəaliyyət göstərir, 2011-ci ildə BMT-nin həmin təşkilatın
qanuni yolla kənarlaşdırılması barədə
çağırışına da Ermənistan dövləti
tərəfindən məhəl qoyulmamışdır”.
AVCİYA-nın təqdim etdiyi hesabatda bu kimi
mühüm faktlar yer alır, eyni zamanda sadalanan məsələlərlə
bağlı BMT Komitəsinə Ermənistan dövləti tərəfindən
izahat verilməsi tələb edilir. Bildirilir ki, BMT-nin
İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi
Komitəsi Ermənistan Respublikasından azərbaycanlılara
və etnik mənsubiyyəti fərqli olan digər qruplara irqə
görə ayrı-seçkiliyi ləğv etməsini, irqə
görə nifrət siyasətinə son qoymasını və
buna aparan istənilən ictimai təşəbbüsün
pislənməsini və qarşısının alənmasını
tələb etməlidir.
Xatırladaq ki, Ermənistan tərəfindən bu səpkidə
bir neçə dəfə BMT-yə hesabatlar verilib. Lakin
onların bu yalanları tez bir zamanda Azərbaycan hökuməti
tərəfindən göndərilən cavab hesabatları ilə
ifşa olunub. Məsələn, 2012-ci ildə
İsveçrə-Ermənistan Assosiasiyası BMT-nin İqtisadi, Sosial və Mədəni
Hüquqlar üzrə Komitəsinə Azərbaycan hökumətinin
3-cü dövri hesabatı ilə əlaqədar əks-hesabat
təqdim edib.
Hesabat BMT-nin İnsan Hüquqları üzrə Ali
Baş Komissarının rəsmi veb səhifəsində yerləşdirilib.
Əks-hesabatda Azərbaycan tərəfindən
İqtisadi, Sosial və Mədəni hüquqlara dair Paktın
13 və 15-ci maddələrinin pozulmasından bəhs olunur. Erməni təşkilatı,
guya, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda erməni
xaçkarlarının (abidələrinin) məhv edilərək
həmin ərazidə hərbi poliqon tikilməsindən bəhs
edir. Ermənilər hesabata Azərbaycana
qarşı böhtan və həqiqətləri təhrif edən
digər məlumatlar da daxil ediblər.
BMT-nin İqtisadi, Sosial və Mədəni hüquqlara
dair Komitəsinin 49-cu sessiyaqabağı qapalı
toplantısında Vətəndaşların Əmək
Hüquqlarını Müdafiə Liqasının sədri
Sahib Məmmədov və VƏHML tərəfindən Komitəyə
hazırlanmış hesabat üzrə ekspert - “Konstitusiya”
Araşdırmalar Fondunun Prezidenti Əliməmməd Nuriyev də
iştirak edib.
Azərbaycanla bağlı dinləmələr
zamanı Sahib Məmmədov sessiyada iştirak edən azərbaycanlı
qrupun adından bəyanatla çıxış edib. Bəyanatda
bildirilir ki, BMT təsisatlarının etimadından sui-istifadə
edərək “İsveçrə-Ermənistan Assosiasiyası”
adlanan təşkilat Azərbaycanla bağlı yalan və
böhtandan ibarət hesabat təqdim edib: “Təşkilat, guya,
Naxçıvan ərazisində erməni abidələrinin
(xaçkarların) məhv edilməsi barədə yalan məlumatlar
yazmaqla yanaşı, Azərbaycanın coğrafi və inzibati
ərazi adlarını məqsədyönlü şəkildə
təhrif edib. Bildiririk ki, xaçkarlarla
bağlı erməni uydurması bir neçə il əvvəl
dövriyyəyə buraxılıb, lakin Azərbaycan beynəlxalq
qurumların nümayəndələrinin iştirakı ilə
həmin ərazilərdə araşdırmalar apararaq erməni
yalanını ifşa edib”.
BMT
baş katibinə Ermənistan tərəfindən Azərbaycanın
ətraf mühitinə vurulan ziyanla bağlı məktub
göndərilib
Ötən
il isə Azərbaycan Respublikasının
BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin
Baş katibinə ünvanlanmış məktubu BMT Baş Məclisinin
və Təhlükəsizlik Şurasının rəsmi sənədi
kimi dərc edilib və yayılıb. Məktubda
xatırladılır ki, BMT Baş Məclisinin 5 noyabr 2001-ci
il tarixli 56/4 nömrəli, həmmüəlliflərindən
birinin Azərbaycan olduğu qətnaməsinə müvafiq
olaraq, hər il noyabrın 6-da Beynəlxalq Müharibələr
və hərbi münaqişələr dövründə ətraf
mühitin istismarının qarşısının
alınması günü qeyd edilir.
Azərbaycan
səfiri qeyd edib ki, adıçəkilən qətnamədə,
habelə BMT Baş Məclisi tərəfindən daha əvvəl
qəbul edilmiş “Hərbi münaqişələr
dövründə ətraf mühitin mühafizəsi” adlı
qətnamədə, 2030-cu ilə qədər olan dövrdə
Davamlı İnkişaf Sahəsində Gündəlikdə və
“Silahlı münaqişələrin baş verdiyi rayonlarda ətraf
mühitin qorunması haqqında” 2016-cı ilin mayında BMT
Baş Məclisi tərəfindən bəyənilmiş qətnamədə
dövlətlərin, o cümlədən ətraf mühitin
qorunması sahəsində, beynəlxalq hüquqa riayət etməsi
və beynəlxalq münasibətlərdə hər hansı
dövlətin ərazi toxunulmazlığına qarşı
güc tətbiq edilməsi ilə hədələməkdən
və ya güc tətbiq etməkdən çəkinməsi tələbi
xüsusi vurğulanır.
Azərbaycanlı
diplomat bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü
nəticəsində suveren Azərbaycan ərazisinin təxminən
20 faizi işğal edilib, on minlərlə insan həlak olub,
bir milyondan çox azərbaycanlı öz evlərindən
zorla qovulub və əmlakından məhrum edilib. Bu təcavüz həm də ətraf mühitə
meşələrin məhv olunmasında, torpaqların
yandırılmasında, münbit torpaqların
deqradasiyasında, su resurslarının çirkləndirilməsində
və heyvanların tələf olmasında təzahür edən
dağıdıcı təsir göstərib.
Bununla əlaqədar BMT Baş katibinin diqqəti ona cəlb
edilir ki, Azərbaycanda xüsusi ekoloji mühafizə
altında olan ərazilərin ümumi sahəsi 890.000
hektardır.
Hazırda bu ərazilərin 42.997 hektarı, o cümlədən
152 təbii abidə, 5 geoloji obyekt, 2 təbii qoruq, 4 qoruq
zonası və 7 göl ermənilərin hərbi
işğalı altındadır. Bundan əlavə, 247.352
hektar meşə, o cümlədən yüzlərlə nadir
ağac cinsinin, məsələn, çinar, qoz ağacı,
palıd, həmişəyaşıl şümşad, Eldar
şamı, xurma və digər ağac növlərinin təmsil
olunduğu 13.197 hektar qiymətli meşə işğal
altındadır.
Məktubda vurğulanır ki, münaqişənin lap əvvəlindən
Ermənistan silahlı qüvvələri Azərbaycanın ətraf
mühitinə, o cümlədən onun işğal olunmuş
ərazilərində bilərəkdən genişmiqyaslı
uzunmüddətli və ciddi ziyan vurublar.
Yuxarıda deyilənlərlə əlaqədar Azərbaycan
tərəfi bəyan edir ki, Ermənistan beynəlxalq
hüququ pozmağa görə, o cümlədən Azərbaycanın
işğal edilmiş ərazilərində ətraf mühitə
vurulmuş ziyan nəticəsində təbii resursların
tükənməsinə görə beynəlxalq məsuliyyət
daşıyır. Azərbaycanın daimi nümayəndəsinin məktubunda
deyilir: “Bütün bunlar bir daha təsdiq edir ki, təcavüzkarın
cəzasızlığına son qoymaq, Dağlıq
Qarabağın və Azərbaycanın işğal altında
olan digər ərazilərinin erməni işğalından
azad olunmasını təmin etmək məqsədilə beynəlxalq
birlik tərəfindən təcili və təsirli tədbirlər
görmək üçün ardıcıl səy göstərilməsi
zəruridir”.
Azərbaycanlı
diplomat daha sonra yazır ki, əgər insanların
mövcudluq vəsaitlərinin mənbələrini təmin edən
ətraf mühit məhv edilir, çirkləndirilir və vəhşicəsinə
istismar edilirsə, möhkəm sülh ola
bilməz. Sonda BMT Baş katibinin 2016-cı il
noyabrın 6-da Beynəlxalq Müharibələr və hərbi
münaqişələr dövründə ətraf mühitin
istismarının qarşısının alınması
günü münasibətilə müraciətindən sitat gətirilir:
“Biz həm dinc dövrdə, həm də müharibə
dövründə ətraf mühitin qayğısına
qalmalı, ekoloji cinayətlərə qarşı mübarizədə
və təbii resursların qanunsuz istismarının
qarşısının alınması məsələsində
əlbir fəaliyyət göstərməliyik”.
Fuad Hüseynzadə
Palitra.-2017.-11 aprel.-S.11.