İqtisadiyyat hər şeydir, çünki o, cəmiyyətin bünövrəsidir“

 

Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkədə baş verən siyasiiqtisadi böhran ilbəil dərinləşməyə başladı. Nəhayət ki, ulu öndər Heydər Əliyevin yenidən ölkəyə rəhbərlik etməsi Azərbaycanın bu xaotik vəziyyətdən qurtulması ilə nəticələndi. Onun həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısı uğurla alındı.

1994-cü ildə Heydər Əliyevin neft strategiyasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrildi. Sirr deyil ki, bu müqavilə ölkənin tarixində yeni dövr açdı, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın dünyada analoqu olmayan templə inkişafı üçün zəmin yaratdı. Ölkədə 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlikdinamik iqtisadi inkişaf ilbəil möhkəmlənməyə başladı. Həmçinin bu dövrdə iqtisadi islahatların aparılması üçün vacib olan qanunvericilik bazası işlənib hazırlandı, bir sıra qanun, proqram, konsepsiyalar qəbul edildi. “Azərbaycanda KiçikOrta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)”, “Azərbaycan Respublikasında kiçikorta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)”, “Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası”, “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)” kimi sənədlər məhz bu qəbildəndir. Heydər Əliyevin bu dövrdəki fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdu. Ulu öndər "iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir", "iqtisadiyyat hər şeydir, çünki o, cəmiyyətin bünövrəsidir" kimi fikirləri ifadə etməklə iqtisadiyyatın cəmiyyətin inkişafında rolunu olduqca yüksək qiymətləndirirdi. Eyni zamanda ulu öndər iqtisadiyyatı inqilabi yolla inkişaf etdirmək deyil, əksinə, təkamül yolu ilə, ardıcıl islahatlar aparmaqla inkişafa nail olmağa üstünlük verirdi. Beləliklə, Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yarandı.

 

Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasıyla isə ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Digər müsbət məqam Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradılması idi. Təsadüfi deyil ki, neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

Heydər Əliyev sahibkarlığın inkişafına da xüsusi önəm verirdi. Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznesinvestisiya mühiti yaratmaqla daxilixarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq onun bu mərhələdə həyata keçirdiyi iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdu. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda güclü və bacarıqlı sahibkarlar təbəqəsi formalaşdı, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artdı.

İqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunması istiqamətində həyata keçirilən tədbirlər də davamlı iqtisadi inkişafa öz müsbət nəticəsini verdi. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1%, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2%, kənd təsərrüfatı istehsalının həcmi 53,9%, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əməkhaqqı 5,6 dəfə artdı, inflyasiya səviyyəsi 2-3%-ə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.

 

İqtisadi sabitlik qorunub saxlanıldı, iqtisadi inkişafın dayanıqlılığı təmin edildi

Heydər Əliyev ölkənin regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunmasına da önəm verirdi. O regionlarda sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə xeyli uğurlu işlər gördü. Bunun nəticəsidir ki, regionların kompleks inkişafı, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsi başlanıldı. Yaradılan əlverişli iqtisadi şərait davamlı və sürətli iqtisadi inkişafın təmin edilməsi əcnəbi adamlarının da diqqətini cəlb etdi. Bunun nəticəsidir ki, xaotik ölkədən sabit, inkişafda olan bir ölkəyə çevrilən Azərbaycana xeyli sayda yatırımlar başladı, əcnəbi adamlarının ölkəmizə marağı xeyli artdı. Bütün bunlar da yeni yerlərinin açılması, iqtisadiyyatın daha da canlanması demək idi.

Azərbaycanda makroiqtisadi sabitliyin yaradılması, iqtisadi artımın ilbəil artması, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi beynəlxalq təşkilatların da diqqətini cəlb edirdi. Beynəlxalq təşkilatların ayrı-ayrı hesabatlarında Azərbaycan bir çox ölkələrə nümunə göstərilməyə başlandı. Bütün bunlar uzun illərin idarəçilik təcrübəsinə söykənən Heydər Əliyevin gərgin səyləri nəticəsində baş verirdi. Azərbaycan hətta iqtisadiyyatın real artım tempinə görə bir sıra böyük ölkələr arasında lider olmağa başladı. Əvvəlki illərdən-müstəqilliyin ilk illərində hakimiyyətdə olan yarıtmaz qüvvələrin hakimiyyətdə olduğu dövrdən fərqli olaraq kənd təsərrüfatına dövlət tərəfindən xüsusi diqqətin yetirilməsi və bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində onun real artım tempi xeyli yüksəldi.

Bütün bunların nəticəsi olaraq Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dönəmdə əhalinin pul gəlirləri real ifadədə bir neçə dəfə artdı. Həmçinin adambaşına düşən gəlirlər, orta aylıq əməkhaqqı, minimum əməkhaqqı da bir neçə dəfə artmışdı.

Heydər Əliyev ixracata da xüsusi önəm verirdi. Bu illərdə xarici ticarət dövriyyəsi bir neçə dəfə, o cümlədən ixrac, xüsusən, qeyri-neft ixracı da artmışdı.

Ulu öndərin əsas məqsədlərindən biriiqtisadi sabitliyin qorunub saxlanılması və iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi idi. Onun planlaşdırdığı iqtisadi islahatlar növbəti illərdə də sosial-iqtisadi siyasətin başlıca istiqamətini ölkə əhalisinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edirdi.

Beləliklə, ulu öndər Heydər Əliyev Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu bu dövrü ərzində öz məqsədyönlü fəaliyyəti ilə dövləti zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin təkcə ictimai-siyasi deyil, iqtisadi və mədəni-mənəvi tərəqqisinə də nail oldu. Ağır bir dönəmi qısa müddətdə aparılan uğurlu iqtisadi islahatlar sayəsində atlayan Azərbaycanın uğurlarının bu günnüfuzlu beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapması qürur duyulası haldır.

 

Tural Tağıyev

Palitra.-2017.-11 aprel.-S.10.